Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2374/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia qaldırmaq üçün subyektiv hüququn olmaması, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhməd Güləhməd oğlu Nurməmmədov (məruzəçi), Aqil Əzizağa oğlu Abbasov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 aprel 2025-ci il tarixli 2(103)2616/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 06 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında ya zılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. niklİ̇İ“ mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2024-cü il 28 sentyabr tarixli MŞB/18/2024-01041 nömrəli arayışa əsasən, Rüstəmova Mirvari Məmmədbəy qızı ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İİ̇ddiaçı Rüstəmova Surayə Qurban qızı (bundan sonra – “iddiaçı”) cavabdeh Rüstəmova Mirvari Məmmədbəy qızına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə il 3 oktyabr 2024-cü tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, döngə 1, 22 nömrəli evdə yerləşən cehiz əşyalarının iddiaçının evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İİ̇ddia ərizəsi işin faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş gəlinidir, o və iddiaçının oğlu bir müddət birlikdə yaşasa da, sonradan münasibətləri pisləşmiş, ailə kimi yaşamaqları mümkün olmamışdır. İddiaçı qeyd etmişdir ki, o, münasibətlər pozulduqdan sonra 2017-ci ildə cavabdeh tərəfindən fiziki zorakılığa məruz qalmış, bununla bağlı hüquq mühafizə orqanlarına şikayət etmiş və nəticədə Sabunçu Rayon Məhkəməsinin 2017-ci il 3 may tarixli qərarı ilə cavabdeh inzibati qaydada cərimə olunmuşdur. Bundan sonra cavabdeh uşaqları ilə birlikdə evdən çıxaraq Quba rayonunun Xucbala kəndində yaşamağa başlamışdır. İllərdir iddiaçı cavabdehdən cehiz əşyalarını (yataq otağı üçün 1 ədəd çarpayı, 1 ədəd palta r şkafı, 1 ədəd termo, qonaq otağı üçün 1 ədəd stol-stullar, 1 ədəd divan, 1 ədəd şkaf (servant), 1 ədəd xalça, 1 ədəd paltaryuyan, 1 yemək (nahar) dəsti, 2 ədəd ləpə qabı, 2 ədəd ağ meyvə qabı, 2 bakal dəsti faffəş) və yaşıl), 1 şirə stəkan dəsti, 1 ədəd güldan, 1 ədəd qazan, 1 ədəd çaynik və yorğan-döşək) evdən çıxarmasını tələb etsə də, cavabdeh buna əməl etməmiş və hətta “çölə çıxarıb yandırın” deyərək onları almaqdan imtina etmişdir. Qeyd olunan əşyaların iddiaçıya məxsus evdə qalması onun evindən sərbəst istifadə etməsinə mane olur.
6. İddiaçı 30 oktyabr 2024-cü il tarixdə vəfat etdiyindən, məhkəmə onu hüquqi varisi (oğlu) Rüstəmov Sahil Rüstəm oğlu (bundan sonra – “hüquqi varis”, “S.Rüstəmov) ilə əvəz etmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2025-ci il 30 yanvar tarixli e -2(008)594/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim - Şəbnur Qədirova).
8. Məhkəmə gəldiyi nəticə ilə bağlı onu qeyd etmişdir ki, iddiaçının hazırkı tələbinə dair qərar vermək üçün əvvəlcə onun bu iddia ilə çıxış etməyə subyektiv hüququnun olubolmadığını müəyyən etmək zəruridir. Məhkəmə araşdırması zamanı iddiaçının hüquqi varisi S.Rüstəmov tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, döngə 1, 22 nömrəli evin onun mülkiyyətində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məhkəməyə heç bir sübut təqdim olunmadığı müəyyən edilmişdir. Qeyd olunan evə dair xüsusi mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadığından, iddiaçının cavabdehə məxsus cehiz əşyalarının evdən çıxarılması tələbi ilə məhk əməyə müraciət etməsi üçün subyektiv hüququ olmamışdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 139.1, 152.1, 152.2, 152.3, 152.4, 178.1, 180.1 və 180.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı və Avropa İnsan Hüquqları Məhkəməsinin 26 iyul 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İİ̇ddiaçının hüquqi varisi həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbini iddiaçının sahibliyində olan evə dair müvafiq çıxarışın olmaması əsası ilə təmin etməməsi qanunsuzdur. Belə ki, iddiaçının daşınmaz əmlaka dair çıxarışının olmaması onun mülkiyyət hüququnun son komponenti olan sərəncam vermək hüququnu məhdudlaşdırsa da, mülkiyyət hüququnun digər iki əsas elementi – əmlaka sahiblik və ondan sərbəst istifadə etmək hüquqlarına təsir göstərməməli və onları məhdudlaşdırmamalıdır. Hazırkı işdə mübahisəli evdə cavabdehin aidiyyəti olmayan və istifadəyə yararsız olan əşyalarının qalması iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaradaraq, evdən istədiyi kimi istifadə etməsinə əngəl törədir. Bundan əlavə, cavabdeh məhkəmə iclaslarına qatılmamış, iddiaya hər hansı münasib ət bildirməmiş və iddiaçının mülkiyyət hüquqlarını ümumiyyətlə mübahisələndirməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 29 aprel tarixli 2(103)-2616/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilərək cavabdehə məxsus olan cehiz əşyalarının - yataq otağı üçün 1 ədəd çarpayı, 1 ədəd paltar şkafı, 1 ədəd termo, qonaq otağı üçün 1 ədəd stol-stullar, 1 ədəd divan, 1 ədəd şkaf (servant), 1 ədəd xalça, 1 ədəd paltaryuyan, 1 yemək (nahar) dəsti, 2 ədəd ləpə qabı, 2 ədəd ağ meyvə qabı, 2 bakal dəsti (şəffaf və yaşıl), 1 şirə stəkan dəsti, 1 ədəd güldan, 1 ədəd qazan, 1 ədəd çaynik və yorğan-döşək iddiaçı tərəfə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, döngə 1, 22 nömrəli evdən çıxarılması və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur (sədrlik edən və məruzəçi – İkram Şirinov, hakimlər – Namiq Cəfərov və Elşən Kazımov).
13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı tərəfin mübahisəli evə dair hüquqları hələlik daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin torpaq sahəsinin onun faktiki istifadəsində və sahibliyində olması səbəbindən, həm milli qanunvericiliyə, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, bu hüquq «qanuni gözlənti» kimi qiymətləndirilməli, «mülkiyyət» hesab olunmalıdır.
14. Birinci instansiya məhkəməsinin iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr ində qeydə alınmaması səbəbindən onun hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququnun olmadığı əsası ilə iddianı təmin etməmək barədə nəticəsi hüquqi baxımdan əsaslı olmamışdır. Belə ki, iddiaçının həmin evə dair sahiblik və istifadə hüquqları mövcuddur və bu hüquqlar reyestr qeydiyyatının olmaması ilə məhdudlaşdırıla bilməz.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçının hüquqi varisi ilə nikah münasibətlərini sona çatdırmaqla həmin evdə yaşamaması, lakin ona məxsus cehiz əşyalarının həmin evdə qalması, iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olduğundan, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir.
16. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri; MM-in 152.1,152.2, 157.4 və 157.8-ci, M PM-nin 2.1, 14.1, 14.2, 77.1, 88, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 385.1.1, 385.1.2 və 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (vəkil X1) həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
18. Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, onunla iddiaçının hüquqi varisi arasında nikah rəsmi olaraq pozulmamışdır və hətta mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa belə, o, ailə üzvü hesab olunur. Belə ki, iddiaçının razılığı ilə həmin evə köçmüş və şəxsi əmlakını, yəni cehizini də ora yerləşdirmişdir. Buna görə də müba hisəli evdən orada yaşayan digər şəxslə bərabər istifadə etmək hüququna malik olduğunu və orada yaşayanların yaratdığı şərtlər daxilində yaşamaq imkanının mövcud olduğunu qeyd etmişdir. Cehiz əmlakının yerləşdiyi ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış özbaşına tikili olmaqla, iddiaçının hüquqi varisinin də mülkiyyətində deyildir. Buna görə də, bir istifadəçinin digər bir istifadəçinin əmlakının çıxarılması barədə iddiasının təmin edilməsi düzgün hesab olunmamalıdır. Həmçinin cavabdeh bildirmişdir ki, həmin ev onun əsas yaşayış yeridir və müvəqqəti olaraq valideynlərinə məxsus evdə qalmağa məcbur olmuşdur. Bu səbəbdən, mübahisəli evdə yaşamaq və ondan istifadə etmək hüququnun tanınması onun üçün zəruri əhəmiyyət daşıyır.
19. Kassasiya şikayəti Azərbaycan Respublikası Mə nzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri; MM-in 180.1 və 180.2-ci maddələri; MPM-nin 88-ci maddəsinə istinad edərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (hissə 1). Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29 (hissə 2). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
24. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
25. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaş dırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya inst ansiyası məhkəməsi yeni sübut qəbul etmir.
26. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabd eh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2616/2025 nömrəli iş üzrə 29 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.