Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2371/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Сavabdeh Cavabdeh vəkili xxx oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə, habelə iddiaçılar X3 və Cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)4267/2019 nömrəli qətnaməsindən cavabdehlər (birləşdirilm iş iş üzrə iddiaçılar) və vəkilləri xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında payçısı olduğu ünvan 1 qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində tikmiş olduqları və yaşadıqları evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçılar X4 və Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı cehiz əşyalarını - yəni bir ədəd iki nəfərlik çarpayını, 1 ədəd stenkanı, 2 ədəd şifoneri, 1 ədəd divanı, 1 ədəd kreslonu, 1 ədəd masanı, 6 ədəd oturacağı, 1 ədəd termonu, 4 ədəd döşəyi, 4 ədəd yorğanı, 6 ədəd yastığı, 6 ədəd oturacaq döş əkcəsini, 2 ədəd divan üstü döşəyi, 4 ədəd çay dəstini, 1 ədəd qəhvə dəstini, 1 ədəd yemək dəstini, 18 ədəd bakalı, 23 ədəd su stəkanını, 3 ədəd su qabını, 11 ədəd çay stəkanını, 2 ədəd qənddanı, 12 ədəd kiçik stəkanı, 12 ədəd nəlbəkini, 8 ədəd meyvə qabını, 3 ədəd çərəz qabını, 1 ədəd qaşıq dəstini, 1 ədəd ət çəkən maşını, 3 ədəd güldanı, 24 ədəd armudu stəkanı, 18 ədəd nəlbəkini (armudu), 25 ədəd çay stəkanını, 30 ədəd nəlbəkini, 12 ədəd mürəbbə qabını, 45 ədəd kasanı, 7 ədəd dördkünc qabı, 6 ədəd qənddanı, 23 ədəd su stəkanını, 25 ədəd rumkanı, 6 ədəd duz qabını, 2 ədəd kapron qabı, 2 ədəd çayniki, 23 ədəd dərin boşqabı, 30 ədəd boşqabı, 1 ədəd tok samovarını, 6 ədəd salat qabını, 4 ədəd böyük güldanı və 1 ədəd çaynik dəstini - iddiaçı Cavabdeh adına qeydə alınmış ünvan 1 qəsəbəsi,ünvan 2küçəsində yerləşən 0,03 ha torpaq sahəsində iddiaçı X3 vəsaiti hesabına inşa edilmiş və onun sahibliyində olan evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddialar bir icraata birləşdirilmiş və həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3060/2019 nömrəli qətnaməsi ilə (hakim Z.Ə.Sadiqov) İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçılar X3 və Cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddiaların təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4267/2019 nömrəli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə - sədrlik edən və məruzəçi, T.O.Quliyev və E.G.Rəhimov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birləşdirilmiş iş üzrə iddiaçılar X2 və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3060/2019 nömrəli qətnaməsi qismən ləğv edilmiş, İddiaçı iddiası təmin edilmiş, İddiaçı mülkiyyət hüququ əsasında payçısı olan ünvan 1 qəsəbəsində yerləşən 0,03 ha. torpaq sahəsində yerləşən evə köçürülməsi, birləşdirilmiş iş üzrə iddiaçılar X2 və Cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Cavabdehlər (birləşdirilmiş iş üzrə iddiaçılar) X4 və Cavabdeh, habelə etibarnamə əsasında nümayəndələri, vəkil xxx oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019- cu il tarixli, 2(105)-4267/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddiaçının İddiaçı “evə köçürülmə” tələbinə dair iddiasının təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçıların “cehiz əşyalarını evdən çıxarılması” iddialarının təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, faktlar nöqteyi-nəzərdən əsassız olmuşdur. İddia tələbində qeyd olunan ev kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa olunmuşdur və həmin tikili ilə əlaqədar məhkəmə tərəfindən h ər hansı bir hüquq yaradan qərar qəbul oluna bilməz. Həmin ev X2 vəsaiti hesabına inşa edilmiş və onun sahibliyində olan evdən əşyaların çıxarılmaması sahiblik hüququnun pozulması deməkdir. Məhkəmə iclasında cavabdehlərin (birləşdirilmiş iş üzrə iddiaçıların) etibarnamə əsasında nümayəndəsi, vəkil xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəifn iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Kassasiya şikayətinə etiraz daxil olmamışdı r. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktik i hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş və mübahisələndirilməyən hallar ondan ibarətdir ki, ünvan 1 qəsəbəsində yerləşən 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı məxsusdur və həmin torpaq sahəsi üzərində icazə sənədi olmadan yaşayış tikilisi inşa olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında olan nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliyi) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst h əyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə kollegiyası izah edir ki, Ali Qanunun yuxarıda qeyd olunan norması ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənz ilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. İddiaçı Cavabdehla nikahda olduqları müddətdə mübahisələndirilən evdə yaşamaları və onun əmlakının hazırda da həmin evdə olması işin mübahisələndirilməyən hallarıdır və cavabdehlərin kassasiya şikayətində də etiraf olunur. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının yaşadığı sahədən məhrum etmənin qanunsuz olması müəyyən olunmuşdur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə Cavab deh (eyni zamanda X2) mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəmələrə təqdim olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mənzildə yaşamaq hüququnu bərpa etməklə, düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirilərək qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq izah etmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən yaşayış sahəsi faktiki olaraq özbaşına tikili olsa da, əvvəllər hər iki tərəf orada yaşadıqlarından, hazırda da həmin tikili yaşayış sahəsi kimi istifadə olunduğundan, cavabdehin hərəkətləri əsaslı olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı mənzil hüququna müdaxilə kimi qiymətləndirilmiş, sonuncunun pozulmuş hüquqlarının bərpa edilməklə, onun həmin tikilidə cavabdehlə eyni əsasla yaşamaq imkanı verilmişdir. Mənzilin faktiki olaraq X1 olması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hüquqları pozması ilə bağlı qeyd olunmalıdır ki, bu hüquqları təsdiq edən hər hansı sübut iş materiallarında mövcud olmadığında n kassasiya şikayətinin həmin dəlili də əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bi lər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər (birləşdirilmiş iş üzrə iddiaçılar) X4 və Cavabdeh, habelə nümayəndələri, vəkil xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-4267/2019 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-2371/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2371/2020
10.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver