Məhkəmə qərarları › İş №2(102)-2364/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2364/2023

07.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2364/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ iş № 2(102)-2364/2023 (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “qeydiyyat vəsiqəsi, çıxarış və vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5599/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 5/8 hissəsinə paylı mülkiyyət hüququ olan ünvan 1 ünvanında yerləşən 72 saylı evin 114 saylı, ümumi sahəsi 69,53 kv.metr olan mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, YYY ünvanında yerləşən 72 saylı evin 114 saylı mənzilinə dair özəlləşdirmənin və həmin özəlləşdirmə əsasında verilmiş xx.xx. 1995-ci il tarixli, 30/50777 saylı qeydiyyat vəsiqəsinin, həmçinin xx.xx.2021-ci il tarixli, ********** saylı dövlət reyestrindən çıxarışın, İddiaçı adına mərhum anası X3 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(006)-1210/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən və onun xüsusi mülkiyyət hüququ əsasında 5/8 hissəsinə payı müəyyən edilmiş 114 saylı mənzilə köçürülməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.

4. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 20 22-ci il tarixli, 2(103)-5599/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1210/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında yerləşən və onun xüsusi mülkiyyət hüququ əsasında 5/8 hissəsinə payı müəyyən edilmiş 114 saylı mənzilinə köçürülməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun isə apellyatorun özünə aid edilməsi qət edilmişdir.

6. Cavabdeh nümayəndəsi – vəkili kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2(103)-5599/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə ko9llegiyası qeyd etmişdir ki, iş üzrə 20 sentyabr 2022-ci il tarixli qətnamə cavabdehin nümayəndəsi Vəkil şəxsi kabinetinə xx.xx.2022-ci il tarixdə saat 17:59-da yerləşdirilmişdir. Cavabdeh tərəf kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək, nümayəndəsi 19 dekabr 2022-ci il tarixdə kassasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və ötürülmüş prosessual müddətin bərpası ilə bağlı vəsatət verməmişdir.

8. Cavabdeh nümayəndəsi vəkili Vəkil kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1164/2023 saylı xx.xx.2023-cü il qərarı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2023-cü il tarixli, 2(103)-5599/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılmışdır.

11. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2(103)-5599/2022 saylı qərardadından kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-5599/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müdd ətin bərpası barədə Cavabdeh ərizəsi təmin edilməmiş və onun tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2(103)5599/2022 saylı qərardadı cavabdehin nümayəndəsi – vəkili Vəkil şəxsi kabinetinə xx.xx.2022-ci il tarixdə saat 14:42-də yerləşdirilmişdir. Cavabdeh tərəf kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək, 17 fevral 2023-cü il tarixdə kassasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, lakin ötürülmüş prossesual müddətin bərpası ilə bağlı vəsatət verməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2023-cü il tarixli, 2(103)-5599/2022 nömrəli qərardadı ilə cavabdehin nümayəndəsi - vəkili Vəkil tərəfindən qərardaddan verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılmışdır. Göründüyü kimi Cavabdeh tərəfindən apelyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti vermək üçün müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülmüşdür.

14. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh qərardaddan müəyyən edilmiş müddətdə şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-5599/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və ərizəsinin təmin olunmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin sənədlərindən də görünür ki, həmin qərardad onun tərəfindən gec alınmışdır. Lakin məhkəmə həmin qərardadın onun hüquqlarını müdafiə edən vəkilin elektron kabinetinə əlavə edilməsini əsas götürərək ərizəsinin təmin edilməsindən imtina olunması qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, həmin qərardad şəxsən ona ya poçt vasitəsilə, ya da elektron kabinet vasitəsilə çatdırılmalı idi. Amma işin ha llarından da görünür ki, həmin qərardadın ona xx.xx.2022-ci il tarixində çatdırılması barədə heç bir sübut yoxdur. Bu halda həmin qərardadın onun tərəfindən xx.xx.2022-ci il tarixdə alınması barədə və onun həmin qərardaddan həmin tarixdən məlumatının olması qənaətinə gəlinməsi tamamilə əsassızdır. Bundan əlavə, onun şəxsi elektron kabineti yoxdur. Bu baxımdan da həmin qərardadın xx.xx.2022-ci il tarixində elektron kabinetə yerləşdirilməsi həmin qərardadın xx.xx.2022-ci il tarixdə onun tərəfindən alınması kimi qiymətləndirilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh apelyasiya instansiya məhkəməsinin qətnamə və qərardadından verdiyi şikayətin müddətini üzrsüz səbəbdən ötürmüşdür. Ona görə də, məhkəmə haqlı olaraq onun şikayətini qəbul etməmiş və müddəti bərpa etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

20. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə il ə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

21. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

24. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsi ndə sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

25. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

26. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə mə lumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

27. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

28. Maddə 405.0.2. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008 -ci il tarixli qərarı

29. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədlər i

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bər pa olunması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

33. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassa siya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

34. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 360-cı maddəsində apelyasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətdir. Həmin normada apelyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.

35. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

36. MPM-nin 135.6-cı maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

37. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisələndirilən qərardad cavabdehin nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir (iş/vər. 198).

38. Bu halda apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin və onun nümayəndəsinin kassasiya şikayəti vermə müddətinin axımı sonrakı gündən başlanmış və 10 gün davam etmişdir. Lakin cavabdehin kassasiya şikayəti müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il verilmişdir.

39. Apelyasiya instansiyası məhkəməsi müddətin bərpa edilməsi üçün üzrlü səbəblərin olmadığı barədə qənaətə gəlmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyek tivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

41. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.

42. Bundan başqa, ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. H üquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz.

43. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdı rılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.

44. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.

45. Apelyasiya şikayətinin qərardadın elektron kabinetə yerləşdirildiyi tarixdən deyil, iddiaçıya qəbzə imza etdirilməklə verildiyi vaxtdan hesablanması barədə dəlil əsaslı deyil. Bu dəlil MPM-inin 135.5 və 135.6-cı maddələrinin göstərişlərinə ziddir.

46. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133-cü maddəsinə istinad etməklə iddiaçının prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5599/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar