Məhkəmə qərarları › İş №2(102)-2379/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2379/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2379/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X10 ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X3, Hər iki iddia üzrə Cavabdeh3, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və vəkili X5 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və xxxna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbayan Respublikası Əmlak Məsələləri yan ında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi və əmlak” tələbinə dair ilk və iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3762/2019 nömrəli qətnaməsindən Cavabdeh3 və vəkili X7, habelə cavabbdeh Cavabdeh2 və vəkili X8 tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, habelə mübahisə pr edmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbayan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, mənzil 57 barəsində aparılmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına xx xxxxxxx 2016-cı ildə verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, ünvan 2, mənzil 35 barəsində aparılmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm ətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına xx xxxxxx 2017-ci ildə verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, hər iki daşınmaz əmlak (mənzil) barədə çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar sənədləşdirmənin aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı (Sumqayıt) Ərazi İdarəsinə həvalə edilməsi, Cavabdeh3 ilə birgə nikah dövründə qazanılmış əmlak üzərində bölgü apararaq dördə üç hissəsinin iddiaçıya, dördə bir hissəsinin isə Cavabdeh3 verilməsi, əmlaklardan ünvan 1 ünvanında yerləşən 57 saylı mənzilin tam olaraq iddiaçının mülkiyyətinə verilməsi, ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilin tərəflər arasında bərabər bölünməsi və dövlət rüsumu üzrə xərclərin tutula raq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, mənzil 57-də yerləşən ümumi sahəsi 66,7 kv.metr olan 3 otaqlı mənzilin iddiaçının payı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.M.Behbudova) xx xxxxxx 2019-cu il tarixli, 2(060)-40/2019 nömrəli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən, 57 saylı mənzilə dair xxx ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə-1241 reyestr nömrəli, xx xxxxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən, 57 saylı mənzilə dair Azərbaycan Respub likası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, ünvan 4 saylı mənzili üzərində İddiaçı 3/5 hissədə, Cavabdeh3 2/5hissədə mülkiyyət hüququnun tanınması, ünvan 4 ünvanında yerləşən 35 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, ünvan 5 saylı mənzili üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh3 1/2hissədəmülkiyyət hüququnun tanınması, iş üzrə ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh3 alınıb İddiaçı verilmə si, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3762/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)40/2019 nömrəli qətnaməsi ünvan 4 saylı mənzilində pay bölgüsü və mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilməsi, həmin mənzil üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh3 1/2 hissədə paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması, qətnamənin qalan hissədə - ünvan 3 ünvanında yerləşən, 57 saylı mənzilə dair xxx ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə-1241 reyestr nöm rəli, xx xxxxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən, 57 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən 35 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, ünvan 5 saylı mənzili üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh3 1/2hissədə mülkiyyət hüququnun tanınması, iş üzrə ödənilmiş 40 manat dövlət rüsumun un Cavabdeh3 alınıb İddiaçı verilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və vəkili X8, habelə hər iki iddia üzrə Cavabdeh3 və vəkili X7 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3762/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın qismən rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdilər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Eyni məzmunlu olan hər iki kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsiünvan 3 ünv anında yerləşən, 57 saylı mənzilin xxx və Cavabdeh3 arasında birgə nikah dövründə əldə edilmiş əmlak hesab edib, hər birinin mülkiyyət hüququnun müəyyən edilməsinə dair qətnamə qəbul etməklə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, apellyasiya məhkəməsi mənzilin Cavabdeh2 vəsaiti hesabına əldə edilməsi qənaətinə gəlsə də, həmin əmlakı Cavabdeh3 və İddiaçı əmlakı hesab etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və onun vəkili X8kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X6 və hər iki iddia üzrə Cavabdeh3 vəkilsiz iştirak et dikərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatlarını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və xxx, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbayan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinin səlahiyyətli nümayəndəsi, onların vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət e dilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən işin müəyyən edilən hallarına görə İddiaçı və Cavabdeh3 xx xxxx 2009-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxx 2010-cu il təvəllüdlü xxxı və xx xxxxxx 2011-ci il təvəllüdlü xxxı adlı övladları anadan olmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahları dövründə Cavabdeh3 adına xx xxxxxx 2013-cü il tarixdə ünvan 4 ünvanında yerləşən 35 saylı mənzil və xx xxxxxx 2013-cü il tarixdə ünvan 4 saylı mənzil alınmışdır. Daha sonra müəyyən olunmuşdur ki, tərəflər arasında ailə münaqişələri başlanıldıqdan sonra SumqayıtŞəhərMəhkəməsininxx xxxx 2016-cıiltarixli qətnaməsi ilə Cavabdeh2 iddiası təmin edilərək, ünvan 17-də yerləşən ümumi sahəsi 66,7 kv.metr olan 3 otaqlı mənzilin alqı-satqısına dair cavabdehlər xxx və Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 həmin mənzili üzərində mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilmişdir. Həmin qənamə əsasında mənzil üzərində Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv olunmuş, xxx hüquqları bərpa olunmuş və sonuncu xx xxxxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzili Cavabdeh2 satmışdır. Lakin SumqayıtApellyasiya Məhkəməsininxx xxxx 2018ciiltarixli qətnaməsi ilə SumqayıtŞəhərMəhkəməsininhəmin qətnaməsi İddiaçı apellyasiya şikayətinə əsasən ləğv edilmiş, iddiaçı Cavabdeh2 iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ciiltarixli qərarı ilə SumqayıtApellyasiya Məhkəməsininxx xxxx 2018-ciiltarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq daşınmaz əmlakın dövlət reyestrində həmin mənzil Cavabdeh2 mülkiyyəti kimi qeydiyyatda qalmaqdadır. Bundan başqa müəyyən olunmuşdur ki, Cavabdeh1 Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə SumqayıtŞəhərMəhkəməsininxx xxxx 2017-ciiltarixli qərardadı ilə tərəflər arasında arasında barışıq saz işi bağlanmaqla, Cavabdeh3 borcu əvəzinə mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 35 saylı mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə razılıq verilmişdir. Həmin qərardada əsasən mənzil üzərində Cavabdeh1 hüquqları dövlət qeydiyyatına alınmışdır. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, SumqayıtŞəhərMəhkəməsininxx xxxx 2017-ciiltarixli qərardadı ləğv edilmişdir. Ancaq daşınmaz əmlakın dövlət reyestrində həmin mənzil Cavabdeh1 mülkiyyəti kimi qeydiyyatda qalmaqdadır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən mənzillər tərəflərin nikahları dövründə əldə olunmuş ümumi əmlakı hesab olunduğundan boşanmadan sonra hər bir tərəfin həmin əmlaka bərabər pay hüququ vardır. Birinci instansiya mə hkəməsi 35 saylı mənzilə tərəflərin bərabər payını müəyyən etsə də, iddiaçının himayəsində azyaşlı uşaqların da olduğunu nəzərə alaraq, 57 saylı mənzilə payları 3/5 və 2/5hissədə müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx xxxxxx 2013-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 12 saylı evin, 2 otaqlı 33 nömrəli mənzilini 45450 manata X1 və yenə xx xxxxxx 2013-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xxxndan xxx nömrəli mənzilini 57610 manata Cavabdeh3 adına alınmışdır. Apellyasiya instansiyası məhkəməsi 33 saylı mənzilin satışının 57 saylı mənzilin əldə edilməsi ilə bağlı olması, başqa sözlə, yeganə yaşayış yeri olan 2 otaqlı mənzilini satıb mənzil şəraitini yaxşılaşdırmaq üçün 3 otaqlı mənzil alması barədə qarşılıqlı iddiaçının dəlillərini inandırıcı və ağlabatan hesab etmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin alqı-satqının etibarsızlığı üçün əsasların olmaması müəyyən edilsə də, bu hal 57 saylı mənzilin alınmasında Cavabdeh2 məxsus mənzilin satışından əldə olunmuş vəsaitin sərf edildiyini inkar etmək üçün əsas hesab oluna bilməz. Bu hal işin faktiki halları ilə öz təsdiqini tapır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi 57 saylı mənzilin cavabdehin atası Cavabdeh2 və ailəsinin yeganə yaşayış yeri olması, onun əldə olunması üçün Cavabdeh2 özünə məxsus mənzilini satmasını da nəzərə alaraq hesab etmişdir ki, 57 saylı mənzilə dair hissədə də İddiaçı və Cavabdeh3nın bərabər 1/ 2 hissədə mülkiyyət hüququnun müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər iki mübahisələndirilən mənzil üzərində xxx və Cavabdeh3ların hər birinin 1/2 hissədə mülkiyyət hüquqlarının tanınmasından iddiaçı tərəf kassasiya şikayəti verməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə kassasiya baxışının predmetini təşkil etmir. Həmçinin qeyd olunmalıdır ki, cavabdehlərin hər ikisinin kassasiya şikayətlərinin dəlilləri ünvan 4 saylı mənzilin iddiaçı ilə cavabdeh arasında birgə nikah dövründə əldə olunmuş ümumi birgə əmlakları kimi tanınmasının və qarşılıqlı iddianın rədd edilməsinin qanunsuzluğundan ibarət olduğu üçün, kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məhz ilkin iddianın həmin mənzillə bağlı təmin olunmuş hissəsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsi üzrə maddi və prosessual hüquq normalarının tətbiqinin yoxlanılması təşkil edir. ünvan 4 ünvanında yerləşən 35 saylı mənzillə bağlı aşağı instansiya məhkəmələri tərəfindən gəlinmiş nəticə tərəflərlə mübahisələndirilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ünvan 4 saylı mənzilinin Cavabdeh2 mülkiyyətində olmuş başqa mənzilinin satışından əldə olunmuş vəsait hesabına alınmasından və bununla belə, mənzilin Cavabdeh3la İddiaçı bərabər paylarla mülkiyyət hüquqlarının müəyyən edilməsindən ibarət apellyasiya instansiyası məhkəməsinin mövqeyi ziddiyyətli olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Belə ki, “Məhkəmə qətnaməsi haqqınd a” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məcəll ənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak dax ildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan qənaəti Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli Qər arında irəli sürülmüş mövqeyə və işin hallarında zidd olmuşdur. Halbuki mənzilin əldə edilməsinin iddiaçı ilə Cavabdeh3 birgə nikahları dövrə təsadüf etməsi işin mübahisəsiz halıdır. Həmin mənzilin isə hansı vəsait hesabına alınması apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi yalnız Cavabdeh3 mənzili aldığı tarixdə Cavabdeh2 mülkiyyətində olan başqa mənzili satmasına istinad edilmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə digər tələblərlə yanaşı ünvan 3 ünvanında yerləşən, 57 saylı mənzilə dair xxx ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə-1241 reyestr nömrəli, xx xxxxxxxx 2016-cı il ta rixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. Lakin etibarsız hesab olunan müqavilənin tərəfi olan və bununla da qətnamənin hüquq və vəzifələrinə toxunması ehtimal olunan xxxv Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli iclasında cavabdeh qismində cəlb edilsə də (halbuki, Azərbaycan Respublikası 51.3-cü maddəsinə zidd olaraq bununla bağlı iddiaçının razılığı alınmamışdır), birinci instansiya məhkəməsi tərəfindən sonuncuya bildirişlər mübahisələndirilən mənzilə (yəni, onun faktiki yaşamadığı ünvana) göndərilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə sonuncu məhkəmə iclaslarının vaxtı və yeri barədə ümumiyyətlə məlumatlandırılmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Mülki Prosessual Məcəllənin 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni ünvan 3 ünvanında yerləşən, 57 saylı mənzillə bağlı İddiaçı xxx qızının iddiasının qismən təmin edilməsi, Cavabdeh2 qarşılıqlı iddiasının isə rədd edilməsi hissəsində ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanlar, o cümlədən qeyd olunan mənzilin Cavabdeh3 və İddiaçı birgə vəsaitləri hesabına alınıbalınmaması məsələsi araşdırılmalı, xxx işə real cəlb edilmə klə iddialara hüquqi qiymət verilməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublika sı MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 və vəkili X7 tərəfindən, habelə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və vəkili X8 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3762/2019 nömrəli qətnaməsi qismən, yəni ünvan 3 ünvanında yerləşən, 57 saylı mənzillə bağlı İddiaçı xxx qızının iddiasının qismən təmin edilməsi, Cavabdeh2 qarşılıqlı iddiasının isə rədd edilməsi hissəsində ləğv edilsin və işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar