Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-238/2022 29.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Zərdab rayonu Səməd Vurğun adına Qaravəlli kənd tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-238/22 (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili X2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2(107)1421/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 29 mart 2022- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh Zərdab rayonu Səməd Vurğun adına Qaravəlli kənd tam orta məktəbinə qarşı iddia qaldıraraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin 01 mart 2021-ci il tarixli, 99 saylı əmrinin etibarsız hesab edilməsi, Zərdab rayonu Səməd Vurğun adına Qaravəlli kənd tam orta məktəbində informatika, riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.M.Qubadov ) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 16 sentyabr 2013cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Zərdab rayonu Səməd Vurğun adına Qaravəlli kənd tam orta məktəbinə informatika, riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilib. 01 mart 2021-ci il tarixdə iddiaçı yazılı ərizə ilə cavabdehə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə 01 mart 2021-ci il tarixdən xitam verilməsini xahiş edib və işəgötürənin 01 mart 2021-ci il tarixli, 99 saylı əmri ilə yazılı ərizəsi nəzərə alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 mart 2021-ci il tarixdən xitam verilib. Bundan sonra, 03 mart 2021-ci il tarixdə iddiaçı yazılı ərizə ilə işəgötürənə müraciət edərək, 01 mart 2021-ci il tarixdə yazdığı ərizədən imtina etdiyini bildirib əvvəlki işinə bərpa edilməsini xahiş edib. Eyni zamanda, işəgötürənin 04 mart 2021-ci il tarixli, 100 saylı əmri ilə orta ixtisas təhsilli X3 04 mart 2021-ci ildən 14 iyun 2021-ci il tarixədək cavabdehə informatika müəllimi vəzifəsinə işə qəbul edilib. Göründüyü kimi, əmək qanunvericiliyi işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin iki qaydasını nəzərdə tutub: birincisi, işçinin bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməsi; ikincisi, işçinin ərizəsində göstərdiyi gün. Yəni, işçi öz istəyi ilə əmək müqaviləsinə xitam vermək istəyirsə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Bir ay ərzində işçi işə çıxmalı və gündəlik işlərini görməlidir. Xəbərdar edilmənin vaxtı ərizə veriləndən növbəti gün başlayır. Lakin, işçi və işəgö türən razılığa gəldikdə əmək müqaviləsinə ərizədə göstərilən gün də xitam verilə bilər. Sonuncu halda yuxarıda göstərilənlərə riayət olunması tələb olunmur. Birinci halda xəbərdarlıq müddəti bitənədək işçinin istədiyi vaxt öz ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verməsi imkanını nəzərdə tutsa da, ikinci halda, yəni işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verməsi halında işçinin istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilməsi imkanını nəzərdə tutmur. Hazırki halda iddiaçı, 01 mart 2021-ci ildən öz təşəbbüsü ilə ərizəsində göstərdiyi gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etdiyindən və bundan sonra, onun yerinə başqa bir işçi işə götürüldüyün dən, iddia əsaslı sayıla bilməz. Bundan başqa, işəgötürənin iddiaçıya hər hansı zor işlədib, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla onun iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur etməsi halı müəyyən edilmir və iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 68, 69-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Vəkil sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zərdab Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 68, 69-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ka ssasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Akif Əliyev kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Zərdab rayonu Səməd Vurğun adına Qaravəlli kənd tam orta məktəbi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də nümayənd əsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Maddənin 2-ci hissəsinin a) bəndinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Maddənin 2-ci hissəsində göstərilir ki, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Maddənin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Maddənin 4-cü hissəsinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Maddənin 5-ci hissəsində göstərilir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Maddənin 7-ci hissəsinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək q adağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəiəsini n qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 16 sentyabr 2013-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Zərdab rayonu Səməd Vurğun adına Qaravəlli kənd tam orta məktəbinə informatika, riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilib. 01 mart 2021-ci il tarixdə iddiaçı yazılı ərizə ilə cavabdehə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə 01 mart 2021-ci il tarixdən xitam ve rilməsini xahiş edib və işəgötürənin 01 mart 2021-ci il tarixli, 99 saylı əmri ilə yazılı ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə 01 mart 2021-ci il tarixdən xitam verilib. Bundan sonra, 03 mart 2021-ci il tarixdə iddiaçı yazılı ərizə ilə işəgötürənə müraciət edərək, 01 mart 2021-ci il tarixdə yazdığı ərizəsindən imtina etdiyini bildirib əvvəlki işinə bərpa edilməsini xahiş edib. Eyni zamanda, işəgötürənin 04 mart 2021-ci il tarixli, 100 saylı əmri ilə orta ixtisas təhsilli X3 04 mart 2021-ci ildən 14 iyun 2021-ci il tarixədək cavabdehdə informatika müəllimi vəzifəsinə işə qəbul edilib. Hazırda iddiaçı, işəgötürənin onunla bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 68, 69-cu maddələrində nəzərdə tutulmuş əsasları və qaydaları pozmaqla xitam verdiyini, əmək müqaviləsin ə xitam verilməsi barədə ərizəni işəgötürənin hədə-qorxu təsiri altında, öz iradəsinin əleyhinə olaraq yazdığını göstərib, işəgötürənin 01 mart 2021-ci il tarixli, 99 saylı əmrinin etibarsız hesab edilib, Zərdab rayonu Səməd Vurğun adına Qaravəlli kənd tam orta məktəbində informatika, riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsini iddia edir. Cavabdeh Zərdab rayonu Səməd Vurğun adına Qaravəlli kənd tam orta məktəbinin direktor əvəzi Fazil Kərimov isə yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul edib və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmasına razı olduğunu bildirib və ərizəsini 01 mart 2021-ci il tarixli, 99 saylı əmrin müqavilə şərtlərinin birtərəfli və heç bir yazılı və ya şifahi xəbərdarlıq olmaması şəra itində verməsi ilə əsaslandırıb. Əvvəla, Əmək Məcəlləsinin 69-cu maddəsinin adından göründüyü kimi həmin norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir. Hazırki halda tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən məhz iddiaçı özü çıxış edir. Başqa sözlə desək, sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var- işçi və işəgötürən. Əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququ dur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. Bu mənada, “müqavilənin ləğvi” anlayışı ilə, “müqavilənin ləğvinin rəsmiləşdirilməsi” anlayışlarını eyniləşdirmək olmaz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 və 3-cü hissələrinin tələblərini düzgün təfsir edib və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun ərizədə göstərdiyi gün xitam verməklə düzgün nəticəyə gəlib. Nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinə görə, normativ-hüquqi aktın maddəsi hissələri özündə birləşdirən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir və ümumi anlamda “maddənin hissəsi” ifadəsindəki “hissə” sözü ona dəlalət edir ki, o, tamın bir hissəsidir, tamın hissələri isə həmişə bir-biri ilə qarşılıqlı əlaqədə olur. Bu mənada, hər hansı maddənin hissələri düzgün tətbiq edilə bilməsi üçün ayrı-ayrılıqda deyil, hamısı birlikdə tamamlanmış normativ müddəanı əks etdirdiyi üçün bir-biri ilə qarşılıqlı əlaqədə təfsir edilməli və qiymətləndirilməlidir. Əks halda, maddənin bu və ya digər hissəsinin ayrıca və yaxud digər hissələrindən təcrid olunmuş şəkildə təfsiri səhv tətbiqə səbəb ola bilər. Belə ki, Əmək Məcəlləsinin 69-cu m addəsinin 1-ci hissəsi işçinin əmək müqaviləsini ləğv etmək hüququnun realizəsinin ümumi qaydasını (1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə), 3-cü hissəsi isə bu qaydadan istisnanı (həmin hallardan biri mövcud olduqda) nəzərdə tutur. Yəni, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən- işçinin yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısqamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Bu hallardan biri olduqda, işçi ümumi qaydadan kənara çıxıb 1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etmədən də, ərizəsində qeyd etdiyi gün əmək müqaviləsinin ləğv edilməsinə dair təşəbbüslə çıxış edə bilər. Sözügedən maddədə işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin istisna qaydasının nə üçün müəyyən edildiyini düzgün başa düşmək üçün ilk növbədə “1 ayın” məqsədi aydınlaşdırılmalıdır. Yaddan çıxarmaq olmaz ki, Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Bu halda 1 ayın məqsədi məhz işəgötürənin mənafeyinin müdafiəsidir, yəni işçinin işəgötürəni 1 ay əvvəlcədən xəbərdar etmək vəzifəsi və yalnız müəyyən hallarda bu müddəti gözləmədən müqaviləyə xitam vermək hüququnun olması işəgötürəni müdafiə etmək üçün nəzərdə tutulub. Çünki, işdən çıxma nəticəsində iş yerində işin normal ahənginin pozulmasının qarşısını almaq üçün işəgötürən yeni işçi tapmalı və ya digər tədbirlər görməlidir, bunun üçün isə işəgötürənə vaxt lazımdır. Bir aylıq müddətin adından da göründüyü kimi, o, xəbərdaredicidir, yəni işçi işəgötürəni xəbərdar edir ki, 1 aydan sonra işləməyəcək, öz mənafeyinin müdafiəsi üçün lazımi tədbir görsün. İşçinin xəbərdarlıq etmədən qəfildən işdən çıxıb getməsi işəgötürənə zərər vurulmasına səbəb ola bilər. Ona görə də, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin üzərinə vəzifə qoyur ki, əgər əmək müqaviləsini ləğv etmək istəyirsə, 1 ay qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməlisən ki, işəgötürənin iş prosesində problemləri yaranmasın. Eyni zamanda, işəgötürəni 1 ay əvvəl xəbərdar etmək işçinin vəzifəsi olduğu halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ona imtiyaz verir və həmin norma bu imtiyazdan ist ifadə olunması əsaslarını müəyyən edir. Yəni, müstəsna hallar olmadıqda, 1 aylıq xəbərdarlıq müddətini gözləmək işçinin vəzifəsi sayılır. İşəgötürənin isə, qanunvericiliyin ona verdiyi hüququndan yararlanmaq və ya yararlanmamaq seçimi var (hətta Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində sadalanmış hallar olmadıqda belə). Əgər işçi, həmin hallar olmadığı halda, 1 ay gözləmək istəmədiyini bildirirsə və onun müqaviləni bəlli tarixdən ləğv etməsini işəgötürəndən xahiş edirsə, işçiyə bu şəkildə güzəştə getməsi isə işəgötürən üçün bir problem yaratmırsa, işəgötürən öz hüququndan imtina edərək işçini 1 ay gözləməyə məcbur etməyə də bilər. Bu baxımdan Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulan istisna qayda işəgötürənin 1 aylıq xəbərdarlıq müddəti ilə qorunan mənaf eyindən daha mühüm mənafelər mövcud olduğu halda işçinin əmək müqaviləsini ləğv etmək hüququnun ərizəsində göstərilən gün realizə edilməsinə işəgötürən tərəfindən yaradıla biləcək maneələri aradan qaldırmağa xidmət edir. Yəni, daha mühüm mənafe sayılan bu hallardan biri olduqda, işəgötürən işçidən artıq 1 aylıq müddətə əməl etməsini tələb edə bilməz və borcludur ki, belə hallarda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv etmə faktını rəsmiləşdirsin və bu barədə müvafiq əmr versin. Lakin, bu o, demək deyildir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilmiş hallar olmadıqda əmək müqaviləsi işçinin ərizəsində göstərilən gün ləğv edilə bilməz. Hər bir halda işçi və işəgötürən qarşılıqlı razılıq əsasında xəbərdarlıq müddətinin tətbiqindən imtina edə bilərlər. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsində göstərilir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Bu qayda həm də o mənanı verir ki, əgər işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstəribsə (yəni 1 aylıq xəbərdarlıq müddətindən istifadə etmək istəmirsə), işəgötürən isə xəbərdarlıq müddətindən istifadə etmədən ərizəsində göstərilən gündə əmək münasibətlərinin dayandırılmasına razıdırsa, əmək müqaviləsi ərizədə göstərilən gün ləğv edilə bilər. Bu qayda müqavilə münasibətlərinin təbiətindən irəli gəlir. Çünki, müqavilə münasibətləri üçün azadlıq, tərəflərin bərabərliyi və sərbəst iradə ifadəsinə xas olm aqla, əgər müqavilənin hər iki tərəfi onun ləğvi barədə razılaşırsa, qanunda isə əks göstəriş yoxdursa, onların razılığı tətbiq olunur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsində müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra onun əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə etdiyi müraciətlərinin heç bir hüquqi qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsi həmçinin apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçı, 01 mart 2021-ci il tarixdə öz təşəbbüsü ilə ərizəsində göstərdiyi gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etdiyindən və bunda n sonra, onun yerinə başqa bir işçi işə götürüldüyündən, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. İddiaçı kassasiya şikayətində sözügedən ərizəni işəgötürənin zor, hədə-qorxu təsiri altında öz iradəsinə uyğun olmayaraq yazdığını göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir k i, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən, işin mübahisə olunmayan hallarına görə iddiaçı 16 sent yabr 2013-cü ildən fasiləsiz və etirazsız olaraq Zərdab rayonu Səməd Vurğun adına Qaravəlli kənd tam orta məktəbində informatik, riyaziyyat müəllimi vəzifəsində işləyib və işlədiyi müddətdə hər hansı intizam xətasına yol verməyib. Habelə, iddia ərizəsindən, iddiaçının izahatından, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, iddiaçı, 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin riyaziyyat-informatika fakültəsini bitirib, lakin Universitet 2009-cu ildə ləğv edildiyi üçün diplom ala bilməyib. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsi onun iradəsini ifadə etməməsi mülki iş materialları ilə təsdiq edilməsə də, onun həmin ərizəni məhz “riyaziyyat-informatika” ixtisası üzrə tam kursu bitirməsinə dair müv afiq diplomunun olmamasına görə yazması iddia ərizəsi, apellyasiya və kassasiya şikayətinin dəlilləri ilə istisna edilmir. İddiaçının deməsinə görə o, işə qəbul olunarkən Zərdab rayonu Səməd Vurğun adına Qaravəlli kənd tam orta məktəbinə Azərbaycan Beynəlxalq Universitetində təhsil almasına dair arayış təqdim edib. Kassasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Rusiya Federasiyası “X1 Universiteti”nin Dövlət Attestasiya Komissiyasının 11 iyun 2016-cı il tarixli qərarı ilə iddiaçıya “Riyaziyyat-informatika” ixtisası üzrə Riyaziyyat və İnformatika müəllimi kvalifikasıyası verilib. Habelə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 08 fevral 2022-ci il tarixli arayışına görə iddiaçı, həqiqətən sözügedən Universitetin dipolmunun, yəni xarici ali təhsil ixtisasının Azərbayc an Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün elektron ərizə ilə Agentliyə müraciət edib və təqdim edilmiş sənədlər hazırda araşdırma ərəfəsindədir. Cavabdeh Zərdab rayonu Səməd Vurğun adına Qaravəlli kənd tam orta məktəbinin direktor əvəzi Fazil Kərimovun birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı ərizədən görünür ki, o, iddianı qəbul edərək iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmasına razı olduğunu bildirib və ərizəsini 01 mart 2021-ci il tarixli, 99 saylı əmrin müqavilə şərtlərinin birtərəfli və heç bir yazılı və ya şifahi xəbərdarlıq olmaması şəraitində verməsi ilə əsaslandırıb. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin iddianı etiraf etməsi işə baxan məhkəmələr tərəfindən qəbul edilməsə də, bu hal iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsindən sonra onun ümumi əsaslarla yenidən Zərdab rayonu Səməd Vurğun adına Qaravəlli kənd tam orta məktəbinə informatika, riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilməsinə mane olmur. İddiaçının 16 sentyabr 2013-cü il tarixdən fasiləsiz və etirazsız olaraq Zərdab rayonu Səməd Vurğun adına Qaravəlli kənd tam orta məktəbində informatik, riyaziyyat müəllimi vəzifəsində işləməsi və işlədiyi müddətdə hər hansı intizam xətasına yol verməməsi də bu qənaətə gəlməyə əsas verir. Kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhk əməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2(107)-1421/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-238/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-238/2022
29.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver