Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2377/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Şirinov Bağban Səfər oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)3701/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, M ÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx.xx.2019-cu il tarixli, 2(012)-1834/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair ilk iddiasının təmin edilməməsi, iddiaçı “xxxx” MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, “xxxx” MTK ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvaınnda yerləşən yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumuna görə pulun alınıb “xxxx” MTK-ya ödənilməsi qət edilmişdir. Sumqayıt Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova, S.Qafari, F.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(105)-3701/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1834/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” MTK arasında xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq cavabdehə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvaınnda yerləşən yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 nömrəli mənzilin onun sahibliyinə, mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvaınnda yerləşən yaşayış binasının 2-ci giriş, 5-ci mərtəbəsində ümumi sahəsi 58.39 kv.m olan 1 otaqdan ibarət 31 saylı mənzilinə dair İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli “kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesa b edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” MTK arasında xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq cavabdehə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvaınnda yerləşən yaşayış binası, 2-ci giriş, 4-cü mərtəbə, 31 nömrəli mənzilin onun sahibliyinə, mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Şirinov Bağban Səfər oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya məhkəməsi təqdim olunmuş sübutlar əsas ında tam, hərtərəfli araşdırma aparmamış, təqdim olunmuş sübutlara, apelyasiya şikayətində göstərilən hallara obyektiv hüquqi qiymət verməmişdir. Həm birinci, həm də apelyasiya instansiyası məhkəmə yalançı şahidlərin göstərdiklərinə hüquqi qiymət verərək mötəbər sübut kimi qəbul edərkən bir faktı nəzərdən qaçırmışlar ki, tərəflrə arasında müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmışdır və həmin gündə mənzilin dəyəri İddiaçı tərəfindən tam olaraq (yəni 23356 manat) ödənilmiş, bu barədə Turala xx.xx.2012-ci il tarixdə kassa mədaxil qəbzi verilmişdir. MTK ilə “xxxx” MMC-nin təmsilçisi X8, icraçı direktor X5 və fiziki şəxs X13 arasında birgə fəaliyyətlə bağlı müqavilə isə xx.xx.2013-cü ildə bağlanmışdır. Lakin Turalla MTK arasında qeyd edilən müqavilə xx.xx.2012-ci ildə bağlanmış və mənzilin də yəri Tural tərəfindən tam olaraq ödənilmiş, müqavilədən 1 il 4 ay sonra MTK ilə “xxxx” MMC və digərləri arasında birgə fəaliyyətlə bağlı bağlanmış müqavilənin Turalın müqaviləsinə nə aidiyyəti var. Məhkəmənin Turalla MTK arasında xx.xx.2012ci il tarixdə bağlanmış müqaviləyə, müqavilədə MTK-nın möhürünə, sədrin imzasına, pul ödənildikdən sonra Turala xx.xx.2012-ci il tarixdə verilmiş kassa mədaxil orderinə şübhə ilə yanaşaraq hakimin əhəmiyyət verdiyi müqavilədə 3-cü imzanın olmasına gəlincə bildirilməlidir ki, Tural müqavilə bağlayarkən ona təqdim olunan müqavilədə həmin imza mövcud idi və həmin vaxt ona bildirmişlər ki, bu imza MTK-nın sahibinin imzasıdır, müqavilənin Etibarlılığının təminatıdır. Məhkəmədə isə bildirilər ki, həmin imza X2 məxsusdur. İş materiallarında olan birgə fəaliyyət haqqında müqavilədən görünür ki, həmin müqavilə xx.xx.2013-cü ildə bağlanmışdır. Belə olan halda Turalla MTK arasında xx.xx.2012-ci ildə bağlanmış müqavilədə X1 imzası niyə olmalı idi və 2012-ci ildə T.Allahverdiyev kim idi, MTK-da hansı vəzifəni tuturdu, hansı səlahiyyətlə müqaviləyıə imza etməli idi. Bu hallar məhkəmədə araşdırılmamış və cavabdehdən soruşulmamışdır. Göründüyü kimi, Turalla MTK arasında müqavilə bağalanarkən onların niyyəti müqavilə üzrə öhdəlikləri yerinə yetirərək Turalı evlə təmin etmək deyil, onun pulunu mənimsəmək olmuşdur. Bu məqsədlə də öz adamları olan T.Allahverdiyevin imzasını əlavə etməklə, həmin imzanın MTK-nın sahibinin imzası olması, müqavilənin Etibarlılığının təminatı olması barədə yalan məlumat vermişlər. Beləliklə, Turalla MTK arasında bağlanmış xx.xx.2 012-ci il tarixli müqaviləyə uyğun olaraq Tural göstərilmiş mənzilin dəyərini tam ödəmiş və ona kassa mədaxil qəbzi verilmişdir. Apelyasiya məhkəməsi isə bu halları nəzərə almamışdır. Göstərilənlərə əsasən onlar Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-3701/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MTK-nın səlahiyyətli nümayəndəsiməhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MP M-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Şirinov Bağban Səfər oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, ap elyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İlk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, muəyyən edilmişdir ki, ilkin iddia uzrə cavabdeh, qarşılıqlı iddia uzrə iddiaçı “xxxx” MTK-nin nümayəndəsi xx xxxxxxx 2013-cu il tarixli “xxxx” MTK ilə “xxxx” MMC-nin təmsilcisi X8, icracı direktoru X9, fiziki şəxs X11 və X3 arasında bağlanmış birgə fəaliyyət haqqında muqaviləsinə istinad edərək tərəf olan X9 tikintinin həyata keçirilməsi üçün tikinti materiallarına ehtiyac olduğundan təklif etməsi ilə əlaqədar 23.356 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən tikilməkdə olan yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 saylı mənzil İddiaçı adına rəsmiləşdirilməsi və İddiaçı tərəfdən Firudin adlı şəxs onları 23356 manat dəyərində tikinti materialları ilə təmin etməsini gostərsələr də bu ohdəlik icra edilməmiş, tərəflər müqaviləni xx.xx.2014-cu il tarixdən ləğv edilmiş hesab etmişlər. Şahid ifadələrindən görünür ki, İddiaçı həmin münasibətlərdə iştirak etməmişdir. İddiaçı xx xxxx 2012-ci il tarixli kooperati v binanın mənzil tikintisi haqqında müqavilə uzrə 23356 manat pulu “xxxx” MTK-ya ödəmişdir. Müqavilə onun adına bağlansa da birgə fəaliyyət haqqında müqavilə icra edilmədiyindən, ilkin iddiaçı ilə cavabdeh arasında bağlanan muqavilə formal olaraq qalmış, otən muddət ərzində iddiacı həmin muqavilə uzrə cavabdehə muraciət etməmiş, yalnız hazırkı iddia ilə məhkəməyə müraciət edəndən sonra cavabdeh qarşılıqlı-iddiaçı ilkin iddiaçının niyyətini başa düşüb və qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə qeyd edilən hüquqi nəticəyə gələrkən cavabdeh-qarşılıqlı iddiaçı tərəfin sübutlarına qiymət verərkən İddiaçı ilə “xxxx” MTK ilə onun arasında xx xxxx 2012-ci il tarixdə bağlanmış “kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin sonunda tərəflərin imzalarından əlavə 3cu bir imza nın da mövcudluğuna əhəmiyyət verir. Belə ki, işin araşdırılan hallarından goründüyü kimi həmin imza iş üzrə şahid qismində dindirilmiş X6 məxsusdur. Hansı ki, iş materiallarından göründüyü kimi həmin şahid birgə fəaliyyət haqqında müqavilənin bağlanmasında iştirak etmişdir və onun ifadəsindən göründüyü kimi İddiaçı adına qeyd edilən müqaviləyə gorə MTK-ya hər hansı məbləğdə pul odənilməmişdir. Nəzərdə tutulan öhdəlik isə icra edilməmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı xx xxxx 2012- ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, onun adına bağlanan muqavilə formal olaraq qalmışdır. Bu əsasda iddia tələbi əsassızdır və təmin edilə bilməz. Eləcə də məhkəmə hesab etmişdir ki, cavabdeh-qarşılıqlı iddiaçının koorperativ binanın mə nzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə dəlili əsalı olduğundan təmin edilməli, MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 nömrəli mənzilinə dair xx xxxx 2012-ci il tarixdə bağlanmış kooperativ binanın mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməlidir. Apelyasiya kollegiyası hesab etmişdir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. Kasasiya kollegiyası apelyasiya kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, apelyasiya məhkəməsi qarşılıqlı iddiaçının mövcud müqaviləni (xx.xx.2012-ci il tarixli müqaviləni) hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün və ya di gər əqdi pərdələmək məqsədilə bağlandığını deyil, müqavilə tərəfi olan İddiaçı öhdəliyini icra etməməsi nəticəsində mübahisələndirməsini nəzərə almamışdır. Bununla yanaşı, apelyasiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin təfsirində də yanlışlığa yol verərək, həmin müqavilənin bağlanmasının hər hansı şərtlə, o cümlədən üçüncü şəxs tərəfindən veriləcək tikinti materialları ilə şərtləndirilməməsinə, həmin müqavilənin üçüncü şəxslə “xxxx” MTK arasında deyil, sonuncu ilə cavabdeh İddiaçı arasında bağlanmasına əhəmiyyət vermədən və cavabdeh tərəfindən mənzilin dəyərinin müqavilə bağlanan gün tam məbləğdə iddiaçı təşkilata ödənilməsini, bu faktın MTK-nın xx.xx.2012-ci il tarixli kassa mədaxil orderinin qəbzi ilə təsdiq edilməsinə diqqət yetirmədən, cavabdehin hansı öhdəliy ini icra etməməsinin, iddiaçı təşkilatın nəyə görə xx.xx.2012-ci ildən 7 il müddət ərzində həmin müqaviləni mübahisələndirməməsinin səbəbini araşdırmadan etibarsız hesab etmişdir. Digər tərəfdən, İddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliyin icra edilməməsi mülki iş materialları, o cümlədən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də istisna olunur. Belə ki, mənzilin dəyərinin həqiqətən iddiaçı təşkilata ödənilməməsi müqavilənin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas sayıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən, müqavilə üzrə tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda, yəni digər tərəf müqavilə bağalanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduqda, o müqaviləni əhəmiyyətli dərəcədə pozan tərəfə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə iddia qaldıra bilər. Digər tərəfdən, İddiaçı öhdəlyini icra etməməsi barədə “xxxx” MTK-nın istinad etdiyi xx.xx.2013-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə nəzər saldıqda müəyyən edilir ki, mu müqavilə sonuncu ilə “xxxx” MMC, onun nümayəndələr Taley Allahverdiyev, Pənah Kərimov və Vladimir Müslümov arasında bağlanmış və həmin müqavilənin şərtində Abşeron RİHB-nin xx.xx.2009-cu il tarixli, 1180 saylı sərəncamı ilə “xxxx” MTK-ya ayrılmış Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən 0.15 ha torpaq sahəsində təsdiq olunmuş layihə əsasında 3 girişli 12 mərtəbəli yaşayış evinin 3-cü girişinin 12-ci mərtəbəsinin bütün mənzillərinin tikilməsi və istismara hazır mənzillərin satışı öhdəliyi nəzərdə tutulmuşdur. La kin mübahisələndirilən xx.xx.2012-ci il tarixli müqavilənin tərəfləri “xxxx” MTK və İddiaçı olmaqla, müqavilənin predmeti “xxxx” MTK-ya ayrılmış Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən 0.15 ha torpaq sahəsində təsdiq olunmuş layihə əsasında 3 girişli 12 mərtəbəli yaşayış evinin 2-ci girişinin 4-cü mərtəbəsindəki 31 saylı mənzil təşkil edir. Göründüyü kimi, İddiaçı xx.xx.2013-cü il tarixli müqavilənin tərəfi olmamış, həmin müqavilə üzrə üzərinə hər hansı öhdəlik götürməmiş, o yalnız xx.xx.2012-ci il tarixli müqavilənin tərəfi olaraq həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş və müvafiq olaraq pul vəsaitini kassa mədaxil orderinə əsasən MTK-ya ödəmişdir. Beləliklə, apelyasiya kollegiyası işdə olan sübutları düzgün təhlil etmədən, onların mötəbərliyini yoxlamadan m addi və prosessual hüquq normalarının tələblərini pozaraq işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kassasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü ma ddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda qeyd olunan hallarının tam və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına gö ndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)3701/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2377/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2377/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver