Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-237/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-237/2024 (Açar sözlər: torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, müdaxilənin qadağan edilməsi və maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, müdaxilənin qadağan edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şirvan Ap ellyasiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(106)-08/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən tarixdə 14 aprel 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Ağcabədi şəhəri ərazisindən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,1836 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci ins tansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, müdaxilənin qadağan edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Ağcabədi şəhəri ərazisindən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına 0,1836 ha torpaq sahəsi onun mülkiyyətindədidr. Cavabdeh ona məxsus torpaq sahəsini özbaşına tutaraq istifadə edir, tikililər inşa edir və torpaq sahəsindən onun istifadəsinə maneələr yaradır. Torpaq sahəsindən çıxmasını tələb etsə də cavabdeh bunda n imtina edir. Cavabdeh öz qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqlarına qəsd edir və mülkiyyətindən sərbəst istifadə etməsinə maneələr yaradır. Bütün cəhdlərə baxmayaraq cavabdehin törətdiyi maneələri aradan qaldırmaq mümkün olmamışdır, ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.
4. Ağcabədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) 01 iyul 2019-cu il tarixli, 2(017)-138/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh Torpağa mülkiyyət hüququna dair MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Ağcabədi şəhəri ərazisində yerləşən 0,1836 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində özbaşına inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, İddiaçı məxsus olan torpaq sahəsinə Cavabdeh tərəfindən istifadəyə edilən müdax ilələrin qadağan edilməsi, həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan bütün maneələrin aradan qaldırılması, torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyərini təşkil edən 86,76 manat məbləğində ekspertiza xərcinin Cavabdeh alınaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəznin hesabına köçürülməsi, aparılmış tədqiqatın dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
5. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ağcabədi şəhəri ərazisindən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,1836 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Mübahisəli torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır.Torpağa mülkiyyət hüququna dair MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Ağcabədi şəhəri ərazisindən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,1836 ha torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq, heç bir hüquqmüəyyənedici sənəd olmadan istifadə olunur. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür.Tərəflər arasında torpağa dair heç bir yazılı razılaşma və yaxud alqı-satqı barədə müqavilə olmamışdır. Mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmışdır. İddiaçı torpaqdan çıxmasını cavabdehdən tələb etsə də, bu mümkün olmamışdır, cavabdeh öz qanunsuz hərəkətləri ilə iddiaçının mülkiyyət hüquqlarına müdaxilə etmiş və mülkiyyətind ən sərbəst istifadə etməsinə maneələr yaratmışdır.
6. Məhkəmə hesab etmişdir ki, cavabdeh qanunsuz və əsassız olaraq istifadə etdiyi, çıxarışa əsasən iddiaçıya məxsus olan torpaq sahəsinə edilən müdaxilələr qadağan edilməli və iddiaçının öz əmlaklarından-torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Həmçinin cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində özbaşına inşa edilmiş tikililər cavabdehin hesabına sökülməli və cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 140, 146.2, 152.1 və 157.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə, 111-ci maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. A pellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Belə ki, mübahisəli torpaq sahəsi 40 ildən artıqdır ki, cavabdehin istifadəsindədir, həmin torpaq sahəsi əvvəllər cavabdehin babasının istifadəsində olmuşdur, iddiaçının hansı yolla həmin torpaq sahəsinə sənəd alması onda şübhə yaradır, ona görə ki, bir dəfə də olsun gəlib torpaq sahəsini ölçüb biçməmişlər.
10. Ş irvan Apellyasiya Məhkəməsinin (hakimlər – C.F.İmanov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və P.T.Əhmədov) 24 noyabr 2022-ci il tarixli, 2(106)-08/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(017)-138/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. 11. x x.xx.2019-cu il tarixli, 42 nömrəli mütəxəssis rəyindən və xx.xx.2019-cu il tarixli, 3247 nömrəli ekspert rəyindən görünür ki, Torpağa mülkiyyət hüququna dair MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Ağcabədi şəhəri ərazisindən yaşayış məntəqələrinin torpaqları kateqoriyası na aid 0,1836 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür.
12. Apellyasiya instansiyası məhkəməsi iş üzrə xx.xx.2019-cu il tarixli, 42 nömrəli mütəxəssis rəyini və xx.xx.2019-cu il tarixli, 3247 nömrəli ekspert rəyini tədqiq edərək digər sübutlarla yanaşı qiymətləndirərək iddianın təmin edilməsi baxımından mötəbər sübut növü kimi qiymətləndirmişdir.
13. A pellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan mübahisəli 0,1836 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüq uqu Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, “Torpağa mülkiyyət hüququna dair” MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Ağcabədi şəhəri ərazisindən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,1836 ha torpaq sahəsinin cavabdehin istifadəsində olmasına dair iş materillarında hər hansı sübut olmamış və yoxdur, ona görə də mübahisəli torpaq sahəsinin əvvəllər babasının istifadəsində olması, iddiaçının hansı yolla həmin torpaq sahəsinə sənəd almasının şübhə yaratması, bir dəfə də olsun gəlib torpaq sahəsini ölçüb biçməmələri barədə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğu üçün əsassız hesab edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 146.2, 1 52.1 və 157.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1ci hissəsinə, 67-ci maddəsinin 4-cü hissəsinə, 68-ci maddəsinə, 84-cü maddəsinin 3-cü bəndinə və 111-ci maddəsinə, istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəllər babasının istifadəsində olmuş mübahisəli torpaq sahəsi 40 ildən artıqdır ki, cavabdehin istifadəsində olmaqla onun həmin torpaq sahəsindən istifadə hüququ yaranmasına, həmin sahəni əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququnun olmasına baxmayaraq məhkəmə qanunla qorunan istifadəçi hüquqlarını nəzərə almamış, m addi hüquq normalarını düzgün tətbiq etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək, işin baxılması xx.xx.2022-ci il tarixə saat 12:00-a təyin edilmiş, lakin həmin ərəfədə cavabdehin səhhətində yaranmış problemlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi aşkar olduğundan xx.xx.2022-ci il tarixdə teleqramla müraciət edərək işin başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Lakin işə baxan məhkəmə prosessual hüquq normasını pozaraq teleqramı görməzdən gəlmiş və üzürlü səbəb barədə rəsmi sənəd təqdim etmədiyi üçün işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin səhhəti xx.xx.2022-ci il tarixdə pozulduğu üçün hər hansı diaqnoz qoyulmadan rəsmi sənəd əldə etməyi, eləcə də həmin sənədi bir gün ərzi ndə məhkəməyə təqdim etməyi mümkün olmamışdır. Həmçinin məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməyərək ekspertin rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş, iddiaçının qanuni istifadəsində olmayan torpaq sahəsini əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququnun olmadığı bununla da iddiaçının mülkiyyət hüququ əldə etdiyi torpaq sahəsi ilə cavabdehin qanuni istifadəsində olan torpaq sahəsinin eyni sahə olmasının mümkün olmadığını nəzərə almamış və təkrar ekspertiza keçirməmişdir. b)
17. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
18. Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiy yatına alınmalıdır.
19. Maddə 140.Reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir.
20. Maddə 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
21. Maddə 152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
23. Maddə 67, 1-ci hissə.Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələr in hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir.2. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir.3.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
24. Maddə 67, 4-cü hissə. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
25. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
26. Maddə 84, 3-cü bənd. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
27. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqey
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
40. Belə ki, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkə məsi hesab etmişdir ki, mübahisəli 0,1836 ha torpaq torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır, bununla da dövlət iddiaçının mülkiyyət hüququnun müdafiəsinə təminat vermişdir. Cavabdehin həmin torpaq sahəsinə yiyələnməsi qanunsuz və əsassız olmuşdur. Ona görə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ müdafiə olunmalı, cavabdeh torpaq sahəsindən inşa etdirdiyi tikililər sökülməklə çıxarılmalı, iddiaçının torpaq sahəsinə sahibliyinə və ondan istifadəsinə maneəçiliyi aradan qaldırılmalıdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddianın təmini barədə qətnamə qəbul edən apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir ki, bu da düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir.
42. İşdən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında iddiaçının tələb etdiyi torpaq sahəsinin onun adına olan sənədlərə uyğun olub-olmaması barədə sual qoyulmuşdur. Həmin suala cavab olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2019-cu il tarixli rəyində göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan Ağcabədi şəhəri ərazisindən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,1836 ha torpaq sahəsinin sərhədləri sənədlərdə göstərilən ölçülərə uyğun gəlmir. Birinci instansiyada işə baxan məhkəmə ekspert rəyindəki bu natamamlığı aradan qaldırmadan qətnamə qəbul etmiş, apellyasiya mə hkəməsi də həmin məsələni diqqətdən qaçırmışdır.
43. İşdən daha sonra görünür ki, cavabbeh torpaq sahəsinin uzun müddət onların istifadəsində olduğunu, həmin sahədə tikililərin mövcud olduğunu göstərmiş, iddiaçı da torpaq sahəsində tikililərin olduğunu inkar etməmişdir. İşə baxan məhkəmələr mübahisəli torpaq sahəsində tikililərin olub-olmadığını, əgər varsa tikinti işlərinin iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınmamışdan əvvəl, yaxud ondan sonra aparıldığını, tikinti işlərinin aparılmasına iddiaçının razılığının olub-olmadığını müəyyən etməmiş, bu halların müəyyən olunmasının iddianın təmin, yaxud rədd edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə almamışdır.
44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ qeyd iyyata alınmamışdan əvvəl və mülkiyyət hüququ qeydiyyata alınandan sonra iddiaçının özünün razılığı ilə aparılmış tikililərin sökülməsinin (özbaşına tikili olsa belə) xüsusi qaydası vardır, kompensasiya ödənilməklə sökülməlidir.
45. Göstərilən hallara və və sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
46. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla işin hərtərəfli, tam və obyektiv tədqiqinə na il olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-08/2022 nömrəli iş üzrə 24 noyabr 2022-ci il tarixli tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.