Məhkəmə qərarları › İş №2(102)-2376/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2376/2019

17.04.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2376/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, maraqlı şəxs X və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə (V.İ.Həsənov, iş 2(008)-5708/2018) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmişdir. Bakı Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn, iş 2(103)-10943/2018) Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)-5708/2018 saylı mülki iş üzrə qəbul etdiyi 24 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri, X və vəkili kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab e tmişdir. İŞİN HALLARİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 05 mart 1979-cu il tarixdən 1988-ci ilin dekabr ayına qədər Ermənistan SSR Quqark rayonunda Hallavar sovxozunda sağıcı işləməyi və 01.01.1989-cu il tarixdən 1998-ci ilə qədər Saatlı rayonu Moskva kolxozunda kolxozçu işləməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri, X və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüqu q normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətb iq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Saatlı rayonu Dövlət Arxivinin 19.12.2017-ci il tarixli, 427 saylı arxiv arayışından görünür ki, Ərizəçi 01.01.1989-cu il tarixdən 1998-ci ilə qədər Saatlı rayonu Moskva kolxozunda kolxozçu vəzifəsində işləmişdir. İşdə olan Quqark rayonu, Hallavar sovxozu tərəfindən X1 verilmiş 20.11.1988-ci il tarixli, 025 saylı arayışın surətinə əsasən müəyyən olunur ki, X2 10 yanvar 1971-ci il tarixdən fasiləsiz olaraq 20 yanvar 1983-cü il tarixədək Hallavar Sovxozunda sağıcı vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş X1 məxsus əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, X2 20.08.1984-cü il tarixdən 04 dekabr 1988-ci il tarixədək Quqark rayonunda Hallavar sovxozunda sağıcı vəzifəsində işləmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan sübutları araşdıraraq və Mülki Prosessual Məcəllənin 307.1, 307.2.11, 308, 311-ci maddələrinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, ərizəçinin 05 mart 1979-cu il tarixdən 1988-ci ilin dekabr ayına qədər Ermənistan SSR Quqark rayonunda Hallavar sovxozunda sağıcı işləməyi və 01.01.1989-cu il tarixdən 1998-ci ilə qədər Saatlı rayonu Moskva kolxozunda kolxozçu işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün ki fayət qədər yoxlanılmış sübutlar olduğundan ərizə əsaslıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının bu iş üzrə olan 13 noyabr 2018-ci il tarixli, 2(103)-10943/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar