Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2367/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Quliyev Gündüz Ağababa oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11626/2018 saylı 16 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh x2nun verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ə.R.Səmədov, iş № 2(008)-4001/2018) iddia təmin edilərək, x1ASC ilə x2 aras ında bağlanmış 19.09.2013-cü il tarixli, 02/2213/AFS saylı kredit müqaviləsinin və 25.04.2016-cı il tarixli Sazişin ləğv edilməsi, x2ndan və x3 birgə qaydada 9247,78 manat əsas borc, 2210,27 manat faiz borcu və 91,46 manat cərimə olmaqla, cəmi 11549,51 manat borc və ödənilmiş 30.40 manat məhkəmə xərcinin tutularaq x1ASC-yə ödənilməsi, tələbin cavabdeh x2na məxsus olan «NİSSAN JUKE» minik markalı, **** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğ hesabına cavabdehin x1 ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait qətnamənin tam icra olunmasına kifayət etmədikdə qalıq borc məbləğinin cavabdehlər x2 və x3 birgə qaydada tutularaq iddiaçı x1ASC-nin xeyrinə ödənilməsi qət edilmi şdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov, iş № 2(103)11626/2018) cavabdeh x2nun apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(008)-4001/2018 nömrəli qətnaməsi cavabdeh x2nun apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən cavabdeh x2 kassasiya şikayəti vermişdir. İşin halları: İşin hallarına görə x1ASC ilə x2 arasında bağlanmış 19.09.2013-cü il tarixli, 02/2213/AFS saylı kredit müqaviləsinə əsasən x1ASC tərəfindən x2na 60 ay müddətində qaytarılmaq üzrə illik 18% faiz dərəcəsi ilə 15390 (on beş min üç yüz doxsan) ma nat kredit verilmişdir. Sonradan tərəflər arasında bağlanmış 25.04.2016-cı il tarixli sazişə əsasən kredit müqaviləsinin müddəti 24 ay uzadılmışdır. Kreditin təminatı olaraq, tərəflər arasında eyni tarixli ipoteka müqaviləsi bağlanmışdır ki, həmin müqaviləyə uyğun olaraq, x2 «NİSSAN JUKE» minik markalı, **** dövlət qeydiyyat nişanlı avtomobili 19.09.2013-cü ildən 19.09.2018-ci ilədək x1ASC-yə ipotekaya qoymuşdur. Bundan başqa, kreditin təminatı olaraq bankla zaminlik müqaviləsi bağlanmış, zamin x3 bank qarşısında zamin duraraq borclunun kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını öz öhdəsinə götürmüşdür. Hazırki tələbində iddiaçı x1ASC, bankla x2 arasında bağlanmış 19.09.2013-cü il tarixli, 02/2213/AFS saylı kredit müqav iləsinin və 25.04.2016-cı il tarixli Sazişin ləğv edilməsi, x2ndan və x3 birgə qaydada 9247,78 manat əsas borc, 2210,27 manat faiz borcu və 91,46 manat cərimə olmaqla, cəmi 11549,51 manat borc və ödənilmiş 30,40 manat məhkəmə xərcinin tutularaq x1ASCyə ödənilməsi, tələbin cavabdeh x2na məxsus olan «NİSSAN JUKE» minik markalı, **** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğ hesabına cavabdehin x1 ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait qətnamənin tam icra olunmasına kifayət etmədikdə qalıq borc məbləğinin cavabdehlər x2 və x3 birgə qaydada tutularaq iddiaçı x1ASC-nin xeyrinə ödənilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Bank qarşısında öh dəliklərini lazımınca yerinə yetirməmişlər. Bank tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə cavabdehlər öhdəliklərinin icra olunması üçün tədbir görməmişlər. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 nümayəndəsi x3 və vəkili Babayev Toğrul Babaəli oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahişetmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara düzgün qiymət verilməmiş,işin halları obyektiv araşdırılma mışdır. Kassasiya şikayətində göstərilir ki, məhkəmələr heç bir mühasibatlıq ekspertizası keçirmədən, sözügedən sahə üzrə mütəxəssis cəlb etmədən cavabdehin banka iddiaçının qeyd etdiyi məbləğdə borcunun qalması qənaətinə gəlmişlər. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (MPM-nin 2.1-ci maddəsi). MPM-nin 88 və 217.2-ci maddələrinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakir ə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələri bağlanmışdır. Təqdim edilmiş sənədlərə görə, cavabdehlərin Banka 9247,78 manat əsas borcu, 2210,27 manat faiz borcu və 91,46 manat cərimə olmaqla, cəmi 11549,51 manat məbləğində kredit borcu yaranmışdır. x1 ASC tərəfindən cavabdehlərə kredit borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Tərəflər arasında bağlanmış kredit, ipoteka və zaminlik müqavilələrinin mövcudluğu, borcun yaranması mübahisələndirilmir. Beləliklə, işin hallarından görünür ki, kredit borcunun ödənilməsində pozuntular olduğu üçün iddiaçı borcunu vaxtından əvvəl tələb etmişdir. Cavabdeh x2 borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, hesab etmişdir ki, əvvəla, cavabdeh onun barəsində qərəzli və tam araşdırılmamış qətnamə çıxarılmasını bildirsə də, buna dair məhkəməyə hər hansı bir ciddi sübut verməmişdir. Çünki, iddia tələbinə etiraz edərək belə bir fikir söyləyirsə bunu sübut etməlidir. Bu halı sübut etmək yükü isə artıq onun üzərinə düşür. Digər tərəfdən, kredit münasibətləri üzrə hər bir halda məhkəmənin mühasibatlıq ekspert izası keçirməli olması kimi prosessual qanunvericilikdə imperativ tələb nəzərdə tutulmamışdır. Məhkəmənin belə bir məcburi vəzifəsi olmasa da, lüzumsuz olaraq hazırki iş üzrə də ekspertizanın keçirilməsinə zərurət və əsas olmamışdır. Çünki, iddia tələbində göstərilən əsas və faiz borcunun məbləğləri işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından ekspertizanın keçirilməsinə də əsas mövcud deyildir. Cavabdeh özü də kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməsinə dair şikayətində hansısa hala istinad etməmişdir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştir akçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatma sına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1-ci maddələri). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur v ə eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusun a görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Bundan başqa, əsas öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının tələbinə əsasən ipoteka və girov predmetinə yönəldilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11626/2018 saylı 16 noyabr 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2367/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2367/2019
24.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver