Məhkəmə qərarları › İş №2(102)-2370/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2370/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2370/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) 30.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “alğı-satqı müqaviləsi üzrə ödənilməli pul vəsaitinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)595/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən alğı-satqı müqaviləsi üzrə ödəməli olduğu 19 500 manatın və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) (hakim Pərviz Zamanlı) 2(011)382/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsi iddia təmin edilmişdir.

3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-595/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruz əçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir, İddiaçı Cavabdehnə qarşı “alğı-satqı müqaviləsi üzrə ödənilməli pul vəsaitinin ödənilməsi” tələbi qismən təmin edilmiş, Cavabdehndən 12 200 (on iki min iki yüz) manat və 30 manat dövlət rüsumu, yəni cəmi 12 230 (on iki min iki yüz otuz) manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 5. 13 mart 2023-cü il tarixdə cavabdehin nümayəndəsinin qətnamədən verdiyi kassasiya şikayəti elektron sistemə yerləşdirilmiş, həmin şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə u yğun tərtib edilmədiyi əsas göstərilməklə geri qaytarılmışdır. 6. 27 mart 2023-cü il tarixdə cavabdehin nümayəndəsinin qətnamədən növbəti dəfə verdiyi kassasiya şikayəti, eləcə də şikayət vermə müddətinin bərpasına dair vəsatəti elektron sistemə yerləşdirilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, kassasiya şikayəti (eləcə də müddətin bərpasına dair vəsatət) geri qaytarılmışdır.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı kassasiya şikayətində də hansı maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi ümumiyyətlə göstərilməmiş, normaların pozuntusuna dair izah verilməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibar ət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Cavabdehin nümayəndəsinin kassasiya şikayəti isə bu tələblərə cavab vermir.

9. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunmasını, kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası qanunvericiliyin pozul ması ilə qətnamə qət etmişdir. Belə ki, məhkəmənin iş üçün əhəmiyyət kəsb edən halları tam aydınlaşdırmadığı və sübutlara düzgün qiymət vermədiyi aşkar görünür.

12. Kassasiya şikayətində normativ aktlara istinad edilməklə pozuntunun nədən ibarət olması göstərilməsinə baxmayaraq məhkəmə şikayət normativ aktların pozuntusunun nədən ibarət olmasını əsaslandıraraq kassasiya şikayətini əsassız olaraq geri qaytarır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət o lması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

15. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri

16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edi r ki, cavabdehin kassasiya şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz.

20. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

21. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2023-cü il tarixli 2(103)595/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar