Məhkəmə qərarları › İş №2(102)-2366/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2366/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2366/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7998/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “X1” MMC (icraçı) ilə İddiaçı (sifarışçi) (bundan sonra – iddiaçı) arasında bağlanmış 27.04.2012-ci il tarixli, GMPE1-31/2012 saylı müqaviləyə əsasən, icraçı Cavabdeh MMCnin Ə.Ələkbərov küçəsi 89 ünvanında tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı “E1” bloku, xxxxxxxxxxxxxxx№-li, ümumi sahəsi 152,14 kvadrat metr olan 3 otaqlı mənzili (bundan sonra – mübahisəli mənzil) müqaviləyə əlavə edilən 1 №-li texniki şərtlərə uyğun tikilmiş halda sifarışçiyə satmağı, sifarişçi isə aldığı mənzilin ümumi dəyəri kimi 168000 manatı bu müqaviləyə əlavə edilən ödəniş qrafikinə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MMC (bundan sonra – cavabdeh) tərəfindən verilmiş 20.09.2016-cı il tarixli maliyyə arayışına əs asən, mübahisəli mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır. Tərəflər arasında bağlanmış 12.03.2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194, 196, 198, 200, 202, Şəfaət Mehdiyev küçəsi, 129, 133 ünvanında yerləşən A3 tikilisi, 1xxxxxxxxxxxxx cavabdeh tərəfindən iddiaçıya satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh tərəfindən istifadəsinə verilməsindən imtina edilmiş 4,8 kvadrat metrlik sahənin dəyərinə müvafiq 20000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ümumi sahəsi 152,14 kvadr at metr olan mənzilin dəyərini ödəsə də, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini pozaraq ona razılaşdırılmış ölçüdə deyil, sahəsi 148,6 kvadrat metr olan mənzil təhvil vermişdir. Cavabdeh iddiaçıya faktiki olaraq müqavilədə nəzərdə tutulmuş ölçüdə mənzil təhvil verdiyini, daşınmaz əmlakın dövlət reyestrində həmin mənzilin sahəsinin az göstərilməsinin qanunvericiliyin tələbləri ilə bağlı olduğunu bildirməklə, iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 04.06.2020-ci il tarixli, 22158 saylı rəyində qeyd edilmişdir ki, mübahisəli mənzilin faktiki ümumi sahəsi 152,3 kvadrat metr, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin v ə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı, 04.12.2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma Qaydaları”-nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmaqla mənzilin ümumi sahəsi 148,6 kvadrat metr müəyyən edilir. Bakı Şəhəri Suraxanı Yasamal Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-117/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia tələbi rədd edilmişdir. Məhkəmə iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş üzrə ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli mənzilin faktiki ümumi sahəsi 152.3.0 kvadrat metrdir. Lakin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq hesabl adıqda isə mənzilin ümumi sahəsi 148,6 kvadrat metr müəyyən edilir. Beləliklə müəyyən olunur ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli, 7 saylı “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanma qaydaları”nın 2-ci və 3.8-ci bəndlərinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7998/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), V.Sadıqov və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə mənzilin faktiki təhvil verilmiş sahəsi ilə müqavilədə nəzərdə tutulmuş və iddiaçı tərəfindən dəyəri ödənilmiş sahəsi arasında uyğunsuzluğun olması ilə bağlıdır. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini və qanunvericiliyin normalarını nəzərə alaraq, hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında müqavilə üzrə öhdəliyini pozmadığı, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil verdiyi barədə düzgün qənaətə gəlmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kllegiyasının 04.12.2012-ci il tarixli, 7 saylı “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanma qaydaları”nın 2-ci və 3.8-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun deyildir. Ekspert mənzilin dizayn üçün nəzərdə tutulmuş, lakin balkon kimi istifadəsi mümkün olmayan sahəni balkon kimi nəzarə almışdır. Mənzilin ümumi sahəsi faktiki olaraq 148,6 kvadrat metr olduğu üçün cavabdeh tərəfindən pulun fərqi ödənilməli idi. Təkrar məhkəmə ekspertizası təyin edilməsi haqqın da verdiyi vəsatət əsassız olaraq təmin edilməmişdir. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinin və MPM-nin 418-ci maddəsinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirakı təmin etməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Təkrar ekspertizanın keçirilməsi barədə kassasiya şikayətinin dəlilini də Məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iş materialları ilə id diaçının belə bir vəsatət verdiyi təsdiq olunmur. Digər tərəfdən, iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməli olmasının zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Halbuki, MPM-in 102.2-ci maddəsinə görə, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7998/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar