Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-237/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa 25.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı, vəkili Vəkil1, cavabdehin vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6131/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı “xxxx” QSC, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktor köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Bu əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə müddətsiz bağlanmışdır və işçi xx.xx.2015-ci il tarixdən işə başlayır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 1000 manat əmək haqqı ödənilir.
2. İddiaçı "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin işçilərinin ştat cədvəlindəki dəyişikliklə əlaqədar, İdarə direktorunun köməkçisi vəzifəsi vahidinin xx.xx.2019-cu il tarixdən ixtisar olunduğu və əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra, yəni xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “b” bəndi ilə ləğv ediləcəyi barədə xəbərdar edilmişdir.
3. Direktorun birinci müavini D.X.Ayutovun, direktorun personalla iş üzrə müavini R.A.Mehdiyevin, idarənin Həmkarlar Komitəsinin sədri V.V.Məmmədovun imzaları ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktorunun köməkçisi İddiaçı ona təklif olunmuş X1 NOTAMofis mühəndisi vəzifəsindən imtina etmişdir. 4. “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Həmkarlar Komitəsinin xx xxxxx 2019-cu il tarixli, 01/03 nömrəli protokolundan çıxarışa əsasən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin işçilərinin ştat cədvəlindəki dəyişikliklə əlaqədar direktorun köməkçisi” vəzifəsinin ixtisara salınması, həmin vəzifədə çalışan İddiaçı təklif olunan digər vəzifədən imtina etməsini və həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78 və 79-cu maddələrində qeyd olunan “imtiyazlara” malik olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin (maddə 70b) bəndinə müvafiq olaraq işdən azad edilməsinə Həmkarlar Komitəsinin razılığı verilmişdir.
5. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “xxxx” QSC tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli əmrə əsasən “xxxx” QSC “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktorunun köməkçisinin əmək müqaviləsinə ştatlar ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsi nin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2019-cu il tarixdən xitam verilmiş, Maliyyə-İqtisad İdarəsi tərəfindən ona xx.xx.2017xx.xx.2019-cu iş ilinə görə istifadə etmədiyi 41 məzuniyyət günü əvəzinə pul kompensasiyası və orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi dəyişilmiş ştat cədvəli, xəbərdarlıq və HİK-in xx.xx.2019-cu il tarixli №01/03-li protokolundan çıxarış göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” QSCnin İddiaçı işdən azad edilməsi barədə xx xxx 2019-cu il tarixli 324/ş saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcbu ri işburaxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildə "xxxx" QSCnin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinə işə qəbul olunmuş, müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2015-ci il tarixdən isə "xxxx" QSC-nin prezidenti cənab Cahangir Əsgərov tərəfindən imzalanmış əmək müqaviləsinə əsasən "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin direktor köməkçisi vəzifəsinə keçirilmişdir. Həmin əmək müqaviləsi müddətsiz bağlanmışdır. İstər əvvəllər, istərsə də əmək müqaviləsi bağlandıqdan sonra işlədiyi illər ərzində iş fəaliyyətində heç bir nöqsana yol verməmiş, heç bir intizam tənbehi olmamışdır.Lakin 2017-ci ilin noyabr ayında "Azəraeronav iqasiya" Hava Hərəkəti İdarəsinə yeni direktor təyin edildikdən sonra müntəzəm olaraq onun işçi hüquqları pozulmağa başlamış, əmək funksiyalarının icra edilməsinə maneəçilik göstərilməyə başlanmış, qanunsuz formada əmək funksiyalarının icrasına müdaxilələr edilməyə başlanmışdır. Bundan sonra, əvvəlcə ona təklif olunmuşdur ki, aşağı vəzifəyə keçməsi üçün ərizə yazmalıdır, o imtina etsə də, ona bildirilmişdir ki, bu halda onu maddə ilə işdən çıxaracaqlar və əmək kitabçası korlanacaqdır. Daha sonra xx.xx.2019-cu il tarixdə ona xəbərdarlığa imza etdirildikdən sonra həmin xəbərdarlığın bir nüsxəsi verildikdə, o başa düşmüşdür ki, artıq onlar hədələrini həyata keçirmişlər, belə ki, həmin xəbərdarlıqdan görünürdü ki, tutduğu vəzifə ümumiyyətlə ixtisara salınmışdır. Buna baxmayaraq ixtisar haqqınd a məlumat müəssisənin rəsmi blankında olmamış, ixtisarın səbəbləri qeyd olunmamış, əsaslandırma aparılmamışdır. Daha sonra, xx xxxxx 2019-cu il tarixdə "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Həmkarlar komitəsinin iclası keçirilmiş və onun tutduğu vəzifənin ixtisara salınması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən tutduğu vəzifədən azad olunmağına razılıq verilmiş və "xxxx" QSC üzrə xx xxx 2019-cu il tarixli 324/ş saylı əmrə əsasən işdən azad edilmişdir.Müəssisənin Həmkarlar komitəsinin qeyd olunan qərarında ixtisarın aparılmasının zəruri olduğu araşdırılmamış, bu barədə işə götürənin müvafiq sənədləri tələb olunmamış, məsələyə çox səthi qiymət verilmişdir. Bundan başqa, ona elan edilmiş həmkarların iclasında qeyd olunmuşdur ki, guy a tutduğu vəzifə ixtisara salındığına görə işçinin orta əmək haqqı saxlanılmaqla "xxxx" QSC-nin tərkibində, yəni digər idarədə başqa vəzifəyə-"NOTAM-ofis mühəndisi" vəzifəsi üzrə vakant yerə keçirilməsi təklif olunmuş, lakin guya o bu vəzifədən imtina etmişdir. Müəssisənin Həmkarlar komitəsinin qeyd olunan iclasında ona ümumiyyətlə heç bir vəzifə təklif olunmamış, yalnız bildirilmişdir ki, "xxxx" QSC-nin tərkibində, yəni digər idarədə başqa işə keçirilsin, konkret olaraq başqa bir vəzifə təklif olunmamışdır. Lakin sonradan iclasın qərarı saxtalaşdırılmış və guya təklif olunmuş vakant vəzifədən o “imtina etmişdir” müddəası daxil edilmişdir. Hətta saxta bir akt da tərtib edilmişdir. Həmin aktın saxta olduğuna dəlalət edən hallar odur ki, o, belə bir aktı imzalamamış, belə bir aktın olduğunu bilməmişdir. İddiaçının aktı imzalamaqdan imtina etməsi isə tamamilə uydurmadır, necə olur ki, iclasın qərarından çıxarışı qəbul edib, imzasıyla təsdiq etmiş, aktı isə imzalamaqdan imtina etmişdir? Buradan belə qənaətə gəlmək olur ki, həmin akt saxtadır, sonradan tərtib olunub, odur ki, aktın ona təqdim olunması mümkün olmamışdır. Onun işlədiyi müəssisədə vakant iş yerləri vardır, lakin həmin, vakant iş yerlərinin ixtisar edilməsi əvəzinə, ali təhsilli, uzun müddət eyni idarədə işləyən mütəxəssisi hansısa çirkin əməllər nəticəsində ixtisara salmışlar. Başqa sözlə, ixtisarın aparılması üçün lazımi araşdırmalar aparılmamışdır.Belə ki, işçilərin sayı və ya ştatları ixtisar edilərkən bu əsas işçinin şəxsiyyəti ilə bağlı olmamalıdır. Ümumi qaydaya görə, müəssisə öz strukturunu və ştat tərkibi ni müstəqil surətdə müəyyən edir. Yəni konkret müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ məhz işəgötürənə məxsusdur. Buna görə də ştat cədvəli kifayət qədər tez-tez dəyişə bilər. Təcrübədə işçilərin sayının və ya ştatının ixtisarı tez-tez tətbiq olunmasına baxmayaraq, bu günə kimi əmək qanunvericiliyi «işçilərin ştat ixtisarı» anlayışının leqal tərifini təsbit etməmişdir. Təcrübədə ştat ixtisarı dedikdə müəyyən olunmuş qaydada müvafiq vəzifə üzrə bir, yaxud bir neçə ştat vahidinin ləğvi, eləcə də işlərin həcminin xxxxdılması başa düşülür. Bir qayda olaraq, işçilərin sayının və ya ştatının ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədi ilə işəgötürənin əmri (sə rəncamı, qərarı) ilə həyata keçirilir. İşçilərin sayının və ya ştatının ixtisarı iş həcmi faktiki surətdə xxxxdıqda və bununla əlaqədar işçilərin sayı xxxxdıqda, həm də işlərin ümumi həcmi saxlanmaqla işçilərin vəzifələri yenidən bölüşdürüldükdə və nəticədə zəruri işlərin sayı xxxxdıqda mümkündür. İşəgötürən tərəfindən işçilərin sayının və ya ştatının ixtisarı haqqında müvafiq qərar qəbul edildikdə, bir qayda olaraq, əvvəlcə müəssisədə boş (vakant) vəzifələr ləğv olunur və yalnız bundan sonra işləyənlərin hesabına ixtisar həyata keçirilməlidir. İşçilərin sayının və ya ştatının ixtisarı müəssisədə həqiqətən işçilərin sayı və ya ştatının ixtisar olunması zərurəti mövcud olduqda işçilərlə əmək müqaviləsinin ləğvihüquqauyğun əsas qismində çıxış edə bilər: İşçilərin sayının və ya ştatının ixtis arı zamanı işçinin işgüzar keyfiyyətləri (peşəkarlığı, ixtisası) nəzərə alınmalı, işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı hökmən araşdırılmalıdır. Əgər ştat ixtisarı aparılarkən bu tələblərdən hər hansı birinə işəgötürən tərəfindən əməl olunmadığı müəyyən olunarsa, deməli aparılmış ştat ixtisarı qanunsuzdur. İşçilərin sayı xxxxdılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçi ilə əmək müqaviləsi AR ƏM-nin 70-ci madəsinin «b» bəndi ilə ləğv olunduqda və bununla əlaqədar mübahisə yarandıqda əmək mübahisəsinə baxan məhkəmə ixtisarın məqsədəuyğunluğu məsələs ini müzakirə etmədən işçilərin sayının və ya ştatının ixtisar edilib-edilmədiyini, işçinin işdə saxlanmaq üçün üstünlük hüququnun nəzərə alınıb- alınmadığını, işçinin razılığı ilə onun peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi üçün işəgötürənin tədbirlər görüb-görmədiyini, bu əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydasını tənzimləyən əmək qanunvericiliyi normalarına işəgötürənin əməl edib-etmədiyini yoxlamağa borcludur. Mübahisənin yaranması halında işçilərin sayının və ya ştatının ixtisarının həqiqətən aparıldığının təsdiqi kimi işəgötürənin müvafiq əmrləri (sərəncamları, qərarları), ştat cədvəllərindən çıxarışlar (işçilərlə əmək müqaviləsinin ləğv edilməsinə qədər və sonra), əmək haqqı fondunun ixtisarı haqqında məlumatlar və s. çı xış edə bilər. İşçilərin sayı və ya ştatının ixtisarı ilə əlaqədar tədbirlər həyata keçirildikdə əmək müqaviləsi ləğv edilməli olan işçiləri- namizədləri işəgötürən müəyyən edir. Hər bir işçinamizəd ayrı-ayrılıqda AR ƏM-si və digər normativ hüquqi aktlar, habelə kollektiv müqavilə ilə müəyyən olunmuş işçilərin hüquqları, təminatları və imtiyazları nəzərə alınmaqla nəzərdən keçirilir. AR ƏM-nin 70-ci maddəsinin «b» bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə yalnız işçinin öz razılığı ilə başqa işə keçirmək mümkün olmadıqda yol verilir. İşçi əmək müqaviləsini işəgötürənlə bağladığından, ona iş yalnız azad olunan işçinin işlədiyi struktur bölmənin (filialın, nümayəndəliyin) hüdudunda deyil, bütün müəssisə hüdudunda təklif olunmalıdır.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətn amə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2019-ci il tarixli, 2(006)-5027/2019 saylı qətnaməsi ilə (hakim C.Musayeva) İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İddiaçının aid olduğu ştat vahidi artıq mövcud olmadığından, ona təklif edilmiş vakant vəzifəyə keçməkdən imtina etdiyindən və beləliklə də onunla əmək münasibətlərinin davam etdirilməsi mümkün olmadığından, həmkarlar ittifaqının razılığı alınmaqla iddiaçının tərəf olduğu əmək müqaviləsi cavabdeh-işəgötürən tərəfindən ləğv edilmiş,əmək müqaviləsinin ləğv edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – MM) 2.1, 11, 70, 71.1, 76, 77.1-77.3. 78.1 78.2, 79, 83-ci, Mülki Prosess ual Məcəllənin 14.2, 77.1, 217.4 -cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6131/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(006)-5027/2020 nörməli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş və birinci ins tansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. İşçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, başqa bir işdə işləməklə onunla olan əmək münasibətlərinin davam etdirilməsi təklif edilmiş, təklif edilmiş vəzifədən imtina etdiyindən iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmağa ona şərait yaradılmış, həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət edilmiş və həmin təşkilatın iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. İş yeri üzrə ştatın ixtisar edilməsi artıq həmin ştatda işləyən şəxslərlə əmək münasibətlərinin eyni ştat üzrə davam etdirilməsi mümkünsüz olduğundan tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsi «xxxx» QSC-ninxx.xx.2019-cu il tarixli əmrinə əsasən ləğv edilmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə məlumat verilməklə onunla son haqq-hesab aparılmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri b)
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddianbın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya in stansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.
18. Cavabdehin vəkili Ü.İsmayılov izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi
23. Azə rbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. (Maddə 2.1)
24. Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir.(maddə 11)
25. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70, “b”)
26. İşçilərin sayı xxxxdılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfin dən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. (maddə 71.1)
27. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.Həmin Məcəllənin 77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı xxxxdıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əm ək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. (maddə 76)
28. Müvafiq hallarda işçilərin sayı xxxxdılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin i şdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə (maddə 78.1 və 78.2)
29. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkar lar ittifaqı təşkilatının və ya hər hansı siyası partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır(maddə 79.1) 30. bu Məcəllənin 70- ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əla qədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir(maddə 80.1-ci və 80.2)
31. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi i şəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (maddə 83) Mülki Prossesual Məcəllə
32. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
33. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
35. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhk əməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bu nun nədən ibarət olması əsaslandırılmamışdır.
40. İddiaçının əmək müqaviləsinin ləğv ediləcəyi barədə xx.xx.2019-cu il tarixli xəbərdarlığın müəssisənin rəsmi blankında tərtib edilməməsi, xəbərdarlıqdakı imzanın orada adı göstərilən Personalla iş üzrə Baş İdarənin rəisi Murad Rəfi-zadəyə məxsus olmamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin daxilində işçiləri arasında yazışmanın hansı qaydada həyata keçirilməsi hüquqi şəxsin öz müvafiq daxili qaydalarına əsasən müəyyən edilir və bu yazışmanın rəsmi blankda, qeydiyyata salınmadan aparılması onun etibarsız olmasına dəlalət etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, sözügedən sənədin etibarlığını mübahisələndirmək səlahiyyəti onu imzalayan şəxsə məxsusdur. Belə ki, iş materiallarından görünür ki, apellyasiya icl asında iştirak etmiş Personalla iş üzrə Baş İdarənin rəisi Murad Rəfi-zadə imzanın ona məxsus olmasını bildirərək, sənədin etibarlı olduğunu təsdiq etmişdir.
41. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6131/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.