Məhkəmə qərarları › İş №2(102)-2376/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2376/2024

23.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2376/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyinə görə - Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi – işə bərpa, məcbu ri iş buraxmaya görə əmək haqqının ödənilməsi, fərdi əmək mübahisələri üzrə ümumi iddia müddəti – 1 təqvim ayı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 1987-ci ildə Zlatoust Tibb məktəbinə daxil olmu ş, 1989-cu ildə həmin məktəbin feldşer-laborant ixtisası üzrə tam kursunu bitirmiş, Dövlət Attestasiya Komissiyasının xx.xx.1989-cu il tarixli qərarı ilə ona feldşer-laborant ixtisası verilmişdir.

2. İddiaçı 1981-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1990-cı ildə Oğuz Rayon Mərkəzi Xəstəxanasının 5 saylı əmri ilə Dəri-Zöhrəvi Dispanserinə laborant vəzifəsinə təyin olunmuş, xx.xx.1991-ci il tarixli, 5 saylı əmrlə xəstəxananın DZŞ-yə laborant vəzifəsinə keçirilmiş, xəstəxananın xx.xx.2005-ci il tarixli, 76 saylı əmrinin 2-ci paraqrafına əsasən ona DZŞ üzrə əlavə verilmiş 0,5 oklad tibb qardaşı vəzifəsindən azad edilmiş, həmin əmrin 3-cü paraqrafına əsasən həmin tarixdən 6 çarpayılıq reanimasiya və intensiv terapiya palatası üzrə 0,5 oklad laborant-rentgen kabinetinin feldşer laborantı i şinə təyin edilmişdir.

3. İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək dispanserin nəzdindəki mərkəzləşdirilmiş seroloji laboratoriyada ekspres üsul üzrə təkmilləşdirmə kursu keçmiş, xx.xx.2006-xx.xx.2006-cı il tarixdə SN/ÜST/GOPA/EPOS tərəfindən təşkil edilmiş “Rayon səviyyəsində DOTS prinsiplərinə müvafiq laboratoriya xidmətlərinin təşkili və aparılması” seminarında, 1-3 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu və “Qlobal Fond”un dəstəyi ilə keçirilən “Turşuya davamlı mikobakteriyaların mikroskopiya üsulu ilə aşkarlanması” mövzusunda laboratoriya işçiləri üçün treninqdə iştirak etmişdir. 4. “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 5-K və 87-K saylı əmrlərinə əsasən İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Resp ublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq “laboratoriya diaqnostikası” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X8 göndərilmişdir.

5. İddiaçı xx.xx.2022-ci il tarixdə planlaşdırılmış təkmilləşdirmə kurslarına diplomu xarici ölkə diplomu olduğundan buraxılmamışdır. O, 2020-2022-ci illərdə Kollecdə təkmilləşmə kursu keçməmiş, vətəndaşa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edib diplom təsdiq edən şəhadətnamə aldıqdan sonra təkmilləşmə kursu keçə biləcəyi haqqında məlumat verilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən səhiyyə, idarə və müəssisələrə xx.xx.2017-ci il tarixdə 05/19-632 saylı məktubla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü bəndinə əsasən sertifikasiyadan keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmədiyi, bu hallara yol verildiyi halda bilavasitə müəssisə rəhbərinin məsuliyyət daşıdığı bildirilmişdir.

7. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi tabeli tibb müəssisələrinin rəhbərlərinə xx.xx.2023-cü il tarixdə ünvanladığı PHŞ-6/23626/2023 saylı məktubla tibb müəssisələrində praktik tibb fəaliyyəti ilə məşğul olan və qanunvericiliyin tələblərinə uyğun olaraq sertifikasiyadan keçməyən əməkdaşların sertifikasiyadan keçməsinin zəruri olduğu bildirilməklə, qeyd edilən hallar olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bununla bağlı məsuliyyət yaradan 215.4-cü maddəsinin “qanunvericil iyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir” müddəası nəzərə çatdırılmışdır. 8. “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/3-1-47/23 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmamasına görə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 05/19-632 saylı məktubu göstərilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Naz irliyinin xx.xx.2023-cü il tarixli, 3-22/2-X34-43797/2023 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı diplomun təsdiqi barədə elektron müraciətinə baxılmış, ona Zlatoust Tibb kollecində 1987-1989-cu illərdə “laboratoriya diaqnostikası” ixtisası üzrə aldığı təhsilin təsdiq olunduğu bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək 13 mart 2023-cü il tarixli, PHŞ-6-64/3-147/23 saylı əmrin ləğv edilməsi, onun laboratoriya şöbəsində laborant vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini işin yuxarıda qeyd olunan fa ktiki hallarına uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, xarici ölkədə aldığı təhsil haqqında diplomunun təsdiqi barədə müraciətinə baxılmış, Nazirliyin rəsmi sorğusu əsasında onun 1987-1989-cu illərdə laboratoriya diaqnostikası ixtisası üzrə Zlatoust Tibb Məktəbində təhsil alması təsdiq edilmişdir. Beləliklə təhsili və ixtisası barədə hər hansı mübahisəli mövzu qalmamışdır. 2022-ci ildə iş yerindən ona sertifikasiya prosesində iştirak edərək müvafiq sertifikat alması təklif edilmişdir. Həmin prosesdə iştirak etmək istəsə də, onun diplomunun tanınmadığı-yəni təsdiq edilmədiyi əsas gətirilməklə sertifikasiya prosesinə buraxılmamışdır. Belə ki, X4 planlaşdırılmış təkmilləşmə kurslarında iştirakına maneə kimi diplomunun tanınmaması əsas gətirilmişdir. Diplomu xx.xx.2023-cü il tari xdə tanınmışdır, lakin həmin tarixdən xx.xx.2023-cü il tarixədək sertifikasiya prosesi həyata keçirilmədiyindən həmin prosesdə iştirakı da mümkün olmamışdır. Halbuki iş yerində diplomunun tanınması üçün müraciət etdiyini bildirmiş, cavab gələnədək nəzərə alınmasını xahiş etmişdir. 33 ildir ki, ixtisası üzrə qüsursuz işləyir, müxtəlif ixtisasartırma kurslarında, treninq və seminarlarda iştirak etmişdir. Əmək pensiyasına çıxmağına çox az müddət qalmış onun işindən kənarlaşdırılması əmək hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İşdən azad olunan günə onun əmək haqqı 636,70 manat olmuşdur. Əmək kitabçasını işdən azad olunan gün almış, əmrin surəti isə ona verilməmişdir.

12. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müstəqil tələb irəli sü rməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

13. Cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia ərizəsindən və izahatından göründüyü kimi iddiaçi 30 iyun 1989-cu il tarixdə RSFSR Zlatoust Tibb məktəbinin feldşer-laborant ixtisasi üzrə tam kursunu bitirmişdir. xx.xx.1990ci il tarixdən Oğuz Rayon Mərkəzi Xəstəxanasinda işə baslamısdir. İşlədiyi müddət ərzində hec vaxt ixtisas artirma kurslarında istirak etməmişdir. Bu məqsədlə iddiaçı 2020 və 2022ci ildə Mingəcevir Tibb kollecinə göndərilsə də, kurslarda iştirak etməmişdir. Buna görə də, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçi iddia ərizəsinə alınma mənbəyi və hər hansı hüquqi qüvvəsi olmayan sertifikat əlavə etmişdir. Həmin sertifikat praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşgul olmaq hüququnu təsdiq etmir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin nümunəsini etiraz ərizəsinə əlavə etmişdir. Bundan başqa, Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Həmin maddənin 4-cü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılı q fəaliyyətinə buraxılmasına yol verilmir. Həmin maddənin 5-ci bəndinə əsasən sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi iddiaçı sertifikasiyada iştirak etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanuni olmuşdur. Bundan əlavə, iddia tələbi əsassız olmaqla yanaşı, həm də iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzi ndə məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2023-cü ildə işdən azad edilmişdir. 21 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə cavabdeh orqana təklif göndərmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə mediasiya arayışı verilmiş, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə elektron kabinetə daxil edilmişdir. Mediasiya arayışının verilməsi ilə iddia ərizəsinin elektron kabinetə daxil edilməsi arasındakı müddət 34 gün təşkil edir. Beləliklə iddiaçı işdən azad edildikdən 55 gün sonra məhkəməyə müraciət etmişdir. İddiaçı hüququnun pozulduğunu xx.xx.2023-cü il tarixdən bilirdi, buna görə də onun işdən çıxarılma barədə əmrin surətini hansı tarixdən alması əhəmiyyət daşımır. Mülki qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bu məsələyə Ali Məhkəmənin bir sıra qərarları və Konstitusiya Məhkəməsinin Plenum qərarları ilə də qiymət verilmişdir. Mülki qanunvericiliyin iddia müddətinin tətbiqinə dair normaları nəzərə alınmaqla iddiadan imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddiaçı ilə eyni məzmunda izahat verməklə bildirmişdir ki, iddiaçı işdən çıxarılmazdan əvvəl xx.xx.2023-cü ildə diplomunun tanınması ilə bağlı müraciət etmiş, may ayında ona müsbət cavab verilmişdir. Mingəçevir Tibb Məktəbi diplomu tanınmayıb deyə onu kurslara buraxmamışdır. Bu isə iddiaçının iradəsindən kənar bir haldır. Bundan əlavə, iddiaçı xaricdə təhsil almamış, onun təhsil dövrü SSRİ-nin vaxtına düşdüyündən həmin vax tın sənədlərinin, o cümlədən İddiaçı diplomunun tanınmasına ehtiyac yox idi. Buna görə də, kurslarda iştirakına maneə yaradılmamalı idi. Buna baxmayaraq iddiaçı sertifikasiyada iştirak etməyə etiraz etmir. Cavabdeh tərəfin iddia müddətinin ötürülməsinə dair mülahizəsinə cavab olaraq bildirmişdir ki, qanunda əmrin surətinin işçiyə işdən çıxdığı gün verilməsi nəzərdə tutulsa da, indiyədək ona əmrin surəti verilməmişdir. xx.xx.2023-cü ildə mediasiyaya müraciət edilmiş, mediasiya arayışının tarixi xx.xx.2023-cü il qeyd edilsə də, mediasiya xərci xx.xx.2023-cü ildə ödənilmişdir, yəni mediasiya arayışının tarixi əslində xx.xx.2023-cü ildir. Bununla bağlı mediasiya təşkilatının məktubu da vardır.

15. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “Oğuz Rayon Mərkəzi X əstəxanası” publik hüquqi şəxsin insan resursları şöbəsinin müdiridir. İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmiş, həmin tarixdə ona əmək kitabçası dərhal təqdim edilmişdir. Ümumiyyətlə işdən çıxan hər bir şəxsə həmin gün əmrin surəti deyil, əmək kitabçası təqdim edilir. İdarənin yeganə öhdəliyi son haqq-hesabı verməkdir. İddiaçı qanuni şəkildə işdən azad edilmişdir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Agentliyin nümayəndəsi X7 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsi ilə cavabdeh tərəfin izahatında qeyd etdiklərini təsdiq etmiş. əlavə olaraq bildirmişdir ki, 3 il müddətind ə sertifikasiyadan keçmək üçün X5 tələb etdiyi sənədləri təqdim etməyən iddiaçı əmək müqaviləsinə xitam verildikdən 2 ay sonra aldığı, təhsilin təsdiq olunması barədə məktubla əmrin ləğv olunmasını tələb edir, halbuki işçinin diplomunun və ya təhsilinin təsdiq edilməməsi xx.xx.2023-cü il tarixli əmrin verilməsinə əsas olan sənəd deyildir. Qanunvericiliyin tələbinə görə işçinin təhsilinin təsdiqi yox, sertifikasiyadan keçməsi tələb olunur. Cavabdeh tərəfindən haqlı olaraq əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə iddiaçı Əmək Məcəlləsinin 296.2-ci maddəsində göstərilən bir aylıq iddia müddətini buraxmışdır.

17. Oğuz Rayon Məhkəməsinin 2(054)-423/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi iddiaçının kurslarda iştirak üçün buraxılmamasının onun diplomunun tanınmaması ilə əsaslandırılmasına dair arqumentinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı 1989-cu ildə RSFSR Zlatoust Tibb Məktəbini bitirərkən Azərbaycan Respublikası da daxil olmaqla 15 respublikadan ibarət SSRİ mövcud idi və ölkənin hər hansı təhsil müəssisəsinin diplomu bütün ölkə üçün qəbul edilirdi. Buna görə də iddiaçının kurslara göndərilərkən onun diplomunun kurslarda iştiraka maneə törətməsi qanunamüvafiq olmamışdır.

19. Məhkəmə hesab etmişdir ki, məhz həmin vaxt iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı aidiyyəti məhkəməyə müraciət etməklə məsələnin həllinə nail ola bilərdi. Bundan əlavə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayə t dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi qeyd edilən norma imperativ xarakter daşımır, yəni müəssisə tərəfindən işçinin uzun müddət eyni müəssisədə qüsursuz çalışması, onun yaşı və əmək pensiyasına çıxmasına çox az müddətin qalması nəzərə alına bilərdi.

20. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət olaraq qanunvericiliyin tələbini tərəflərin nəzərinə çatdıraraq qeyd etmişdir ki, qüvvədə olan Əmək Məcəlləsinin 294-cü maddəsində bildirilmişdir ki, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Yəni qanunvericilik birmənalı şəkildə fərdi əmək mübahisələrinə məhkəmələ r tərəfindən baxılması qaydasını təsbit etmişdir. İddiaçının hazırkı iddiası da məhz fərdi əmək mübahisəsidir. İddiaçı tərəf müddətin ötürülmədiyini, əmrin surətinin işçi işdən çıxdığı vaxt ona verilmədiyini bildirsə də, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya təklifi vermiş, işdən çıxdığı gün ona təqdim edilmiş, işdən çıxarılmasına dair əmrin də öz əksini tapdığı əmək kitabçasının xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş surətini iddia ərizəsinə əlavə etmişdir. Əmək mübahisələrinin mediasiya qaydasında həlli ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliyə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Beləliklə iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edildiyi gün öz hüquqlarının pozulduğunu bilmiş, bu ona həmin gün təqdim edilmiş əmək kitabçasında da öz əksini tapmışdır. İddiaçının xx.xx.2023-cü il tarixdə mediasiya təklifini verdiyi nəzərə alınmaqla xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə iddiaçının mübahisənin həlli ilə bağlı müraciət üçün müəyyən edilmiş 1 aylıq müddətinin 20 günü keçmişdi. Qanunvericiliyə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmadığından, mübahisə üzrə iddia müddətinin axımı “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı hazırkı iş üzrə arayışın tərtib olunduğu xx.xx.2023-cü il tarixdən bərpa olunmuş hesab olunur. İddiaçı bildirmişdir ki, mediasiya xərcini xx.xx.2023-cü il tarixdə ödəmiş, buna görə arayışın tarixi də xx.xx.2023-cü il hesab olunmalıdı r. Məhkəmə iddiaçının bu arqumentini mediasiya prosesi üçün müəyyən edilmiş müddətin təfərrüatına varmaması kimi qəbul edərək bildirmişdir ki, qalan 10 günlük müddət xx.xx.2023-cü il tarixdə bitmiş hesab olunduğundan iddia ərizəsinin məhkəmənin icraatına götürüldüyü vaxt artıq iddia müddəti 13 gün keçirilmiş hesab olunurdu.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 67 (1-ci hissə), 70 (c bəndi və qeyd hissəsi), 288, 289, 292, 294 və 296-cı, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 21.8-ci, 29.2, 29.3, 32.1.9, 35.1 və 35.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 və 377.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 77.1 və 217.2-ci maddələrinə, Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslanıdrılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “laboratoriya diaqnostikası” ixtisası üzrə X8 ixtisasartırma kursuna göndərilmişdir. Başqa sözlə, əgər o, əmək və icra intizamını pozaraq ixtisasartır ma kursunda iştirakdan imtina etmiş olsaydı belə buna görə ona bir ay müddətində intizam məsuliyyəti tətbiq edilə, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilərdi. Hazırkı qətnamə qəbul edilərkən bu qanun norması da nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddə tə daxil edilmir. Hazırkı qətnamə qəbul edilərkən bu qanun norması da nəzərə alınmamışdır. İddiaçı tərəf iddiasının əsaslı olduğunu təsdiq edən bütün mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf isə öz etirazlarının tam əsaslı olduğunu sübut edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hazırkı halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür və o, öz iddia tələbini qanunvericiliklə nəzərdə tutulmuş qaydada tamamilə sübuta yetirmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia tələbini təsdiq edəcək bütün mümkün və mötəbər sübutlar təqdim edildiyi halda iddia tələbini tam təmin etməməklə Mülki Prosesual Məcəllənin 14.2 və 77.1-ci maddələrinin tələblərini pozmuşdur. Hazırkı halda məhkəmə iddiaçının formal olaraq iddia müddətini qısa bir müddət ötürdüyü əsası ilə iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarından da göründüyü kimi iddia tamamilə əsaslı olduğu, iddiaçının yalnız iddia müddətini ötürdüyü əsası ilə təmin edilməməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, heç bir sübuta istinad etmədən sadəcə formal mülahizələr əsasında qətnamə qəbul etmişdir. İş materiallarından da göründüyü kimi iş üzrə iddiaçı öz işindən əsassız və qeyriqanuni azad edilmişdir. İddia vermək üçün müddət iddiaçının hüquqi cəhətdən savadsız olması, işdən azad olunması barədə əmrin surətini cavabdehdən vaxtında ala bilməməsi, mediasiya prosesindən keçdikdən sonra mediasiya prosesinin keçirilməsinə dair sənədi mediasiya təşkilatından tərtib edildiyi tarixdə deyil, xeyli müddət keçdikdən sonra əldə etməsi nəticəsində baş vermişdir. İddiaçıya işdən azad olunması barədə əmr ona iddia ərizəsini məhkəməyə təqdim etdikdən sonra verilmişdir. İş üzrə cavabdeh iddiaçınin işdən azad olunması barədə əmri ona rəsmi şəkildə hansı tarixdə verməsi barədə məhkəməyə mötəbər sənəd təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının hansı səbəbdən iddia müddətini ötürdüyünü nəzərə almamış, işdən qeyri-qanuni azad olunduğunu, hüquqlarının pozulduğunu nəzərə almadan qətnamə qəbul etmişdir. Nəticə etibarı ilə həm iddiaçının əmək hüquqları pozulmuş, həm də hüquqlarını bərpa imkanından və hüququndan məhrum olmuşdur. Bu isə iddiaçının konstitutsion hüquql arının pozulması ilə nəticələnmişdir. Hazırkı iş üzrə məhkəmənin qətnaməsi işin hallarına uyğun deyildir.

24. Cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi apellyasiya şikayətinə yazılı etirazında iddiaçının xx.xx.2023-cü il tarixdə işdən azad edildiyini, işdən azad edildikdən 21 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə cavabdeh orqana təklif göndərdiyini, iddiaçıya 15 may 2023-cü il tarixdə mediasiya arayışının verildiyini, xx.xx.2023-cü il tarixdə iddia ərizəsinin elektron kabinetə daxil edildiyini, mediasiya arayışının verilməsi ilə iddia ərizəsinin elektron kabinetə daxil edilməsi arasındakı müddətin 34 gün təşkil etdiyini, ümumi hesabla iddiaçının işdən azad edildikdən 55 gün sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini göstərmiş və apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin məhkəmənin iddiaçının formal olaraq iddia müddətini qısa bir müddət ötürdüyü əsası ilə iddianı təmin etməməsi, iddianın yalnız iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməməsinin qanuni, əsaslı və ədalətli hesab edilə bilməməsi, iddia vermək üçün müddətin iddiaçının hüquqi c əhətdən savadsız olması, işdən azad olunması barədə əmrin surətini cavabdehdən vaxtında ala bilməməsi, mediasiya prosesindən keçdikdən sonra mediasiya prosesinin keçirilməsinə dair sənədi mediasiya təşkilatından tərtib edildiyi tarixdə deyil, xeyli müddət keşdikdən sonra əldə etməsi nəticəsində baş verməsi, işdən azad olunması barədə əmrin iddiaçıya iddia ərizəsini məhkəməyə təqdim etdikdən sonra verilməsi, iş üzrə cavabdehin iddiaçınin işdən azad olunması barədə əmri ona rəsmi şəkildə hansı tarixdə verməsi barədə məhkəməyə mötəbər sənəd təqdim edə bilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan İT-İ ******* saylı, xx.xx.1981-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamış, daimi və qısa fasilələr lə olmaqla xx.xx.2023-cü il tarixədək işləmişdir. Laborant vəzifəsində çalışan İddiaçılə əmək müqaviləsinə “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-64-3-1-47/23 saylı əmri ilə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə Azərbayan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 05/19-632 saylı məktubuna (səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar) əsasən xitam verilmişdir.

27. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatının “İlkin mediasya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/2023-01119 saylı arayışından görünür ki, İddiaçı tərəfindən əmək mübahisəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif, ilkin mediasiya sessiyası (İMS) üçün xx.xx.2023-cü il tarixdə ərizə verilmiş, hər iki tərəfə xx.xx.2023-cü il tarixli bildirişlər göndərilmiş, bildirişlər hər iki tərəfə xx.xx.2023-cü il tarixdə çatdırılmış, İMS xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində Təşkilatın ünvanında keçirilmiş, “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi sessiyada iştirak etməmişdir.

28. İşdə olan X6 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MMŞ/MT018/2023-01119 saylı arayışından və xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “milliön” ödəmə terminalı vasitəsilə Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına 50 manat ödənilmiş, mediator xx.xx.2023-cü il tarixli arayışda texniki səhvə yol verildiyini bildirərək tarixin xx.xx.2023 kimi nəzərə alınmasını xahiş etmişdir.

29. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatının 29 fevral 2024-cü il tarixli məktubundan görünür ki, “ilkin mediasya sessiyasında iştirak edilməməsi barədə” arayış 27 may 2023-cü il tarixdə İddiaçı şəxsən təqdim edilmişdir.

30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

31. Həmin Maddənin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçası nın, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 32. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

33. Həmin Qanunun 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci (“Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış), 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir.

34. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində (bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.) nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının izahatından göründüyü kimi İddiaçı əmək kitabçası işdən azad edildiyi 13 mart 2023-cü il tarixindəcə ona təqdim edilmişdir. Hansı ki, iddiaçının işdən azad edilməsinə dair cavabdeh təşkilatın 13 mart 2023-cü il tarixli əmri həmin əmək kitabçasına da yazılmışdır. Yəni iddiaçı 13 mart 2023-cü il tarixdəcə əmək hüquqlarının pozulduğunu bilmişdir. Həmin tarixdən onun haz ırkı iddia tələbi üzrə iddia müddətinin axımı başlamış, iddiaçının mediasiyanın tətbiqinə dair təklif verdiyi 03 aprel 2023-cü il tarixdə iddia müddətinin axımı dayanmış, 27 may 2023-cü il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verildikdən sonra iddia müddətinin axımı bərpa olunmuş və iddiaçı 19 iyun 2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı 27 may 2023-cü il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ı aldıqdan sonra 06 iyun 2023-cü il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda 1 aylıq iddia müddətini ötürməklə, yəni 19 iyun 2023-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsinə dair gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin məhkəmənin iddiaçının hansı səbəbdən iddia müddətini ötürdüyünü nəzərə almamasına, iş üzrə iddiaçının öz işindən əsassız və qeyri qanuni azad edilməsinə, onun öz iddia tələbini qanunvericiliklə nəzərdə tutulmuş qaydada tamamilə sübuta yetirməsinə, iddiaçı tərəfin iddiasının əsaslı olduğunu təsdiq edən bütün mötəbər sübutları məhkəməyə təqdim etməsinə, cavabdeh tərəfin isə öz etirazlarının tam əsaslı olduğunu sübut edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməməsinə dair dəlilləri ilə razılaşmayarq qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildikdən sonra iddiaçı tərəfindən iddia müddətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində nəzərdə tutulan hər hansı bir üzrlü səbəbdən buraxılması məsələsi mübahisələndirilməmiş, iddiaçının buraxılmış müddətin üzürlü sayılmasına dair hər hansı müraciətinin olması iş materiallarından müəyyən edilməmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır. Ona görə də həmin ifadənin əksi, yəni “mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan idd iaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub olmadığı və pozulubpozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddia müddəti ötürülmüşdürsə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmadığını və həmin hüququn ca vabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün.

38. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyə n və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, idd ia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olm alıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulubpozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələ həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma apa rması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırki işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

40. Şərh edilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd edərkən doğru mövqedən çıxış etmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

42. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci ins tansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

43. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2 (3-cü hissə), 70 (c bəndi), 76 (1-ci hissə), 294 (1 və 2-ci hissələr) və 296-cı (1, 2 və 3-cü hissələr), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.2 və 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətin in və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tələb edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağir xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığımüstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

46. Az ərbaycan RespublikasıƏmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İş materiallarından da göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2020- ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “laboratoriya diaqnostikası” ixtisası üzrə X8 ixtisasartırma kursuna göndərilmişdir. Başqa sözlə əgər əmək və icra intizamını pozaraq ixtisasartırma kursunda iştirakdan imtina etmiş olsaydı belə buna görə ona bir ay müddətində intizam məsulityyəti tətbiq edilə, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə Əmək Məcəll əsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilərdi. Hazırkı qətnamə qəbul edilərkən bu qanun norması da nəzərə alınmamışdır.

47. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Hazırkı qətnamə qəbul edilərkən bu qanun norması da nəzərə alınmamışdır.

48. Mülki prosesual qanunvericilik mülki prosesdə sübut etmə vəzifəsini tərəflərin üzərinə qoymuşdur. İddiaçı tərəf iddiasının əsaslı olduğunu təsdiq edən bütün mötəbər sübutlarıməhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf isə öz etirazlarının tam əsaslı olduğunu sübut edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hazırkı halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür və o, öz iddia tələbini qanunvericiliklə nəzərdə tutulmuş qaydada tamamilə sübuta yetirmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən iddia tələbini təsdiq edəcək bütün mümkün və mötəbər sübutlar təqdim edildiyi halda iddia tələbini tam təmin etməməklə Mülki Prosesual Məcəllənin 14.2 və 77.1-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

50. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

51. Maddə 70 (“c” bəndi). Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

52. Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

53. Maddə 294 (1-ci hissə). Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

54. Maddə 294 (2-ci hissə). Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

55. Maddə 296 (1-ci hissə). Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

56. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

57. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

58. Maddə 296 (6-cı hissə) Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mah iyyəti üzrə baxa bilər. Azərbaycan Respblikasının Mülki Məcəlləsi

59. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

60. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

61. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

62. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsi

63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiy yətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instan siyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etmiş, apellyasiya instansiyası məhkəməsi də kifayət qədər əsaslandırma aparmaqla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdı r.Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.

76. Məhkəmə kollegiyası kassasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 382-ci maddəsinə istinad edilməklə iddia müddətinin ötürülməsini məhkəmənin üzrlü saya biləcəyinə dair dəlilləri ilə əlaqədar bildirir ki, apellyasiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildikdən sonra iddiaçı tərəfindən iddia müddətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində nəzərdə tutulan hər hansı bir üzrlü səbəbdən buraxılması məsələsi mübahisələndirilmədiyi, iddiaçının buraxılmış müddətin üzürlü sayılmasına dair hər hansı müraciətinin olmasının iş materiallarından müəyyən edilmədiyi qeyd edilmiş dir.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.

78. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

79. Yuxarıda göstərilənlərdən məlum olur ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildikdən sonra məhkəmə iddiaçının müvafiq ərizəsi olmadan, öpz təşəbbüsü ilə iddia müddətini ötürülməsinin səbəbini üzrl ü hesab edərək bərpa edə bilməz.

80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəl illəri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

82. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “12” mart 2024-cü il tarixli 2(107)-374/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar