Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2378/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı tələbi, mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X1 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9256/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinə 12 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Azərişıq” ASC-də (bundan sonra “cavabdeh” və ya “ASC”) Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşdırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri vəzifəsində işləmişdir.
2. Cavabdehin K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli Əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmişdir.
3. Əmrə əsasən ASC-nin Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşdırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri olan iddiaçı “qeyri balansla rın araşdırılması itkiləri çox olan 10/6/0.4 kv-luq xətlər və transformatorlar üzrə itkilərin bərpası işini, yanlış abonent bağlantılarının təyin olunaraq icrasını təşkil edə bilməmiş, eyni zamanda 1741 transformatorunun balans sayğacına dekabr 2020-ci il hesabat ayında artıq səhv göstərici daxil edildiyi yanvar və fevral 2021-ci il ayları ərzində düzəliş üçün heç bir əməli tədbir görməmiş, həmçinin sərfiyyat verilməyən 2 (iki) məişət abonentinə EEİQ-nin tələblərini pozaraq sayğacdan kənar elektrik xəttindən istifadəyə yol verməklə vəzifələrini kobud şəkildə pozmuşdur.
4. İddiaçı həmin əmrin qanuniliyini mübahisələndirir İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair sonuncunun K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, 13 aprel 2021-ci il tarixdən qərar icra edilən müddətədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət işlədiyi Zirə ETSİ üzrə balans bölməsinin rəhbəri vəzifəsində heç bir nöqsana yol verməmiş, öz əmək funksiyalarını vicdanla və məsuliyyətlə yerinə yetirmişdir. 2021-ci il mart ayında ASC-nin baş idarəsinə çağırılan iddiaçıya işində kobud pozuntulara yol verdiyi bildirilmişdir. İddiaçı həmin pozunt uların nədən ibarət olmasını soruşduqda isə bildirilmişdir ki, Zirə ETSİ-də Enerji təchizatı idarəsində nəzarətçisi işləyən qohumu X6 ciddi pozuntulara yol vermişdir. Halbuki, iddiaçının işlədiyi idarənin A.Əmirovun işlədiyi idarə ilə heç bir əlaqəsi yoxdur.
7. Bununla belə ASC-nin K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Enerji Alışı və Balans İdarəsinin rəisi M.Orucovun xx.xx.2021-ci il tarixli, d/01-7/2156 saylı təqdimatı və ASC-nin Həmkarlar İttifaqı Komitəsinin razılıq məktubu göstərilmişdir. Lakin ASC-nin Həmkarlar İttifaqı Komitəsi yaranmış vəziyyətlə maraqlanmamışdır.
8. İddiaçı tələbinin hüquqi əsası k imi Əmək Məcəlləsinin 70, 72, 83 186, 294 və 296-cı maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək göstərib ki, iddiaçı tərəfindən vaxtında düzgün nəzarət təşkil edilməyib, nəzarətçilər iddiaçının tabeliyində olublar. Dəfələrlə bu barədə iddiaçıya irad tutulub. Buna görə də əmək müqaviləsinin ləğv edilməsinə dair əmr əsaslıdır. Nəzarəti düzgün təşkil etmək iddiaçının səlahiyyətində olduğu üçün iddaçı işdən azad edilib. Həmçinin iddiaçı ilə barışığın əldə olunması üçün ona mühəndis vəzifəsi təklif edilsə də, sonuncu bu təklifi qəbul etməyib.
10. Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surəti, iddiaçının tutduğu vəzifənin təlimatı, əmrin verilməsinə əsas olan xidməti araşdırma materiallarının surəti, iddiaçı barəsində aparılmış xidməti araşdırma materiallarının iddiaçıya təqdim edilməsi, iddiaçının izahatları, Həmkarlar Təşkilatının qərarının təsdiq edilmiş surəti və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə əsas olan digər sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsini xx.xx.2021-ci il tarixli qərardadla cavabdehdən tələb etmişdir.
11. Cavabdeh qərardada uyğun olaraq 39 ədəd sənəd (iddiaçının tutduğu vəzifənin təlimatı istisna olmaqla) təqdim edir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3557/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-nin K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı "xxxx" ASC-nin Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşd ırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri vəzifəsinə bərpa edilmiş, İddiaçı 13 aprel 2021-ci il tarixdən başlayaraq işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, cavabdeh "xxxx" ASC-dən mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Günay Abidova)
13. Birinci instansiya məhkəməsi mülki iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı ASC-nin Satış Departamentinin sədrinə (Vüqar Əhmədov) yazdığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli izahatları ilə, Zirə ETSİ-nin nəzarət-mühəndisi X4 xidməti ərazisində xx.xx.2021-ci il tarixində nəzarət idarəsinin əməkdaşları (kod: **********80002) Ramin Əlizadəyə məxsus ünvanda elektrik sayğacının ü zərində 135936 kvts, 11 nəfər əhalinin abonentinin elektrik sayğacının üzərində 190154 kvts sərfiyyatın olması aşkar edilərək akt tərtib olunmuş, A.Əmirov barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Zirə ETSİ-nin rəisinin (A.A.Abdullayev) xx.xx.2021-ci il tarixli təqdimatına əsasən həmin idarənin balans bölməsinin rəhbəri İddiaçı vəzifə öhdəlikləri üzrə verilmiş tapşırıqların icra olunmasında öz işini təşkil edə bilməməsi, xidməti vəzifələrinin icrasına laqeyd göstərməsi səbəbindən barəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. ASC-nin Enerji Alışı və Balans İdarəsinin (rəis Murad Orucov) xx.xx.2021-ci il tarixli EA098 №-li təqdimatına əsasən Zirə ETSİ üzrə balans bölməsinin rəhbəri İddiaçı “qeyri balansların araşdırılması itkiləri çox olan 10/6/0.4 kv-luq xətlər v ə transformatorlar üzrə itkilərin bərpası işini, yalnış abonent bağlantılarının təyin olunaraq icrasını təşkil edə bilməməsi, eyni zamanda 1741 transformatorunun balans sayğacına dekabr 2020-ci il hesabat ayında artıq səhv göstərici daxil edildiyi yanvar və fevral 2021-ci il ayları ərzində düzəliş üçün heç bir əməli tədbir görülmədiyi məlum olmuş, həmçinin sərfiyyat verilməyən 2 (iki) məişət abonentinə EEİQ-nin tələblərini pozaraq sayğacdan kənar elektrik xəttindən isifadəyə görə müvafiq aktlar tərtib olunması ilə əlaqədar” funksional vəzifə borclarının icrası zamanı buraxdığı nöqsanlara görə tutduğu vəzifədən azad edilməsi və ya başqa işə keçirilməsi qeyd edilmişdir.
14. ASC-nin Satışa Nəzarət İdarəsinin (rəis Ruslan Məmmədov) xx.xx.2021-ci il tarixli təqdimatına əsasən aşkar edilmiş qüsu rlar arasında hesablaşma sayğaclarının üzərində saxlanılmış sərfiyyat, sayğac sxemindən kənar xətdən istifadə, sayğacın dövlət və alt qapaq möhürlərinə müdaxilə, üzərində sərfiyyat saxlanılmış sayğacların yandırılması və s. hallar aşkar edilmiş, bu da elektrik enerjisinin itkisinə və qeyri-balansa gətirib çıxartmış, bunların baş verməsi Zirə balans bölməsinin rəhbəri İddiaçı işinə qarşı qeyri-ciddi yanaşması, vəzifə borcunun düzgün və vaxtında yerinə yetirməməsi deməkdir. Bu cür halların təkrar olunmaması üçün İddiaçı barəsində ciddi inzibati tədbir görülməsi xahiş edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçı barəsində ASC-nin İşlər İdarəsi tərəfindən verilmiş təqdimatın təmin edilməsinə və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd edib ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Əmək Məcəlləsinin 72-ci maddəsi də əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə b u Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
16. Əmək mübahisəsi ilə bağlı birinci instansiya məhkəməsi ilk növbədə qeyd edib ki, işçi barəsində intizam tənbehinin verilməsi zəruriliyi yoxlanılmaqla yanaşı, həmçinin əmək müqaviləsinə xitam verilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı yoxlanılmalıdır. Belə ki, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunverciliyin tələblərinə riayət olunub-olunmaması, inzibati xətaya yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılıb-aydınlaşdırılmaması, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahatın alınıb-alınmaması, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində ver ilib-verilməməsi və s. nəzərdən keçirilməlidir.
17. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 80-ci maddəsinin 1 və 2-ci hissələrinə istinadən göstərib ki, Həmkarlar İttifaqı Komitəsi hər hansı bir əsaslandırma sənədləri olmadan və araşdırma aparmadan iddiaçı barəsində ASC-nin İşlər İdarəsi tərəfindən verilmiş təqdimatın təmin edilməsinə və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinə razılıq vermişdir.
18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsi mülki işdə olan hər hansı sübutla təsdiq olunsa idi, onda əmək müqaviləsinə xitam verilməsi q anuni sayıla bilərdi. Halbuki hazırki iş üzrə cavabdeh (işəgötürən) məhkəməyə işçi tərəfindən hüquq pozuntusuna yol verilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müvafiq qərardadla təqdim edilməsi zəruri hesab edilən aidiyyəti sənədlər, o cümlədən əmək müqaviləsinin təsdiq edilmiş surəti, iddiaçının vəzifə təlimatı, işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış edilməsi və həmin əmrin surətinin ona təqdim olunması, işəgötürən tərəfindən iddiaçı barəsində aparılmış xidməti yoxlamanın nəticələri ilə tanış edilməsi barədə məlumatlar tələb olunsa da, həmin materiallar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
19. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqa viləsinin təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən müvafiq əmrdə əmək müqaviləsinə xitam verilməsinə əsas olan və işçi tərəfindən yol verilmiş pozuntu kimi sadalanılan halların (qeyribalansların araşdırılması, transformatorlar üzrə itkilərin bərpası, abonent bağlantılarının normal icrasının təşkili və.s) iddiaçının əmək funksiyasına aid olması sübuta yetirilməmişdir. Belə ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi başa düşülür. Başqa sözlə, cavabdeh iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi səbəbindən əmək müqaviləsinə xitam verildiyini bildirsə də, iddiaçının həmin öhdəliklərin icrası üzrə məsuliyyət daşımasına dair hər hansı bir süb ut təqdim etməmişdir.
20. Birinci instansiya məhkəməsi həmçinin vurğulayıb ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Çünki bu əsasla əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi faktı barədə işçinin sübut etməsi onun imkanı xaricindədir. Əmək münasibətlərində iqtisadi cəhətdən daha güclü tərəf işəgötürəndir və müvafiq faktlarla bağlı sənədlər işəgötürən tərəfindən rəsmiləşdirildiyi üçün bütün sübutlar işəgötürəndə olur. Lakin məhkəmə araşdırması zamanı cavabdehdən iddiaçının sübutların təmin edilməsi ərizəsi ilə müvafiq qərardad verilsə də, bununla bağlı zəruri sənədlər məhkəməyə təqdim olunmamış, göstərilən əsasla əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi barədə heç bir dəlil təqdim edilməmişdir.
21. Birinci instansiya məhkəməsi Əmək Məcəlləs inin 186 və 187-ci maddələrinə əsasən onu da göstərib ki, işçi işlədiyi müddət ərzində hər hansı intizam tənbehi almamışdır. İşçiyə heç bir xəbərdarlıq və ya töhmət verilmədən, hətta onun izahatı alınmadan onun barəsində birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv edilməsi ədalətli hesab oluna bilməz. Çünki, Əmək Məcəlləsinin 203-cü maddəsinə görə işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (eti raz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Göstərilən maddədə qeyd edildiyi kimi, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmalı, işçinin təqsiri dərəcəsini müəyyənləşdirmək üçün işçi yoxlamanın nəticələri ilə tanış edilməli və işçidən yazılı izahat alınmalıdır. Lakin araşdırılan məsələyə dair iddiaçının izahatı alınmamışdır.
22. Birinci instansiya məhkəməsinin qeyd edilənlərə əsasən gəldiyi qənaət ondan ibarət olmuşdur ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozması halı öz təsdiqini tapmadığından, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "x xxx" bəndi ilə xitam verilməsi barədə müvafiq əmr qanuni hesab edilməz. Bu səbəbdən həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir.
23. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin pozulması nəticəsində mənəvi sarsıntı keçirməsini qəbul edərək qeyd edib ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Bu baxımdan, mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 200 (iki yüz) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 9, 10, 43, 70, 71, 72, 76, 80, 186, 187, 203, 300-cü, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4-cü maddələri, “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayətində işin faktiki halları sadalanmış, əlavə olaraq Balans şöbəsinin vəzifə təlimatına istinadən iddiaçının vəzifə təlimatında qeyd edilən vəzifələri lazımınca yerinə yetirmədiyinə görə cavabdehin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsi, iddiaçının rəhbərlik etdiyi şöbənin işini düzgün təşkil eməməsinə görə yaranan balans itkiləri nəticəsində ASC-yə dəymiş ziyana hüquqi qiymət verilməsi üçün müvafiq ekspertizanın aparılması və ya qeyd edilən sənədlərə mütəxəssis rəyi verilməsi üçün cavabdeh tərəfindən vəsatət verilməsinə baxmayaraq, məhkəmənin vəsatəti təmin eməməsi göstərilib.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9256/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vəfaddin İbayev (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov)
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd olunanlar birinci instansiya məhkəmə si tərəfindən araşdırılmış və onlara hüquqi qiymət verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surətinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən müvafiq əmrdə əmək müqaviləsinə xitam verilməsinə əsas olan və işçi tərəfindən yol verilmiş pozuntu kimi sadalanılan halların (qeyri-balansların araşdırılması, transformatorlar üzrə itkilərin bərpası, abonent bağlantılarının normal icrasının təşkili və.s) iddiaçının əmək funksiyasına aid olması sü buta yetirilmədiyi qənaətinə gəlmişdir. Halbuki işçi ilə bağlanmış əmək müqaviləsində onun əmək funksiyaları dedikdə, konkret olaraq onun vəzifə təlimatı üzrə nəzərdə tutulan öhdəlikləri başa düşülür. Belə ki, məhkəməyə sübut qismində təqdim edilmiş "xxxx" ASC-nin X3 və X2 şöbəsinin rəisinin vəzifə təlimatında Balans şöbəsinin rəisinin əsas vəzifələri kimi oxunmanın və yığımın lazımı səviyyədə təşkili (19-cu bənd), rayon üzrə alınan enerji balansına birbaşa cavabdeh olması(27-ci bənd), abonentlərin TM, KTM və Xətlər üzrə vaxtında və düzgün bağlanmasının təşkili (28-ci bənd), TM, KTM və Xətlər üzrə aparılan hesabatlara əsasən itkilərin araşdırılması(30-cu bənd), yüksək və aşağı gərginlikli şəbəkələrdə balansın aparılmasına nəzarət (33-cü bənd), hər ay bazadan alınmış İtki Hesabatı raporuna əsasən müəyyən olunmuş TM, KTM və Xətlər üzrə oxunmayan və itirilən enerjinin təhlilinin aparılması(34-cü bənd), enerji sərfi şübhəli bilinən abonentlərin yerində araşdırılması və lazım gələrsə geniş tərkibli yoxlama aparılması üçün Rayon Elektrik şəbəkəsinin rəisi qarşısında məsələ qaldırması(36-cı bənd) qeyd edilmişdir; - iddiaçı vəzifə təlimatında nəzərdə tutulmuş Balans şöbəsinin rəisinin əsas vəzifələrinin icrasını lazımınca yerinə yetirmədiyinə görə Zirə ETSİ üzrə balans itkiləri yaranmış və ASC-yə müvafiq ölçüdə maddi ziyan dəymişdir; - həmçinin Zirə ETSİ-nin 10/6/0,4 kv-luq İstismar şöbəsi üzrə yanvar, fevral və mart ayları üçün tərtib olunmuş Elektrik enerjisinin Balans cədvəlində qeyd edilən texniki göstəricilərə əsasən iddiaçı rəhbərlik etdiyi şöbənin işini düzgün təşkil etməməs inə görə yaranan balans itkiləri nəticəsində ASC-yə dəymiş maddi ziyana hüquqi qiymət verilməsi məqsədilə müvafiq məhkəmə texniki ekspertizanın aparılması və ya qeyd edilən sənədlərə mütəxəssis rəyi verilməsi üçün məhkəməyə vəsatət verilməsinə baxmayaraq məhkəmə vəsatəti təmin etməmişdir; - apellyasiya instansiyası məhkəməsi də qeyd olunan sübutların qiymətləndirilməsini düzgün aparmamış, iş üçün əhəmiyyətli olan halları, xüsusilə iddiaçının vəzifə təlimatında qeyd edilən vəzifələrinin icra etməməsi nəticəsində ASC-nin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsinə qiymət verməmiş, həmçinin bu cür ziyanı maddi formada özündə əks etdirən mötəbər sübut sayıla biləcək Zirə ETSİ-nin 10/6/0,4 kv-luq İstismar şöbəsi üzrə yanvar, fevral və mart ayları üçün tərtib olunmuş Elekrtik ene rjisinin Balans cədvəlinin tədqiqini həyata keçirməmişdir; - məhkəmə hazırki iş üzrə mübahisələndirilən xitam əmrinə münasibətdə dispozisiyanın birinci, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi hissəsinin tətbiq edilməsinə hüquqi qiymət verməmiş, hazırki iş üzrə ƏM-nin 72-ci maddəsində “e” bəndində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulması halının müəyyən olunmadığını əsas gətirərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddənin "xxxx" bəndi ilə xitam verilməsi barədə mübahisələndirən əmrin qanuni hesab edilməməsi barədə səhv nəticəyə gəlmişdir; - apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 70-ci maddənin "xxxx" bəndinin normalarını düzgün tətbiq etməməklə maddi hüquq normasının pozuntusuna yol ver mişdir. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 187.1-ci və 203-cü maddəsinin tələblərinə riayət olunmadığını və iddiaçıya intizam tənbehi tətbiq edilməzdən qabaq onun izahatı alınmadığını əsas gətirərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuni hesab oluna bilməməsi barədə səhv qənaətə gəlmişdir. Belə ki, məhkəməyə sübut qismində təqdim edilmiş iddiaçının ASC-nin Sədrinə yazdığı xx.xx.2021-ci il tarixli izahatında onun xidməti tabeçiliyində olan Zirə ETSİ-nin nəzarətçi mühəndisi X4 xidməti ərazisində aparılmış yoxlama zamanı aşkar olunmuş çatışmazlıqlar barədə məlumatlı olduğu öz təsdiqini tapmışdır. İddiaçı həmçinin izahatı özü yazdığını və imzasıyla təsdiq etdiyini izahatında qeyd etmişdir. Lakin apellyasiya məhkəməsi işi tam, hərtərəfli ar aşdırmamış, iş materiallarında olan işəgötürən tərəfindən alınan izahata sübut kimi lazimi hüquqi qiymət verməmiş və nəticə etibarilə əmək qanunvericiliyinin qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 70 ("xxxx" bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72, (“e” bəndi). İşçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 76 (1). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 80 (1). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80 (2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186 (1). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186 (2). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək. Maddə 186 (3). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 187 (1). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 203 (1). İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını al ır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Maddə 203 (2). Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 300(1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik halla rını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
37. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir.
38. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının müəyyən edilməsindən asılıdır.
39. Cavabdeh iddiaya etiraz kimi iddiaçının vəzifə təlimatını pozaraq nəzarəti düzgün təşkil etməməsinə istinad etmişdir.
40. İşd ən görünür ki, cavabdeh (işəgötürən) öz etirazının əsası kimi işçi tərəfindən vəzifə təlimatının pozulmasını bildirsə də, vəzifə təlimatını birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi müvafiq qərardadla təqdim edilməsi zəruri hesab edilən aidiyyəti sənədləri, o cümlədən əmək müqaviləsinin təsdiq edilmiş surəti, iddiaçının vəzifə təlimatı, işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış edilməsi və həmin əmrin surətinin ona təqdim olunması, işəgötürən tərəfindən iddiaçı barəsində aparılmış xidməti yoxlamanın nəticələri ilə tanış edilməsi barədə məlumatları cavabdehdən tələb etsə də, həmin materiallar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
41. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin birinci instansiya məhkəməsində baxıldığı dövrdə Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin redaksiyasına görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
42. Göründüyü kimi, qanunvericiliyə görə cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır və bu baxımdan, cavabdehin həmin hallarla bağlı birinci instansiya məhkəməsinə sübut təqdim etmə vəzifəsinin yerinə yetirilməsindən ötrü məhkəmə qərardadının olub-olmaması əhəmiyyət daşımır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin özünün tərəf olduğu işdə sübut etmə vəzifəsini yerinə yetirmək üçün qərardad çıxarmış, cavabdeh bu qərardaddan sonra da tələb edilən sübutu, o cümlədən id diaçının vəzifə təlimatını birinci instansiya məhkəməsinə təqdim etməmişdir.
43. Məhz işin qeyd edilən hallarına əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən müvafiq əmrdə əmək müqaviləsinə xitam verilməsinə əsas olan və işçi tərəfindən yol verilmiş pozuntu kimi sadalanılan halların (qeyri-balansların araşdırılması, transformatorlar üzrə itkilərin bərpası, abonent bağlantılarının normal icrasının təşkili və.s) iddiaçının əmək funksiyasına aid olması sübuta yetirilməmişdir. Başqa sözlə, cavabdeh iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi səbəbindən əmək müqaviləsinə xitam verildiyini bildirsə də, iddiaçının həmin öhdəliklərin icrası üzrə məsuliyyət daşımasına dair hər hansı bir sübut təqdim etməmişdir.
44. Bundan başqa, Əmək Məcəlləsinin 186 və 187-ci maddələrinə uyğun olaraq iddianın təmin olunmasının bir əsası kimi də işlədiyi müddət ərzində hər hansı intizam tənbehi almayan iddiaçıya heç bir xəbərdarlıq və ya töhmət verilmədən, birbaşa ən ciddi tənbeh növü olan onunla əmək müqaviləsinə xitam verilməsi olmuşdur.
45. Həmçinin mənəvi zərərin tutulması hissəsində də gəlinən nəticə Əmək Məcəlləsinin 300-cü maddəsinin tələblərinə uyğun olmuşdur.
46. Bununla da tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmaqla, gəlinən nəticə qanuni və əsaslı olmuşdur.
47. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndi rməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
48. Məhkəmə kollegiyası iddiaçının vəzifə təlimatını pozması barədə kassasiya şikayətinin dəlillərini yuxarıda şərh edilənlər baxımından əsassız sayır.
49. Bundan əlavə, iddiaçıya intizam tənbehi tətbiq edilməzdən qabaq onun izahatının alınması, bunun iddiaçının xx.xx.2021-ci il tarixli izahatı ilə təsdiqini tapması barədə kassasiya şikayətin dəlilləri də əsasızdır. Belə ki, istinad edilən xx.xx.2021-ci il tarixli izahatda (i.v.70), əksinə, cavabdehin dəlilləri təkzib edilir.
50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9256/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.