Məhkəmə qərarları › İş №2(102)-2378/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2378/2020

11.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2378/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh2 vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3nə qarşı mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və kirayə haqqının cavabdehdən tutularaq ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən ver ilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1ndən xx.xx.2018-ci il tarixdən ünvan 1 ünvanda 25 nömrəli mənzilin yerləşdiyi yaşayış binası tikilib təhvil verilənədək hər ay 450 manat kirayə haqqı kimi pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumuna görə pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən Ş.Abasov, hakimlər A.Abbasov və T.Məmmədov) qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsi idd ianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixdən başlayaraq, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə öhdəlikləri tam yerinə yetirilənədək, kirayə haqqı kimi 400 manat pulun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddianın Cavabdeh1nə aid hissədə təmin olunmaması, qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılması, iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi 15,80 manat dövlət rüsumunun 10 manat hissəsinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1n ödədiyi dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 kasasiya şikayəti ilə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 256 saylı müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanda tikilən binada 2 otaqdan (70-75 kv.metr) ibarət mənzilin ona verilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və xx xxxxxx 2018-ci il tarixdən hesablanmaqla, yeni mənzil təhvil verilənədək hər ay üçün 450 manat olmaqla kirayə haqqının Cavabdeh1ndən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Cavabdeh2 oğlu T.Kərimovla ilə nikaha girmiş, həmin tarixdən Cavabdeh2 məxsus, ünvan 1 ünvanda yerləşən 25 nömrəli mənzilə köçmüşdür. Həmin nikahdan 4 övladı dünyaya gəlmişdir. Sonralar münasibətləri pisləşdiyindən İddiaçı T.Kərimovdan boşanmış, lakin övladları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmişdir. Daha həmin mənzil sonra Cavabdeh1 MMC tərəfindən sökülmüş və iddiaçıya heş bir kompensasiya verilməmişd ir. Bu səbəbdən iddiaçı xx.xx.2018-ci il tarixli icarə müqaviləsi əsasında Z.Əhmədbəyli küç., ev 39, 6 saylı mənzili aylıq icarə haqqı 450 manat olmaqla kirayəyə götürərək övladları ilə orda yaşamağa bağlamışdır. Həmçinin o da mübahisə edilmir ki, Bakı şəhəri Cavabdeh3 Başçısının xx.xx.2017ci il tarixli sərəncamı ilə Bakı şəhəri Cavabdeh3 tərəfindən Nəsimi rayonu Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrin ərazisində yeni yaşayış binalarının tikintisi Cavabdeh1nə həvalə edilmişdir. Sərəncamın müvafiq bəndinə əsasən ərazidə yerləşən yaşayı və qeyriyaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunveriliyin tələblərinə uyğun olaraq, qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunverciliyə əsasən həll edilməsi tapşırılmışdır. Bundan başqa işin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 mübahisəli mənzili Cavabdeh1 MMC-yə təhvil verməyi, Cavabdeh1 MMC isə söküləcək 74,7 kv.metr sahədən ibarət mənzilə 20% əlavə edərək 89,64 kv.metr sahə verməyi, əmlak mülkiyyətçisinə mənzil hazır olanadək aylıq 800 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, xx. xx.2005-ci il tarixdə X5 ilə nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin vaxtdan ünvan 1 ünvanda tikilən binada 2 otaqdan ibarət 25 nömrəli mənzilə köçərək yaşamışlar. Birgə nikahdan 4 övladları dünyaya gəlmişdir. Sonradan onlar boşanmış, lakin o, övladları ilə birlikdə 2018-ci ilin avqust ayına kimi həmin mənzildə yaşamağa davam etmişdir. Onun təkbaşına uşaqları ilə qalmağından istifadə edən Cavabdeh1 MMC Nəsimi RİH-nin dəstəyi və onlara qarşı laqeydliyindən istifadə edərək ünvan 1 ünvanda tikilən binada 2 otaqdan ibarət 25 nömrəli mənzilin əvəzini vermədən onu həmin mənzildən çıxarmaq istəmişdir. Cavabdeh1 qəsdən və xəbərdarlıq etmədən qonşu evlərin bir hissəsini sökməklə mübahisəli əmlakı qəzalı vəziyyətə salmış, mənzil qəzalı vəziyyətə düşdüyündən o, Cavabdeh1ndən yeni mənzilin veril məsini tələb etsə də MMC-nin nümayəndələri yaşadıqları mənzilin otaqlarını içəridən ölçməklə, cəmi 60 kv.metr olmaqla əlavə 20 faiz ödəniş etməklə yeni mənzil veriləcəyini bildirmişlər. Əslində onun hazırda yaşadığı ünvan 1 ünvanda tikilən binada 2 otaqdan ibarət 25 nömrəli mənzilin sahəsi 80 kv.mertdir. Həmçinin, o, yaşadığı mənzili qəzalı vəziyyətə salındığına görə xx xxxxxx 2018-ci il tarixdən başqa ünvanda hər ay 450 manat ödəməklə kirayədə yaşayır. Göstərilənlərə əsasən, iddia təmin olunmalıdır. Cavabdeh1 MMC-nin nümayəndəsi bildirir ki, iddia olunan mənzil 2018-ci ilin avqustunda sökülmüşdür, bundan sonra 25 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 ilə xx xxxxxxx 2018-ci il tarixdə müqavilə imzalanmış, müqavilənin şərtlərinə əsasən mənzilin mülkiyyətçisinə tikilən binada mənzil veril məsi razılaşdırılmışdır. Eyni zamanda mənzil hazır olanadək Cavabdeh2 hər ay 800 manat kirayə haqqı ödənilir. Cavabdeh2 bildirir ki, ünvan 3 ünvanda yerləşən 25 nömrəli mənzil ona məxsus olmuşdur. O, həmin mənzili oğlu X4 və gəlini İddiaçı yaşamaları üçün vermişdir. İddiaçı həmin mənzildə qeydiyyatda olmaqla onun icazəsi ilə yaşamışdır. Mənzilin mülkiyyətçisi olduğundan Cavabdeh1 arasında kirayə haqqının ödənilməsi barədə xx xxxxxxx 2018-ci il tarixli müqavilə onunla bağlanmış, hər ay 800 manat kirayə haqqı ona ödənilir, iddia tələbinin əsassız olmaqla təmin edilməməsini xahiş edir. Cavabdeh3 heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddianın hazırki formada təmini yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olmuş iddiaçının və onun uşaqlarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməsinə xidmət etmir. Bu hal iddiaçının konstitusiyada nəzərdə tutulmuş hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmasına səbəb ola bilər. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2005-ci ildə Cavabdeh2 oğlu T.Kərimovla nikaha girmiş və həmin tarixdən Cavabdeh2 məxsus mübahisə predmeti olan mənzildə yaşamışdır. Qeyd edilən mənzil Cavabdeh1 MMC tərəfindən yaşayış binasının inşaa edilməsi məqsədi ilə satın alınmış və sökülmüşdür. Bunun qarşılığında Cavabdeh1 MMC mənzilin mülkiyyətçisi Cavabdeh2 yeni ttikiləcək binada 89.64 kv.m. təmirli mənzil və hər ay 800 manat kirayə haqqı verməyi öhdəsinə götürmüşdür. Ona görə də İddiaçı Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC-nin üzərinə iddiaçıya məzilin verilməsi öhdəliyinin qoyulması və 450 manat məbləğində kirayə haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı kirayə haqqının tutulması ilə bağlı tələbini Cavabdeh1 MMC-yə qarşı vermişdir. Apelyasiya instansiyası məhkəməsi isə həmin tələb üzrə Cavabdeh2 cavabdeh olmamasını nəzərə almamış və iddia tələbini qismən təmin edərək Cavabdeh2 üzərinə aylıq 400 manat məbləğində kirayə haqqının iddiaçıya ödənilməsi barədə öhdəlik qoymaqla Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 50.1 və 50.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddələrin tələblərinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlə r. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Bundan başqa hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq apelyasiya instansiyası məhkəməsi iddia tələbinə hüquqi qiymət verərkən iddiaçının mübahisəli mənzilə münasibətdə hər hansı bir hüquqa (mülkiyyət, istifadə və s.) malik olub-olmamasını müəyyənləşdirməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar