Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2379/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı QƏRARİ Açar sözlər: müəllim vəzifəsinə bərpa olunma, əmək haqqında yaranmış fərqin ödənilməsi və.s Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmək müqaviləsinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, müəllim vəzifəsinə bərpa olunması, əmək haqqıda yaranmış fərqin ödənilməsi tələbi və İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi,mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1528/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin(bundan sonra məktəb) direktoru X1 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən i şçi, “müəllim” vəzifəsinə, aylıq 444,07 manat məbləğində əmək haqqı ödənilməsi şərtilə xx.xx.2013-cü ildən xx.xx.2014- cü il tarixinədək işə götürülmüşdür.
2. Məktəbin xx.xx.2022-ci il tarixli 45-k nömrəli əmrinə əsasən İddiaçı əmək fəaliyyətinə xx.xx.2022-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Əmrin məzmununa əsasən “tərbiyəçi” vəzifəsində işləyən İddiaçı Qabil oğlu ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası ƏM-nin 70 nömrəli maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xx.xx.2022 tarixindən xitam verilməsi, işçinin xx.xx.199 5 tarixindən xx.xx.2022 tarixinə qədər istifadə edilməmiş 31 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi barədə məktəb direktoru X4 tərəfindən əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı internat məktəbinə qarşı əmək müqaviləsinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, müəllim vəzifəsinə bərpa olunması, əmək haqqıda yaranmış fərqin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli dəyişikliyin etibarsız hesab edilər ək iddiaçının həmin vaxta kimi mövcüd olmuş vəzifəsinin “müəllim” vəzifəsinin müvafiq sənədləşmədə bərpa olunması, həmçinin sözügedən dəyişiklik edildiyi tarixdən “müəllim” vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqı ilə “tərbiyəçi” vəzifəsinin əmək haqqı arasında olan fərqin hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qalib oğlu Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini 1992-ci ildə bitirərək, riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra müxtəlif yerlərdə çalışmış, daha sonra xx.xx.1995-ci ildən E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Xüsusi İnternat Məktəbinin rəhbərliyi ilə müddətsiz əmək müqaviləsi b ağlayaraq əvvəlcə tərbiyəçi, sonradan isə riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. Eyni zamanda peşə fəaliyyəti zamanı müxtəlif dövrlərdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra etmişdir. Sonuncu dəfə 14 sentyabr 2013-cü il tarixində cavabdehlə müddətsiz əmək müqaviləsi bağlayaraq, “Müəllim” vəzifəsinə qəbul olmuşdur. İşlədiyi dövrdə kollektiv arasında hər zaman dərin hörmət qazanmış, peşə borcunu vicdanla icra etmiş, işəgötürən tərəfindən müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirməsi üzrə kurslara göndərilmiş, 2014-cü ildə keçirilmiş diaqnostik qiymətləndirmə zamanı yüksək ballı nəticə (ixtisas fənni üzrə 82.5 faiz, metodika üzrə 75 faiz) göstərmişdir. İddiaçı 2019-2020-ci tədris ilində, eləcə də 2020-2021-ci tədris ilində əmək məzuniyyətinə buraxılmamış və bu barədə rəsmi məlumat verilməsi barədə bir neçə dəfə məktəb rəhbərliyinə müraciət etmişdir. 2021-ci ilin avqust ayında məsələni araşdırarkən ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində onun tutduğu vəzifə “Müəllim”dən daha az maaşlı “tərbiyəçi” vəzifəsinə dəyişdirilmişdir və bu fakt elektron hökümət portalında sistemə daxil edilmişdir. Halbuki əmək müqaviləsi üzrə vəzifəsinin dəyişdirilməsi barədə ona heç bir məlumat verilməmiş və bu barədə heç bir ərizə, əmək müqaviləsinə dəyişiklik sənədi imzalamamışdır. Baxmayaraq ki, iddiaçı 2020-2021-ci tədris ilində riyaziyyat müəllimi kimi çalışmışdır. İddiaçı bu barədə şifahi maraqlandığı zaman E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Xüsusi İnternat Məktəbinin direktoru X5 bildirmişdir ki, o əvvəlcə tərbiyəçi olar aq işə qəbul edilmiş, sonradan riyaziyyat müəllimi vəzifəsinə keçirilmiş və hazırda Təhsil Nazirliyinin göstərişi ilə aşağı maaşlı vəzifəyə, tərbiyəçi vəzifəsinə keçirilmişdir. Baxmayaraq ki, iddiaçı ilə əmək müqaviləsinin dəyişdirilməsi ilə bağlı heç bir əlavə müqavilə bağlanmamış və bu barədə ərizə ilə müraciət etməmişdir. Eyni zamanda bu hal iddiaçının əmək kitabçasında da öz əksini tapmamışdır. İddiaçı sonradan əmək müqaviləsində ondan xəbərsiz dəyişiklik edilməsinin səbəbini aydınlaşdırmaq üçün bir neçə dəfə məktəb rəhbərliyinə yazılı müraciət ünvanlamış və hər dəfə məsələ ilə əlaqəsi olmayan cavablar almışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixində məktəb direktoruna ünvanladığı müraciətinə cavab olaraq bildirilmişdir ki, əmək müqaviləsində dəyişiklik ölkədə minimum əmək haqqının ar tması ilə bağlıdır və onunla yanaşı bütün məktəb heyətinin əmək müqavilələrinə dəyişiklik edilmişdir. Bundan başqa direktor Y.Müseyibli bildirmişdir ki, 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən iddiaçının müəllim vəzifəsinə təyin edilməyi aşkarlandığı, müəllim kadrlarının işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirildiyi və AR Əmək Məcəlləsinin 43-cü maddəsinin (c) bəndinə əsasən əmək müqaviləsində mütləq göstərilməli olan əsas şərtlər və məlumatlardan birinin vəzifə adı olduğundan yenilənmiş əmək müqaviləsi bildirişində vəzifə adı tərbiyəçi olaraq qeyd edilmiş və əmək haqqı da buna əsasən ödənilmişdir. İddiaçının müəllim olaraq vəzifəyə qəbul edilməsi barədə əmr necə mövcud olmaya bilərdi ki, 2013-cü ildən müddətsiz müqavilə üzrə müəllim vəzifəs ində işləmişdir. Eyni zamanda iddiaçının AR Təhsil Nazirliyinə ünvanladığı müraciətə əsasən, Təhsil Nazirliyi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, müəssisə rəhbərliyinə əmək müqaviləsində dəyişiklik edilməsi və müvafiq dərs saatları ilə təmin edilməsi barədə tapşırıq verilmişdir. Lakin Təhsil Nazirliyinin bu göstərişi nəticəsiz qalmış, məktəb rəhbərliyi tərəfindən iddiaçının vəzifə dəyilşikliyi həyata keçirilməmişdir. Daha sonra iddiaçı hüquqlarını müdafiə etmək məqsədilə məhkəmədən öncə mediasiya prosesinin aparılması üçün Mediasiya şurasına müracit etmiş və məktəb direktoru Y.Müseyibli mediasiya sessiyasında iştirak etməkdən yazılı olaraq imtina etmişdir. Daha sonra iddiaçıya rəsmi olaraq müraciət edərək məktəbdə yaranmış vakansiyaya müvaf iq olaraq riyaziyyat fənni üzrə 10 saat dərs yükü verilməklə müəllim vəzifəsi üzrə əmək müqaviləsi bağlana biləcəyini təklif etmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq əmək müqaviləsindəki vəzifə dəyişikliklərinin baş verdiyi tarixdən həmin dəyişikliklərin etibarsız hesab olunaraq, həmin tarixdən müəllim vəzifəsinin bərpa olunmasını və dəyişikliklərlə əlaqədar yaranmış maaş fərqinin ödənilməsini tələb etmişdir. Bundan sonra iddiaçıya qarşı məktəb rəhbərliyi tərəfindən qərəzli münasibət başlamış, əsassız olaraq bir neçə dəfə töhmət verilərək xx.xx.2022-ci il tarixində AR Əmək Məcəlləsinin 70 (ç) bəndinə əsasən işdən azad edilmişdir. Qeyd edirik ki, bu qanunsuz işdən azadetmə tərəfimizdən mübahisələndirilməkdədir, hazırda mediasiya prosesi başlanmışdır və mediasiya prosesi yekunlaşdıqdan sonra məhkəməyə müraciət ediləcəkdir. Bütün bu göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, onunla heç bir qarşılıqlı sənəd imzalanmadan əmək müqaviləsinə dəyişiklik edilərək onun vəzifəsinin “Müəllim”dən daha aşağı əmək haqqı olan “Tərbiyəçi” vəzifəsinə dəyişdirilməsi onun əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarını pozmaqla bərabər, uzun müddət “tərbiyəçi” vəzifəsi üzrə aşağı maaş alması nəticəsində maddi ziyan vurmuşdur. Odur ki, iddiaçı hazırki iddianın təmin olunmaqla hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
5. İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, xx.xx.2022-ci il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün olan müddətin orta əmək haqqının ödənilməsi, mediasiya, poçt üçün ödənilmiş 55 manatın və mənəvi zərər görə kompensasiya qismində 3000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranmış mübahisələrdən sonra iddiaçıya qarşı məktəb rəhbərliyi tərəfindən qərəzli münasibət başlamış, əsassız olaraq bir neçə dəfə töhmət verilmişdir, belə ki xx.xx.2021-ci il tarixində töhmət verilmiş, xx.xx.2022-ci il tarixində növbədənkənar iclas keçirilmiş, İddiaçı dərs əsnasında digər tərbiyəçinin dərsini pozduğu barədə səhnələşdirilmiş iclas keçirilmi ş, xx.xx.2022-ci il tarxində ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan sonra məktəb rəhbərliyi tərbiyəçilərin işə davamiyyət kitabına mütəmadi olaraq imza çəkməməsinə görə iddiaçıya təzyiqlər göstərmişdir. Buna cavab olaraq iddiaçı bildirir ki, sözügedən davamiyyət cədvəli məktəbdə fəaliyyət göstərən müəllim və tərbiyəçilər üçün rahatlıqla əlçatan (məsələn ümumi müəllimlər otağı) bir yerdə deyil, direktor müavini Yeganə Həşimovanın otağında saxlanılmışdır. Sözügedən otağın qapısı isə hər zaman açıq olmamışdır. Bu səbəbdən işə gəlib-gedərkən bir çox hallarda davamiyyət cədvəlinin saxlanıldığı otağın qapısı bağlı olduğundan bu cədvələ imza etmək mümkünsüz olmuşdur. Daha sonra direktor Y.Müseyibli xx.xx.2022-ci il tarixində məktəbin Həmkarlar İttifaqı Komitəsinə təqdimatla müraciət edərək iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70ç bəndinə müvafiq olaraq xitam verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Xüsusi İnternat Məktəbinin həmkarlar təşkilatının növbədənkənar iclası keçirilmiş, yenə eyni qaydada səhnələşdirilmiş və qərəzli iclas keçirilmiş, məktəb direktoru Y.Müseyiblinin təqdimatının təmin edilməsinə qərar verilmişdir. Məktəbin həmkarlar təşkilatının daha bir növbədənkənar iclası xx.xx.2022-ci il tarixində təşkil olunmuş, fərdi əmək mübahisələrinə baxan komissiyanın iştirakı ilə xx.xx.2022-ci il tarixli 53 saylı iclas protokolunun müzakirəsi həyata keçirilmişdir. İclasda bir sıra müəllimlər iştirak edərək iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirərək iddiaçının işdən çıxarılması qərarının lehinə olduqlarını bəyan etmişlər. Bundan sonra E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Xüsusi İnternat Məktəbinin xx.xx.2022-ci il tarixli, 45 nömrəli əmri ilə İddiaçı əmək fəaliyyətinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq xitam verilmişdir. Bütün bu göstərilənləri nəzərə alaraq, iddiaçı hesab edir ki, onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq xitam verilməsi tamamilə qərəzli və qanunsuzdur. İddiaçı qeyd edir ki, məktəbdə işlədiyi dövrdə dövrdə heç vaxt ciddi pozuntulara yol verməmiş, iş yoldaşları ilə münaqişədə olmamış, hər zaman əmək funksiyalarını yüksək səviyyədə icra etmişdir. İş yerində daim nizam-intizamlı işçi olaraq tanınmış, heç bir zərərli vərdişi olmayan bir şəxsdir. Uzun dövrdən bəri fəaliyyət göstərdiyi məktəbdən belə əsassız və qərəzli olaraq çıxarılması ona mənəvi zərər vurmuşdur, iddiaçı bu hadisədən xeyli təsirlənmiş, əsəb sarsıntısı keçirmişdir. Eyni zamanda hazırki dövrdə işsiz qalması ona maddi olaraq da zərər vurmaqdadır.
7. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini dəqiqləşdirərək xx.xx.2022-ci il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, iddiaçının “riyaziyyat müəllimi” vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün olan müddətin orta əmək haqqının ödənilməsi, mediasiya, poçt üçün ödənilmiş 55 manatın və mənəvi zərər görə kompensasiya qismində 3000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2771/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi mənəvi zərərin ödənilməsi tələbinə dair 2(003)-2771/2022 saylı mülki iş, İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmək müqaviləsinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, müəllim vəzifəsinə bərpa olunması, əmək haqqıda yaranmış fərqin ödənilməsi tələbinə dair 2(003)-2365/2022 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır.
9. Məhkəmə iclasında İddiaçı idd ia tələblərini müdafiə edərək təmin olunmasını xahiş etmiş və iddia ərizələrinin məzmununa oxşar izahat vermişdir. İzahatında əlavə olaraq bildirmişdir ki, 2013-cü il tarixli əmək müqaviləsinə əsasən riyaziyyat müəllimi vəzifəsində işləmişdir. İşdən çıxarıldığı vaxtadək də müəllim vəzifəsi üçün əmək haqqı almışdır. 2021ci ildə əmək məzuniyyətinə getmək istəyəndə bilmişdir ki, onun əmək müqaviləsinə dəyişiklik olmuşdur. 2021-ci ildən isə ona müəllim vəzifəsinə uyğun dərs verilməmiş, o, işdən azad edilənədək tərbiyəçi vəzifəsini icra etmişdir.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələblərini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizələrinin məzmununa oxşar izahat vermişdir.
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 idd ia tələblərini etiraf etməyərək təmin edilməməsini xahiş etmiş və etirazında bildirmişdir ki, 2018-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün müraciət etmiş məktəbin müəllimlərinin sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsində yoxlanılarkən bir neçə nəfərin müəllim təyin edilmə barədə əmrinin olmadığı aşkarlanmış və bununla bağlı Təhsil Nazirliyi İnsan Resursları Şöbəsindən müəssisədə çalışan bütün müəllimlərin qəbul əmrlərinin yoxlanılaraq Təhsil Nazirliyinə müvafiq məlumat verilməsi və əmr kitablarının Nazirliyin müvafiq əməkdaşları tərəfindən araşdırılması tapşırılmışdır. Tapşırığın icrası nəticəsində müəssisədə riyaziyyat müəllimi kimi çalışan İddiaçı müəllim kimi təyinat əmrinin olmaması aşkarlanmışdır. İddiaçı xx.xx.1995-ci il tarixli, 548 N-li əmrlə inte rnat məktəbinə baş tərbiyəçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli, 550 N-li əmrlə tərbiyə işləri üzrə direktor müavini təyin edilmiş, xx.xx.1995-cil il tarixli, 601 N-li əmrlə tədris işləri üzrə direktor müavini vəzifəsinin müvəqqəti icrası həvalə edilmiş, xx.xx.1996-cı il tarixli, 631 N-li əmrlə tədris işləri üzrə direktor müavini vəzifəsinin müvəqqəti icrası həvalə edilmiş, xx.xx.1996-cı il tarixli, 644 N-li əmrlə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.1997-ci il tarixli, 238 N-li əmrlə tədris işləri üzrə direktor müavini vəzifəsindən tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli ərizəsi əsasında xx.xx.2001-ci il 10 N-li əmrlə 2 ştat vahidi tərbiyəçilik yükü verilməklə tərbiyə işləri üzrə direktor müavini v əzifəsindən azad edilmişdir. İddiaçı tərbiyəçi vəzifəsində işləyərkən kadr potensialının olmaması səbəbindən 1996-cı ildən tərbiyəçilik yükü ilə yanaşı dərs yükü ilə də təmin olunmuşdur. İddia ərizəsinin 4-cü bəndi tamamilə əsassızdır. Belə ki, araşdırmanın nəticəsi barədə internat məktəbi tərəfindən Təhsil Nazirliyinə xx.xx.2018-ci il tarixli, 19/59 N-li rəsmi məktubla məlumat verilmiş, xx.xx.2018- ci ildə bitəcək müddətli müqavilənin müddətsizə keçirilərək riyaziyyat müəllimi vəzifəsinə təyin edilməsi xahiş olunmuşdur. Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, xx-xx1067/10 N-li tərbiyəçi vəzifəsində çalışanların müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək müvafiq keçid balını topladıqları halda ixtisasları üzrə tədris aparmaq məsələsinə baxıla biləcəyi bildirilmişdir. Cavab məktubu əsas götürülərək MİQ müsabiqəsində iştirakına güzəştli hal kimi vaxt verilmişdir. İddiaçı 2018-ci ilin MİQ müsabiqəsində iştirak edərək 26,1124 bal (keçid balı 48-dir) toplamışdır. Uzun illər müəllimlik fəaliyyətini nəzərə alaraq onun ixtisası üzrə müəllim təyin edilməsi xahişi ilə Təhsil Nazirliyinə xx.xx.2018-ci il tarixli, 19/125 N-li rəsmi məktubla təkrarən müraciət edilmişdir. Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, 0509-1898/13 N-li cavab məktubunda İddiaçı diaqnostik qiymətləndirilmə balı nəzərə alınaraq 2018/2019-cu tədris ilinin sonuna kimi ixtisası üzrə dərs aparmasına razılıq verildiyi, müəllimlərin işə qəbulu müsabiqəsində keçid balını toplamadığı üçün riyaziyyat müəllimi təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Müəssisənin rəhbəri həmin tədris ilində İdd iaçı tərbiyəçilik və dərs yükü ilə təmin etməklə yanaşı xx.xx.2018-ci il tarixli, 19/147 N-li rəsmi məktubla Təhsil Nazirliyinə müraciət edilərək onun uzun müddətli pedaqoji fəaliyyəti dövründə təhsilin formalaşdırılmasında akademik biliklərlə yanaşı praktik bilik və bacarıq nümayiş etdirdiyini nəzərə alaraq müəyyən dövrlərdə internat məktəbinin sənədləşdirmə işində yol verilmiş nöqsanların aradan qaldırılaraq müddətsiz əmək müqaviləsi ilə müəllim vəzifəsinə təsdiq edilməsini xahiş etmişdir. Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli, 09-09-162/13 N-li cavab məktubunda Təhsil Nazirliyi sisteminə daxil olan ixtisaslı müəllim kadrlarının işə qəbulunun Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirildiyi, əlavə olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxıldığı bildirilmişdir. Təhsil Nazirliyindən göndərilən cavab məktublarının kserosurətləri İddiaçı təqdim olunsa da tələb olunan keçid balının toplanması üçün 2019, 2020 və 2021-ci illərdə MİQ müsabiqəsində iştirak etməmişdir. Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 09-09-564/13 N-li məktubuna əsasən 2021-ci ildə MİQ müsabiqəsində iştirak etmədiyinə görə İddiaçı 2021/2022-ci tədris ilində dərs yükü verilməmiş, 1 ştat vahidi tərbiyəçilik yükü ilə təmin olunmuşdur. İddia ərizəsində göstərilən 6-cı bənd əsassızdır. Belə ki, X2 X3 X6 Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 01 sentyabr 2019-cu il tarixindən Respublikada minimum əmək haqqının artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyinin rəsmi müraciəti ilə bağlı Təhsil Nazirliyindən verilmiş tapşırığa əsasən dəyişiklik edilsə də, yenilənmiş əmək müqaviləsinə imza etməkdən imtina etdiyinə görə Mülki Məcəllənin 7.1ci, Əmək Məcəlləsinin 12.1.-ci və 46.1.6.-cı maddələri pozulmamış, maddə 45.5-ci bəndinə əsasən 2013-cü ildə bağlanan əmək müqaviləsi qüvvədə qalaraq əmək fəaliyyəti davam etdirilmişdir. İddia ərizəsinin 8-ci bəndi tamamilə əsassızdır. Belə ki, xx.xx.2013-cü ildə İddiaçı ilə riyaziyyat müəllimi vəzifəsi üzrə 1 illik müddətli əmək müqaviləsi bağlanmışdır. İnternat məktəbin, İddiaçı şikayət ərizəsi ilə müraciət etdiyi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə xx.xx.2021-ci il tarixli 19/58 N-li, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi yanında X8 Xidmətinə xx.xx.2021-ci il tarixli 19/48 N-li, xx.xx.2022-ci il tarixli 19/04 N-li, xx.xx.2022-ci il tarixli 19/33 N-li, ATİAHİ Respublika Komitəsinə xx.xx.2021-ci il tarixli 19/56 N-li cavab məktublarının araşdırılması nəticəsində aydın olmuşdur ki, onun əmək hüququ heç bir halda pozulmamış, qanun çərçivəsində mümkün olan köməklik göstərilmiş, şifahi və yazılı müraciətlərinə dolğun cavab verilmişdir. İddia ərizəsinin 12-ci bəndi tamamilə əsassızdır. Belə ki, İddiaçı işlədiyi müddət ərzində hər tədris ilində müəssisənin rəhbəri tərəfindən rəsmi qaydada Təhsil Nazirliyinə müraciət edilərək, ƏM-nin maddə 12.1.(a)-ya əsasən tərbiyəçilik yükü ilə yanaşı dərs yükü ilə təmin edilmişdir. Əvvəlki dövrlə hazırki dövrdəki pedaqoji yük və əmək haqqı fərqinə baxıldıqda ay dın olur ki, aşağı maaş alması nəticəsində maddi ziyan vurulmamış, İddiaçı maddi təminatının olması üçün qanun çərçivəsində köməklik göstərilmişdir. xx.xx.2022-ci il tarixində müəssisəyə daxil olmuş Mediasiya prosesinin tətbiqi barədə məktuba cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli xx-xx-1105/13 Nli məktubu və güzəştli hal kimi tövsiyəsi əsas götürülərək, bağlanacaq əmək müqaviləsində internat məktəbdə yaranmış vakansiyaya müvafiq riyaziyyat fənni üzrə 10 saat dərs yükü verilməklə, müddətsiz müəllim vəzifəsinə keçirilməsi məktəb rəhbərliyi tərəfindən həm Mediasiya Şurasına, həm də İddiaçı rəsmi məktubla yanaşı ATİAHİ Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilovun iştirakı ilə xx.xx.2022-ci ildə keçirilən Pedaqoji şuranın iclasında da təklif edilmi şdir. İddiaçı təklif olunan dərs saatının miqdarı ilə razılaşmamış və 24 saat dərs yükü verilməsini tələb etmiş, sonra 2 gün ərzində cavab verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixində ərizəsi ilə 10 saat dərs yükü verilməklə, müəllim vəzifəsi üzrə əmək müqaviləsi bağlanmasından imtina etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində cavabdeh qismində Azərbaycan Respublikası Təhsil Nazirliyini, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbini, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru Yaqut Müseyiblini göstərərək eyni məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin 14 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı illərdir müxtəlif qurumlara haqsızcasına böhtan xarakterli davamlı iddiaları məktəb direktorunun şəxsinə qərəzli olduğunu aşkar göstərir və məyusluq doğurur. İddiaçı bu qərəzli iş fəaliyyətinə də yönəldərək dövlət müəssisəsində ciddi nizam - intizam qaydalarını pozmuşdur. İddiaçı xx.xx.2021-ci ildə Həmkarlar İttifaqı ilə birlikdə tərtib olunaraq, Pedaqoji Şurada təsdiq olunan, pedaqoji heyyətə nümunə olaraq paylanılan və şəxsi imzaları ilə tanış olunan müəssisə daxili intizam qaydalarını pozduğuna görə şifahi xəbərdarlıq verilmişdir. xx.xx.2021-ci il tarixli aktda qeyd olunan ciddi nizam-intizam qaydasının pozulması ilə əlaqədar Həmkarlar İttifaqına təqdim olunan xx.xx.2021-ci il tarixli təqdimatla xx.xx.2021-ci il 44 saylı protokolda əksini taparaq xx.xx.202 1-ci ildə 110- k N-li əmr ilə töhmət verilmişdir. İddiaçı müxtəlif vaxtlarda və müxtəlif zaman aralıqlarında digər tərbiyəçinin otağına ya tək, ya da 2 şagirdlə dəfələrlə daxil olaraq, nizam-intizam qaydalarını, dərslərin gedişatını ciddi şəkildə pozması səbəbindən xx.xx.2022-ci il tarixli Aktla xx.xx.2022-ci ildə 12-k N-li əmr ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Təkrarən xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixləri arasında tərbiyəçilərin işə davamiyyət kitabına imza çəkməmiş, izahat yazmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri X13 Respublika Komitəsi tərəfindən 30 iyun 2010-cu ildə təsdiq olunan “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları”na, yəni, Xəzər rayon Həmkar lar İttifaqı ilə bağlanmış 2021-2023 tədris illərinin Kollektiv Müqaviləsinin 2.5-ci bəndinə, xx.xx.2021-ci il tarixli daxili təlimatı təkrarən ciddi şəkildə pozulmuşdur. Bu səbəbdən xx.xx.2022-ci il tarixli akt, xx.xx.2022-ci il tarixli 53 saylı protokol, xx.xx.2022-ci il tarixli 54 saylı protokola əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 80.2 bəndi əsas götürülərək 70.(ç) maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixində 46-k N-li əmr ilə xitam verilmişdir. Odur ki, qeyd olunanlara əsasən iddia tələblərini əsassız hesab etmişdir.
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 əlavə olaraq bildirmişdir ki, iddiaçının əmək müqaviləsində dəyişiklik edilməsi barədə hər hansı bir əmr və ya müqavilə hal-hazırda mövcud deyildir. Müqaviləyə dəyişiklik barədə müqavilə onunla bağlanılması iddiaçıya təklif edilsə də, o müqaviləni imzalamaqdan imtina etmişdir. Bu da akt vasitəsilə rəsmiləşdirilmişdir. Hazırda onlarda yalnız 2013-cü ildə iddiaçı ilə müəllim kimi bağlanmış müqavilə mövcuddur.
13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2365/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Sabit Bəhrəmzadə) ilə iddia tələbinin qismən təmin edilərək E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi barədə 70-ç nömrəli xx.xx.2022-ci il tarixli əmri”nin ləğv edilməsi və İddiaçı “müəllim” (riyaziyyat müəllimi) vəzifəsinə işə bərpa edilməsi; İddiaçı E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi; mediasiya sessiyası zamanı ödənilmiş 55 manatın E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbindən alınaraq İddiaçı verilməsi; iddia tələbinin “tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli dəyişikliyin etibarsız hesab edilərək iddiaçının həmin vaxta kimi mövcüd olmuş vəzifəsinin “müəllim” vəzifəsinin müvafiq sənədləşmədə bərpa olunması, həmçinin sözügedən dəyişiklik edildiyi tarixdən “müəllim” vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqı ilə “tərbiyəçi” vəzifəsinin əmək haqqı arasında olan fərqin hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və mənəvi zərərə görə kompensasiya qismində 3000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ö dənilməsi” hissəsində təmin edilməməsi qət edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, işçi İddiaçı ilə işəgötürən Məktəb arasında xx.xx.2013-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən işçi, “müəllim” vəzifəsinə işə götürülmüşdür. İşdən azad olunan tarixədək iddiaçıya müəllim vəzifəsinə uyğun əmək haqqı ödənilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə hər hansı bir hal (əmək müqaviləsinin müvafiq bəndinə əlavələr və ya ayrılıqda tərtib edilmiş dəyişiklər dair müqavilə) mövcud deyil.
15. Məhkəmə qeyd etmişdir ki, İddia tələblərinin “tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli dəyişikliyin etibarsız hesab edilməsi və.s hissələri əsass ızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsinə iddia etsə də, işin araşdırılmış hallarından müəyyən edilir ki, sözügedən dəyişiklər onula cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə daxil edilməmiş və ya bu barədə ayrıca yazılı şəkildə akt (müqavilə) mövcud deyil. Tərəflər arasında əmək müqaviləsinə hər hansı dəyişiklik, o cümlədən əmək müqaviləsinə daxil etməyin mümkün olmaması səbəbindən ilkin əmək müqaviləsi yenidən tərtib edilməsi, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənməsi barədə hər hansı bir sənəd mövcud deyil. Eyni zamanda, bu hallar yanlız işəgötürən və işçinin razılığı əsasında olmalıdır. Halbuki, cavabdeh tərəf belə bir dəyişikliyin mövcudluğu əks olunan müqavilə nin mövcud olmasını, lakin iddiaçının imzalamaması səbəbindən rəsmiləşməməsini, yalnız bu barədə akt tərtib edilməsini bildirmişdir. Yəni, hazırda belə bir dəyişikliyin təqdim edilməsinin mümkünsüz olmasını bildirmişlər. Belə olan halda cavabdeh tərəfin birtərəfli qaydada tərtib etdiyi aktın işçinin əmək müqaviləsinə dəyişiklik kimi qəbul edilməsi qanuni və əsaslı hesab edilə bilməz. X3 əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı qeydiyyat isə hər hansı bir qanuni əsas olmadan daxil edilmişdir. Həmçinin işin araşdırılmış hallarından və iddiaçının məhkəmə iclasında verdiyiizahatından da müəyyən olunur ki, ona ödənilmiş əmək haqqı “müəllim” vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqı məbləğində olmuşdur.
16. Məhkəmə bildirmişdir ki, İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr ə sassız olmuşdur. Belə ki, həmin əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qeyd edilsə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərin barədə məlumat göstərilməmişdir. Əmrdə isə işçi (iddiaçı) tərəfindən əmək müqaviləsində nəzərdə tutulan vəzifə üzrə yerinə yetirməli olduğu hansı işlərin (əmək funksiyasının) yerinə yetirilməməsi, həmçinin həmin Məcəllənin 72-ci maddəsində nəzərdə tutulan hallara da istinad edilməməklə göstərilməmişdir. Məhkəmə araşdırılması zamanı isə əmrdə iddiaçı (işçi) tərəfindən əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyasının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməməsinə görə iş yerində işin, ə mək və icra intizamının normal ahəngi pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi, bundan başqa iş fəaliyyətində əmək vəzifələrinin kobud şəkildə pozulması halları (ƏM-nin 72-ci maddəsində göstərilən hallar) müəyyən edilməməklə cavabdeh tərəfindən bununla bağlı əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
17. Bundan başqa, iddiaçı işəgötürən tərəfindən (tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən) “müəllim” vəzifəsində işə qəbul edildiyi və həmin əmək müqaviləsinə hər hansı bir dəyişikliyin olmamasına baxmayaraq (tərbiyəçi vəzifəsinə keçirilmə barədə hər hansı rəsmi sənəd) əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə “tərbiyəçi ” vəzifəsində işləyən İddiaçı Qabil oğlunun əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, cavabdeh tərəfin iddia etdiyi (lakin təqdim edə bilmədiyi) xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə edilən əlavə mövcud olmuş olsaydı belə, əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən, müddətsiz əmək müqaviləsi hesab edilir.
18. Məhkəmə mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46.5, 46.6, 68.1, 70-ç bəndi, 71.2, 71.3, 288, 292, 300-cü maddələr istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
19. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilərək göstərilir k i, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsasın necə olduğunu bildirməmişdir. Əslində məhkəmə həmin qanunvericilik normasını qeyd edə bilməzdi, çünki belə bir norma yoxdur. Belə olan halda, məhkəmə necə qənaətə gələ bilər ki, əmrdə işçinin işdən çıxma əsası düzgün göstərilməmişdir. Halbuki, işəgötürəndən tələb olunan odur ki, əmrdə əsas qeyd edilməlidir. Həmin əsas da işəgötürən tərəfindən qeyd edilmiş və məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edilən norma ilə bağlı başqa pozuntunun olmaması səbəbi ilə yalnız bir əsasla əmri ləğv etmişdir ki, bu əmrin əsassız olmasına kifayət edə bilməzdi. Əmrdən asanlıqla müəyyən etmək olar ki, işəgötürən tərəfindən işçinin işdən azad edilməsinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd edilmişdir. Bu isə Əmək Məcəlləsinin 84-cü maddəsinin İ hissəsinin beşinci abzasına əməl edildiyini deməyə kifayət edir. Lakin məhkəmə əmrdə göstərilməli olan yeni hal müəyyən edərək əmrin əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə əmrin əsassız olması, işçinin əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olan halların işəgötürən tərəfindən sübut edilmədiyi qənaətinə gəlmişdir. Hesab edir ki, məhkəmə iş materiallarına əlavə edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, İddiaçı dövlət müəssisəsində ciddi nizam-intizam qaydalarını pozmuşdur. Lakin məhkəmə tərəfindən sadalanan hallarla bağlı sübutlara hüquqi qiymət verilməmiş, habelə məhkəmə zalında məhkəməyə təqdim edilmiş video görüntülər barədə bir cümlə qeyd edilməmişdir. Halbuki, həmin video görüntülərdə İddiaçı iş ahəngini necə pozulduğu öz əksini tapır. Bir işçinin 3 il ərzində həm şifahi xəbərdar edilməsi, həm töhmət alması, ən sonda şiddətli töhmət alması necə ola bilər ki, onun barəsində olan işdən çıxarma əmrini əsassız etsin. Halbuki, tətbiq edilən bütün inzibati tədbirlər qüvvədə olmuş və ləğv edilməmişdir. Hətta bəzi hallarda İddiaçı izahatı da olmuş və həmin hallar öz təsdiqini tapmışdır
20. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X15 Cələddin oğlunun sədrliyi v ə məruzəsi ilə, X9 və X10) 2(103)-1528/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Kollegiya bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsas ı ilə ləğv etmişdir. Lakin iddiaçının funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə əsas olan halın(işə davamiyyət kitabına imza çəkməməsi və izahat yazmaqdan imtina etməsi) həqiqi olması özü ziddiyyətlidir və həqiqətən baş verdiyi birmənalı təsdiq olunmur. Çünki, iddiaçı bu məsələyə münasibət bildirərək göstərmişdir ki, davamiyyət cədvəli məktəbdə fəaliyyət göstərən müəllim və tərbiyəçilər üçün rahatlıqla əlçatan (məsələn ümumi müəllimlər otağı) bir yerdə deyil, direktor müavini Yeganə Həşimovanın otağında saxlanılmışdır. Sözügedən otağın qapısı isə hər zaman açıq olmamışdır. Bu səbəbdən işə gəlib-gedərkən bir çox hallarda davamiyyət cədvəlinin saxlanıldığı otağın qapısı bağlı olduğundan bu cədvələ imza etmək mümkünsüz olmuşdur. Bu cür vəziyyətdə təsdiq olunma mış həmin hala görə iddiaçı ilə əmək müqaviləsini sözügedən əsasla ləğv edilməsi də əlbətdə ki, haqlı olmamışdır. Çünki, o halların həqiq olması belə qeyd olunan əsasla əmək müqaviləsini ləğv etməyə cavabdeh Məktəbə əsas vermirdi. Ən azından ona görə ki, cavabdeh tərəfindən iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair heç bir digər fakt təqdim edilməmişdir.
24. Kollegiya qeyd etmişdir ki, Bununla yanaşı, iddiaçının əvvəllər töhmət və şiddətli töhmət növündə intizam tənbehinə məruz qalmasının qanunuliyinin və əsaslılığının yoxlanılması hazırki iddianın və icraatın predmeti olmasa da həmin hallar bu iddianın əsaslı olduğunu aradan qaldırmır, yaxud cavabdehin şikayətini əsaslı etmir. Çünki, həmin intizam xətaları həqiqətən baş vermişdirsə b elə, onlara görə intizam tənbehi verilmişdir.Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi isə verilə bilməzdi.
25. Kollegiya hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilən 06 may 2022-ci il tarixli aktda göstərilən iddiaçının işə davamiyyət kitabına imza çəkməməsinin yuxarıda qeyd olunan səbəblərdən həqiqətən iddiaçı tərəfindən qərəzli olaraq yaxud qəsdən edilməsi təsdiq olunmadığından, bu cür hərəkətlərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olub- olmamasının ətraflı araşdırılmasına və hüquqi qiymət verilməsinə də zərurət və əsas yoxdur. Çünki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan intizam xətasını törətdiyinə əsas hesab edilə bilən faktın həqiqiliyi özü tək zib olunur. Eyni zamanda bu faktın həqiqiliyi belə kifayət etmirdi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi qeyd edilən əsasla ləğv edilsin. Əksinə iddiaçının apellyasiya baxışı zamanı da verdiyi izahatın məzmunundan bəlli oldu ki, cavabdeh onunla bağlanmış əmək müqaviləsini ləğv etməkdə haqlı olmamışdır. Demək ki, cavabdeh tərəf işə davamiyyət kitabını lazımı yerdə qoymamaqla bu əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün “əsas” yaradaraq bu istəyini 20 may 2022-ci ildə reallaşdırmışdır. Əlbətdə ki, bu yolverilməzdir.
26. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46.5, 46.6, 68.1, 70, 71.2, 71.3, 288, 292, 300-cü maddələrə istinad etmişdir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. Bakı Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1528/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə qeyd edir ki, “Əmrdə işçi (iddiaçı) tərəfindən əmək müqaviləsində nəzərdə tutulan vəzifə üzrə yerinə yetirməli olduğu hansı işlərin (əmək funksiyasının) yerinə yetirilməməsi, həmçinin həmin Məcəllənin 72-ci maddəsində nəzərdə tutulan hallara da istinad edilməməklə göstərilməmişdir. Məhkəmə araşdırılması zamanı isə əmrdə iddiaçı(işçi) tərəfindən əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyasının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməməsinə görə i ş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi, bundan başqa iş fəaliyyətində əmək vəzifələrinin kobud şəkildə pozulması halları(ƏM-nin 72-ci maddəsində göstərilən hallar) müəyyən edilməməklə cavabdeh tərəfindən bununla bağlı əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.” Birincisi məhkəmə bu əsaslandırma ilə Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsində qeyd edilənlərdən əlavə məlumatların da əmrdə göstərilməli olması qənaətinə gəlmişdir. Məhkəmə bildirir ki, bəs əmrdə işçinin “əmək müqaviləsində nəzərdə tutulan vəzifə üzrə yerinə yetirməli olduğu hansı işlərin (əmək funksiyasının) yerinə yetirilməməsi, həmçinin həmin Məcəllənin 72-ci maddəsində nəzərdə tutulan hallara da istinad edilməməklə göstərilməmişdir”. Belə bir əsasın əmrdə göstərilməli olması Əmək Məcəlləsinin 84-cü maddəsində qeyd edilməmişdir. Qeyd edilən normada göstərilmişdir ki, əmrdə “əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi” göstərilməlidir. Halbuki iş materiallarına əlavə edilmiş əmrə baxdığımız zaman asanlıqla müəyyən etmək olar ki, işəgötürən tərəfindən işçinin işdən azad edilməsinin əsası kimi Əmək Məcəlləsinin 70- ci maddəsinin ç bəndi qeyd edilmişdir. Bu isə Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinin beşinci abzasına əməl edildiyini deməyə kifayət edir. Lakin məhkəmə əmrdə göstərilməli olan yeni hal müəyyən edərək əmrin əsassız olması qənaə tinə gəlmişdir. Apellyasiya İnstansiya Məhkəməsinin Əmək Məcəlləsinin 84-cü maddəsinin pozulması ilə bağlı yanaşma: Apellyasiya İnstansiya Məhkəməsi 23 və 24-cü abzasında qeyd edir ki, “Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. (23-cü abzas) Lakin iddiaçının funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə əsas olan halın(işə davamiyyət kitabına imza çəkməməsi və izahat yazmaqdan imtina etməsi) həqiqi olması özü ziddiyyətlidir və həqiqətən baş verdiyi birmənalı təsdiq olunmur. Çünki, iddiaçı bu məsələyə münasibət bildirərək göstərmişdir ki, davamiyyət cədvəli məktəbdə fəaliyyət göstərən müəllim və tərbiyəçilər üçün rahatlıqla əlçatan (məsələn ümumi müəllimlər otağı) bir yerdə deyil, direktor müavini Yeganə Həşimovanın otağında saxlanılmışdır. Sözügedən otağın qapısı isə hər zaman açıq olmamışdır. Bu səbəbdən işə gəlib-gedərkən bir çox hallarda davamiyyət cədvəlinin saxlanıldığı otağın qapısı bağlı olduğundan bu cədvələ imza etmək mümkünsüz olmuşdur. Bu cür əziyyətdə təsdiq olunmamış həm in hala görə iddiaçı ilə əmək müqaviləsini sözügedən əsasla ləğv edilməsi də əlbətdə ki, haqlı olmamışdır. Çünki, o halların həqiq olması belə qeyd olunan əsasla mək müqaviləsini ləğv etməyə cavabdeh Məktəbə əsas vermirdi. Ən azından ona görə ki, cavabdeh tərəfindən iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair heç bir digər fakt təqdim edilməmişdir. (24-cü abzas) Hesab edirik ki, apellyasiya instansiya məhkəməsi, iş materiallarına əlvə edilmiş video görüntüləri, habelə cavabdehin rəsmi sənəd kimi hər gün imzalamalaı olduğu tərbiyəçilərin işə davamiyyət kitabına imza çəkməməməsini nəzrərə almamışdır. Halbuki aşağıda qeyd edilənlər də təsdiq edir ki, cavabdeh mütəmadi olaraq, iş ahəngini pozmuş, bu səbəblə də intizam məsuliyyətinə cəlb edilm işdir. Hər iki instansiya məhkəməsinin Əmək Məcəlləsinin 84-cü maddəsi ilə bağlı pozuntularını aşağıdakı kimi qiymətləndirmək zərurəti vardır: Hesab edirik ki, məhkəmə iş materiallarına əlavə edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, İddiaçı dövlət müəssisəsində ciddi nizam - intizam qaydalarını pozmuşdur: a) İddiaçı xx.xx.2021-ci ildə Həmkarlar İttifaqı ilə birlikdə tərtib olunaraq, Pedaqoji Şurada təsdiq olunan, pedaqoji heyyətə nümunə olaraq paylanılan və şəxsi imzaları ilə tanış olunan müəssisə daxili intizam qaydalarını pozduğuna görə şifahi xəbərdarlıq verilmişdir. b) xx.xx.2021-ci il tarixli aktda qeyd olunan ciddi nizam-intizam qaydasının pozulması ilə əlaqədar Həmkarlar İttifaqına təqdim olunan xx.xx.2021-ci il tarixli təqdimatla xx.xx.2021-ci il 44 saylı protokolda əksini taparaq xx.xx.2021-ci ildə 110k N-li əmr ilə töhmət verilmişdir. c) İddiaçı müxtəlif vaxtlarda və müxtəlif zaman aralıqlarında digər tərbiyəçinin otağına ya tək, ya da 2 şagirdlə dəfələrlə daxil olaraq, nizam-intizam qaydalarını, dərslərin gedişatını ciddi şəkildə pozması səbəbindən xx.xx.2022-ci il tarixli Aktla xx.xx.2022-ci ildə 12-k N-li əmr ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. d) O, təkrarən xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixləri arasında tərbiyəçilərin işə davamiyyət kitabına imza çəkməmiş, izahat yazmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri X13Respublika Komitəsi tərəfindən 30 iyun 2010-cu ildə təsdiq olunan “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydalar ı”na, yəni, Xəzər rayon Həmkarlar İttifaqı ilə bağlanmış 2021-2023 tədris illərinin Kollektiv Müqaviləsinin 2.5-ci bəndinə, xx.xx.2021-ci il tarixli daxili təlimatı təkrarən ciddi şəkildə pozulmuşdur. Bu səbəbdən xx.xx.2022-ci il tarixli akt, xx.xx.2022-ci il tarixli 53 saylı protokol, xx.xx.2022-ci il tarixli 54 saylı protokola əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 80.2 bəndi əsas götürülərək 70. (ç) maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixində 46-k N-li əmr ilə xitam verilmişdir. Lakin məhkəmələr tərəfindən yuxarıda qeyd edilən hallarla bağlı sübutlara hüquqi qiymət verilməmiş, habelə məhkəmə zalında məhkəməyə təqdim edilmiş vidyo görüntülər barədə bir cümlə qeyd edilməmişdir, halbuki həmin video görüntülərdə İddiaçı iş ahənginin necə pozulduğu öz əksini tapır. Bir iş çinin 3 il ərzində hən şifahi xəbərdar edilməsi, həm töhmət alması, ən sonda şiddətli töhmət alması necə ola bilər ki, onun barəsində olan işdən çıxarma əmrini əsassız etsin. Halbuki, tətbiq edilən bütün inzibati tədbirlər qüvvədə olmuş və ləğv edilməmişdir. Hətta bəzi hallarda İddiaçı izahatı da olmuş və həmin hallar öz təsdiqini tapmışdır. Məhkəmə bu qədər sübut təqdim edildiyi halda hansı əsasla İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxmasını əsassız hesab etmişdir.
29. Kassator daha sonra bildirmişdir ki, Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdeh tərəfindən təqdim edilən 06 may 2022-ci il tarixli aktda göstərilən iddiaçının işə davamiyyət kitabına imza çəkməməsinin yuxarıda qeyd olunan səbəblərdən həqiqətən iddiaçı tərəfindən qərəzli ola raq yaxud qəsdən edilməsi təsdiq olunmadığından, bu cür hərəkətlərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olub- olmamasının ətraflı araşdırılmasına və hüquqi qiymət verilməsinə də zərurət və əsas yoxdur. Çünki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan intizam xətasını törətdiyinə əsas hesab edilə bilən faktın həqiqiliyi özü təkzib olunur. Eyni zamanda bu faktın həqiqiliyi belə kifayət etmirdi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi qeyd edilən əsasla ləğv edilsin. Əksinə iddiaçının apellyasiya baxışı zamanı da verdiyi izahatın məzmunundan bəlli oldu ki, cavabdeh onunla bağlanmış əmək müqaviləsini ləğv etməkdə haqlı olmamışdır. Demək ki, cavabdeh tərəf işə davamiyyət kitabını lazımı yerdə qoymamaqla bu ə sasla əmək müqaviləsinin ləğv edilməsi üçün “əsas” yaradaraq bu istəyini 20 may 2022-ci ildə reallaşdırmışdır. Əlbətdə ki, bu yolverilməzdir. (26-cı bənd) İndi isə hər iki bəndi Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndi ilə eyni konteksdə təhlil etmək lazımdır. İlk olaraq 26-cı bəndə qeyd edilən “cavabdeh tərəf işə davamiyyət kitabını lazımı yerdə qoymamaqla” ifadəsi ilə bağlı tək bir fakt kifayt edir ki, bu əsas heç bir halda ağlabatan deyil. Belə ki, 6 nömrəli Respublika xüsusi internat məktəbin ilk həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 53 saylı protokolundan aydındır ki, iddiaçı xx.xx.2022-ci il tarixinə kimi həmnin davimiyyət kitabını imzalamışdır. Necə ola bilər ki, davamiyyət kitabı xx.xx.2022-ci il tarixinə kimi əlçatan yerdə olub, ondan sonra olmuyub. Bu ağlabatn hal de yil. Yəni iddiaçı bütün hallarda öz hüququnu tələb edən biri olmuşdur. Əgər belə bir hal olsaydı iddiaçı həmin halla bağlı aidiyyatı qurumlara çoxdan şikayət etmişdi. Sual yarana bilər ki, iddiaçı davamiyyət kitabını bəs niyə imzalamayıb? Cavab: Çox sadə. Qeyd edilən protokoldan çıxarışdan da aydın olur ki, iddiaçı həmkarların iclasında bildirmişdir ki, həmin sənədlər saxtadır və heç bir hüquqi əsası yoxdur. Bu halı təsdiq edən səs yazısı olsa da məhkəmə bu hala qiymət verməmişdir. Yuxarıda qeyd edilən iki əsas bir daha təsdiq edir ki, apellyasiya 26-cı bəndlə iş materialları ilə kifayət qədər tanış olmamış, bu səbəblə də maddi hüquq normasını pozmuşdur. 25-ci abzas isə bir mənalı olaraq Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndinin tətbiq edilməməsini bariz şəkildə göstərir. Belə ki, iddi açıya işdən çıxarılmamışdan qabaq müxtəlif vaxtlarda və müxtəlif zaman aralıqlarında digər tərbiyəçinin otağına ya tək, ya da 2 şagirdlə dəfələrlə daxil olaraq, nizam-intizam qaydalarını, dərslərin gedişatını ciddi şəkildə pozması səbəbindən xx.xx.2022-ci il tarixli Aktla xx.xx.2022-ci ildə 12-k N-li əmr ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Ümumiyyətlə sonda onu bildirmək istəyirəm ki, İddiaçı yol verdiyi nöqsanlara baxmayaraq,işəgötürənin guya dispozitiv normanın (Əmək Məcəlləsinin 82-ci maddəsi) tələblərinə əməl edilməməsi ilə (halbuki yuxarıda bunun əsasız olduğunu əsaslandırdıq) işə bərpa olunursa, o zaman həmin iş yerində gələcəkdə heç bir nizam intizam yaratmaq mümkün olmayacaqdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin məqsədi də tam olaraq odur ki, iş yerin də ciddi nizam intizam yaradılsın, əks təqdirdə hər hansı iş ahənginin olmasını gözləmək sadəlövhlük olardı. Düşünün ki, bir işçi, həm xəbərdar edilsin, bundan kifayətlənmiyib, töhmət alsın, daha sonra şiddətli töhmət alsın, yenə də, əmək intizamını kobudcasına pozsun və nəhayət məhkəmə işçini işə bərpa etsin, bundan sonra iş yerində nizam intizam gözləmək olar axı. Hüququn təməlində isə nizam intizam olduğunu bilə-bilə belə qərar vermək sadəcə absurddur.
30. Kassator daha sonra qeyd etmişdir ki, Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, “ Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.”. Yuxarıda da qeyd edildiyi əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsində qeyd edilənlərin hamısı göstərilmişdir. Lakin məhkəmə özündən əsaslar müəyyən edərək, əsassız olaraq əmri ləğv etmişdir. Ümumiyyətlə qeyd edilən norma dispozitiv xarakter daşıyır, yəni məhkəmə işçinin əmək intizamınımüəyyən edən hallar ola ola, imperativ normanı deyil, dispozitiv normanı əsas götürməsi hüququn mahiyyətinə ziddir. Belə ki, əgər İddiaçı yol verdiyi nöqsanlara baxmayaraq, dispozitiv normanın tələblərinə əməl edilməməsi ilə işə bərpa olunursa, o zaman həmin iş yerində gələcəkdə heç bir nizam intizam yaratmaq mümkün olmayacaqdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin məqsədi də tam olaraq odur ki, iş yerində ciddi nizam intizam yaradılsın, əks təqdirdə hər hansı iş ahəng inin olmasını gözləmək sadəlövhlük olardı. Düşünün ki, bir işçi, həm xəbərdar edilsin, bundan kifayətlənmiyib, töhmət alsın, daha sonra şiddətli töhmət alsın, yenə də, əmək intizamını kobudcasına pozsun və nəhayət məhkəmə işçini işə bərpa etsin, bundan sonra iş yerində nizam intizam gözləmək olar axı. Hüququn təməlində isə nizam intizam olduğunu bilə-bilə belə qərar vermək sadəcə absurddur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə 46.5. Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işə götürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.
32. Maddə 46.6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
33. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
34. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müq aviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
35. Maddə 71. 2-ci hissə.Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
36. Maddə 71. 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci ma ddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
37. Maddə 84.
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilm əsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
38. Maddə
288. Fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir.
39. Maddə
292. İşçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
40. Maddə
300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əm ək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbi nə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq gəldiyi nəticəni əsaslandırmışdır.Məhkəmə kollegiyası apellyasiy a instansiyasının əsaslandırması və gəldiyi nəticə ilə razılaşr.
51. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin 4-cü abzasında əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsasının göstərilməli olması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “əmək müqaviləsinin ləğv edilməsinin əsası” konkret olaraq həmin əsası sözlərlə ifadə etməyi ehtiva edir.Kassasiya şikayətində göstərilənin əksinə, mübahisələndirilən əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi xx.xx.2022-ci il tarixli protokolun göstərilməsi əmək müqaviləsinin ləğv edilməsi əsası deyil, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin 7-ci abzasında nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda göstərilməli olan əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədin göstərilməsi kimi nəzərdən keçirilə bilər.Eləcə də mübahisələndirilən əmrin məzmununda əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilməsinin qeyd edilməsi işçinin əmək müqaviləsinin konkret olaraq sözlərlə ifadə olunmuş əsasla (məsələn; işçi təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirdiyinə görə) ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi və bəndinin göstərilməsi kimi nəzərdən keçirilə bilər.
52. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli 2(103)-1528/2023 nömrəli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.