Məhkəmə qərarları › İş №2(102)-2375/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2375/2019

15.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2375/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili1, cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nümayəndələri X1, X2 və vəkili2 iştirakı ilə, İddiaçı və vəkil1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10248/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməs inin (N.A.Bağırov) 2(009)-678/2018 nömrəli, 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına qarşı “mənzilə aid hüquqi sənədlərinin verilməsi öhdəliyinin yerinə yetirilməsi və mənzilin X7 ayrılması barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbləri təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və İ.Ş.Vəliyev) 2(103)-10248/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2018 nömrəli, 29 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Milli Elmlər Aka demiyasına qarşı “mənzilə aid hüquqi sənədlərinin verilməsi öhdəliyinin yerinə yetirilməsi və mənzilin X7 ayrılması barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələblərinə dair iddia ərizəsi ilə, sonradan isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Milli Elmlər Akademiyasında 2013cü ildən böyük elmi işçi vəzifəsində işləyir və iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Ailəlidir, 2 azyaşlı övladı vardır, həyat yoldaşı 2003-cü ildən AMEA-da texniki işçi işləyir. Şəkər diabetli xəstədir və ikinci qrup əlildir. 2003-cü ildən ünvan 1 yerləşən AMEA-nın Aspirantlar yataqxanasının sakinidir. Başqa yaşayış sahələri və ayrıca fərdi mənzilləri yoxdur. 2012-ci il tarixdən başlayaraq, AMEA-nın rəhbərliyinə, o cümlədən digər səlahiyyətli dövlət orqanlarına mənzil şəraiti olmayan alimlərin, elmi işçilərin, xüsusilə başqa yaşayış sahəsi olmayan və yataqxanalarda məskunlaşmış alimlərin mənzil şəraitinin yaxşılaşdırılması və onlara mənzil verilməsi ilə bağlı edilmiş çoxsaylı müraciətlərə rəhbərlik tərəfindən baxılmışdır. Nəticədə həmin müraciətlər nəzərə alınaraq AMEA-nın rəhbərliyinin təşəbbüsü və ölkə Prezidentinin dəstəyi ilə AMEA-ya məxsus ünvan 2 yaşayan sakinlərin siyahısı tərtib edilmiş, təsdiq edilmiş şəxslərin ilk növbədə mənzillə təmin edilməsi qərara alınmışdır. Həmin siyahıda onun da ailə üzvləri və özü yer almış, bundan sonra “Azərbaycan Milli Elmlər Akademiyasının aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələşdirilməsinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 19.12.2012-ci il tarixli 564 saylı Sərəncamı verilmişdir. AMEA-nın mənzillərin bölüşdürülməsi komissiyası 13 iyun 2017-ci il tarixdə mənzillə təmin edilməli yataqxana sakinlərinin, xüsusilə alimlərin binada hansı mənzilin onlara verilməsi ilə bağlı püşkatma keçirmişdir, püşkatma nəticəsində 54 mənzildən biri - 5-ci mərtəbədəki sahəsi 99 kv.m olan 2 otaqlı 27 saylı mənzil onun ailəsinin payına düşmüşdür. Püşkatmanın keçirilməsinin meyarlarından biri aspirantlar yataqxanasının sakini olma faktı, başqa yaşayış yerinin olmaması, elmi dərəcə və ailə vəziyyəti əsas götürülmüşdür. Bundan sonra, püşkatma nəticəsində mənzillərin bəlli olması və uzun illərdən sonra, alim ailələrinin evlə təmin edilməsi münasibəti ilə Azərbaycan Respublikası Prezidentinə, Respublikanın b irinci xanımına, AMEA-nın Prezidentinə o da daxil olmaqla 35 alim adından dərin təşəkkür məktubu göndərmişlər. Aparılan püşkatmadan sonra, 27-ci mənzilin ona məxsusluğu dəqiqləşdiyi üçün Aspirantlar Yataqxanasının söküləcəyini yəqinləşdirərək, yeni mənzildə məskunlaşmağı qərarlaşdırmış, mənzildə yaşaya-yaşaya həmin təmir işlərinin aparılmasını məqsədəuyğun saymışlar. 6 oktyabr 2017-ci ildə mənzilin ilkin hüquqverici sənədlərinin (protokoldan çıxarışın və digər sənədlərin) götürülməsi üçün AMEA-nın komissiyasına müraciət etdikdə bildirmişlər ki, “onlara püşk atma nəticəsində ayrılmış 27 saylı mənzilin başqa bir şəxsə verilməsi nəzərdə tutulmuşdur və buna görə də ona ilkin hüquqverici sənədlərin verilməsi ləngiyir, bu məsələyə yenidən baxılacaqdır”. Bununla razılaşmayaraq qanunu əsaslarla sa hibliklərinə verilmiş mənzilin sənədlərinin verilməsini istəsələr də, bu müraciətləri təmin edilməmişdir. 7-10 noyabr 2017-ci il tarixdə isə AMEA-nın İşlər İdarəsindən mənzillərinin yataqxana sakini olmayan başqa bir şəxsə verilməsinin nəzərdə tutulması barədə məlumat almışlar. İlkin hüquqi sənədlərin verilməsi tələbinə AMEAnın İşlər İdarəsi tərəfindən 07.11.2017-ci il tarixdə verilmiş cavab məktubunda göstərilir ki, “AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/21 saylı Qərarı ilə yaradılmış “AMEA-nın mənzillərin bölüşdürülməsi komissiyasının tərkibində AMEA-nın Rəyasət Heyətinin 05 iyul 2017-ci il tarixli 9/23 saylı yeni Qərarı ilə dəyişiklik aparılmış, komissiya tərkibi genişləndirmiş, şikayətlərlə əlaqədar yeni yaranmış komissiya mənzil bölgüsünə baxmış, yataqxanada qeydiyyatı ol ub müəyyən səbəblərdən yataqxanada otaq ala bilmədiyindən kirayədə yaşayan, ona görə də yataqxanada yaşayanlardan daha çox əziyyətlərə məruz qalmış 16 əməkdaşın da mənzillə təmin edilməsi barədə qərar qəbul etmiş, əvvəlki bölgüyə dəyişiklik aparılaraq əvəzçiliklə işləyən işçilərə (0,5 ştatla) mənzil ayrılmasının dayandırılması barədə qərar çıxarılmışdır”. Hesab edir ki, belə əsaslandırma qanunun mövqeyini ifadə etmir, həmçinin bu, komissiyanın qanundan kənar hüquq bərabərliyini pozan şəxsi mövqeyi kimi qiymətləndirilməlidir. Belə ki, o, 05 ştatla əmək müqaviləsi əsasında AMEA-nın İqtisadiyyat İnstitunun işçisidir və alimdir. Əmək qanunvericiliyində 05 ştatla əmək funksiyalarını yerinə yetirmək əvəzçiliklə işləmək hesab olunmur. AMEA-nın prezidentinin Azərbaycan Respublikası Prezidentinə 22 fevral 2011-ci il tarixli məktubunda, aspirantlar yataqxanasında uzun illər yaşayan AMEA-nın alimlərinin mənzil şəraitinin yaxşılaşdırlıması ilə bağlı həmin sakinlərin mənzillə təmin olunması zəruriliyi bildirilir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 19.12 2012-ci il tarixli Sərəncamında məhz aspirantlar yataqxanasının sökülməsi, orda yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə sözügedən yaşayış binasının tikintisinə icazə verilir. AMEA-nın rəhbərliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında meydana çıxan Bakı şəhər İcra Hakimiyyətinin normativ xarakterli aktı əvvəlcədən müəyyənləşdirir ki, məhz aspirantura yataqxanasında yaşayan alim sakinlər birinci növbədə evlə təmin olunmalıdırlar. Məhz bu sakinlərin də müraciəti əsasında Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən mənzillə təmin olunması zəruri olan şəxslərin təsdiqlənmiş siyahısında onun ailəsi artıq ilk növbədə təmin edilməli şəxslər sırasında yer almış və məhz bölgü komissiyasının püşk atma nəticəsində apardığı proses nəticə baxımından tam qanunauyğun olmuşdur. Bu qanunauyğunluq nəticəsində onun mənzilə yiyələnməsi tam qanunidir, mənzilin digər şəxsə verilməsi ilə bağlı dəyişiklik nəticəsində sonradan tərtib edilmiş bölgü protokolu isə etibarsızdır. Göstərilənlərə əsasən, ünvan 3 ünvanında “xxxx” MMC tərəfindən inşa edilmiş binalardan AMEA-ya ayrılmış yeni 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 27 saylı mənzilin ilkin hüquqi sənədlərinin (protokoldan çıxarış qərarın) ona verilməsi öhdəliyinin yerinə yetirilməsinin AMEA-nın (AMEA mənzillərin bölüş dürülməsi komissiyasının) üzərinə qoyulması, habelə həmin mənzilin X7 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-248/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili1 kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nümayəndələri X1, X2 və vəkil2 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasına üçüncü şəxs X10 teleqram göndərərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini və hazırkı işlə bağlı 30.12.2019-cu il tarixdə göndərdiyi izahat və etirazını təsdiq etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədikl ərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(104)-2375/2019 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə ba xan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının vəzifələri və fu nksiyaları ilə bağlı qərar qəbul etmək səlahiyyəti Rəyasət Heyətinə məxsus olmaqla Rəyasət Heyətinə rəhbərliyi Akademiyanın prezidenti həyata keçirir X4 müvafiq qərarı ilə AMEA-nın işçilərinə tikiləcək binadan mənzillərin ayrılması məsələlərin həll edilməsi ilə bağlı mənzillərin bölüşdürülməsi komissiyası yaradılmış, komissiya tərəfindən yataqxana sakinlərinin mənzillə təmin edilməsi üçün püşkatma keçirilsə də, həmin püşkatma ilə bağlı komissiya tərəfindən hər hansı qərar qəbul olunmamış və belə qərar X9 tərəfindən təsdiq edilməmişdir Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, iddiaçının “mənzilin X7 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi” tələbi üzrə irəli sürdüyü faktiki hallar da həmin tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin maddi əsası kimi Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin 36, 39 və 62-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmamaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, AMEA X16 tərəfindən həmin qurumun yataqxana və Mənzil Komissiyasının 08 yanvar 2003-cü il tarixli 01 №-li protokoluna əsasən verilmiş 29.12.2003-cü il tarixli 45№li orderlə AMEA İqtisadiyyat İnstitutunda 0,5 ştat vahidi ilə işləyən kiçik elmi işçisi İddiaçı 2 nəfər ailə üzvü ilə AMEA-nın ünvan 4 ünvanında yerləşən yataqxanasında yaşayış sahəsi 22,5 kv.m olan 21 “a” saylı mənzil ayrılmış, o, 2 nəfər ailə üzvü ilə yataqxanaya qeydiyyata götürülmüşdür. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “AMEA aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 19.12.2012-ci il tarixli 564 № Sərəncamına əsasən AMEA-nın 14.11.2012-ci il tarixli 06-10-280 saylı razılıq məktubu, “xxxx” MMC-nin 07.12.2012-ci il tarixli 01/07.12 saylı müraciəti və tərəflər arasında bağlanmış 14.11.2012-ci il tarixli müqavilə nəzərə alınaraq, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün həmin cəmiyyətə icazə verilmişdir. Sifarişçi AMEA ilə podratçı “xxxx” MMC arasında bağlanmış 14.11.2012-ci il tarixli podrat müqaviləsinə əsasən podratçı, ünvan 5 ünvanında AMEA-na məxsus yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinləri üçün həmin yataqxanaya aid olan ərazidə yaşayış binasının inşası üçün Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyasına məxsus 0,66 ha topaq sahəsində 1 ədəd 4 girişli 16 mərtəbəli yaşayış binasının layihə sənədlərinə və müqavilənin şərtlərinə uyğun olaraq tikintisini öz öhdəsinə götürmüş, müqavilənin 1.2-ci bəndində binanın layihə-smeta sənədlərinin hazırlanmasını və binanın tikintisini podratçının öz hesabına həyata keçirəcəyi, 1.3-cü bəndində AMEA-na məxsus qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və s akinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla sifarişçiyə təhvil verməyi üzərinə götürdüyü, 1.4-cü bəndində mənzillərin tikintisi başa çatdıqdan sonra Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş ayrıc aktı əsasında ayrılmış 0,66 ha torpaq sahəsinin və podratçının vəsaiti hesabına inşa olunmuş bütün tikinti sahələrinin müvafiq dövlət orqanlarında özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsinin sifarişçi tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. 14.11.2012-ci il tarixli podrat müqaviləsində sifarişçiyə ayrılacaq mənzillərin sayı və girişin nömrəsi göstərilmədiyindən tərəflər arasında yaranmış anlaşılmazlaqların tənzimlənməsi məqəsdilə müqavilənin ayrılmaz hissəsi hesab edilən podrat müqaviləsinə 08.07. 2015-ci il tarixli əlavələr protokolu tərtib edilmiş, protokolun 1-ci bəndinə əsasən müqavilədə qeyd olunan ünvanda “xxxx” MMC-nin vəsaiti hesabına tikilməkdə olan yaşayış kompleksində 5000 (beş min) kv.m-in ödənişsiz əsaslarla AMEA-ya verilməsi; 2-ci bəndinə əsasən AMEA-ya veriləcək mənzillərin yerləşdiyi mərtəbə, otaqların sayı, ümumi və yaşayış sahələri göstərilməklə təsdiq edilmiş siyahısının MMC tərəfindən AMEA-ya təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan və adı çəkilən yataqxanada yaşayan bir sıra şəxslərin tərtib etdikləri akta görə, AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, yataqxanada qeydiyyatda olan və yaşayan İddiaçı həqiqətən 54 AMEA əməkdaşı ilə birlikdə 13.06.2017-ci il tarixində AMEA ilə “xxxx” MMC arasında bağlanmış 14.11.2012-ci il tarixli müqavil əyə əsasən ünvan 3 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsində iştirak etmiş, ona püşkatma zamanı Şərifzadə ünvanındakı bir bloklu yeni 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 99 kv.m sahəyə malik 27 saylı mənzil düşmüşdür. İşin materiallarından görünür ki, iddiaçı məhz sözügedən püşkatmanın nəticələrinə istinadla müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, həmin püşkatma nəticəsində onun ailəsinin payına düşmüş 27 saylı mənzilə aid sənədlərin ona verilməməsinin, habelə mənzilin digər şəxsə ayrılmasının qanunsuz olduğunu irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisə ni həll edərkən X4 müvafiq qərarı ilə AMEA-nın işçilərinə tikiləcək binadan mənzillərin ayrılması məsələlərin həll edilməsi ilə bağlı mənzillərin bölüşdürülməsi komissiyasının yaradılması, komissiya tərəfindən yataqxana sakinlərinin mənzillə təmin edilməsi üçün püşkatmanın keçiriməsini, həmin püşkatma ilə bağlı komissiya tərəfindən hər hansı qərar qəbul olunmaqla belə qərarın X9 tərəfindən təsdiq edilməməsi qənaətinə gələrkən izahatlarda və şahid ifadələrində də əksini tapmış 13.06.2017-ci il tarixli puşkatmanın nəticələri barədə iş materiallarında ümumiyyətlə heç bir sənəd olmamasına diqqət yetirməmişlər. Həmçinin, işin materiallarında olan Azərbaycan Milli Elmlər X6 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05.07.2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının 15 sentyabr 2017-ci il tarixli 2№li protokolundan Çıxarış”dan görünür ki, mənzil qanunvericiliyinin tələblərinə əsasən AMEA-nın ünvan 3 ünvanında yerləşən aspirantlar yataqxanasında qeydiyyatda olan daimi və fasilələrlə yaşayan, mənzillə təmin edilməməsi qərara alınan sakinlərin siyahısında İddiaçı da adı qeyd olunmuşdur. AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05.07.2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının 21 sentyabr 2017-ci il tarixli 3 №li protokolu”ndan görünür ki, AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “AMEA il ə “xxxx” MMC arasında, AMEA-nın ünvan 6 ünvanında yerləşən Aspirantlar yataqxanasının ərazisində yeni yaşayış evlərinin tikintisi barədə bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə uyğun olaraq, “xxxx” MMC tərəfindən AMEA-ya ayrılmış mənzillərin mənzil qanunvericiliyinə uyğun olaraq AMEA-nın Aspirantlar yataqxanasında qeydiyyatda olan və yaşamayan tam ştatla işləyən əməkdaşlarına bölüşdürülməsi qərara alınmışdır. İş materiallarında olan AMEA-nın Rəyasət Heyətinin 8/21 №-li 24.05.2017-ci il tarixli qərarından görünür ki, AMEA Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli 15/2 nömrəli qərarı ilə yaradılmış mənzil məsələsi üzrə komissiyanın 16 may 2017-ci il tarixli arayışının qənaətbəxş hesab edilməsi və həmin arayışdakı təkliflər nəzərə alınmaqla komissiyanın fəaliyyətinə xitam ver ilməsi, aşağıdakı tərkibdə AMEAnın mənzillərin bölüşdürülməsi komissiyasının yaradılması qərara alınmışdır; AMEA-nın vitse-prezidenti komissiyanın sədri - akademik İbrahim Quliyev, komissiyanın üzvləri: AMEA sədri - iqtisad üzrə elmlər doktoru İsa Alıyev, AMEA-nın İşlər idarəsinin rəisi - hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev, AMEA-nın Nəsrəddin Tusi adına direktoru - AMEA-nın müxbir üzvü Namiq Cəlilov, AMEA Rəyasət Heyətinin üzvü, fizika İnstitutu Həmkarlar Komitəsinin sədri - fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova, AMEA-nın İşlər idarəsi müdirinin müavini. İş materiallarında olan, AMEA-nın Rəyasət Heyətinin 9/23 №-li 05.07.2017-ci il tarixli qərarından görünür ki, “Azərbaycan Milli Elmlər akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının yaradılması haqqında” AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/21 nömrəli qərarı ilə yaradılmış komissiyanın tərkibinə komissiya üzvləri kimi AMEA-nın sədr müavini - Habil Qurbanov, AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işçisi, veteranlar şurasının sədri - Şəfiqə Feyzullayeva, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun laboratoriya müdiri Veteranlar Şurasının sədri – Babək Abdullayev, AMEA-nın akademik Murtuza Nağıyev adına Kataliz və qeyri-üzvi Kimya institutunun aparıcı elmi işçisi Faiq Məmmədov, AMEA-nın Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi – Orxan Abbasov, AMEA-nın Aspirantlar yataqxanasının müdiri, yataqxananın sakini - Azər Quliyev əlavə edilmişlər. İş materiallarında olan, AMEA-nın Rəyasət Heyətinin AMEA-nın əməkdaşlarının mənzil təminatı haqqında 22 sentyabr 2017-ci il tarixli 10/ 12 saylı qərarına əsasən AMEA-nın 24 may 2017-ci il tarixli, 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyası”nın “xxxx” MMC tərəfindən ayrılmış mənzillərin AMEA-nın Aspirantlar yataqxanasında qeydiyyatda olan, yaşayan və qeydiyyatda olub yaşamayan əməkdaşlarına bölüşdürülməsinə dair 07 sentyabr 2017-ci il tarixli 1 nömrəli və 21 sentyabr 2017-ci il tarixli 3 nömrəli protokolları təsdiq edilmişdir. İşin materiallarından görünür ki, iddiaçıya mənzil verilməməsinə səbəb “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının 15.09.2017-ci il tarixli qərarı və 21 sentyabr 2017-ci il tarixli 3 №li protokolu” olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işi n araşdırılmış halları üzrə gəldiyi qənaətə əsasən AMEAnın Rəyasət Heyətinin 24.05.2017-ci il tarixli 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 saylı qərarları ilə yaradılmış mənzillərin bölüşdürülməsi Komissiyasının 15.09.2017-ci il tarixli qərarına əsasən Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yerləşən Aspirantlar yataqxanasında qeydiyyatda olan, daimi və fasilələrlə yaşayan, AMEA-nın elmi müəssisə və təşkilatlarında 0,5 ştat vahidi ilə işləyən sakinlərin (ailələrinin) mənzillə təmin edilməməsi qərara alınmış, adı çəkilən Komissiyanın 21.09.2017-ci il tarixli 3 nömrəli qərarına görə isə, “xxxx” MMC tərəfindən AMEA-ya ayrılmış 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 99 kv.m olan 2 otaqlı, 27 nömrəli mənzil X5 5 nəfərdən ibarət ailəsinə ayrılmış, həmin qərar Azərbaycan Milli Elm lər Akademiyasının 22.09.2017-ci il tarixli 10/12 saylı qərarı ilə təsdiq edilmiş və mənzilə dair X10 ilə “xxxx” MMC arasında müvafiq müqavilə bağlanılmışdır. Cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara əsasən mənzillərin bölgüsündən sonra əvvəlki komissiyanın işindən narazı qalan vətəndaşlar tərəfindən respublikanın haqlı-haqsız, əsaslıəsassız çoxsaylı şikayətləri nəzərə alınmaqla komissiyanın tərkibi 13 nəfərə çatdırılmış, yeni yaradılmış komissiya mənzil bölgüsünə yenidən baxmış, yataqxanada qeydiyyatı olub müəyyən səbəblərdən orada otaq ala bilmədiyindən kirayələrdə yaşayan, ona görə də yataqxanada yaşayanlardan daha çox əziyyətlərə məruz qalmış elmi dərəcəsi olan 16 əməkdaşın mənzillə təmin edilməsi barədə qərar qəbul etmişdir. Odur ki, elmi dərəcəsini və ailə tərkibini nəzərə alaraq həmin ailələri də yerləşdirərkən əvvəlki bölgüyə xeyli dəyişiiklik edilmişdir. Yeni yaradılmış komissiya əvəzçiliklə işləyən (0,5 ştatla) işçilərə mənzil ayrılmasının dayandırılması barədə qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi İddiaçı AMEA-nın İqtisadiyyat İnstitutunda 0,5 ştat vahidi ilə işlədiyi işin müəyyən olunmuş və mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin həlli zamanı AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/21 nömrəli qərarının 3.1 və 3.2-ci bəndlərinin məzmununa diqqət yetirməmişdir. Belə ki, həmin bəndlərə əsasən ünvan 6 ünvanında “xxxx” MMC tərəfindən tərəfindən inşa edilən binalardan AMEA-ya ayrılmış mənzillərin ilk növbədə yataqxanada qeydiyyatda olan və hazırda orada yaşayan, mənzil qanunvericiliyinə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan AMEA əməkdaşlarına və onların ailə üzvlərinə verilməsi, mənzillərin bölgüsü zamanı bu kateqoriyadan olan əməkdaşların elmi dərəcələri və ailə üzvlərinin sayının nəzərə alınması, “xxxx” MMC tərəfindən AMEA-ya ayrılmış mənzillərdən, yataqxanadan qeydiyyatdan olan və hazırda orada yaşayan, qanunvericiliyə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan AMEA əməkdaşlarının və onların ailə üzvlərinin ehtiyacı ödənildikdən sonra qalan mənzillərin AMEAda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa daha çox ehtiyacı olan vətəndaşlara verilməsi təmin edilsin. Qərarda həmçinin qeyd edilmişdir ki, yataqxanada qeydiyyatda olan və yaşa yan, lakin qanunvericiliyə müvafiq qaydada yataqxanada yaşayış sahəsinə hüququnu itirmiş hesab edilən AMEA əməkdaşlarına və AMEA-da işləməyən vətəndaşlara, onların ailə üzvlərinə yeni tikilən yaşayış evindən mənzil ayrılmasın, onların yataqxanadan çıxarılmaları üçün qanunvericiliyə müvafiq qaydada məhkəməyə müraciət edilsin (3.3 bəndi) Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən qərarda sadalanan halların iddiaçıya aidiyyatını (yataqxanada yaşayış sahəsinin olması və ya itirməsi, qeydiyyatda olub, orada yaşaması, mənzil qanunvericiliyinə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olüb-olmaması) müəyyən etmədən, AMEA-nın Rəyasət Heyətinin 24.05.2017-ci il tarixli 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 saylı qərarları ilə yar adılmış mənzillərin bölüşdürülməsi Komissiyasının 15.09.2017-ci il tarixli qərarının AMEA-nın Rəyasət Heyətinin 24.05.2017-ci il tarixli 8/21 nömrəli qərarının 3.1, 3.2-ci bəndlərinə zidd olub-olmamasına qiymət verməmiş, sözügedən qərarın İ bəndində qeyd edilmiş, qənaətbəxş hesab edilmiş 16 may 2017-ci il tarixli arayışda komissiya tərəfindən yataqxanada yaşayan hər bir AMEA əməkdaşının yaşayış şəraitinin və mənzilə olan ehtiyacını təsdiq edən sənədlər toplanmasına, iddiaçının arayışın məzmununda sadalanan bu hallarla bağlı aidiyyatının olub-olmamasını araşdırmamış, “xxxx” MMC tərəfindən AMEA-ya ayrılmış mənzillərin ilk növbədə AMEA əməkdaşlarının elmi işçilərinin siyahısında əvvəldən İddiaçı adının olmasına da diqqət yetirməmişdir. Həmçinin, kollegiya hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatında həyat yoldaşı X15 2003-cü ildən AMEA-da texniki işçi işləməklə şəkər xəstəsi və İİ qrup əlil olmasına, ayrıca yaşayış sahələri və fərdi mənzillərinin olmamasına dair izahatlarına diqqət yetirməmiş, əvəzçiliklə, 0,5 ştat vahidi ilə işlədyi üçün, lakin yataqxanada qeydiyyatda olmaqla yaşayan, həmin yaşayış sahəsinə hüququ olan iddiaçıya yeni tikilən binada mənzil sahəsinin ayrılmamasının hüquqi əsaslarına qiymət verməmiş, iş materiallarında AMEA-nın ünvan 6 ünvanında yerləşən Aspirantlar yataqxanasında qeydiyyatda olan və yaşayan 0,5 ştatla işləyən digər işçiyə 2 otaqlı mənzil ayrılmasına dair AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05.07.2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmı ş “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının 11 may 2018-ci il tarixli 4 №li protokolunun da olmasına diqqət yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin; - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəs inə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 80 və 81-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər norma tiv hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ən vacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikasının MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən apellyasiya icraatı qaydasında baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkə məsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud olmadığından kassasiya şikayəti qismən təmin edilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-2375/2019 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar