Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2378/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdeh X2 X4 İdarəsinə qarşı mülki işi üzrə QƏRARI Açar sözlər: iddia tələbinə cavab verməli olan şəxsin müəyyən olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 X4 İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)259/2024 nömrəli, 12 mart 2024-cü tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşəgötürənin səlahiyyətini həyata keçirən ARDNŞ-nin X4 İdarəsinin rəisi ilə İddiaçı arasında 20 fevral 2015-ci il tarixli, 246 nömrəli əmək müqaviləsi bağlanmışdır. 2. xx.xx.2021-ci il tarixdə həmin əmək müqaviləsinin 1.2, 3.1, 4.1, 4.21 və 4.23-cü bəndlərinə dəyişiklik edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdə SOCAR **********00070020B00081 nömrəli əmrlə X4 İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinə 4-cü dərəcəli gözətçi peşəsinə keçirilmişdir. 3. xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-119/2023 nömrəli əmrlə İddiaçı X4 İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinin 4-cü dərəcəli gözətçi peşəsindəki işi nə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən (əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmədiyi üçün) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh X2 X4 İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14-2-2-12/31K119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsini, iddiaçının X4 İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat xidmətinin gözətçi vəzifəsinə bərpa edilməsini və xx.xx.2023-cü il tarixdən etibarən boş dayanmasına görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin alınaraq ona ödənilməsini xahiş etmişdir.
5. İddia tələbi yuxarıda qeyd olunan işin halları ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli əmri əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2010-cu il tarixdən çalışdığı bu illər ərzində əmək fəaliyyətində heç bir qüsur olmamış, rəhbərlik tərəfindən verilmiş tapşırıqları operativ və qüsursuz olaraq yerinə yetirmişdir. Əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrdə göstərilənlər isə həqiqəti əks etdirmir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X3 verdiyi 02 may 2023-cü il tarixli, 2902 nömrəli rəyə əsasən “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin siyahısında t əsdiq edilmiş işlər istisna olmaqla digər yüngül işlərdə işləyə bilməsi” təsdiq olunmuşdur. Cavabdeh onun 6 aydan artıq işləyə bilmədiyini göstərsə də bu həqiqəti əks etdirmir, çünki o hər gün işdə olmaqla əmək funksiyalarını icra etmiş və müvafiq olaraq əmək haqqını almışdır. Odur ki əmrdə qeyd olunanlara əsas yoxdur. Cavabdeh onu İİ qrup əlil olduğu üçün işdən çıxarmışdır. Cavabdeh onun razılığı olmadan əmək müqaviləsinə xitam vermişdir. İşdən çıxarıldığı vaxtdan işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Cavabdehlə dəfələrlə əlaqə yaratsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək, onu işə bərpa etməkdən boyun qaçırır. Həmçinin cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığı üçün, işdən çıxarıldığı günün sonrakı günündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqı ö dənilməlidir.
6. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddiaçının tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.2015-ci il tarixli, 246K saylı əmrlə Şamaxı rayonu üzrə Təmir-Bərpa xidmətinin yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingəri peşəsinə işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə SOCAR **********00070020B00081 nömrəli əmrlə X4 İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinə 4-cü dərəcəli gözətçi peşəsinə ərizəsi əsasında keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə dair müayinə olunan şəxs üzrə məlumatlarda iddiaçının İİ dərəcəli əlilliyi olması, diaqnoz “Mərkəzi sin ir sisteminin üzvü xəstəliyinin qalıqları, psixopatobənzər davranışla, əmək və sağlamlıq imkanlarının məhdudluğu”, müddətsiz, əlillik səbəbi ümumi xəstəlik, əmək zəmanəti əmək qabiliyyətsiz kimi qeyd edilmişdir. Cavabeh iddia tələbində İİ qrup əlil olduğu üçün işdən çıxarıldığını qeyd etmişdir ki, bu yanaşma tamamilə qanunsuzdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1- ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün müddət ötürülmüşdür. Məhz bu səbəbdən, hazırki iş üzrə müddət tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.
7. Ağsu Rayon Məhkəməsinin 2(016)-973/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar Əsgərov) iddi a tələbi təmin olunmamışdır.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K119/2023 nömrəli əmrlə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur. İddiaçı hüqununun pozulmasını bildiyi halda, Şəki 1 saylı Mediasiya təşkilatına xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdehin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına, həmçinin iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsin i xahiş etmişdir.
10. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiaçının mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması ü çün əsasdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 373.2, 375.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyаsiyа şikаyətində iddianın dəlilləri təkrarlanmış, əlavə olaraq göstərilmişdir ki, qətnamə maddi və prossesual normalarının pozulması və düzgün tətbiq edilməməsi, həmçinin qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların kifayət qədər tam və hərtərəfli aydınlaşdırılmaması nəticəsində qəbul edildiyindən, qətnamə ilə razı deyil. Hesab edir ki, məhkəmənin həmin qətnaməsi qeyri-obyektiv, qanunsuz və əsassızdır. Buna görə də həmin qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-259/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmamışdır.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual hüquq normaların tələblərini pozduğundan qətnamə ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qə tnamə qəbul edilməlidir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçının işəgötürəni X3 olduğu halda birinci instansiya məhkəməsi yanlış olaraq seçilmiş cavabdeh X1 X4 İdarəsinin iş üzrə əsl cavabdeh qismində çıxış edə biləcək X3 ilə əvəz edilməsi üçün təşəbbüs göstərməmiş, iddiaçı tərəflə həmin məsələni müzakirə etməmiş, tələb iddiaya cavab verməli olmayan idarəyə yönəldiyi halda qəbul etdiyi qətnamədə həmin istiqamətdə heç bir əsaslandırma aparmamaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa ha zırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
18. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
19. Kollegiya qeyd edib ki, normanın tələbindən də göründüyü kimi tərəfin əsl tərəflə əvəz edilməsi məhkəmənin imperativ vəzifəsi olmasa da iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması məsələsinin müzakirəsi məhkəmənin vəzifəsidir. İşdə olan X1 X4 İdarəsinin əsasnamə sinin 1.1-ci bəndindən görünür ki, Ağsu X4 İdarəsi (bundan sonra idarə adlanacaq) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra “ARDNŞ” adlanacaq) X3ün tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Ağsu, Şamaxı, İsmayıllı, Kürdəmir, Ucar, Qəbələ, Qobustan, Göyçay və Ağdaş qaz istismar sahələrinin maddi-texniki bazasında ARDNŞ-nin 24 noyabr 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000118 nömrəli əmrinə əsasən yaradılmışdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır.
21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1,50.1 və 50.4cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 22 fevral 2024-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir.
22. Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır.
23. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrdə göstərilənlərin həqiqəti əks etdirməməsi, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin əsas sız və qanunsuz olduğu üçün ləğv edilməli olması, iddiaçının hazırkı tələb üzrə iddia müddətini ötürməməsi, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi ilə bağlı istinad etdiyi halın əsassız olması, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin, 79-cu maddəsinin 3-cü bəndinin tələblərini kobud şəkildə pozması, birinci instansiya məhkəməsinin iddiaçının əmək hüququnu pozmasına dair dəlillərinə münasibət bildirərək qeyd edib ki, iddia tələbi həmin tələbə cavab verməli olmayan idarəyə qarşı yönəldildiyindən, iddiaya cavab verməli olan X3 isə cavabdeh olaraq işə cəlb edilmədiyindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə həmin dəli llərin mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirilmələri doğru hesab edilə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin MPM-in 2, 3, 70-ci maddəsinin “c” bəndi, 76-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 49.1, 50.1, 50.3, 54.1, 54.2, 77.1, 88, 217.1, 217.2, 217.4, 384, 402.1-ci maddələrinə və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1,50.1 və 50.4- cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlil ləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddia müddətinin ötürülməsi ilə bağlı nəticəyə gələn birinci instansiya məhkəməsi iddiaçının əmək hüququnu pozmuşdur. Apellyasiya məhkəməsi isə qeyd olunan faktlara heç bir hüquqi qiymət vermədiyindən yalnız cavabdehin düzgün seçilmədiyini qeyd etdiyindən apellyasiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Ləğv edilməsi tələb edilən işdən çıxarılma barədə əmr məhz cavabdeh tətəfindən verilmişdir və əmrin ləğv olunması da həmin təşkilatdan tələb olunmalıdır. MPM-nin 51.3-cü maddəsinə əs asən başqa cavabdehin işə cəlb olunmasına iddiaçının yazılı razılığı ilə məhkəmənin haqırlıq iclasında yol verilir. Məhkəmə tətəfindən başqa cavabdehin cəlb olunması barədə məhkəmənin təklifi olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 29. 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 30. 3-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, müəssisə-mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmay araq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. 31. 3-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 32. 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 33. 76-cı maddəsinin 1-ci hissəsinə gö rə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 34. 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 35. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36. 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, iş in aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 37. 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 38. 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 39. 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddi açı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 40. 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 41. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 42. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 43. 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 44. 416.1-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 45. 416.2-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıd ır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
50. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
51. Bununla yanaşı, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-c ü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 22 fevral 2024-cü il tarixli qərarında ifadə olunmuş aşağıdakı hüquqi mövqelərini qeyd etməyi zəruri sayır.
52. «Hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir.
53. Mülki Pros essual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir.
54. Mülki Prosessual Məcəllənin mülki prosessual hüquq qabiliyyətini müəyyən edən 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.
55. Həmin Məcəllənin 49.1-ci maddəsinə u yğun olaraq, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
56. Göründüyü kimi, işdə iştirak mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə fiziki şəxslərdə yetkinlik yaşına çatma halında yaranmış hesab olunur. Hüquqi şəxslərə gəldikdə isə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir.
57. Mülki Məcəllənin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Beləliklə, hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.
58. Mülki hüquq münasibətlərində hüquqi şəxs hər hansı müqavilənin bərabər hüquqlu subyekti olar aq istənilən tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir.
59. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.
60. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibar namə ilə şərtləndirir.
61. Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır.
62. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prose ssual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir.
63. Göründüyü kimi apelyasiya instansityası məhkəməsinin gəldiyi nəticə Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqelərə tam uyğundur. Apelyasiya instansiyası məhkəməsi cavabdeh kimi göstərilən X4 İdarəsinin fəaliyyət qabiliyyətini onun əsasnaməsi ilə yoxlamış və müəyyən etmişdir ki, Ağsu X4 İdarəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X3ün tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Ağsu, Şamaxı, İsmayıllı, Kürdəmir, Ucar, Qəbələ, Qobustan, Göyçay və Ağdaş qaz istismar sahələrinin madditexniki bazasında ARDNŞ-nin 24 noyabr 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04000118 nömrəli əmrinə əsasən yaradılmışdır. Apelyas iya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin hüquqi şəxs olmamasına əsasən cavabdeh kimi çıxış etməsinin mümkün olmaması qənaətinə gəlmişdir.
64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
65. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verild iyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-259/2024 nömrəli, 12 mart 2024-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.