Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2376/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2, Cavabdeh2, vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(060)1125/2019, hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh1, Cava bdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı özəlləşdirmənin, alqı-satqı müqaviləsinin, çıxarışların etibarsız edilməsi və mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-4061/2019, hakimlər G.F.Tağızadə, T.O.Quliyev, E.G.Rəhimov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 16 saylı evin, 17 nömrəli mənzili ilə bağlı aparılmış özəlləşmənin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və onun Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 16 saylı evin, 17 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə qanunsuz və əsassız olmaqla məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Apellyasiya instansiya məhkəməsi iddiaçının mübahisəl i mənzilə dair istifadə hüququ olduğundan bu hüququn pozulması ilə bağlı ona dəymiş zərərin kompensasiya şəklində ona ödənilməsi ilə bağlı məhkəmədə ümumi əsaslarla iddia qaldırmaq hüququnun olması barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlərin vəkilləri isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Tərəflər arasındakı mübahisə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 16 saylı evin 17 saylı mənzili ilə bağlıdır. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, həmin mənzil xx xxxxxx 1964-cü il tarixli orderlə 5 nəfər ailə üzvü ilə birlikdə yaşaması üçün hazırki iş üzrə iddiaçının atası X2 verilmişdir. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixdə iddiaçının keçmiş gəlini olan Cavabdeh1 adına qeydiyyatdan keçmiş və sonuncu tərəfindən xx.xx.2017-ci il tarixdə digər Cavabdeh2 satılmışdır. Bundan əvvəl isə, Cavabdeh1 hazırki iş üzrə iddiaçının mübahisəli mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia qaldırmış, həmin mübahisə üzrə iddianın rədd edilməsi barədə yekun məhkəmə aktı ilə xx xxxx 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Yəni, iddiaçının mübahisəli mənzilə dair istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyən edilmişdir. İddiaçı hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə istifadə hüququ müəyyən edilmiş mənzilin qanunsuz özəlləşdirilməsinin, eyni zamanda əvəzli qaydada özgəninkiləşdirilməsi barədə əqdin etibarlılığını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şə rh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyin dən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.» Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsi tərəfindən qanunsuz özəlləşdirilməsi yolu ilə verildiyini mübahisələndirir. Bu halda həmin tələb üzrə yaranmış mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat daxilində baxılmalı olduğu halda birinci instansiya məhkəməsi həmin hissədə işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmiş, apellyasiya məhkəməsi isə qeyd olunan xüsusatlara ümumiy yətlə hüquqi qiymət vermədən, həmin qanun pozuntularını təkrarlamışdır. Cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələbə gəldikdə isə, özəlləşdirmənin, yəni ilkin qeydiyyatın etibarsızlığı ilə bağlı məsələ həll olunmadan həmin tələb barədə hər hansı nəticəyə gəlmək mümkün deyildir. İddiaçının həmin tələbinin əsaslılığına yalnız inzibati icraat qaydasında özəlləşdirmənin etibarsızlığı ilə bağlı nəticənin mövcudluğu halında qiymət verilə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməməklə, gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmamaqla, maddi və prosessual hüquq normaları pozulması ilə çıxarılmışdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası kassatorun mübahisəli mənzilə dair istifadə hüququ ilə bağlı irəli sürdüyü dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla və qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməklə, qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvə
Məhkəmə qərarları › İş №2(102)-2376/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2376/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver