Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-238/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-238/21 (Açar sözlər: evə köçürülmə) Bakı şəhəri, 15 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X8 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili X9 oğlunun, Cavabdeh vəkili Ramazanov Aslan Sultan oğlunun iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 202 0 il tarixli 2(103)-325/2020 nömrəli qətnaməsindən Cavabdeh oğlunun kassasiya şikayətinə 15 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24A-dan cavabdehin çıxarılması, özünün və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24A-ya köçürülməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdeh tərəfindən onun və ailə üzvlərinin həmin evdə yaşamalarına heç bir maneə törətməyəcəyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırıb ki, 1991-ci ildən Bakı şəhəri, Yasamal 2-ci Alatava,ev 24A- da qeydiyyatda olmaqla yaşayır. 3. xx.xx.2007-ci ildə X2 ilə rəsmi nikaha daxil olmuş, həyat yoldaşı da ev 24A-ya gəlin köçmüşdür. Arvadının cehiz əşyaları da həmin evdədir. Bu nikahdan iddiaçının xx.xx.2008-ci ildə qızı X3 və xx.xx.2011 -ci ildə qızı X4 bu evdə doğulmuşlar, uşaqlar hazırda həmin evdə qeydiyyatdadırlar.
4. Atası Eyvazov Hüseyn Bilal oğlu vəfat etdiyinə günə qədər Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24 ünvanda qeydiyyatda olsa da, iddiaçıya məxsus 24A saylı evdə yaşayıb.
5. İddiaçı işi ilə bağlı tez-tez Rusiya Federasiyasına gedib-gəlib.
6. İddiaçı 2012-ci ildə Rusiya Federasiyasında olduğu zaman cavabdeh iddiaçının arvadını və uşaqlarını 24A saylı evdən çıxarmış və evi zəbt etmişdir.
7. Cavabdeh hazırda da iddiaçının həmin evdə ailəsi ilə birlikdə yaşamasına mane ələr yaradılır.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəllənin 27.1, 27.3, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun 2-ci maddələrinə istinad etmişdir.
9. Sonradan iddiaçı tələbini dəqiqləşdirib, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24A-dan cavabdehin çıxarılması, özünün və azyaşlı uşaqları X3 və X1 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24A-ya köçürülməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdeh tərəfindən onun və ailəsinin həmin evdə yaşamalarına heç bir maneə törətməyəcəyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi iddia tələbinə etiraz edərək göstərmişdir ki, köçürülməsinə iddia olunan evin sahibi Eyvazov Hüseyn Bilal oğlu xx xxx 2017-ci ildə notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə ilə evi oğlu Mehmana vəsiyyət edib, digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir.
11. Bundan əlavə, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ünvanında 24A saylı ev yoxdur. Həmin ünvanda yalnız 24 saylı ev mövcuddur.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2(004)8353/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Təhminə Xəlilova)
13. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, iddiaçı tələbinin əsaslandırdığı halları, yəni onun və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24A-dan cavabdeh tərəfindən qovulmasını, həmin evin cavabdeh tərəfindən zəbt edilərək iddiaçıya və onun ailə üzvl ərinə orada yaşamalarına maneçilik törətməsini təsdiq edən heç bir sübut növünü məhkəməyə təqdim etməmişdir.
14. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, məhkəməyə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24A-nın 1 olmasına, yəni həmin evin hüquqi rejimi – dövlət və ya xüsusi mülkiyyətdə olması və ya özbaşına tikili olmasını təsdiq edən qanunla müəyyən olunmuş heç bir sübut növü tərəfindən təqdim edilməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
17. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, cavabdehi sübutetmə vəzifəsindən azad etmişdir.
18. Məhkəmə evin hüquqi rejiminin hazırki mübahisəyə hansı formada təsir etməsini əsaslandırmamış, faktlara əhəmiyyət vermədən iddia tələbinin rədd olunması qərarına gəlmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli 2(103)-3380/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Yasamal rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov)
20. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının sahiblik hüququnu iddia etdiyi 24A saylı tikili faktiki olaraq mövcud olsa da, həmin tikilinin, eləcə də, i ddiaçının cavabdehə məxsus olduğunu iddia etdiyi 24 saylı tikilinin özbaşına olmaqla hər hansı hüquqla onlara məxsus olması müəyyən edilmir.
21. Apellyasiya məhkəməsi qaz və elektrik sayğaclarının quraşdırılması haqqında aktlarda iddiaçının adının göstərilməsini, eləcə də evdə qeydiyyatının olmasına dair arayışları məhkəməyə müraciət etmək uçun əsas verən sübut kimi qəbul etməmişdir.
22. Apellyasiya məhkəməsi həmçinin qeyd edib ki, adıçəkilən ünvanda iki ev olsa da, onlardan hansının 24, hansının 24A olmasını müəyyən etmək mümkün olmayıb.
23. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən iddiasının subut edə bilməməsinə istinad edərək iddianı rədd edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. İddiaçı qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətində sübutların düzgün araşdırılmamasına, maddi və prosessual hüquq normalarının pozuntusuna istinad edilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-6193/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
26. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konstitusiyanın norması birbaşa hüquqi qüvvəyə malikdir və mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddia ərizə sinin rədd edilməsi üçün əsas sayıla bilməz. Çünki, sözügedən evin faktiki mövcudluğu mülki iş materialları ilə istisna olunmur. Apellyasiya instansiyası məhkəməsi özü də bu faktı inkar etməmişdir. Cavabdehin izahatı ilə də müəyyən olunur ki, mübahisəli tikilidən uzun müddətdir ki, yaşayış sahəsi kimi istifadə olunur və həmin tikili faktiki olaraq onun sahibliyində, istifadəsindədir. Əksinə, iddiaçının evə köçürülmə tələbindən evin özbaşına tikili olması əsasına görə imtina edilməsi, hamının qanun qarşısında bərabərlik prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların verilməsinə səbəb ola bilər. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-cı maddəsində də şəxsin özbaşına tikilidə yaşamasını və oradan yaşayış sah əsi kimi istifadə etməsini birbaşa qadağan edən müddəa yoxdur. Bakı şəhərində bu statusda kifayət qədər tikililər vardır və həmin tikililərdə çoxsaylı insanlar yaşayır.
27. Kassasiya instansiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara, o cümlədən işdə iştirak edən şəxslərin izahatlarına Azərbaycan Respublikası MPM-nin 88, 106.1-ci maddələrinin tələblərinə uyğun olaraq hüquqi qiymət verməmiş, mübahisəli ünvana, tikiliyə dair eyni qurum tərəfindən verilmiş çoxsaylı arayışlar arasındakı ziddiyyətlərə aydınlıq gətirməmiş, iddiaçının iddia etdiyi tikilinin yerində mövcud olub-olmamasını, həmin tikili ilə cavabdehin bilavasitə yaşadığı evin eyni və ya fərqli tikililər olmasını və sair halları araşdırmamış, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suallara, o cümlədən 2-ci Alatava yaşayış massivində faktiki olaraq neçə tikilinin olmasına və sair suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza təyin edib rəy almamış, iddiaçının bilavasitə kommunal xərcləri hansı tikiliyə görə ödəməsini, onunla sözügedən müqavilələrin hansı tikililərə görə bağlanmasını aydınlaşdırmamış, həmin müqavilələrin bağlanmasına əsas olmuş sənədlərin surətlərini məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən, Yasamal rayonu, 56 saylı MKİS-i tərəfindən 2-ci Alatava yaşayış massivində yerləşən, 24 saylı və 24 “A” saylı evlərin ayrıayrı tikililər olması, onların biri-birinə bitişik olmaması, giriş-çıxışlarının ayrı olmasına dair çoxsaylı arayışların hansı mötəbər sübutlara əsaslanmaqla verilməsini dəqiqləşdirmədən, hansı dəlillərə əsasən iddia çının apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, iddiaçının tələblərini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, cavabdehin hüquqi statusuna görə özbaşına tikili olan mübahisəli evə yiyələnməsi üçün qanunsuz əsas yaratmışdır. Halbuki, prosessual normaların mənasına görə, xüsusi bilik tələb edən suallara iş üzrə müvafiq ekspertizalar keçirilib rəylər alınmaqla aydınlıq gətirilə bilər; məhkəmə işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir; eyni zamanda məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxla malı və qiymətləndirməlidir.
28. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12726/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və Vahid Sadıqov)
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Bunun üçün iddia üzrə 3 hal aydınlaşdırılmalıdır: şəxs köçmək istədiyi yerdə yaşayıbmı; şəxs yaşadığı yerdən məhrum edilibmi; məhrumedilmə qanunidirmi. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı bir hüququ olmasın.
31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflərin heç birinin ev üzərində qanunla qorunan hər hansı hüquqları olmadığından tərəflər həmin evə münasibətdə faktiki olaraq bərabər statusa malik olmuşlar.
32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatda olduqları üçün və mənzilin kommunal haqlarını iddiaçı ödədiyi üçün cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur.
33. Apellyasiya instansiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 139.1, 146.1, 180.2-ci maddələri ilə əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. Cavabdeh qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2958/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gönd ərilmişdir.
36. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçılarla cavabdehin istinad edilən fərdi yaşayış evinə münasibətdə eyni statusda olmalarına istinad etsə də, gəldiyi bu qənaətlə hec cür uzlaşmayan və hər hansı əsaslandırmaya söykənməyən cavabdehin həmin fərdi yaşayış evindən çıxarılmasına dair nəticəyə gəlmişdir
37. Kassasiya instansiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaya etirazının əsası kimi 24a saylı müstəqil tikilinin mövcud olmaması, habelə bununla bağlı iddiaçı tərəfin təqdim etdiyi arayışlar arasında ziddiyyətlərin olmasından ibarət dəlillərinə də qiymət verməmişdir.
38. Kassasiya instansiyası xüsusi ilə vurğulayıb ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kolle giyasının hazırki iş üzrə çıxardığı xx xxxxxxxx 2018-ci il tarixli qərarında şərh edilən göstərişlərə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl edilməyib, 2-ci Alatava yaşayış massivində faktiki olaraq neçə tikilinin olmasını və sair hallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza təyin edib rəy almamışdır. ə) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
39. İşə üçüncü dəfə apellyaisya instansiyasında baxılarkən xx xxxx 2019-cu il tarixli qərardadla məhkəmə-tikinti ekspertizası təyin edilmişdir. 40.Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2019-ci il tarixli 22061 saylı rəyinə əsasən 2-ci Alatavada yerləşən 24 saylı və 24 A saylı evlər ayrı-ayrı tikililərdir. Bir-birinə bitişik deyil, giriş-çıxışları ayrı olmaqla 24 A saylı ev 2 mərtəbəli, 24 saylı ev isə bir mərtəbə lidir. Eyni zamanda baxış zamanı mübahisəli bir mərtəbəli yaşayış evi yolun alt hissəsində, iki mərtəbəli yaşayış evi isə yolun üst hissəsində yerləşməklə, həmin evlərə giriş–çıxış yolu ayrı-ayrı küçələrdəndir. Lakin həmin evlərə dair hüquqmüəyyənedici sənəd (Çıxarış) olmadığından yaşayış evlərinin dəqiqliklə ünvanlarını müəyyən etmək mümkün deyil. Evlərin ünvanlarını müəyyən etmək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aiddir. Bakı şəhəri Yasamal rayon 2-ci Alatava yaşayış massivində yolun üst hissəsində 455 kv.m torpaq sahəsində yerləşən iki mərtəbəli 6 otaqlı, 145,7 kv.m yaşayış sahəsi 63,3 kv.m köməkçi sahələrdən, 29,35 kv.m qaraj, 22,36 kv.m açıq eyvan, 58,87 kv.m talvar (pilləkən meydança sı ilə birlkdə) və 89,42 kv.m yarımzırzəmi sahəsindən və yolun digər hissəsində bir mərtəbəli yaşayış evinin ümumi sahəsi 168,35 kv.m ibarətdir.
41. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-325/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı, azyaşlı uşaqları X3 və X4 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24 A ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakimlər – Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Xəyal Sarıyev)
42. Apellyasiya məhkəməsi işdəki çoxsaylı sübutlara, o cümlədən ekspert rəyinə istinadən müəyyən edib ki, tərəflərin formal ünvan olaraq adlandırdıqları həm 24 saylı, həm də 24 A saylı ünvanlarda yaşayış evləri mövcuddur, həmin evlər bir-birindən təcrid olunmuş şəkildədir və onların ayrıca giriş-çıxışlarl var.
43. Apellyasiya məhkəməsi onu da müəyyən edib ki, hər iki ünvanda yerləşən tikilillər faktiki olaraq cavabdehin sahiblik və istifadəsindədir, iş üzrə iddiaçı və ailə üzvləri formal olaraq adlandırılmış 24 A saylı ünvanda qeydiyyatdadırlar. İddiaçının 24 saylı ünvan adlandırılmış evlə uzun illər əvvəl əlaqəsini kəsməsi və həmin ünvanda yerləşən evdə əşyasının olmaması mübahisəsizdir
44. Apellyasiya məhkəməsi qeyd edib ki, cavabdeh iddiaçının 24A saylı ünvanda yerləşən evlə hər hansı əlaqəsinin olmaması, həmin evin onun özü tərəfindən tikilməsi, tamamilə onun istifadə və sahibliyində olmasını göstərsə də, iddiaçının 24A saylı evlə hər hansı bağlılığının olmamasına dair hər hansı sübuta istinad etməmişdir.
45. Apellyasiya məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə mövqeyi belə olub ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: şəxs köçmək istədiyi yerdə yaşayıbmı; şəxs yaşadığı yerdən məhrum edilibmi; məhrum edilmə qanunidirmi.
46. Apel lyasiya instansiyası hesab edib ki, hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda cavabdeh onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır.
47. Apellyasiya instansiyasına görə məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Mübahisəli ev özbaşına tikilidir və tərəflər faktiki olaraq bir-birindən üstün hüquqlara və birbirini evdən istifadə etməklə bağlı əldə etmiş olduqları hüquqlardan məhrum etməyə yönələn hərəkətlərlə bağlı səlahiyyətlərə malik deyildirlər. Cavabdehin yaşadığı və evdən istifadə ilə bağlı əldə etmiş şərtlər daxilində iddiaçının da öz uşaqları ilə birlikdə mənzildən istifadə etmək imk anları təmin olunmalıdır.
48. Apellyasiya məhkəməsi qeyd edib ki, Mülki Məcəllənin 180.2-ci maddəsi tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarını istisna etsə də, onun özbaşına tikilidən yaşamaq məqsədilə istifadə etməsini qadağan etmir.
49. Bununla belə apellyasiya məhkəməsi hesab edib ki, iddiaçıya münasibətdə bu imkanların tanınması ona cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb etməklə bağlı subyektiv hüquq vermir.
50. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəllənin 139.1, 146.1 və 180.2-ci maddələrin ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikay ətinin dəlilləri
51. Cavabdeh kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
52. Kassasiya şikayətində işin faktiki halları sadalanıb, iddiaçının atasının dəfnində iştirak etməməsinə, evin Cavabdeh atası tərəfindən vəsiyyət edilməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
53. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
54. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Ramazanov Aslan Sultan oğlu kassasiya sikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
55. Məhkəmə iclasında İddiaçı vəkili X9 oğlu kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdi. Tətbiq edilə n hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apell yasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində Cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunu və dəlillərindən görünür ki, qətnamə iddianın təımin edilən hissəsində mübahisələndirilir. Bu baxımdan, məhkəmə kollegiyası da qətnaməni iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməs inin Cavabdeh mübahisələndirdiyi hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
60. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya instansiyasının göstərişlərinə əməl edərək, iş üzrə ekspertiza təyin etmiş və işdə olan çoxsaylı sübutlarla yanaşı, ekspert rəyinə əsasən iddiaçının kömək istədiyi 24A saylı evin eyni ünvanda yerləşən 24 saylı evdən ayrı olmasını müəyyən etmişdir.
61. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olduğu üçün tərəflər faktiki olaraq bir-birindən üstün hüquqlara və bir-birini evdən istifadə etməklə bağlı əldə etmiş olduqları hüquqlardan məhrum etməyə yönələn hərəkətlərlə bağ lı səlahiyyətlərə malik deyildirlər. Qanunvericilik özbaşına tikintiyə dair sərəncam vermək ixtiyarını istisna etsə də, özbaşına tikilidən yaşamaq məqsədilə istifadə edilməsini qadağan etmir.
62. İşin müəyyən edilmiş halları iddiaçının azyaşlı uşaqları ilə iddia etdiyi evə köçürülməsini şərtləndirdiri üçün, apellyasiya məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini düzgün olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən ləğv etməklə iddianı qismən təmin etmişdir.
63. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbə r tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Hüseyn oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2020 il tarixli 2(103)325/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.