Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2363/2025 19.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasının müəyyən edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların ananın yanında saxlanılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 7 may 2025-ci il tarixli 2(103)-1000/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə X9 arasında 15 mart 2008-ci ildə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahdan 22 mart 2009-cu il təvəllüdlü X6 və 22 may 2014-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdurlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Səadət Sarayı Bakı nikah evində bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikah bağlayandan sonra cavabdehlə birgə yaşayış zamanı məlum ol muşdur ki, onunla xasiyyətləri tamamilə bir-birinə ziddir. O, fikirləşmişdir ki, zaman keçdikcə hər şey düzələr, xasiyyətlərində uyğunluq yaranar. Ümid etmişdir ki, ailəsində qarşılıqlı anlaşma, hörmət və inam hissi formalaşacaq. Lakin bu olmamışdır. Belə qərara gəlmişdir ki, bundan sonra ailə həyatını cavabdehlə davam etdirmək mümkün olmayacaq. Artıq bir neçə müddətdir ki, ailə faktiki olaraq mövcud deyildir.
4. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış 30 iyul 2024-cü il tarixli məktuba əsasən İddiaçı Cavabdeh övladları ilə birlikdə Türkiyə Respublikasında yaşadıqları, tərəflərin uşaqları X1 Gölbaşı Anadolu liseyinin 10-cu sinifində, X2 isə Nəsibə Aydın məktəbinin 5-ci sinifində təhsil aldıq ları müəyyən edilmişdir. Tərəflərlə telefon vasitəsi ilə aparılmış yazışma nəticəsində Cavabdeh tərəfindən uşaqların ölkədən çıxarılmasına icazənin verilmədiyi, bu səbəbdən İddiaçı Komissiyanın iclasında iştirak edə bilmədiyi bildirilmişdir.Cavabdeh məhkəmədən rəy verilməsi üçün göndərilmiş işin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 5 vətəndaşın yaşayış yeri onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yeri hesab edilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Qanuna müvafiq olaraq İddiaçı, Cavabdeh övladları ilə birlikdə Türkiyə Respublikası ərazisində faktiki olaraq yaşadığı səbəbindən qaldırılan məsələnin Səbail rayonuna aidiyyətinin olmadığının müəyyən edildiyini nəzərə alaraq Səbail rayon İcra Hakimiyyətinə daxil olmuş mülki iş üzrə iddia ərizəsinə əsasən rəyin verilməsi Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyəti xaricindədir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim - Şahin Abdullayev) e-2(009)-1287/2024 nömrəli 6 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı nikah evi tərəfindən qeydə alınmış 15 mart 2008-ci il tarixli, 351 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması və xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları – İddiaçı yanında qalmaları qət etmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, tərəflərə barışmaq üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salsa da bu müddət bitdikdən sonra iddiaçının nikahın pozulmasına təkid etdiyini, ailənin saxlanılmasının qeyri-mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında olan nikah pozulmalıdır. Tərəflərin Vəsilə və Məryəm adlı övladları 10 yaşından yuxarı olduğundan, onların hansı valideynin yanında qalması ilə bağlı fikirlərinin öyrənilmə zəruriliyi yarandığından, lakin valideynlərin hər ikisi Türkiyə Respublikasında yaşadıqlarından, uşaqlar həmin ölkədə anaları ilə qaldığından, mülki iş rəy verilməsi üçün Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərildiyi və Komissiya tərəfindən müvafiq araşdırılma aparılma zamanı uşaqların Azərbaycan Respublikasına gətirilməsi və Komissiyada dindirilməsi mümkünsüz olduğundan, eyni zamanda uşaqların məhkəmə iclasında da fikirlərin öyrənilməsi ilə bağlı iştiraklarının təmin olunması mümkünsüzlüyünə də nəzərə alaraq məhkəmə hesab etmişdir ki, yetkinlik yaşına çatmayan tərəflərin xx.xx.2009-cu il təvəllüdlü Vəsilə və xx.xx.2014-cü il təvəllüdlü Məryəm adlı övladlarının analarının yanında qalması müəyyən edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16, 20, 22, 52, 100.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi məlumatlar tamamilə yalandır. Belə ki, o ailə dəyərlərini üstün tutan bir şəxs kimi hər zaman həyat yoldaşına-iddiaçıya və övladlarına yüksək qayğı göstərmişdir. İddiaçının və övladlarının tələbatlarını ödəmiş və ödəyir, daima onlarla vaxt keçirir, övladlarının və iddiaçının asudə və istirahət vaxtlarının səmərəli keçirilməsini təmin edir, onları xarici ölkələrə, Azərbaycanın müxtəlif guşələrinə istirahətə apar ır. Övladları da ona çox bağlıdırlar və onu çox sevirlər. Bundan başqa, o, işdə kollektiv, həmçinin, qonşular və qohumları (eyni zamanda, iddiaçının qohumları) arasında hörmətə və nüfuza malik şəxsdir. Bunları qeyd etməkdə məqsədi ondan ibarətdir ki, iddiaçının hazırkı iddia tələbinin heç bir əsası yoxdur. İddiaçının iddia ərizəsində barəsində qeyd etdiyi fikirlər qərəzli olmaqla yanaşı, heç bir fakta, sübuta söykənmir. Bundan əlavə müvafiq rəy alınmadan birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında saxlanılmaları qət edilmişdir. Məhkəmə, nikahın pozulmasına səbəb olacaq halları və uşaqların hansı valideyninə daha çox bağlı olmalarını müəyyən etmədən, iddianı təmin etmişdir.
10. Apellyasiya icraatı zamanı əldə edilmiş Səbail Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Him ayəçilik Komissiyasının 4 aprel 2025-ci il tarixli 5-19/2447/2025 nömrəli rəyinə əsasən, Komissiyanın iclasında dinlənilən İddiaçı Cəlal qızına hüququ yardım göstərən vəkil Nümayəndə maraqlarını müdafiə etdiyi tərəflə video görüntü yaratmış və İddiaçı, eləcə də yetkinlik yaşına çatmayan Vəsilə və Məryəm Hüseynli ilə fikir mübadiləsi aparılmışdır. S.C.X4 şəhərində yaşadıqlarını, ayrıldıqdan sonra ayrı yaşayacaqlarını, uşaqlarının onun yanında saxlanılmalarını istədiyini, həyat yoldaşı ilə aralarında problem yaşandığını bildirmişdir. İclas zamanı dinlənilən Vəsilə Hüseynli 22 mart tarixində 16 yaşının tamam olacağını, 10-cu sinif şagirdi olduğunu bildirmişdir. O, iki hissəli evdə atası ilə birlikdə yaşadıqlarını, valideynləri ayrıldıqdan sonra anasının yanında qalmaq istədiyini, onunla özünü daha rahat hiss etdiyini əlavə etmişdir. Vəsilə valideynlərinin arasında mübahisələr yaşandığını, atası ilə görüşmək istədiyini qeyd etmişdir. İclas zamanı dinlənilən Məryəm Hüseynli 10 yaşının tamam otduğunu, 5-ci sinifdə təhsil aldığını bildirmişdir. O, anasının yanında qalmaq istədiyini onunla özünü daha rahat hiss etdiyini əlavə etmişdir. Məryəm valideynləri ayrıldıqdan sonra atası üçün darıxacağını qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cs il tarixli 82/2016 nömrəli Qərarının 7.6-cı bəndinə əsasən nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxmından müstəsna hallar istisna olunmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Səbail Rayon icra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfləri dinləyib iş materiallarını araşdıraraq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarını rəhbər tutaraq xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasının qərarını, uşaqların mənafeyini nəzərə alaraq Cavabdeh yetkinlik yaşına çalmayan övladları: xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 atası ilə ünsiyyətdə olmaq hüququnun saxlanılması şərtilə anası İddiaçı Cəlal qızının yanında saxlanılmasını məqsədəmüvafiq hesab edir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X5 (sədrlik edən və məruzəçi), X8 və X3 ib arət tərkibdə) 7 may 2025-ci il tarixli 2(103)-1000/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)1287/2024 nömrəli 6 noyabr 2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, bu cür mübahisələr ilk növbədə uşağın hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaq valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşaqlara münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır.
13. İş ma teriallarında olan sübutlar, yəni qəyyumluq və himayəçilik komissiyasının rəyi, tərəflərin birgə nikahından doğulmuş uşaqların fikri və digər sübutlar belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi uşaqların analarının yanında saxlanılması qənaətinə gəlməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
14. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən uşaqların analarının yanında qalmasının onların gələcək inkişafına, tərbiyəsinə müsbət təsir göstərəcəyini, İddiaçı Cəlal qızının uşaqlara münasibətini, uşaqların analarının yanında qalmaq arzusunu və analarına daha çox bağlılığını nəzərə almışdır.
15. Belə ki, bağlılıq insanlar arasında emosional əlaqənin yaranması ilə bağlı qarşılıqlı prosesdir. Bağlılıq hissini müddətlə məhdudlaş dırmaq olmaz, bu hiss insanlarda ayrıldıqdan sonra da saxlanılır. Belə hisslərin keçirilməsi uşaqlar üçün çox vacib və zəruridir. Bağlılıq hissi olmadan uşaq hərtərəfli inkişaf edə bilmir. Bağlılığın pozulması nəinki uşağın sosial əlaqələrinə, yəni vicdanının və ləyaqətinin inkişafına, həmçinin onun emosional, sosial, fiziki və əqli inkişafına mənfi təsir göstərə bilər. Bu baxımdan, xüsusilə də valideynlər arasında mübahisə olduqda, uşağın valideynlərdən hansının yanında qalması məsələsi həll edilərkən, uşağın valideynlərinə emosional, psixoloji, mənəvi və sair bağlılığının səviyyəsinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
16. BMT Baş Məclisinin 1386 (XİV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşa q müstəsna hallardan başqa, anasından alına bilməz. Bu prinsipin mənəvi-psixoloji əsaslandırması mövcuddur, əks təqdirdə BMT tərəfindən bütün dünyaya ünvanlanan belə bəyanat verilməzdi. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından tam məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s.
17. Eyni zamanda qeyd edilməlidir ki, birincisi, uşaqlar təbiətinə görə ata ilə müqayisədə anaya daha çox bağlıdır və anaya daha çox ehtiyacı var; ikincisi, ana, təbiətinə görə ata ilə müqayisədə uşağa daha çox bağlıdır və uşağa daha çox ehtiyacı var. Hazırkı işdə ana və uşaqları bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyildir. Ümumilikdə isə atanın malik olduğu maddi imkanlar (mənzil şəraiti, daimi qazanc və s.) üstün olmuş olsa belə, bu hal yenə də ana nəvazişini və qayğısını əvəz edə bilməz. Belə olan halda həmin imkanlarından istifadə etməklə ananın yanında yaşayan uşaqlarının maddi və digər ehtiyaclarının qarşılanmasında iştirak etmək imkanından ata məhrum edilmir.
18. Məhkəmə kollegiyası, birgə nikahdan olan uşaqların fikirlərini, həmçinin onların yaşını, daha çox analarına və bir-birilərinə olan bağlılıqlarını, o cümlədən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və iki bacı olaraq birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna halların istisna olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahdan olan uşaqlarının eyni valideynə, yəni anaya verilmələrinin onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Qeyd dilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə və təmin edilə bilməz.
19. Əlavə olaraq məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarının tələblərinə istinadən iddia tələbinin “nikahın pozulması” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə tərəflərə barışmaq üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salsa da bu müddət bitdikdən sonra iddiaçının nikahın pozulmasına təkid etdiyini, ailənin saxlanılmasının qeyri-mümkünlüyünü nəzərə alaraq tərəflər arasında olan nikahın pozulması qənaətinə gəlməkdə haqlı olmuşdur.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəllənin 49.2, 52, 58.2, 60.4, 75.1, 75.4, 78.1, 78.2, 100.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 17, 19-cu maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil2 Emin oğlu) kassasiya şikayəti verərək, Bakı A pellyasiya Məhkəməsinin 2(103)-1000/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətində qeyd edilən iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədi ilə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi məlumatlar tamamilə yalandır. Belə ki, ailə dəyərlərini üstün tutan bir şəxs kimi hər zaman həyat yoldaşına-iddiaçıya və övladlarına yüksək qayğı göstərmişdir. İddiaçının və övladlarının tələbatlarını ödəmişdir və ödəyir, daima onlarla vaxt keçirir, övladlarının və iddiaçının asudə və istirahət vaxtlarının səmərəli keçirilməsini təmin edir, onları xarici ölkələrə, Azərbaycanın müx təlif guşələrinə istirahətə aparır. Övladları da ona çox bağlıdırlar və onu çox sevirlər. Qohumları, tanışları arasında qayğıkeş ailə başçısı kimi tanınır. Bunları qeyd etməkdə məqsədi ondan ibarətdir ki, iddiaçının hazırkı iddia tələbinin heç bir əsası yoxdur. İddiaçının iddia ərizəsində barəsində qeyd etdiyi fikirlər qərəzli olmaqla yanaşı, heç bir fakta, sübuta söykənmir. Ailəsinə daima bağlı olmuşdur, ailəsini qoruyub saxlamaq üçün əlindən gələni etmişdir. Ailə münasibətlərinin pozulması onun təqsiri ucbatından baş verməmişdir. Əksinə, o, yenidən ailə kimi birlikdə yaşamaqları, övladlarının sağlam ailə mühitində böyüməsi üçün çalışmışdır. Lakin iddiaçı onun bu cəhdlərini dəyərləndirməmiş, nikahın pozulması üçün heç bir ciddi əsas olmadığı halda, məhkəməyə müraciət etmişdir.
23. Öz övla dlarına bir valideyn kimi daima məsuliyyətlə yanaşacaq, diqqət və qayğı göstərəcək, öz valideynlik borcunu layiqincə yerinə yetirəcək keyfiyyətlərə sahib olan insandır və məhkəmə araşdırması zamanı onu azyaşlı uşaqlarından ayırmağa səbəb ola biləcək xüsusi hallar müəyyən edilməmişdir. Şəxsi keyfiyyətlərində uşaqların normal inkişafını, tərbiyəsini ciddi risk altında qoyacaq hər hansı bir təhlükəyə rast gəlinmir və uşaqların ona bağlılığı imkan verir ki, uşaqlarının sağlamlığına, mənəvi, fiziki, psixi inkişafına qayğı göstərsin, onların təlim-tərbiyəsi və təhsili ilə məşğul olsun və onlar üçün layiqli həyat şəraitini təmin etsin (hansı ki, bu günədək övladları üçün layiqli həyat şəraitini təmin etmişdir). Çünki cavabdehlə eyni hüquqlara sahibdir və atalıq hüququndan məhrum edilməmişdir. Gör ündüyü kimi işə baxan apelyasiya instansiya məhkəməsi onun valideynlik hüquqlarının təsbit edildiyi maddi hüquq normalarını kobud surətdə pozmuşdur. Beləliklə, işə obyektiv baxılmamış və ədalətli qərar verilməmişdir.
24. Məhkəmə həqiqətin müəyyən edilməsini təmin etməmiş, əksinə iddiaçının məhkəməyə bildirdiyi halların həqiqəti əks etdirməməsinə və işin faktiki halları ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən xüsusatlar üzrə araşdırma və hüquqi əsaslandırma aparmamış, işə səthi yanaşaraq, şablon, ümumi ifadələrlə iddianı təmin etmişdir.
25. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ və Vİ hissələrinə və 34-cü maddəsinin İV hissəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1, 52, 60.4, 61.3-cü maddələrinə, “Uş aq hüquqları haqqında” Konvensiyanın 3.1-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5, 19-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1 və 217.3-cü mad dələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
27. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.
28. Maddə 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
29. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olm aqla, onlarla birgə yaşamaq hüququna malikdir.
30. Maddə
52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
31. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
32. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların raz ılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
33. Maddə
17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulma sı tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının:
34. Bənd 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövc ud vəziyyətini xarakterizə edən digər hallar.
35. Bənd 7.2. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.
36. Bənd 7.3. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı u şağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-in 97- ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-in 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.
37. Bənd 7.4. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
38. Bənd 7.5. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çat mış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı, məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərə barışmaq üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salsa da bu müddət bitdikdən sonra iddiaçının nikahın pozulmasına təkid etdiyini, ailənin saxlanılmasının qeyri-mümkünlüyünü nəzərə alaraq tərəflər arasında olan nikahın pozulması qənaətinə gəlməkdə haqlı olmuşdur.
52. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birgə nikahdan olan uşaqların fikirlərini, həmçinin onların yaşını, daha çox analarına və bir-birilərinə olan bağlılıqlarını, o cümlədən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və iki bacı olaraq birlikdə yaşama larının təmin olunması baxımından müstəsna halların istisna olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahdan olan uşaqlarının eyni valideynə, yəni anaya verilmələrinin onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.
53. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflə rə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1000/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.