Məhkəmə qərarları › İş №2(102)-2375/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2375/2025

06.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2375/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1119/2025 nömrəli iş üzrə 19 mart 2025-ci il tarixli qə tnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli məktuba əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışına əsasən “Porsche Macan” minik markalı, **-SJ*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur və ona 13 may 2017-ci il tarixdə qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin tarixdə, yəni 13 may 2017-ci il tarixdə X12, 14 may 2017-ci il tarixdə X13 etibarnamə verilmişdir. xx.xx.2019-cu il tarixdə həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxmış və h əmin tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş və ona şəhadətnamə verilmişdir. 17 sentyabr 2019-cu il tarixdə sözügedən nəqliyyat vasitəsi alqı-satqı əsasında qeydiyyatdan çıxmış və həmin tarixdən X11 adına qeydiyyatdan keçmiş və ona həmin tarixdə şəhadətnamə verilmişdir.

2. Daxili İşlər Nazirliyi Baş X45 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15 yanvar 2024-cü il tarixli 3-13-16/2- 6132/2024 saylı məktubdan görünür ki, 29 dekabr 2023-cü il tarixli məktuba cavab olaraq “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqavilələrinin, əlavə olaraq digər sənədlərin surətləri və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı məhkəməyə göndərilmişdir. Həmçinin bildirilmiş dir ki, “Porsche Macan” minik markalı, 10- SJ-013 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. 3. 28 yanvar 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 55000 manata Cavabdeh1 satılmışd ır.

4. X14 tərəfindən təsdiqlənmiş və 7E5700 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı məxsus “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə səlahiyyətlər (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər) bir il müddətinə, yəni xx.xx.2019-cu il tarixədək X13 etibar edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Porsche Macan” minik markalı, **-SJ*** dövlət qeydiyyat nişanl ı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. 5. 17 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə satıcı Cavabdeh1 ilə alıcı X19 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 60000 manata X2. 6. xx.xx.2019-cu il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dır.

7. Bakı şəhəri 6 saylı notariat ofisində 7E-35845 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2019-cu il tarixli nəqliyyat vasi təsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh1 məxsus “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə səlahiyyətlər xx.xx.2020-ci il tarixədək müddətə X22 etibar edilmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2038/2019 nömrəli xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddiaçı X11 cavabdeh X12 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, X20 ilə X19 arasında 10 yanvar 2014-cü il tarixdə bağlanmış və Səadət sarayı (Bakı nikah evi) tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 24 nömrə ilə qeyd edilmiş nikahın pozulması və 22 iyun 2015-ci il təvəllüdlü X16 anası X11 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir.

9. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şö bəsi tərəfindən verilmiş AZ-İ seriyalı 328521 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X19 arasında olan nikah 09 avqust 2019-cu il tarixdə ləğv edilmişdir. 10. "xxxx" MMC tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli hesabatdan görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən Cavabdeh1 məxsus olan “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 28 yanvar 2019cu il tarixə bazar dəyəri 80000 manat, likvid dəyəri 70000 manat və orta satış qiyməti 73000 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-SJ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2017, ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) “PORSCHE MACAN” markalı avtomobilin Cavabdeh1 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (X19 ilə Cavabdeh1 arasında bağlanmış) və 10- SJ-013 dövlət qeydiyyat nişanlı “PORSCHE MACAN” markalı avtomobilin X11 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (Cavabdeh1 ilə X19 arasında bağlanmış) etibarsız hesab edilməsi və **-SJ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2017, ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) “PORSCHE MACAN” markalı avtomobilin dəyərinin – 136000 manat pul vəsaitinin və ödənilmiş 426 manat dövlət rüsumunun cavabdeh X3 tutularaq, ona, yəni İddiaçı Sadiq oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini mə hkəmədən xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, o, 13 may 2017-ci il tarixdə buraxılış ili 2017-ci il olan yeni “Porsche Macan” avtomobilini (ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) 80000 ABŞ dolları məbləğində “Porsche Bakı Mərkəzi”ndən almışdır. Həmin avtomobili müvəqqəti olaraq idarə etmək üçün dostu X12 etibarnamə əsasında vermişdir. Bundan sonra o, bir neçə şəxsə avtomobili idarə etmək üçün etibarnamələr vermişdir. Eyni zamanda iddiaçı “Porsche Macan” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək və avtomobilə dair sərəncam vermək barədə dostu X10 xahişi ilə onun həmin vaxt həyat yoldaşı olmuş Cavabdeh2 etibarnamələr vermişdir. X20 ilə X19 arasında bağlanmış nikah Bakı şəh əri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)2038/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Bu etibarnamələrdən istifadə edən cavabdeh X19 iddiaçının, yəni İddiaçı ona verdiyi avtomobilə dair sərəncam vermək barədə etibarnamədən istifadə edərək, həmin avtomobili xx.xx.2019-cu il tarixdə öz tanışı Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında satmışdır. İradə Mikayılova həmin alqı-satqı nəticəsində əldə olunan vəsaiti ona ödəməmişdir. Sonradan Cavabdeh1 ilə X19 arasında olan və əvvəlcədən planlaşdırılmış razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixdə, yəni onun dostu X34 Mikayılovanın nikahları pozulduqdan sonra həmin “Porsche Macan” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Babayeva-X4. Nəticədə onun mülkiyyətində olan avtomobil cavabdehlər Cavabdeh1 və İradə Mi kayılovanın əlbir olaraq, öz aralarında, onun, yəni iddiaçının etibarından sui-istifadə edərək, görünüş üçün uydurma əqd bağlayaraq, avtomobilin satışından əldə edilmiş məbləğ əmlakın mülkiyyətçisinə (təmsil edilənə), yəni ona verilməli olduğu halda bunu etməmişlər, avtomobilin satışından əldə edilmiş məbləğ ona ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vəkalət alanın tapşırıqla bağlı məsuliyyətindən bəhs edən normaların tələblərinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Hazırki işdə mübahisə predmeti olan avtomobilin alqı-satqısına dair müqavilə bağlansa da, həmin müqavilə üzrə ona, yəni iddiaçıya satılmış avtomobilə görə hər hansı məbləğ ödənilməmişdir. Bu hal onu deməyə əsas verir ki, alqı-satqı formal olmuş, bu barədə bağlanmış əqd yalnız görünüş üçün bağlanaraq uydurma əqd olmuşdur. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də, müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşı lıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Buna görə də, belə nəticəyə gəlinir ki, mübahisə predmeti olan avtomobilə dair bağlanmış alqı-satqı müqavilələri formal xarakter daşımaqla, görünüş üçün bağlandığından həmin müqavilələr etibarsız hesab edilməlidir. Beləliklə, X19 avtomobilə dair sərəncam vermək hüququ verən etibarnamə əsasında onun adından çıxış edərək, “Porsche Macan” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1, Cavabdeh1 tərəfindən həmin avtomobili X13 hansı məbləğdə satılmasını müəyyən etmək, alqı-satqı müqavilələrinin dəyərinin iddiaçı tərəfindən əldə edilib-edilməməsini təsdiq etmək məqsədilə tərəflərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X43 İdarəsinə “**-SJ-*** dövlət qeydiyyat nişanlı “PORSCHE MACAN” markalı avtomobilin Cavabdeh1 adına qeydiyyata alınmasına əsas olmuş 1) xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (X19 ilə Cavabdeh1 arasında bağlanmış) və 2) **-SJ-*** dövlət qeydiyyat nişanlı “PORSCHE MACAN” markalı avtomobilin X11 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (Cavabdeh1 ilə X19 arasında bağlanmış) qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsi” məzmununda vəkil sorğusu verilmişdir. Daxili İşlər Nazirliyi Baş X43nin 3-13- 16/2-35241/2023 saylı, xx.xx.2023-cü il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, normativ hüquqi sənədlərin tələblərinə əsasən (Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı) nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi və s) surətini almağa yalnız təhqiqat, istintaq, məhkəmə orqanlarının hüququ vardır. Odur ki, “Porsche Macan” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir. Vəkil sorğusuna cavab olaraq təqdim edilmiş “Porsche Macan” markalı **SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüte r çıxarışından görünür ki, həmin avtomobil xx.xx.2019-cu il tarixdə X13 verdiyi etibarnamə əsasında Cavabdeh1 satılmış, Cavabdeh1 isə öz növbəsində həmin avtomobili xx.xx.2019-cu il tarixdə X4.

13. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək **-SJ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2017, ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) “PORSCHE MACAN” markalı avtomobilin dəyərinin – 80000 manat pul vəsaitinin və ödənilmiş 426 manat dövlət rüsumunun, 20000 manat məbləğində dəymiş zərərin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. Cavabdeh1 iddia ərizəsinə etiraz ilə müraciət edərək, bildirmişdir ki, ona qarşı irəli sürülmüş iddia tələbi tam əsassızdır. Belə ki, mübahisələ ndirilən alqı-satqı müqavilələri 2019-cu ilin yanvar və sentyabr aylarında bağlanmış, iddia ərizəsi isə 2023-cü ilin noyabr ayının 28-də məhkəməyə verilmişdir. Beləliklə, iddia ərizəsi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, başqa sözlə, iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mübahisəli avtomobil qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsi əsasında X8 alınmışdır. 2019-cu ilin yanvar ayında ortaq tanışları demişdir ki, Şahin Rəcəbov “Porsche Macan” avtomobilini satışa çıxarmışdır. Həmin ərəfədə özünə uyğun avtomobil axtardığına görə qeyd olunan avtomobilə baxış keçirtmişdir. Avtomobili bəyənmiş, lakin xarici görünüşündə bəzi qüsurların olduğuna görə avtomobili təmir edib sonra da təhvil verilməsini Şahin Rəcəbovdan xahiş etmişdir. Şahin Rəcəbov bildirmişdir ki, çox tələsir və söz verir ki, o, pulu ödəyəndən sonra avtomobilin kosmetik təmirini qısa müddət ərzində edib ona təhvil verəcəkdir. X29 təklif etmişdir ki, ona baş etibarnamə verilsin, o, isə pulu ödəsin, Cavabdeh1 isə bildirmişdir ki, avtomobil onun adına keçməlidir, ondan sonra pulu ödəyəcəkdir. Belə də olmuşdur. Şahin Rəcəbov bildirmişdir ki, onun arvadı İradə Mikayılova onunla alqı-satqı edəcək və avtomobil onun mülkiyyətinə keçəcəkdir. Buna uyğunda etmişlər və xx.xx.2019-cu il tarixdə adına qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobilin kosmetik təmirini etmək üçün İradə Mikayılovaya sürücülük etibarnaməsi verilmişdir. Qısa zamanda avtomobil uyğun vəziyyətə gətirilərək ona təhvil verilmişdir. Avtomobili təxmini 7-8 ay sürdükdən sonra qərara gəlmişdir ki, avtomobili satsın. Həmin müddət ərzində nədənsə şəxsi problemləri çoxalmış və o, bunu təzə aldığı avtomobillə bağlamışdır. Avtomobilin satışı ilə bağlı dost tanışa xəbər vermişdir. Bunu eşidən İradə Mikayılova onunla əlaqə saxlamış və bildirmişdir ki, avtomobil onun üçün dəyərlidir, almaq istəyir, lakin əri ilə təzəlikcə boşandığına görə o qədər pulu yoxdur, lakin o, razılaşsa, hissə-hissə ödənişi edəcəkdir. İradə Mikayılovanı çoxdan tanıdığına görə, bir xanım kimi onu başa düşdüyünə görə, həm də avtomobildən qurtulmaq üçün İradə Mikayılovanın təklifini müsbət qəbul etmiş və avtomobili ona satmışdır. O, İddiaçı tanımır, heç vaxt görməmiş, İddiaçı da onu heç vaxt narahat etməmiş, heç vaxt zəng vurmamışdır. Göstərlənləri nəzərə alaraq, etiraz ərizəsində İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, mübahisələndirilən alqı-satqı müqavilələri 2019-cu ilin yanvar və sentyabr aylarında bağlanılmış, iddia ərizəsi isə 2023-cü ilin noyabr ayının 28-də məhkəməyə verilmişdir. Beləliklə, iddia ərizəsi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, başqa sözlə, iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmçinin, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 keçmi ş əri Şahin Rəcəbovla aralarında Bakı şəhəri Nizami Rayon Məhkəməsində 2020-ci ilin may ayından davam edən “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə Şahin Rəcəbovun hüquqlarının müdafiəsini həyata keçirir, eyni zamanda, iddiaçının rəhbəri olduğu ‘‘Business Partners” şirkətində partnyor kimi fəaliyyət göstərirlər. Yəni, İddiaçı aralarında olan nikahın pozulması barədə işdən məlumatlı olmuş və əgər etibarsızlıq üçün real əsaslar var idisə vaxtında iddia qaldıra bilərdi. O, eyni zamanda qeyd etmişdir ki, iddia ərizəsində də göstərildiyi kimi iddiaçı ilə keçmiş əri yaxın dost olmuş və iddiaçının baş verən proseslərdən məlumatı olmuşdur. Bütün bunlarla yanaşı, bildirmişdir ki, əslində mübahisəli avtomobilin iddiaçının adına qeydə alınması formal xarakt er daşımış və həmin avtomobil Şahin Rəcəbovla birgə nikahları dövründə birgə vəsait hesabına əldə edilmişdir. Qeyd olunanlar iddia ərizəsinə əlavə edilmiş BDYPİ-nin vəkil sorğusuna cavabından aşkar şəkildə görünür. Belə ki, avtomobil xx.xx.2017-ci il tarixdə Şahin Rəcəbov tərəfindən 63000 (altmış üç min) ABŞ dolları məbləğinə (iddiaçının yalandan qeyd etdiyi 80000 ABŞ dolları deyil) alınmış, ilkin olaraq iddiaçının adına qeydə alınmış, eyni tarixdə Şahin Rəcəbova və xx.xx.2017-ci il tarixdə ona etibarnamə verilmişdir, iddia ərizəsindən və əlavə edilən sənədləri təhlilindən belə çıxır ki, iddiaçı avtomobili alan kimi dostu Şahinə və ona etibarnamə vermişdir ki, avtomobili o yox, onlar idarə etsinlər. Həmin avtomobil ümumiyyətlə iddiaçının istifadəsində olmamışdır. Çünki həmin avtomobili alm aq üçün iddiaçının o qədər vəsaiti də olmamış və hazırda yoxdur. Mübahisəli avtomobil onun və Şahinin birgə gəliri hesabına əldə edilmiş, avtomobilin dəyərini də faktiki olaraq avtosalona Şahin ödəmişdir. BDYP-dən əldə olunmuş çıxarışa əsasən o, və Şahin Rəcəbovdan başqa etibarnamə verilmiş şəxslərin də iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, X25 və X9 Rəcəbovun sürücüləri olmuş, X21 isə onun və uşağın sürücüsü olmuşdur. Yəni mübahisəli avtomobil iddiaçının adına formal olaraq rəsmiləşdirildikdən sonra onun və keçmiş ərinin istifadəsində olmuş, etibarnamələr də onların tapşırıqlarına əsasən sürücülərə verilmişdir. Yəni mübahisəli avtomobil heç vaxt iddiaçının faktiki sahibliyində və istifadəsində olmamışdır. Mübahisəli avtomobil faktiki olaraq birgə nikah dövründə Şahin Rəcəbovun tə şəbbüsü ilə alınmış və birgə nikah dövründə onun təkidi ilə başqa şəxsə satılmışdır. Bu barədə İddiaçı məlumatı olmuşdur. Avtomobil onların ailə tanışı olan Cavabdeh1 satılmışdır. Şahin Rəcəbovun müəyyən borcları olduğuna görə qeyd olunan avtomobil Cavabdeh1 təcili olaraq qısa zaman ərzində satılmışdır. Lakin avtomobilin xarici görünüşündə müəyyən qüsurlar olduğuna görə Şahin Rəcəbov bildirmişdir ki, onun bununla məşğul olmağa vaxtı yoxdur, bu səbəbdən Cavabdeh1 etibarnaməni ona versin və o, avtomobili təmirə aparıb, sonradan Səbinə Qazizadəyə təhvil versin. Belə də olmuşdur, qısa zaman ərzində avtomobili təmir etdirib, Cavabdeh1 təhvil vermişdir. Bir neçə aydan sonra o, xəbər tutmuşdur ki, Cavabdeh1 qeyd olunan avtomobili satışa çıxartmışdır. Avtomobil vaxtilə ona hədiyyə alındığına görə çox dəyərli idi, baxmayaraq ki, artıq o dövrdə əri ilə nikahları pozulmuşdur. Cavabdeh1 ilə görüşüb vəziyyəti izah etmiş, həmçinin izah etmişdir ki, avtomobili nağd almağa imkanı yoxdur, Şahin Rəcəbov onu pulsuz qoymuşdur. Bu səbəbdən də, avtomobili ona nisyə satmağı xahiş etmiş, Cavabdeh1 isə razılaşmış və beləliklə avtomobili Səbinə Qazi-zadədən nisyə almış, hazırda da qeyd olunan avtomobil onun mülkiyyətindədir. Həmçinin, etiraz ərizəsində göstərilmişdir ki, Şahin Rəcəbovla aralarında Nizami Rayon Məhkəməsində 2020-ci ilin may ayından davam edən “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə Şahin Rəcəbovun qarşılıqlı iddia ərizəsində “Porsche Macan” markalı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak kimi vurğulanmış və hazırda mübahisə predm eti olan avtomobilin dəyərinin İddiaçı Sadiq oğlunun adına “Volvo XC 90’’ modelli 90-UG-00 dövlət nömrə nişanlı avtomobili keçirməklə ödənildiyi göstərilmişdir. Buradan isə tam aydın olur ki, əmlak faktiki olaraq Şahin Rəcəbovla birgə nikah dövründə alınmış və sonradan satılmışdır. İddiaçı tərəfindən qaldırılan iddia isə ona qarşı növbəti təxribat və fırıldaqçılıqdır. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunması məhkəmədən xahiş etmişdir.

16. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərək onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə X19 arasında olan əvvəlcədən planlaşdırılmış razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixdə, yəni iddiaçının dostu X34 Mi kayılovanın nikahları pozulduqdan sonra həmin “Porsche Macan” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Babayeva X4. Nəticədə iddiaçının mülkiyyətində olan avtomobil cavabdehlər Cavabdeh1 və İradə Mikayılovanın əlbir olaraq, öz aralarında, iddiaçının etibarından sui-istifadə edərək, görünüş üçün uydurma əqd bağlayaraq, avtomobilin satışından əldə etdiyi məbləğ əmlakın mülkiyyətçisinə (təmsil edilənə) yəni iddiaçıya verməli olduğu halda bunu etməmiş, avtomobilin satışından əldə edilmiş məbləğ iddiaçıya ödənilməmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Müqavilələr xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə imzanmışlar. 4 ildən artıq müddət keçib. Cavabdeh tərəfindən verilən etirazdan sonra iddiaçı bunu başa düşüb, qərara gəlmişdir ki, iddianın tələbini dəqiqləşdirsin və yalnız cavabdehlərdən pul tələbi hissəsində iddianı saxlamışdır. Qeyd etmək lazımdır ki, həmin hissədə də iddia müddəti ötürülüb. Belə ki, müqavilə xx.xx.2019-cu il tarixdə bağlanılıb. İddiaçı Cavabdeh2 baş etibarnamə verdiyinə görə bu munasibətlər tapşırıq müqaviləsinin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina ba rəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X23) e-2(001)-1099/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi iddia tələbi rədd edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə buraxılış ili 2017-ci il olan “Porsche Macan” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Porsche Bakı Mərkəzi”ndən alınmışdır. Daxili İşlər Nazirliyi Baş X45 İdarəsi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli məktuba əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı ilə təsdiq edilmişdir ki, “Porsche M acan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi ilk əvvəl İddiaçı olmuş və ona 13 may 2017-ci il tarixdə şəhadətnamə verilmişdir. Həmin tarixdə, yəni 13 may 2017- ci il tarixdə X12, 14 may 2017-ci il tarixdə X13 etibarnamə verilmişdir. xx.xx.2019-cu il tarixdə həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxmış və həmin tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş və ona şəhadətnamə verilmişdir. 17 sentyabr 2019-cu il tarixdə sözügedən nəqliyyat vasitəsi alqı-satqı əsasında qeydiyyatdan çıxmış və həmin tarixdən X11 adına qeydiyyatdan keçmiş və ona həmin tarixdə şəhadətnamə verilmişdir. İş materiallarında olan 28 yanvar 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə təsdiq edilir ki, həmin tarixdə satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, 10- SJ013 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 55000 manata Cavabdeh1 satılmışdır. İş materiallarında olan 17 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə təsdiq edilir ki, həmin tarixdə satıcı Cavabdeh1 ilə alıcı X19 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, 10-SJ013 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 60.000 manata X2. Hazırda sözügedən avtomobil Babayeva-X1 və istifadəsindədir. **-SJ-*** dövlət qeydiyyat nişanlı “PORSCHE MACAN” markalı avtomobillə bağlı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (X19 ilə Cavabdeh1 arasında bağlanmış) və X11 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (Cavabdeh1 ilə X19 arasında bağlanmış) etibarsız hesab edilməsi və **-SJ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2017, ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) “PORSCHE MACAN” markalı avtomobilin dəyərinin – 136.000 (bir yüz otuz altı min) manat pul vəsaitinin tutulmasını tələb etsə də, sonradan tələbini dəyişdirmiş və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399 və 449-cu maddələrinə əsaslanaraq, “PORSCHE MACAN” markalı avtomobilin dəyərinin – 80000 manat pul vəsaitinin və ödənilmiş 426 manat dövlət rüsumunun, 20000 manat məbləğində dəymiş zərərin Cavabdeh2 tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iddiaçı müqavilə münasibətlərinə əsaslanaraq, pul vəsaitinin qanunsuz saxlanılmasına görə cavabdehdən maddi zərərin tutulmasını tələb etsə də, cavabdehlə arasında hər hansı müqavilə münasibətlərinin mövcud olmasını və bununla bağlı maddi zərərə məruz qalmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı tərəflərin izahatlarından və işdə olan sübutlardan müəyyən edilmişdir ki, İddiaçı ilə X20 dostdurlar, Cavabdeh2 ilə X20 ər-arvad münasibətlərində olmuşlar, onların nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2038/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan son ra tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı mübahisə yaranmış, Cavabdeh2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, daha sonra X20 Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, hazırda həmin tələblərə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmaqdadır. Sözügedən mübahisəli avtomobilin alınma tarixi ilə hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 doğum tarixi eynilik təşkil edir, yəni 13 may, avtomobilin rənginin qırmızı olması da, öz-özlüyündə həmin avtomobilin məhz ona hədiyyə edilməsi üçün həmin tarixdə alınmasını göstərir. Digər tərəfdən eyni gündə avtomobilə dair İddiaçı tərəfindən X12, bir ay sonra isə onun həyat yoldaşına etibarnamələrin verilməsi də, məhz sözügedən avtomobilin X20 tərəfindən faktiki alınmasına, formal olaraq İddiaçı Sadiq oğlunun adına rəsmiləşdirilməsinə dəlalət edir. Məhkəmə avtomobilin alındığı gün iddiaçı tərəfindən dostuna və onun arvadına etibarnamə verilməsinin məhz dostunun xahişi əsasında olmasını, iddiaçının formal mülkiyyət hüququnun rəsmiləşdirilməsini inandırıcı hesab edir. Digər tərəfdən Daxili İşlər Nazirliyi Baş X45 İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından da görünür ki, sözügedən avtomobilin idarə edilməsi və sair üçün müxtəlif tarixlərdə müxtəlif şəxslərə etibarnamələr verilmiş, məhkəmə tərəfindən həmin şəxslərin X34 Mikayılovanın sürücüləri olması müəyyən edilmişdir. Bundan başqa, X42 Mikayılova ilə aralarında Nizami Rayon M əhkəməsində 2020-ci ilin may ayından davam edən “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə qarşılıqlı iddia ərizəsində “Porsche Macan” markalı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi vurğulanması və mübahisə predmeti olan avtomobilin dəyərinin İddiaçı Sadiq oğlunun adına “Volvo XC 90’’ modelli **-UG-*** dövlət nömrə nişanlı avtomobili keçirməklə ödənildiyi göstərilmişdir. İddiaçı pul tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etmişdir və cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, iddiaçı tərəfindən hazırki tələblərlə məhkəməyə məhz onun dostu X7rşı “birgə nikah dövründə əldə edilmiş əm lakların bölünməsi” tələbinə dair iddia ərizəsi verildikdən sonra müraciət etdiyini nəzərə alaraq, iddia müddətinin tətbiqi məsələsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbləri əsassız oduğundan, həmçinin iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi işdə olan sübutlarda təsdiq edildiyindən, mülki iş üzrə iddia tələbləri təmin edilməməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 1096-cı və 1097-ci, Mülki Prosessual Məcəllənin 324, 337, 340, 359, 362, 385, 386, 390, 406, 425, 777, 778, 779 və 789-cu maddələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli, “Deryus Litvaya qarşı” iş üzrə 31 iyul 2000-ci il tarixli, “X18 və B raniovski Polşaya qarşı” işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə iddia tələbinin pul tələbi olmasını və pul tələbinin tələb etmə hüququnun yaranmasını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1, 362.2, 385.1, 390.1, 406.1, 425.1, 777.1, 777.2, 778.1, 779.1, 782.1-ci maddələrinə istinad edərək, iddiaçı özünə məxsus “Porsche Macan” markalı **-SJ-*** dövlət nömrəli avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər ilə əlaqədar cavabdehə etibarnamə vermiş, bununla da tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd etdiyi kimi, alqı-satqı müqavilələrinin özü mübahisələndirilməyib ki, məhkəmə tərəfindən qanunsuz olaraq müqavilələrdən irəli gələn 3 illik iddia müddəti (baxmayaraq, birinci instansiya məhkəməsi qətnaməsində hansı iddia müddətinin ötürüldüyünü əsaslandırmamışdır) tətbiq edilmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfi ndən əhəmiyyətli olan hallar sübut edilməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) 2(103)-1119/2025 nömrəli iş üzrə 19 mart 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X32 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e2(001)-1099/2024 nömrəli 07 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili öz izahatında bir daha bildirmişdir ki, hazırda mübahisə predmeti olan avtomobilin dəyərinin İddiaçı Sadiq oğlunun adına “Volvo XC 90’’ modelli avtomobili keçirməklə ödənildiyi bildirmiş, lakin avtomobilin üzərində həbs ol maqla istifadəsi məhdud olduğundan hazırki iddianı qaldırdığını bildirmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, bundan başqa, X42 Mikayılova ilə aralarında Nizami Rayon Məhkəməsində 2020-ci ilin may ayından davam edən “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə qarşılıqlı iddia ərizəsində “Porsche Macan” markalı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi vurğulanması və mübahisə predmeti olan avtomobilin dəyərinin İddiaçı Sadiq oğlunun adına “Volvo XC 90’’ modelli ** UG *** dövlət nömrə nişanlı avtomobili keçirməklə ödənildiyi göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası avtomobilin alındığı gün iddiaçı tərəfindən dostuna və onun arvadına avtomobili idarə etmək üçün, daha sonra isə İradə Mikayılovaya baş etibarn amənin (müddət bitdikdən sonra yenidən verilib) verilməsinin iddiaçının mülkiyyət hüququnun formal rəsmiləşdirilməsini inandırıcı hesab etmişdir. Bu baxımdan sonradan mübahisəli avtomobilin iddiaçının mülkiyyətindən çıxması iddiaçının hər hansı hüququnun pozulmasına dəlalət etməmişdir. İşin araşdırılmış halları ilə müəyyən edildiyi kimi, həmin avtomobilin dəyərinin digər bir avtomobil vasitəsi ilə İddiaçı ödənilməsi təsdiqini tapmışdır. Belə olan halda tapşırıq müqaviləsinə istinad edilməklə cavabdeh İradə Mikayılovadan avtomobilin pulunun tələb edilməsi əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı digər avtomobili mülkiyyətinə keçirməklə yanaşı mübahisəli avtomobilin də pulunu əldə etməklə hüquqdan sui-istifadəyə yol verməklə əsassız olaraq gəlir əldə etmiş olardı. Yəni cavabdeh İradə Mika yılova heç də tapşırıq müqaviləsinin tələbləri baxımından avtomobilə münasibətdə hər hansı bir məbləği iddiaçıya ödəməli olmamışdır. Etibarnamə ilə onun adından çıxış etməsi yalnız mülkiyyət hüququnun iddiaçının adına qeydiyyatda olması ilə bağlı olmuşdur. Əslində isə yuxarıda qeyd edildi kimi, avtomobilin dəyəri digər avtomobillə əvəzləşmə qaydasında ödənilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının hər hansı formada vurulmuş zərər barədə tələbinin də təmin edilməsi üçün heç bir əsas yoxdur.

25. Apellyasiya məhkəməsi işin qeyd edilən hallarını, yəni avtomobilin məhz İradə Mikayılovaya birgə nikah dövründə alınmasının təsdiqi kimi yanakı sübutlar qismində birinci instansiya məhkəməsinin qeyd etdikləri işin hallarını əsaslı hesab edərək, qeyd etmişdir ki, iş materiallarından da gö ründüyü kimi, sözügedən mübahisəli avtomobilin alınma tarixi ilə hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 doğum tarixi eynilik təşkil edir, yəni 13 may, o cümlədən avtomobilin rənginin qırmızı olması (özlüyündə əksərən qadınlar tərəfindən istifadə edilməsi də nəzərə alınmaqla), həmçinin alınmış avtomobilə (işin faktiki halları kimi müəyyən edilir) cavabdehi keçmiş avtomobilinin üzərində olan dövlət qeydiyyat nişanının vurulması həmin avtomobilin məhz bu xüsusatlar da nəzərə alınmaqla onun sahibliyinə verilməsi üçün həmin tarixdə alınmasını təsdiq edən hallardan biridir.

26. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, İradə Mikayılova tərəfindən həmin avtomobil ilkin olaraq digər şəxsə 2019-cu ilin yanvar ayında satılmış, daha sonra isə həmin şəxs tərəfindən həmin ilin sentyabr ayında yenidən İradə Mikayılovaya satılmışdır. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş iddiaçının nümayəndəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinə ünvanlanan 06 mart 2023- cü il tarixli vəkil sorğusunda mübahisələndirilən avtomobilin satılması və yenidən cavabdeh İradə Mikayılovanın mülkiyyətinə keçməsi barədə məlumatın onlara ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla məlum olduğu aydın vurğulanmışdır. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər, yəni müqavilə üzrə iddialarında qeyd etdikləri tapşırıq müqaviləsi baxımından yanaşılarsa, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilə üzrə müəyyən edilmiş 3 illik müddət hüququndan istifadə etməmiş və ilk dəfə məhkəməyə xx.xx.2023-cü il tarixdə iddia qaldırılan zaman artıq iddia müddətini pozmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 777, 782.1, 369.1, 372.1, 373.2 və 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər yəni müqavilə üzrə iddialarında qeyd etdikləri tapşırıq müqaviləsi baxımından yanaşaraq, müqavilələr üzrə 3 illik iddia müddəti tətbiq etmişdir. Halbuki, tərəflər arasında hər hansı bir müqavilə olmamışdır. İddiaçının iddia tələbi tapşırıq müqaviləsindən irəli gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. İddiaçı Cavabdeh2 tapşırıq vermiş, etib arnamə vermiş, onun mülkiyyətində olan avtomobili onun adından satılmasına razılıq vermiş yanlış əşyanın dəyərinin özündə saxlanılmasını tapşırmamışdır. Nəticədə iddiaçının tapşırığı nəticəsində cavabdehin satdığı avtomobilin dəyəri, iddiaçıya ödənilmədiyindən, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddia tələbi olan pul tələbi də, iddiaçı ilə cavabdeh arasında olan öhdəlik münasibətlərin yaranmışdır. Öhdəlik münasibətlərinə isə Mülki Məcəllənin tələblərinə uyğun olaraq ümumi iddia müddəti tətbiq edilir. Bununla da apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək, hazırki mübahisəyə müqavilələr üzrə iddia müddətini deyil, ümumi iddia müddətini tətbiq etməklə mahiyyəti üzrə səhv nəticəyə gəlmişdir.

31. Apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq, ədalət mühakiməsini faktlara əsasən keçirməmiş, öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə əsaslandırmamış, sübutların mümkünlüyü baxımından onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməli olduğu halda, buna əməl etməmiş, sübutları düzgün qiymətləndirməmiş, qətnaməni iş üz üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmayaraq, cavabdehin təqdim etdiyi mülahizələrin üzərində qurmaqla qanunsuz və əsassız nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehin hüquqlarının pozulub-pozulmadığını aydınlaşdırmadan, sübutlara hüquqi qiymət vermədən düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 21.1.Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 777.Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

35. Maddə 782.1.Vək alət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

36. Maddə 369.1.İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır.

37. Maddə 372.1.Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

38. Maddə 373.2.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

39. Maddə 375.2.Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası nın Mülki Prosessual Məcəlləsi

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulm uş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətin də və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

49. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxt əlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1119/2025 nömrəli iş üzrə 19 mart 2025-ci i l tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar