Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2363/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı Mirəlim oğlu və onun vəkili x4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, x1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılma tələbinə dair mülk iş üzrə Cavabdeh2 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsindən verdi yi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, x1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov, iş № 2(060)-5105/2018) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, x1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən əmlakları ilə bir likdə çıxarılma tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh4, x3, Cavabdeh5 və Cavabdeh2 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1, mənzil 32-yə olan istifadə hüququna xitam verilməsi, cavabdehlərin əmlakları ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov, iş № 2(105)3834/2018) Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya in stansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı Mirəlim oğlunun vəkili x7 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətb iq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, “Atabank” açıq səhmdar cəmiyyəti ilə İddiaçı və Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən x3 arasında bağlanmış 30 yanvar 2013-cü il tarixli, 318 saylı alqı-satqı və ipoteka müqav iləsinə görə, Paşayev x6 şəhəri, 18ci mkr, 1 saylı evin 32 saylı mənzilini İddiaçı mülkiyyətinə vermiş, mənzilin satış qiyməti 40.000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 8.000 manatı İddiaçı, 32.000 manatı isə “Atabank” açıq səhmdar cəmiyyəti tərəfindən 29 yanvar 2013-cü il tarixli, AİK saylı kredit müqaviləsinə əsasən İddiaçı verilmiş kredit vəsaiti hesabına ödənilmiş, mənzil 29 yanvar 2013-cü il tarixli, AİK saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi “Atabank” açıq səhmdar cəmiyyətinə ipotekaya verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ç ıxarışa görə, Sumqayıt şəhəri, 18-ci mkr, 1 saylı evin 32 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında 19 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İV hissəsini, Azərbaycan Respublikası Mülki 152.1, 152.5, 157.2, 157.4-cü maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 Sumqayıt şəhəri, 18-ci mkr, 1 saylı evin 32 saylı mənzilinin satılmasına və girov qoyulmasına imzası notariat qaydasında təsdiq edilmiş ərizə ilə razılıq vermişdir. Cavabdeh2 mübahisəli mənzilin hazırki mülkiyyətçisinin ailə üzvü deyi ldir. Cavabdeh2 apelyasiya şikayətində göstərdiyi dəlillər qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli, 2(060)-4640/2013 saylı və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2016-cı il tarixli 2(105)-2535/2016 saylı qətnaməsi ilə tam təkzib edilir. Apelyasiya məhkəməsi onu da qeyd etmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(105)-3983/2018 saylı qətnaməsi ilə hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2018-ci il tarixli, 2(060)-5105/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, x3, Cavabdeh5 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5105/2018 saylı, 24 iyun 2018-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2(102)-3616/2019 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası mülki işlərə baxılarkən çəkişmə prinsipinin gözlən ilməsinə önəm verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi müəyyən edir ki, ədalət mühakiməsi, çəkişmə və tərəflərin bərabərliyi əsasında keçirilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdığı dəlillər, sübutlar və hüquqi nəticələr barədə biri-birinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyin ə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerl v. Switzerland” iş üzrə qərarında qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilm əlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan bildirişlərə əsasən, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Həmçinin mülki işin 250-ci vərəqində olan 26 noyabr 2019-cu il tarixli məhkəmə iclasının protokolundan görünür ki, işə kassatorun iştirakı ilə baxılmış, onun izahatı dinlənilmiş və məhkəmə iclas protokolunda qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərini n pozulmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “x2rşı işdə” qeyd etmişdir ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin kassasiya icraatında işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişd ir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2363/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2363/2020
19.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver