Məhkəmə qərarları › İş №2(102)-2365/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2365/2025

25.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2365/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun yaranması, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli, 2(103)1472/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh X11 ilə 2008-ci ildə nikaha daxil olaraq, həmin zaman daşınmaz əmlakın dövlət reyestrində X1 mülkiyyəti kimi qeydə alınmış ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə gəlin köçmüşdür.

2. Onların nikahları 2023-cü ildə pozulmuşdur.

3. İddiaçı X5 qardaşıdır.

4. X6 23 dekabr 1991-ci ildə, onun arvadı X9 07 avqust 2006-cı ildə ölmüşlər.

5. Qanun üzrə vərəsəlik haqqında 12 fevral 2024-cü il tarixli şəhadətnamə ilə İddiaçı X3 vərəsəsi kimi tanınmışdır. Şəhadətnamə verilən miras əmlak kimi mirasqoyanın vəfat etmiş əri X2 məxsus olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,01689 ha olan torpaq sahəsi göstərilmişdir.

6. İddiaçı həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ 13 iyun 2024 -cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

7. Cavabdeh yetkinlik yaşına çatmamış uşaqları 07 iyun 2011-ci il təvəllüdlü X10 və 12 sentyabr 2012-ci il təvəllüdlü X8 ilə birgə qeyd olunan evdə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və onun övladları 07 iyun 2011-ci il təvəllüdlü X10 və 12 sentyabr 2012-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus şəxsi mülkiyyətindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qardaşının keçmiş həyat yoldaşıdır. Onlar 2008-ci ildə nikaha daxil olandan sonra qardaşının evi olmadığından iddiaçı onlara müvəqqəti yaşamaq üçün öz şəxsi evində, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 1, ev 9 ünvanda müvəqqəti yaşamaq üçün icazə vermişdir. Həmin ev onun şəxsi mülkiyyətindədir. 2023-cü ildə Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə qardaşı və cavabdehin arasında olan nikah pozulmuşdur. Nikah pozulandan sonra cavabdeh idiaçının anası və qardaşını iddiaçının şəxsi mülkiyyəti olan evdən qovmuş, hər dəfə onlar həmin mənzilə daxil olmaq istəyəndə onları təhqir edərək söymüş, polisə şikayət etmişdir.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(003)3240/2024 nömrəli qətnaməsi ilə (hakim Z.Tağıyev) iddianın təmin edilməsi, Cavabdeh, yetkinlik yaşına çatmamış 07 iyun 2011-ci il təvəllüdlü X10 və 12 sentyabr 2012-ci il təvəllüdlü X8 ilə birgə ünvan 1 ünvanında yerləş ən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırkı vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

12. Göründüyü kimi, mübahisəli mənzilin 13 iyun 2024-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçməsi, cav abdehin isə övladları ilə birlikdə mübahisəli mənzildə yaşamaları etiraf olunmuşdur.

13. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin mənzildə yaşamaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürm ək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur.

14. Bundan başqa, cavabdeh mübahisəli mənzilə gəlin köçdüyünü və orada yaşamaq hüququnun olduğunu qeyd etsə də, məhkəmə onun həmin mənzilə dair istifadə hüququnun yaranmadığını qeyd etmişdir.

15. İşin müəyyən edilən hallarından görünür ki, mübahisəli mənzil 13 iyun 2024-cü il tarixdən iddiaçının mülkiyyətinə keçmişdir. Göründüyü kimi tərəflər arasında münasibət 2008-ci ildə yaransa da, yəni cavabdeh mübahisəli mənzilə 2008-ci ildə köçsə də, qeyd olunan mənzil iddiaçının mülkiyyətində olmamış, həmin mənzil iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında 2024-cü ilin iyul ayında dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil 02 iyul 2024-cü il tarix ədək iddiaçın sahibliyində və istifadəsində olduğundan və 02 iyul 2024-cü il tarixdən onun həmin mənzilə mülkiyyət hüquq yarandığından mübahisənin həlli zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır.

16. Qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır.

17. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qətnaməsindən də göründüyü kimi iddiaçı Cavabdeh mübahisəli evə dair hər hansı bir qanuni hüquq u olmadığından, onun məhkəmə müdafiəsi də mümkün hesab edilməmişdir.

18. Bununla da, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanda yaşamışlar, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehlərdən tələb etmişdir. Cavabdehlər evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlərin həmin mənzilə istifadə hüququ olmadığından, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı mənzili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 152.5, 157.2, 157.4, 228.5-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1-ci Protokolunun 1-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Məmmədovanın şikayəti üzrə” 11 iyul 2014-cü, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsind ə icraat

21. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli, 2(103)-1472/2025 nömrəli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və S.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı - cavabdehin yetkinlik yaşına çatmamış uşaqları ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası rədd edilsin.

23. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 1, ev 9 ünvanı iddiaçının babası X4 məxsus olmuş, baba 23 dekabr 1991-cı il tarixdə vəfat etmiş, bundan sonra miras əmlak mərhumun arvadı X9 və oğlu Əliyev Nayib Adil oğlu tərəfindən qəbul edilmişdir. 18 sentyabr 2000-ci il tarixdə iddiaçının atası Əliyev Nayib Adil oğlu vəfat etdikdən sonra miras əmlak iddiaçının ailə üzvləri tərəfindən yəni, özü, qardaşı, anası və nənəsi tərəfindən qəbul edilmişdir. 07 avqust 2006-cı il tarixdə nənəsi vəfat edəndən sonra miras əmlak iddiaçı, anası və qardaşı tərəfindən qəbul edilərək idarə olunmuşdur.

24. Apellyasiya kollegiyası göstərilənləri sadalayarkən evin mülkiyyət sənədi olmasa da, babanın adına mübahisəli evə texniki pasportun olması və məhz həmin sənəd əsasında da 12 fevral 2024-cü il tarixdə iddiaçının adına vərəsəlik şəh adətnaməsinin, sonda isə 13 iyun 2024-cü il tarixdə mübahisəli əmlakın Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının adına qeydiyyatdan keçməsi, qeydiyyat vəsiqəsinin verilməsini nəzərə almışdır.

25. Cavabdeh iddiaçının qardaşı X11 ilə 2008-ci ildə nikaha daxil olandan sonra Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 1, ev 9 ünvanda yaşamağa başlamışlar. 2023-cü il tarixində Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının qardaşı və cavabdehin arasında olan nikah pozulmuşdur.

26. Göründüyü kimi, cavabdehin mübahisəli əmlaka 2008-ci il tarixdə köçərək yaşamağa başlaması, eləcə də iddiaçının qardaşı ilə ailə münasibətlərinə xitam verilməsi işin mübahisəsiz hallarıdır.

27. Bundan başqa, iddiaçı mübahisəli evə Dövlət Reyestrindən çıxarış 2024-cü il tarixdə əldə etsə də, onun, onun anasının və cavabdehin əri olmuş qardaşı Ramil Əliyevin miras əmlakı faktiki qəbul etmələri mübahisəsizdir və onların həmin əmlaka mülkiyyət hüquqları 2000-ci ildən, atalarının vəfatından sonra yaranmışdır. Belə ki, Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

28. İş materiallarından görünür ki, cavabdehin ərinin notariat qaydada razılıq ərizəsi ilə mübahisəli evə dair mülkiyyət tam olaraq iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.

29. Belə olan halda, apellyasiya kollegiyası hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

30. Lakin bi rinci instansiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına istinad etsə də, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrini tətbiq edərək, həmçinin də işin qeyd edilən hallarını düzgün araşdırmayaraq iddiaçının mənzilə mülkiyyət hüquqlarının yaranması vaxtını, cavabdehin mənzilə hansı tarixdən köçərək yaşamasını, köçərkən cavabdehin əri olan qardaşının da eyni hüquqlu vərəsə olmasını, cavabdehin də ərinə münasibətdə mənzildən istifadə hüquqlarının yaranmasını nəzərə almayaraq iddianı təmin etmi şdir.

31. Halbuki, cavabdeh iddiaçı tərəfin, daha dəqiq ifadə edilsə özünün və qardaşının razılığı ilə 2008-ci ildən mübahisəli əmlaka gəlin köçmüş və uzun müddət sonuncu ilə birlikdə həmin əmlakda yaşayaraq birgə təsərrüfat idarə etmiş, bununla da mübahisəli əmlaka istifadə hüquqları yaranmışdır.

32. Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçdüyü vaxt onun keçmiş əri Ramil Əliyevi evin birgə mülkiyyətçisi qismində görən apellyasiya kollegiyası hesab etmişdir ki, yaşayış sahəsindən istifadə və ona xitam verilməsi ilə bağlı onların arasında hər hansı müqavilənin bağlanmasına ehtiyac olmamışdır, çünki cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ Mülki Məcəllənin 228.5-ci maddəsinin dispozisiya şərtləri daxilində yaranmışdır. Həmin normaya görə isə yaşayış binasının tərkib hissəsini n mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

33. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı iddiasında 2008-ci ildə nikaha daxil olandan sonra Ramilin evi olmadığından iddiaçı onlara müvəqqəti yaşamaq üçün öz şəxsi evində, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 1, ev 9 ünvanda müvəqqəti yaşamaq üçün icazə verdiyini göstərsə də, kollegiya iclasında araşdırma zamanı iddiaçının nümayəndəsi olan anasının izahatı ilə bu dəlil təsdiqini tapmamışdır. Belə ki, o, izahatında qeyd etmişdir ki, cavabdeh gəlin köçməmişdən əvvəl, iddiaçının nənəsinin vəfatından sonra ev bir damın altında iki hissəyə bölünmüşdür. İki otaq iddiaçının, üç otaq isə digər oğlu Əliyev Ramilin istifa dəsində idi. Cavabdeh digər oğlu Əliyev Ramilin istifadəsində olan üç otaqlı mənzilə gəlin gəlmiş və o da, onlarla birlikdə bu üç otaqda birgə təsərrüfat aparmışlar. Nəvələr anadan olandan sonra ailə arası söhbətlərdə ümumiyyətlə bu evi satıb, iki qardaş arasında bölünməsi nəzərdə tutulmuşdur. Lakin digər oğlu Ramil Əliyevin cavabdehlə nikahları pozulduğundan, bu baş tutmamışdır.

34. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli əmlaka istifadə hüquqları yaranmasını iddiaçı tərəf bir növ etiraf etdiyindən, hazırkı mübahisəyə 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarının tələbləri baxımından yanaşılmalı idi.

35. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

36. Başqa sözlə, cavabdehin istifadə hüquqlarına bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilərdi ki, hazırda isə iddiaçının belə bir tələbi olmamışdır.

37. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 148.2, 152.1, 152.5, 157.2, 157.4, 228.2, 228.4, 228.5, 1255-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 217.1, 217.2, 217.3, 218.1, 372.1, 384.0.2, 385.1.1-ci maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

38. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli, 2(103)-1472/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 146.2, 228.2-ci, Mülki Prosessual Məcəllə nin 88, 217.3-cü maddələrinin tələbləri pozulmuş, mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməli olduğu halda, tətbiq edilməmişdir.

40. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsini tətbiq edərkən nəzərə almamışdır ki, cavabdehin keçmiş əri mübahisəli evin mülkiyyətçisi olmamışdır. Halbuki, cavabdehin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi qismində çıxış edən iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmalı idi ki, belə bir hal baş verməmişdir. Eyni zamanda, cavabdeh həmin evə gəlin köçərkən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, tərəflər arasında isə hər hansı notarial razılıq olmamışdır. Mübahisəli ev 2024-cü ildə iddiaçının mülkiyyətinə keçdiyindən i şə baxan məhkəmə mübahisəni Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları baxımından həll etməli idi.

41. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

42. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

43. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istin ad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

44. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

45. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhru m etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvad ı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 1255-ci maddəsinə əsasən vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

51. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh 2008-ci ildə mübahisəli yaşayış sahəsinə köçərkən onun ərinin babanənəsindən və atasından miras qalmış mübahisəli fərdi yaşayış evindən ibarət mirası faktiki qəbul etməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunan hal olduğundan, məhkəmə Mülki Məcəllənin 228.5-ci maddəsini tətbiq edib, iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.

52. Belə ki, iş materiallarından müəy yən olunur ki, iddiaçının yaşayış sahəsinə mülkiyyət hüququ 2024-cü ildə, yəni cavabdehlə iddiaçının qardaşı arasında nikah pozulduqdan sonra, vərəsəlik qaydasında rəsmiləşdirilib və bunun əsaslarından biri də, cavabdehin əri X5 miras payını iddiaçıya bağışlaması olmuşdur.

53. Lakin, sonuncunun miras payını birtərəfli qaydada iddiaçıya ötürməsi, cavabdehin yaşayış sahəsindən mövcud istifadə hüququna xitam verilməsi üçün əsas ola bilməz. 54. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliyi) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli, 2(103)-1472/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar