Məhkəmə qərarları › İş №2(102)-2374/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2374/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2374/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), X1 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1341/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 46000 manat, hüquqi yardıma görə ödədiyi 150 manat, dövlət rüsumu üçün ödədiyi 240 manat və həmçinin mənəvi ziyana görə 10 00 manat olmaqla, cəmi 47390 manat dəymiş real ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(005)2882/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Cavabdeh2 münasibətdə işin icraatına xitam verilmişdir. Həmin məhkəmənin 13 sentyabr 2022-ci il tarixli, 2(005)-2882/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli beh müqaviləsi və xx.xx.2021-ci il tarixli beh müqaviləsinə əlavə üzrə Cavabdeh1 46000 manat məbləğində pulun və 160 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 8 fevral 2023-cü il tarixli, 2(103)-1341/2023 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qismən - xx.xx.2021-ci il tarixli beh müqaviləsinə əlavə kimi bağlanan müqavilə üzrə 15000 manat məbləğin iki mislinin Cavabdeh1 İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia qismən təmin edilməklə Cavabdeh1 İddiaçı xeyrinə 15000 manat tutulması, xx.xx.2020-ci il tarixdə bağlanmış beh müqaviləsi üzrə ödənilmiş 8000 manatın iki mislinin, yəni 16000 manatın Cavabdeh1 İddiaçı xeyrinə tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2374/2023 sayı, 16 may 2023-cü il tarixli qərard adı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sədri Rafael Eyvazov 25 may 2023-cü il tarixli məktubla müraciət edərək, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının İddiaçı kassasiya şikayətinin geri qaytarılması barədə 3 aprel 2023-cü il tarixli, 2(103)-1341/2023 saylı qərardadından şikayət verərək kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təqdim etdiyindən həmin mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılaraq mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417. 1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və MPM-in 402 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 fevral 2023-cü il tarixli, 2(103)-1341/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 may 202 3-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar