Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2371/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin kassasiya baxışından çıxarılması 28.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X qarşı “mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2637/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 28 iyun 2 024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın inşa etdiyi ona məxsus olan ünvan 1 ünvanında yerləşən “X1” yaşayış kompleksinin B blokunun 145 saylı mənzilindən cavabdehin cehiz əşyaları ilə birlikdə çıxarılaraq mənzilin ona təhvil verilməsi, 2019-cu ilin avqust ayından hesablanmaqla mənzilin ona təhvil verildiyi gündəək hər ay üçün 5000 manat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(005)-3489/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə ( hakim- Vüqar Quliyev) iddia qismən təmin edilərək, cavabdehlərin ünvan 2 ünvanında yerləşən “X1” yaşayış kompleksindəki “B” blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş və verilmiş icra vərəqəsi icra edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir.
4. Həmin İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
5. Daha sonra sonra, yəni 7 sentyabr 2023-cü il tarixdə icra məmuru ərizə ilə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərardadı 2(006)-4849/2020 ilə mənzilin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulduğunu bildirmiş və belə olan halda mənzilin boşaldılması ilə ba ğlı icra vərəqəsinin izah olunmasını xahiş etmişdir.
6. İcra məmurunun verdiyi “icra vərəqəsinin izah olunması barədə” ərizəyə baxılmış və birinci instansiya məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardad ilə ərizənin təmin edilməsi, icra sənədinə əsasən boşaldılmalı olan mənzil üzərində Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərardadı ilə qadağanın olmasının nəzərə alınması qərara alınmışdır.
7. İddiaçı həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və icra məmurunun “icra vərəqəsinin izah olunması barədə” ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya M əhkəməsinə göndərilməsini qərara almışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) 2(103)-7540/2023 saylı, 12 dekabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, Nərimanov rayonu İcra və Probasiya Şöbəsinin icra məmurunun “qətnaməyə izah verilməsi barədə” ərizəsinə yenidən baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Ərizəyə yenidən baxmış birinci instansiya məhkəməsi 2(005)-3489/2021 saylı 1 fevral 2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi və Nərimanov Rayon Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli icra sənədinin icrasının davam etdirilməsi qərara al ınmışdır.
11. Cavabdeh1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(1005)-3489/2021 saylı 6 mart 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara alınmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 aprel 2024-cü il tarixli qərardadı ilə (hakimlər Məmməd Məmmədov -məruzəçi, Fuad Talışinski və Azad İmanov) cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 1 fevral 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. Həmin qərardadın nəticə hissəsində qeyd edilmişdir ki, qərardad ç ıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
15. Buna baxmayaraq, hazırda Cavabdeh1 vəkili (nümayəndəsi) 5 aprel 2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2637/2014 saylı 23 aprel 2024-cü il tarixli qərardadı ilə (hakimlər Məmməd Məmmədov (məruzəçi), Fuad Talışinski və Azad İmanov) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması qərara alınmışdır.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə qəbul etdiyi 5 aprel 2024-cü il tarixli qərardadı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402ci maddəsi ilə müəyyən edilmiş apellyasiya məhkəməsinin kassasiya şikayəti verilə biləcək qərardadlarının siyahısında göstərilməmişdir. Odur ki, həmin qərarda ddan kassasiya şikayəti verilə bilməz.
18. Cavabdeh1 (Vəkil2 Əbdüəli oğlu) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, qərardadından verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılaraq, həmin qərardadın ləğv edilməsi və işin yenidən digər tərkibdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayət 3 iyun 2024-cü il tarixli qərardadla kassasiya icraatına qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd icraata qəbul edilmişdir.
20. Belə ki, kassasiya şikayətinin qaytarılması barədə qərardadlardan kassasiya şikayəti verilməsi qanunvericilikdə nəzərdə tutulsa da, kassatorun əldə etmək istədiyi nəticə icra məmurunun ərizəsi əsasında qətnaməyə izah verilməsin dən imtina barədə qərardadın kassasiya instansiya məhkəməsi tərəfindən yoxlanılmasıdır. Halbuki bu məsələlər üzrə qəbul edilmiş qərardadların kassasiya qaydasında mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Prossesual qənaət prinsipindən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, kassasiya qaydasında mübahisələndirilməsi mümkün olmayan məsələlər üzrə kassasiya şikayətinin qaytarılması barədə qərardaddan verilən kassasiya şikayəti icraat qəbul edilməməlidir.
21. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).
22. Beləliklə, hazırkı kassasiya icraatı üzrə cavabdehin kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmalıdır.
23. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 3 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2637/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şika yəti kassasiya baxışından çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.