Məhkəmə qərarları › İş №2(102)-238/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-238/2024

13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-238/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3058/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdehin kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə bağlanmış "xxxx"yə görə MTK, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsinin cənub başlanğıcında, 3137-ci məhəllədə tikməkdə olduğu 16 mərtəbəli yaşayış binasının 1-ci keçidində, sahəsi 101 kv.metr olan 2 otaqlı 27 nömrəli mənzili İddiaçı satmış, İddiaçı (alıcı) həmin mənzili almış, müqavilənin 2.2-ci bəndində MTK-nın tikintini xx.xx.2007-ci il tarixədək başa çatdıraraq, mənzili alıcıya təhvil verməsini öhdəsinə götürdüyü, 3.1-ci bəndində, tərəflərin mənzilin ümumi sahəsinin hər kv.metrini 356 şərti maliyyə vahidi məbləğdə (1 şmv = 1 ABŞ dolları) qiymətləndirməklə mənzilin ümumi qiymətini 36.000 ŞMV məbləğdə dəyərləndirmələri barədə razılaşdıqları, 5.3-cü bəndində mənzilin alıcıya təhvil verilərkən yen idən ölçüləcəyi, müqavilədə göstərilən ölçünün fərqinin son hesablamada nəzərə alınacağı təsbit olunmuşdur. Müqavilənin 4.1-4.2-ci bəndlərinə əsasən, müqavilə imzalandığı tarixdə qüvvəyə minir, xx.xx.2008-ci il tarixinədək qüvvədədir. 2. 31.10.2020-cü il tarixli çıxarışa əsasən, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 3137-ci məhəllə ev-mənzil 27 (yeni qaydada: AZ1138 Bakı şəhəri Yasamal rayonu A.M.Şəfizadə küşəsi 37, M5, m5) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, çıxarışda mənzilin ümumi sahəsi 88,10 kv.metr göstərilmişdir.

3. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinin və Dövlət Şəhərsalma və Arxitektura Komi təsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmadan hesablanarkən Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 3137-ci məhəllə 27 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 37, M5, m5) ümumi sahəsi 92,6 kv.metr, həmin qanunvericiliyin tələbləri nəzərə alınaraq hesablandıqda isə 88,1 kv.metr təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006cı il tarixli mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən müqavilədə göstəriləndən 12,9 kv.metr az sahə verdiyi üçün artıq alınan 4.592,4 ABŞ dollarının və əldən çı xmış fayda olaraq 17.049,62 ABŞ dollarının, yəni cəmi 21.642 ABŞ dollarının ödəniş tarixinə manatla ekvivalentinin "xxxx" MTK-nın hüquqi varisi Cavabdeh MMC-dən və onun mülkiyyətçisi X1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3973/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Azər-Yurd MTK ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə bağlanmış və xx.xx.2008-ci il tarixədək qüvvədə olan müqavilənin 5.3-cü bəndinə əsasən tərəflər mənzil alıcıya təhvil verilərkən yenidən ölçülməsi, müqavilədə göstərilən ölçünün fərqi artıq-əskik olarsa, bu fərq son hesablamada nəzərə alınması şərtini müəyyən ets ələr də, müqavilədə mənzil təhvil verilərkən hesablama qaydası göstərilmədiyindən, həmin mənzilin sahəsinin müqavilə bağlanarkən qüvvədə olan qaydalara uyğun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə mümkün olmamışdır. İddiaçı mənzili təhvil alarkən müqavilənin bu şərtinin yerinə yetirilməsini, yəni təhvil aldığı mənzilin MTK-nın nümayəndəsi ilə birlikdə sahəsinin ölçülməsinə dair tərtib olunan hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. İddiaçı mənzilə dair mülkiyyət hüquqları qeydə alındıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən aparılan ölçülərə əsasən mənzilinin ölçülərinin 88,10 m2 olmasını müəyyən edərək artıq ödədiyi 4592,4 ABŞ dollarının, əldə n çıxan faydaya görə 17049,62 ABŞ dollarının MTK-nın hüquqi varisindən və cavabdeh kimi iddia ərizəsində qeyd etmədiyi K.Y.Hüseynovdan tələb edir.... Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının tələbi, mənzilə dair mülkiyyət hüquqlarını qeydə alarkən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən mənzilin sahəsinə dair aparılan hesablamalar xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsaslandığından, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin tələblərinin yalnız mənzilin inventarlaşdırılması və müvafiq reyestrdə qe ydiyyata alınması zamanı nəzərə alınması mükün olduğundan, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi olmadığından, onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edildiyindən, xx.xx.2006-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən tərəflər öhdəliklərini yerinə yetirdiklərindən, alıcının müqavilənin 2.3-cü bəndi ilə müəyyən olunan hüququnun yaranması üçün müqavilə ləğv edilmədiyindən, əksinə bu müqaviləyə xx.xx.2008-ci il tarixdə müddətinin bitməsi ilə bağlı xitam verildiyindən, öz pul vəsaiti üzərində sərəncam vermək hüququ iddiaçıya aid olduğu üçün daşınmaz əmlak əldə etmək və ya pul vəsaitini depozitə qoymaq iddiaçının seçimi olduğundan, özünün seçiminə görə fayda əldə edə bilməməsi halı belə, müqavilə öhdəliklərini icra edən Azər-Yurd MTK-nın iddia çının əldən çıxardığı faydaya görə məsuliyyət daşımadığından iddia ərizəsi təmin edilə bilməz.” b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-911/2022 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əms allarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuşdur ki, mənzil son variantda daxili sanitar avadanlığı quraşdırılmadan və son tamamlama işləri görülmədən alıcıya təhvil veriləcək, arakəsmələr alıcının təqdim etdiyi eskiz-çizgi əsasında MTK tərəfindən tikiləcək, elektrik naqilləri və kommunikasiya xəttləri çəkildikdən sonra keyfiyyətlə, mayak üsulu ilə suvanacaqdır. Həmçinin, yuxarıda da göstərildiyi kimi, müqavilənin 5.3-cü bəndində, mənzilin alıcıya təhvil verilərkən yenidən ölçüləcəyi, müqavilədə göstərilən ölçünün fərqinin son hesablamada nəzərə alınacağı təsbit olunmuşdur. Kollegiya müqavilənin 1.3-cü və 5.3-cü bəndlərini xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olun an halla (§ 48) birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayılmalıdır. O da nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə- bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (§ 23-24). İşin hallarından və iddiaçının bilavasitə özünün bildirdiklərindən aydın olur ki, mənzil ona 2010-2011-ci illər ərzində təhvil verilmiş və o, mənzilin ölçüsündə mövcudluğunu irəli sürdüyü qüsur barədə 2012-ci ilin əvvəllərində xəbərdar olmuşdur.” c) Kassasiya instansiyası məhkəməsində icraat

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-131/2023 nömrəli iş üzrə 21 fevral 2023-ci il tarixli qərarı ilə (sədrlik edən M.Əhmədova, hakimlər V.Həsənov, Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-911/2022 saylı 18 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

12. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “... tərə flər sərbəst iradə ifadəsi bildirərək müqavilə bağlamış və müqavilənin şərtlərini müəyyən etmişlər. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə yaşayış binasının xarici divaraltı sahələrinin mənzilin sahəsinə aid edilməsi ilə bağlı ağlabatan əsaslandırma aparmamış, yenə də iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi kimi ümumi ifadələrdən istifadə etməklə iddianı təmin etməmişdir. H ansıki, qanunvericilik mənzilin sahəsinin hesablanmasını dəqiq müəyyən etmişdir. Belə ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Məhkəmə iddiaçının irəli sürdüyü hansısa əsası sübuta yetirə bilməməsinə istinad edirsə, həmin əsasın və yaxud halın nədən ibarət olmasını göstərməli və təqdim edilmiş sübutların kifayət etməməsini əsaslandırmalıdır. İşin müəyyən edilən faktiki halları isə, iddiaçının irəli sürdüyü dəlillərin təsdiq olunduğunu ehtiva edir. Beləki, iddiaçı sahəsi 101 kv.m olan 2 otaqlı mənzilin dəyərini ödəsə də, ekspert rəyi ilə mənzilin faktiki sahəsi 88.1 kv.m təşkil edir. İddiaçının sübut etməli hal burada bitmiş hesab olunur. Mənzilin sahəsinin müqavilədə göstəriləndən az olm amasını əsaslandırmaq artıq cavabdehin üzərinə düşür. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bundan başqa, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstə rilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri- müəyyən hallar (sahənin Tikinti və Şərhərsalma qanunvericiliyinə uyğun deyil, başqa qaydada hesablanması və.s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3058/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi “iddia tələbinin artıq alınan pulun təmin edilməməsi hissəsində ləğv ed ilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 2.990,4 ABŞ dolları (ödəniş gününə dolların manata olan məzənnəsi ilə) pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz cavabdeh Azər-Yurd MTK (hüquqi varisi Azər-yurd A MMC) tərəfindən pozulmuş, tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən iddiaçı sahəsi 101 kv.m olan 2 otaqlı mənzilin dəyərini ödəsə də cavabdehə ödəsə də, cavabdeh mənzilin sahəsinin müqavilədə göstəriləndən daha az, yəni, ümumi sahəsi 92.6 kv.m təşkil edən mənzil vermişdir. Bu da iddiaçın haqlı narazılığına sə bəb olmuşdur. Cavabdehdəndən tutulmalı olan pul məbləğ ilə bağlı isə kollegiya qeyd edir ki, iddiaçı tələbində müqavilə üzrə cavabdeh tərəfindən 12,9 m2 az sahə verildiyi üçün artıq alınan 4592,4 ABŞ dolları tələb etsə də, ekspert rəyi ilə müəyyən edilir ki, cavabdeh tərəfindən müqavilə üzrə 8.4 m2 az sahə verilmiş, Tərəflər arasında müqaviləyə əsasən mənzilin hər kvadratmetri üçün şərti maliyyə vahidi 356 ABŞ dolları müəyyən edilmişdir ki, bu zaman Az verilmiş 8.4 k.m sahəni şərti maliyyə vahidi 356 ABŞ dollarına vurduqda alınan məbləğ 2990,4 ABŞ dolları təşkil edir. Belə olan halda iddia tələbinin iddia tələbinin artıq alınan pulun təmin edilməməsi hissəsi üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə əsassızdır. Ona görə də məhkəmənin qətnaməsi həmin hissədə ləğv edilməli və iddia tələbi qismən təmin edilməklə, Cavabdeh MMC-dən 2990,4 ABŞ dolları (ödəniş gününə dolların manata olan məzənnəsi ilə) pul tutularaq İddiaçı ödənilməlidir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan kassasiya şikayətləri verərək, qətnamənin ləğv edilib, iddiaçı iddianın təmin edilməsini, cavabdeh rədd edilməsini xahiş etmişlər.

16. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qətnamədə tətbiq e dilən bu maddi norma da (Mülki Məcəllənin 449.1-ci maddəsi) iddiaçını aldadaraq hələ 2007-ci ildə aldığı və bu günədək qaytarmadığı (12,9 kv.m x 356) 4.592,4 şərti maliyyə vahidini (ABŞ dollarını) 16 ildə cavabdeh öz biznesinə sərf edərək ondan kifayət qədər faydalanmaqdadır. Sözsüz, həmin məbləğ onda qalsaydı onu ən azından depozit kimi əlverişli bir banka yatırar, artan yekunla ən azı (17.049,62 ABŞ dollarnın manatla məzənnəsi x 1,7) 28.983 manat qazanc əldə edərdi. Bu rəqəm əldən çıxmış fayda deməkdir.

17. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, işin hallarından və iddiaçının bilavasitə özünün bildirdiklərindən aydın olur ki, mənzil ona 2010-2011-ci ilər ərzində təhvil verilmiş və o, mənzilin ölçüsündə mövcudluğunu irəli sürdüyü qüsur barədə 2012-ci ilin əvvəllərində xəbərd ar olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri onun kassasiya şikayətinin dəlillərinə uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə m əsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin v əsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi i stinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərar: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərar: “MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkə mə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüq uqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edil məsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərar: “... icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.” “Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərar: “... Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhd əliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətlərində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətlərdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ha lları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

28. İlk olaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər, kredit borcunu vaxtında ödəməməklə borclu kredi tora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir, eyni Məcəllənin 449.1-ci maddəsində isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən bank uçot dərəcəsini əsas götürməklə faizlərin ödənilməsi tənzimlənmişdir.

29. Bu kontekstdə iddiaçının kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, Konstitusiya Məhkəməsinin qərarlarında (§23) verilən şərhlər və Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinin təfsirindən irəli gələn nəticələr nəzərə alındıqda, kreditorun (iddiaçının) adıçəkilən normalara istinadən ona faizlərin ödənilməsini tələb edə b ilməsi üçün borclunun (cavabdehin) həmin anadək kreditiora ödənilməmiş pul məbləğinin mövcud olması yaxud sonuncunun kreditora məxsus pul vəsaitini qanunsuz saxlamaqla bu vəsaitdən faydalanması şərtdir. Hazırkı iş üzrə iddia qaldırılanadək isə cavabdehin iddiaçıya hər hansı ödənilməmiş məbləğdə pul borcunun olması yaxud onun pul vəsaitini qanunsuz saxlamaqla bu vəsaitdən faydalanması, habelə Mülki Məcəllənin 443.4-cü maddəsində (§21) təsbit edildiyi qaydada əldən çıxmış faydanın müəyyənləşdirilə bilməsi üçün iddiaçının onu əldə etmək üçün tədbir gördüyü və bu məqsədlə hazırlıq işləri apardığı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməmişdir.

30. Cavabdehin də kassasiya şikayətinin dəlilləri əsaslı deyil. Belə ki, mənzil ona 2010-2011-ci ilər ərzində təhvil verilmiş və o, mənzilin ölçüsündə mövcudluğunu irəli sürdüyü qüsur barədə 2012-ci ilin əvvəllərində xəbərdar olmuş iddiaçıya qarşı iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilməmişdir.

31. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3058/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı Xankışi oğlunun və Cavabdeh MMC-nin kassasiya şikayətləri təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar