Məhkəmə qərarları › İş №2(102)-2370/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2370/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2370/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3912/2023 nömrəli, 24 aprel 2024-ci il tarixli qərardadından Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 2 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a)Biri nci instansiya məhkəməsində icraat

1. İddiaçı X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50.000 ABŞ dolları kredit tələbinin ipoteka predmeti olan cavabdehlər Cavabdeh2 və MehdiyevArif Ənvər oğluna vərəsəlik hüququ ilə məxsus olan Bakı şəhəri, A.Heydərov küçəsi 35 saylı evin ev 46 saylı mənzilinə yönəldilməsi, əmlakın satışından əldə olunan vəsait hesabına 50.000 ABŞ dolları kredit borcunun iddiaçı X2 ödənilməsi, əmlak satıldıqdan sonra 1 (bir) ay ərzində cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzildən və mənzildən qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. B akı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-244/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddianın qismən təmin edilməsi, Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(005)3448/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş tutma 84.000 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə müəyyən edilmiş qalıq borcunun ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 35 saylı evin 46 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 124.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına qalıq borcunun ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması, mənzil satıldıqdan ən geci bir ay ərzində mənzili tərk etməzlərsə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 35 saylı evin 46 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2(103)-3912/2023 saylı qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhə ri, Nərimanov rayon məhkəməsinin 7 mart 2023-cü il tarixli, e-2(005)-244/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Hazırda digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-244/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsindən ümumiyyətlə apellyasiya şikayəti verməmiş, həmin qətnamə üzrə Cavabdeh1 apellyasiya araşdırmasının predmetini təşkil edəcək hər hansı dəlili olmamışdır.

8. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini X4 408.1.1-ci maddəəsinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 aprel 2024-cü il tarixli, 2(103)-3912/2023 saylı qərardadının ləğv edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunsuz olaraq nəzərə almamışdır ki, qətnamənin elektron kabinetə yerləşdirildiyini cavabdeh görməmiş, surəti bu günə qədər yazılı olaraq təqdim edilməmişdir. Bundan başqa cavabdehin elektron məhkəmə kabineti olmadığı üçün elektron nüsxədə ona göndərilməmişdir. Nümayəndəsinin isə ailə vəziyyəti və səhhəti ilə əlaqədar problemləri olduğundan, cavabdehi məlumatlandırmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehin və nümayəndəsinin xəbəri olmamışdır. Bu baxımdan o, ümumiyyətlə, apellyasiya şikayəti verməmiş və buna görə də apellyasiya instansiyası məhkəməsində iştirakı mümkün olmamışdır. Poçt vasitəsi ilə də ona qətnamənin surəti göndərilməmiş və apellyasiya instasiyası məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərardadı prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz dail olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 4 07.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

13. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

14. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

15. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirdiyindən, məhkəmənin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

16. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı müahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

17. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, onun qətnamədən verdiyi kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

18. Belə ki, əvvəla işdən görünür ki, Cavabdeh2 apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmış, digər Cavabdeh1 isə qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməmişdir.

19. Digər tərəfdən işdən görünür ki, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin surəti 3 avqust 2023-cü il tarixdə Cavabdeh2 elektron kabinetində yerləşdirilmiş, 17 oktyabr 2023-cü il tarixdə onun tərəfindən qətnamədən kassasiya şikayəti verilmiş və apellyasiya instansiyası məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti müddət ötürülməklə verildiyinə görə geri qaytarılmışdır.

20. Bundan sonra Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermiş və apellyasiya instansiyası məhkəməsinin 25 dekabr 2023cü il tarixli qərardadı ilə ərizə rədd edilərək, kassasiya şikayəti geri qaytarılmışdır.

21. Cavabdeh2 qərardaddan narazı qalaraq kassasiya şikayəti vermiş və kassasiya instansiyası məhkəməsinin 27 fevral 2 024-cü il tarixli, 2(102)-790/2024 saylı qərardadı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(103)-3912/2023 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmışdır.

22. Daha sonra işdən görünür ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 bacıqardaş olmaqla bir ailənin üzvləridirlər və onlar sözügedən kredit müqaviləsi üzrə ipoteka qoyan şəxslərdirlər və kassasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti onlara münasibətdə bölünməzdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti üzrə prosessual müddət ötdüyü üçün geri qaytarıldığı halda, ötən müddət ərzində Cavabdeh1 bu barədə məlumatsız olması inandırıcı, ağlabatan görünmür.

23. Göstərilənlərə ə sasən kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli məsələni yuxarıda göstərilən qaydada həll etməklə düzgün nəticəyə gəlmiş və sadalanan mülki prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(10 3)-3912/2024 saylı qərardadı dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar