Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2379/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(103)-11138/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k, Cavabdeh “xxxx” ASC-də olan krediti üzrə 23.07.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən ödənilmiş 2.500 (iki min beş yüz) manat məbləğində, “xxxx” ASC-də olan krediti üzrə 21082015/164520 saylı 21.08.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən ödənilmiş 6.000 (altı min) manat məbləğində və bu işlər üzrə hüquqi yardım göstərilməsi üçün 14 saylı Hüquq Məsləhətxanasının hesabına ödənilmiş 500 (beş yüz) manat məbləğində, ümumilikdə isə 9.000 (doqquz min) manat məbləğində pul vəsaitinin, o cümlədən iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin(hakim G.Əsədova ) 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 8500 manat pulun, 200 manat hüquqi yardımın və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 8730 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Abiddin Hüseynov, hakimlər İsmayıl Xəlilov və Xəyalə Cəmilova) 30.10.2018-ci il tarixli 2(103)-11138/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-7783/2018 saylı 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(103)-11138/2018 nömrəli qətnaməsinin ləğv edi lərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilən məhkəmə iclaslarında cavabdehin iştirakı təmin edilmədiyindən ədalət mühakiməsi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin “qanunvericilik zaminin əsas öhdəliyin bir hissəsini icra etməsi əvəzində kreditorun zamini digər öhdəliklərdən azad etməsini qadağan etməməsi” xüsusatı ilə bağlı qeyd edilmişdir ki, məhkəmə belə bir qənaətə gəlməklə də, maddi hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Zaminlik müqavilələrində zaminin subsidiar məsuliyyətinin nəzərdə tutulmadığı və belə olan halda zamin və borclunun kreditor qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıdığı nəzərə alınmamış, bu isə nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilərkən Mülki Məcəllənin 477-ci maddəsinin tələblərinə riayət edilmədən zaminlik müqaviləsinə qanunsuz olaraq xitam verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə bu qanunsuzluqlara hüquqi qiymət verilmədən həmin faktlara əsaslanaraq, qanunsuz qətnamə qəbul edilmişdir. Qətnamədə qeyd edilən “eyni zamanda mülki qanunvericilik zaminliyə xitam verilməsinin qanuni əsaslarını müəyyən etsə də bu hal zaminliyə kreditor və zamin arasında qarşılıqlı razılıq əsasında xitam verilməsini istisna etmir və əks yanaşma müqavilə azadlığı prinsipin ə zidd olardı” xüsusatı ilə bağlı bildirirəm ki, zaminliyə kreditor və zamin arasında qarşılıqlı razılıq əsasında xitam verilməsinin özü özlüyündə Zaminlik Müqaviləsinin tələblərinə ziddir və belə olan halda tərəflər arasında sözügedən razılığın əldə edilməsi müqavilə üzrə üçüncü şəxsin hüquqlarının pozulması ilə nəticələnir. Qeyd olunanlardan göründüyü kimi, müqavilə azadlığı prinsipinə uyğun olaraq Zaminliyə xitam verilməsi yalnız Cavabdeh razılığı olduğu halda mümkündür. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasın ın MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” ASC ilə Ca vabdeh arasında bağlanmış 21082015/164520 saylı, 21.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank Cavabdeh 36 ay müddətinə illik 26% dərəcəsi ilə 25000 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq eyni tarixli və saylı zaminlik müqaviləsinə əsasən İddiaçı birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh məxsus “Chevrolet Tahoe” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmiş və yüklülük rəsmi reyestrdə qeydə alınmışdır. 23.07.2014-cü il tarixli, 80003430 saylı kredit müqaviləsinə 05.04.2017-ci il tarixli əlavəyə əsasən, Cavabdeh götürdüyü kredit borcunu ö dəniş cədvəlində nəzərdə tutulmuş qrafik üzrə ödəyə bilmədiyindən kredit məbləği restrukturizasiya edilmiş, bu barədə İddiaçı ilə də 05.04.2017-ci il tarixdə zaminlik müqaviləsinə əlavə bağlanılmışdır. Həmin əlavədə 5.662,41 manat məbləğində borcun 24 ay müddətinə hər ay 282,69 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(005)2300/2017 saylı qətnaməsi ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh və İddiaçı qarşı iddiası qismən təmin edilmiş; yuxarıda göstərilən kredit müqaviləsi üzrə cavabdehlərdən iddiaçının xeyrinə 22072 ABŞ dolları əsas borc, 4990 ABŞ dolları faiz borcu, 250 ABŞ dolları cərimə, cəmi 27312 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan avtomob ilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğ hesabına cavabdehin banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh qaytarılması, avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun cavabdehlərdən ümumi qaydada tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. 04.07.2017-ci il tarixdə İddiaçı “xxxx” ASC-də Cavabdeh kredit borcu hesabına 3535,65 ABŞ dolları ödəniş etmişdir. “xxxx” ASC Cavabdeh 22.06.2017-ci il tarixli müraciət ünvanlayaraq bildirmişdir ki, 21.08.2015-ci il tarixli, 21082015/164520 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı zamin olaraq 6000 manat ödəniş edərək bankla razılığa gəldiyi üçün Bankın zamin kimi bank tərə findən heç bir iddia və tələbi yoxdur. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlə “xxxx” ASC arasında 23.07.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, eyni tarixli zaminlik müqaviləsi ilə iddiaçı borclunun öhdəliyinin icrasına görə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 21.08.2017-ci il tarixli əlavə sazişlə Cavabdeh sonuncu müqaviləsi kredit borcu restrukturizasiya edilmiş, bu barədə İddiaçı ilə də eyni tarixli zaminlik müqaviləsinə əlavə imzalanmışdır. Həmin əlavə imzalandıqdan sonra 2.839,46 manat məbləğində borcun 24 ay müddətinə hər ay 141,76 manat ödənilməsi nəzərdə tutulmuşdur. 21.08.2017-ci il tarixdə İddiaçı “xxxx” ASC-də Cavabdeh kredit borcu hesabına 2500 manat ödəniş etmiş, bununla əlaqədar eyni tarixli razılaşma əsasında 23.07.2014-cü il tarixli, 80003430 saylı zaminli k müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-472, 475 və 477.0.1-ci maddələrini tətbiq etməklə hər iki kredit müqaviləsi üzrə iddiaçının cavabdehin əvəzinə ödənişlər etməsi sübut edildiyindən tələb olunan 8500 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi qənaətinə gəlməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun zamin öh dəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - 475.2-ci maddəsinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. - 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. - 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminl iyə xitam verilir. - 548.2-ci maddəsinə əsasən, zaminin borcu ödəməkdən azad edilməsi əsas borclunu öhdəliyin icrasından azad etmir. Göründüyü kimi, hər iki kredit müqaviləsi üzrə zamin tərəfindən borclunun əvəzinə 8500 manat ödəniş etdiyi iş üzrə müəyyən edildiyindən, zaminin həmin məbləğdə pulu cavabdehdən tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 1 4, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın qismən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin əsas dəlili bankla iddiaçı arasında bağlanmış zaminlik müqavilələrinə borclunun, yəni cavabdehin razılığı alınmadan xitam verilməsi ilə bağlıdır, cavabdeh hesab edir ki, zamin onunla bərabər kredit borcunun ödənilməsinə görə birgə məsuliyyət daşıdığından borcun bir hissəsinin ödənilməsi müqabilində zaminliyə xitam verilməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, hazırki mübahisənin predmetini bankla iddiaçı arasında bağanmış zaminlik müqaviləsinin xitamının qanuniliyi deyil, öhdəl iyi icra etmiş zaminin Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən kreditorun öhdəlik üzrə hüquqlarının zaminin kreditorun tələbini ödədiyi həcmdə keçməsi və həmin həcmdə tələbi borcludan tələb etməsi təşkil edir. Həmin tələbin də rədd edilməsi üçün işdə əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 4 17.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(103)-11138/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2379/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2379/2019
15.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver