Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2380/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı (Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintiyə X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə); iddiaçı Cavabdeh İddiaçı qarşı bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARİ İş № 2(102)-2380/2023 (Açar sözlər: istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri 23 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı (Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintiyə X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair birləşdirilmiş mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-637/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən birinci iş üzrə İddiaçı qəyyumu Qanuni nümayəndə və birinci iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətlərinə __ 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı atası mərhum X11 Aslanov arasında xx.xx.2010-cu il tarixdə Ömürlük renta müqaviləsi” bağlanmış, müqaviləyə əsasən B.Qasımov mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilini Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə B.Qasımovu ömrünün sonunadək saxlamaqla, insan yaşayışı üçün lazım olan zəruri xərcləri, o cümlədən qida məhsullarına çəkilən xərcləri, geyim, müalicə və sair xərcləri ödəməyi və lazımi xidmətlər göstərməyi, mənzilin təmiri ilə əlaqədar bütün işləri yerinə yetirməyi, öldükdən sonra onu dəfn etməyi, bütün dəfn xərclərini ödəməyi, hər ayın əvvəlində 100 manat pul ödəməyi öhdələrinə götürmüş lər.
2. İddiaçı X8 iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X8 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Ömürlük renta müqaviləsinin” ləğv edilməsi, həmin müqavilənin predmeti olan və Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzilinin üzərində X4 xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-891/2018 nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, lakin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019- cu il tarixli, 2(103)-3717/2019 nömrəli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, X8 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “ömürlük renta müqaviləsi” ləğv edilmiş, həmin müqavilənin predmeti olan və Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzili üzərində X4 xüsusi mülkiyyət hüququ bərpa olunaraq müvafiq qeydiyyatın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuş, Ağayeva Sarayxanım Musaxan qızının həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 5892/2019 nömrəli q ərarı ilə cavabdehlər Cavabdeh və Ağayeva Sarayxanım Musaxan qızının kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi, eləcə də vurulmuş maddi zərərə görə (əldən çıxmış fayda) 25.000 manat, mənzilin bərpası üçün tələb olunan 25.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (birinci iş).
5. İddiaçı qəyyumu Qanuni nümayəndə vəsatəti əsasında Bakı şəhəri Yasamal ray on İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintiyə X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.
6. Eyni zamanda, iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinin təmiri və yaxşılaşdırılması, abad saxlanması, kommunal xərcləri və renta üçün çəkdiyi xərclər olaraq ümumilikdə 51236 manat və mənəvi ziyan olaraq 20.000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi, mənzildən çıxmağı ilə pulun ödənilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (ikinci iş).
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-c i il tarixli, 2(004)550/2021 nömrəli qərardadı ilə qeyd olunan mülki işlər bir icraatda birləşdirilmişdir.
8. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)516/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin təyin edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1466 nömrəli ekspert rəyindən müəyyən edilib ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 2 otaqlı 79 nömrəli mənzilinin eyvan və dəhliz tikilisində əlavə divarın hörüldüyü və yaşayış otağından eyvana keçən hissədə pəncərə altının söküldüyü müəyyən edilmişdir. Lakin mənzilin əsas yük daşıyıcı elementləri üzərində hər hansı bir dəyişiklik və yenidənqurma işlərinin aparılmadığı nəzərə a lınaraq, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində əsaslı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 8.443 manat müəyyən olunur. Hazırda mənzil yaşayış və yardımçı tikililərdən ibarət olmaqla, orta təmirli vəziyyətdə olduğunu nəzərə alaraq mənzilin yaşayış üçün yararlı olduğu müəyyən edilir. Mənzilin bir otağı köhnə təmirlidir, orada təmir işləri aparılmayıb.
10. İddiaçı qəyyumu Qanuni nümayəndə və vəkili Nümayəndə1 məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatlarında bildirmişdirlər ki, Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin qüvvəyə minməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh mənzili boşaldaraq mülkiyyətçi İddiaçı qəyyumu kimi ona təhvil verməkdən imtina edir. Nəticədə mülkiyyətçiyə maddi və mənəvi zərər vurulur. Mənzildə təmir işlərinin aparılıb-aparılmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə ekspertizası keçirilmişdir. Ekspertizanın xx.xx.2021-ci il tarixli 10/1466 nömrəli ekspert rəyi ilə dəqiq müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan mənzildə cavabdeh tərəfindən bir sıra dəyişiklik aparılmışdır. Həmin dəyişiklik nəticəsində 1 yaşayış otağının hüdudları dəyişdirilərək digər otaqla olan keçidi ləğv olunmuş və əvəzinə həmin otağın ölçüləri kiçildilmiş, süni şəkildə dəhliz uzadılmışdır. Bundan başqa rəydə qeyd olunur ki, mənzi lin eyvanı sökülərək dəyişdirilmiş və otağa qatılaraq, kərpic və plastik pəncərələrlə bağlanmışdır. Bu da iddiaçının açıq havada asudə vaxtının keçirilməsinə mənfi təsir göstərəcəkdir. Çünki, səhhəti ilə əlaqədar hər dəfə o, aşağı düşə bilməyəcək və belə olduğu halda, mənzildə yeganə olan eyvanın süni şəkildə bağlanılması eyvanda təmiz hava qəbul olunmasını mümkünsüz edəcəkdir. Cavabdeh təmir işlərini iddiaçıdan icazəsiz aparmış, icra hakimiyyətindən razılıq almamışdır. Hesab edirlər ki, cavabdeh tərəfindən aparılmış əsassız dəyişikliklər ləğv olunmalı və mənzilin texniki pasportunda olduğu kimi eyvan divarları bərpa olunmalı və mənzilin bu hissəsi əvvəlki vəziyyətə gətirilməlidir. Amma nəzərə alınsa ki, bunun üçün xeyli məbləğdə pul vəsaiti tələb olunacaqdır. Bu səbəbdən, həmin məbləğ hes ablanmalı və hesablanma aktına uyğun olaraq bərpa işlərinin dəyəri müəyyən olunmalı və nəticədə, bu pul məhz cavabdehdən tutulmalıdır. Mənzilə ekspertlə birlikdə baxış keçirilərkən mənzildə təmirin yenicə aparılması hiss olunurdu, çünki, boya qoxusu gəlirdi. Ekspert rəyini hazırlayarkən və 8443 manat qiymət qoyarkən indiki qiymətləri əsas götürüb. Əslində ekspert 2012-2014-cü illərin qiymətlərini götürməli idi. Bu halda mənzilin təmirinə xərclənən vəsait 4.000-5.000 manat təşkil edə bilər. Mənzildə bir otaq istisna olmaqla, digər hissələrində təmir aparılıb. Parket köhnədən vurulmuşdur, üstünə rəng vurulub. Cavabdeh təmiri özü üçün edib və hazırkı vaxta kimi mənzildən istifadə edib. Cavabdeh renta müqaviləsi üzrə öhdəliyini yerinə yetirməyib. Bu səbəbdən məhkəmə tərəfindən müqavilə ləğv edilib. Cavabdeh Zülfüqar oğlunun iddiaçıya məxsus olan Bakı şəhəri Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi, eləcə də vurulmuş maddi zərərə görə (əldən çıxmış fayda) 25.000 manat, mənzilin bərpası üçün tələb olunan 25.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi haqqında və Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Cavabdeh nümayəndəsi (anası) X16 məhkəmə iclasında İddiaçı qəyyumu Qanuni nümayəndə iddiasını qəbul etməmiş, Cavabdeh iddiasını müdafiə etmiş və izahatında bildirmişdir ki, X8 ilə Cavabdeh arası nda bağlanmış xx.xx.2010-cu il tarixli “Ömürlük renta müqaviləsi”nin şərtlərinə görə, renta alan Bahadur Qasımovun öhdəliyi mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilini renta ödəyicisi Cavabdeh mülkiyyətinə vermək, Cavabdeh öhdəliyi isə B.Qasımovu ömrünün sonunadək saxlamaqla, insan yaşayışı üçün lazım olan zəruri xərcləri, o cümlədən qida məhsullarına çəkilən xərcləri, geyim, müalicə və sair xərcləri ödəmək və lazımi xidmətlər göstərmək, mənzilin təmiri ilə əlaqədar bütün işləri yerinə yetirmək, öldükdən sonra onu dəfn etmək, bütün dəfn xərclərini ödəmək, hər ayın əvvəlində 100 manat pul ödəməkdən ibarət olmuşdur. Cavabdeh müqavilə öhdəliyini yerinə yetirmişdir. Buna baxmayaraq X8 məhkəmədə iddia qaldırmış və məhkəmə qətnamələrinə əsasən renta müqaviləsi ləğv edilmiş, Bahadur Qasımov xx.xx.2018-ci ildə öldükdən sonra Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzili xx.xx.2020-ci il tarixdə onun qızı İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilini əsaslı təmir etdirmiş, külli miqdarda vəsait xərcləmişdir. Çünki, mənzil yaşamaq üçün tamamilə yararsız olmuşdur. İddiaçı xx.xx.2009-cu il tarixdə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində anlaqsız vəziyyətdə bacısı X5 qətlə yetirmişdir. Bununla bağlı hadisə yeri müayinə edilmiş və DİN Kriminalistik Təhqiqatlar İdarəsi tərəfindən İddiaçı barəsində olan cinayət işi üzrə mənzildə fotoşəkillər çəkilmişdir. Həmin fotoşəki llər mənzilin yaşayış üçün tamamilə yararsız olmasını və zir-zibillə dolu olduğunu təsdiq edir. Şəkilləri cinayət işinin materiallarında əldə edərək məhkəməyə təqdim etmişdir. Ekspertizanın xx.xx.2021-ci il tarixli rəyində göstərilən 8.443 manat təmir xərci ilə razı deyildir. Çünki, mənzildə əsaslı təmir işləri aparılmış, uzun illər yığılıb qalmış zibillər mənzildən daşınmışdır. Təmir işləri mərhum Bahadur Qasımovun özünün razılığı ilə aparılmışdır. Bu səbəbdən çəkilmiş xərclər tam ödənilməlidir. Cavabdeh təqdim etdiyi 2020-ci ildə tikinti və təmir işlərinə dair smetaya əsasən mənzildə aparılmış əsaslı təmir işlərinin xərci tikinti materiallarının dəyəri 16.704 manat, görülən işlərin xərci 22.286 manat olmaqla, cəmi 38.990 manat təşkil edir. Hesab edir ki, təmir xərcləri hesablanarkən Cava bdeh təqdim etdiyi smeta əsas götürülməlidir. Təmirdən əvvəl eyvan açıq olmuş, evin təmiri zamanı eyvanla otağın arasındakı qapı və pəncərə, həmçinin pəncərənin altı sökülmüş və eyvanın kənarları hörülmüş, pəncərə qoyulmaqla, otağa qatılmışdır. Otağın yükdaşıyan divarlarında hər hansı bir dəyişiklik edilməyib. Odur ki, İddiaçı qəyyumu Qanuni nümayəndə iddiasının rədd edilməsini, Cavabdeh iddia tələbinin təmin edilməsini, Cavabdeh yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinin təmiri və yaxşılaşdırılması, abad saxlanması, kommunal xərcləri və renta üçün çəkdiyi xərclər olaraq ümumilikdə 51.236 manat və mənəvi ziyan olaraq 20.000 manat pulun İddiaçı tutulub Cavabdeh ödənilməsi, mənzildən çıxarılma ilə pulun ödənilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(004)- 516/2021 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) birinci iş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququ itirilməsi, cavabdehin mənzilindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçının qəyyumu Qanuni nümayəndə təhvil verilməsi, iddianın qalan hissələrdə rədd olunması, eyni zamanda ikinci iş üzrə sözügedən mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8443 manatın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissələrdə rədd olunması, hər iki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumlarının iddiaçıların özlərinə aid edilm əsi, iş üzrə keçirilmiş ekspertiza xərci kimi 100 manatın 50 manatının İddiaçı, qalan 50 manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qətnamənin mənzildən çıxarılma ilə təmir xərcinin əvəzinin ödənilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə müəyyən etmidir ki, İddiaçı atası mərhum Bahadur Qasımovla Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Ömürlük renta müqaviləsi” bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3717/2019 nömrəli qətnaməsi ilə iddiaçı mərhum X4 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edi lmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, X8 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “ömürlük renta müqaviləsi” ləğv edilmiş, həmin müqavilənin predmeti olan və Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzili üzərində X4 xüsusi mülkiyyət hüququ bərpa olunaraq müvafiq qeydiyyatın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuş, Ağayeva Sarayxanım Musaxan qızının həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-5892/2019 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh və Ağayeva Sarayxanım Musaxan qızının kassasiy a şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
13. Mübahisə predmeti olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
14. İddiaçı xx.xx.2009-cu il tarixdə yaşadıqları Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində anlaqsız vəziyyətdə bacısı X5 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi həyatdan məhrum etmişdir. Bu səbəbdən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli 1(101)-637/210 nömrəli qərarı ilə Azərbaycan Respublikası CPM-in 477.3- cü maddəsinə əsasən İddiaçı cinayət məsuliyyətindən və cəzadan azad olunm uş, barəsində Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)4853/2010 nömrəli qətnaməsinə əsasən xx.xx.1969-cu il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 32 nömrəli sərəncamı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-4853/2010 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1969-cu il təvəllüdlü İddiaçı üzərində onun atası X8 qəyyum təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx. xx.2018-ci il tarixli AZ-İ 904618 seriyalı ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X8 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində kəskin ürək çatışmazlığı səbəbindən ölmüşdür. Bundan sonra Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 69 nömrəli sərəncamı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)- 4853/2010 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1969-cu il təvəllüdlü İddiaçı mülkiyyətlərinə hüququ olmadan əmisi Qanuni nümayəndə qəyyum təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 32 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir.
15. Cavabdeh Zülfüqar oğlu tərəfdən məhkəməyə təqdim olunmuş 2020-ci ildə tikinti və təmir işl ərinə dair smetada göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində aparılmış əsaslı təmir işlərinin xərci tikinti materiallarının dəyəri 16.704 manat, görülən işlərin xərci 22.286 manat olmaqla, cəmi 38.990 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1466 nömrəli ekspert rəyinə əsasən mənzildə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 8.443 manat müəyyən olunmuşdur. Göründüyü kimi, Cavabdeh qanuni əsaslarla, yəni xx.xx.2010-cu il tarixli ömürlük renta müqaviləsi əsasında Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzilinə köçmüş, mənzilin bir ota ğı istisna olmaqla digər hissələrində təmir işləri aparmışdır.
16. Məhkəmə qeyd etmişdir ki Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3717/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra İddiaçı qəyyumu Qanuni nümayəndə mənzilin boşaldılmasını Cavabdeh tələb etsə də, sonuncu qanuni əsas olmadan mənzili boşalmaqdan imtina etmişdir. Bundan sonra Cavabdeh Zülfüqar oğlunun həmin mənzildə yaşamaqda davam etməsi qanunsuz olmuşdur. Nəticədə İddiaçı mülkiyyət hüquqları pozulmuşdur.
17. Eyni zamanda, Cavabdeh mənzilə qanuni əsaslarla köçdüyünə və təmir işlərini mərhum Bahadur Qasımovun razılığı ilə apardığına görə, həmin mənzilin təmirinə çəkdiyi xərcin əvəzini mülkiyyətçidən tələb etməkdə haqlıdır. Mülkiyyətçi İddiaçı qəyyumu mənzilin təmirinə çəkilən xə rcləri ödəməkdən imtina etdiyinə görə Cavabdeh Zülfüqar oğlu mənzili hazırkı vaxta kimi boşaltmamışdır.
18. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, İddiaçı qəyyumu Qanuni nümayəndə iddia tələbi - Cavabdeh Zülfüqar oğlunun iddiaçıya məxsus olan Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslı olsa da, iddia tələbi qalan hissədə, yəni - vurulmuş maddi zərərə görə (əldən çıxmış fayda) 25.000 manat, mənzilin bərpası üçün tələb olunan 25.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində əsassızdır və bu hissələrində təmin edilə bi lməz. O cümlədən birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh mənzilin təmirinə çəkilmiş 8.443 manat xərcin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olsa da, iddia tələbi qalan hissələrində, yəni - təmiri və yaxşılaşdırılması, abad saxlanması, kommunal xərcləri və renta üçün çəkdiyi xərclər olaraq tələb etdiyi 51.236 manatdan 8.443 manatı istisna olmaqla, qalan 42.793 manat vəsaitin və mənəvi ziyan olaraq 20.000 manat pulun İddiaçı tutulub Cavabdeh ödənilməsi hissəsində əsassızdır və bu hissədə iddia təmin edilə bilməz.
19. Məhkəmə Cavabdeh mübahisəli mənzilin təmirinə - materiallarının alınmasına 16.704 manat, görülən işlərin xərci kimi 22.286 manat olmaqla, cəmi 38.990 manat vəsait xərcləməsini ağlabatan hesab etməmiş və onun təqdim etdiyi smetanı mötəbər sübut kimi qəbul etməmişdir. x x.xx.2021-ci il tarixli 10/1466 nömrəli ekspert rəyində göstərilən 8.443 manat təmir xərcini ağlabatan və mötəbər hesab etmişdir. Çünki, ekspertiza tədqiqatının aparılması üçün, hakimin, tərəflərin və ekspertin iştirakı ilə mübahisəli mənzilə baxış keçirilmişdir, ekspertin müəyyən etdiyi qiymət - 8.443 manat işin həqiqi hallarına uyğun gəlir (mənzil iki otaqdan ibarətdir, bir otağında ümumiyyətlə təmir işləri aparılmayıb). Həmçinin Cavabdeh mənzildə təmir işləri aparsa da, uzun müddətdir həmin mənzildə kirayə haqqı ödəmədən yaşayır və təmirli mənzildə özü yaşamaqla, faydalanır. Bu səbəbdən Cavabdeh mənzilin təmiri üçün daha artıq vəsait xərcləmiş olsa belə, ekspert rəyində göstərilən 8.443 manat vəsaitdən artığını tələb etməkdə haqlı deyildir.
20. Məhkəmə mövqeyini əsaslandırarkən Azərba ycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4, 157.7, 21.1, 21.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Qətnamədən hər iki tərəf ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
22. Birinci iş üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə müəyyənləşdirilir ki, təmir işlərindən yalnız cavabdeh və anası faydalanmış, mərhum Bahadur Qasımovun yaşadığı otaq ümumiyyətlə təmir olunmamış və o, demək olar ki, ölənə qədər cavabdeh və onun anası ona zülm etdiklərinə görə öz evindən didərgin düşərək məcburən başqa ünvanda qalmışdır. Ümumiyyətlə işə baxan məhkəmə cavabdehin mərhum B.Qasımova qarşı törətdikləri qanunsuzluqların mahiyyətini tam olaraq nəzərə almamış, nəticə etibarilə natamam qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəmənin fəaliyyət qabiliyyətsizliyi, psixi pozuntusu olan və daim qəyyumluq altında olan iddiaçıdan əsassız olaraq tələb olunan külli miqdarda pul hissəsində cavabdehin iddiasını qismən təmin edərək, qət edilmiş pulun qaytarılması ilə cavabdehin mənzildən çıxarılma hissəsinin eyni vaxtda icra olunmasını ilə əlaqələndirilməsi nə məntiqə, nə də ki qanuna sığmır. Çünki, iddiaçı bu pulu heç bir zaman ödəyə bilməyəcəyindən, cavabdeh yenə də ona maddi zərər vurmaqla qanunsuz olaraq ona məxsus mənzildə anası ilə birgə yaşamaqla yanaşı, mülkiyyətçi və ümumiyyətlə mənzillə heç bir hüquqi bağlılığı olmadan, əsassız olaraq mənzildə yaşayacaqdır. Halbuki, mənzil üzərində Lauranın sahiblik və istifadə hüququ bərpa olunsa idi, iddiaçı mənzili 3-cü şəxslərə kirayə verərək, hər ay azı 400 manat pul əldə edə bilər və həmin qazancdan məhkəmənin cavabdehin xeyrinə ödənlməli olan pulu qaytara bilərdi. Həmçinin, təmir xərcinin bu məbləğdə müəyyən edilməsi də ağıla sığan deyil, çünki, cavabdeh hələ əvvəlki işlər üzrə keçirilmiş bütün məhkəmə iclaslarında 2012-ci ildə mənzilin təmin etdirilməsini bildirmiş və bu təmir işləri üçün gah 50000 manat, gah da 65000 manat xərc çəkdiyni bildirmişdir. Amma məhz müqavilə öhdəliklərini qərəzli olaraq yerinə yetirilməməsi səbəbindən, 2019-cu ildə Bakı Apellyasiya M əhkəməsinin qətnaməsi ilə müqavilə ləğv olunmuşdur. İndi isə 3 il vaxt keçdiyinə görə, müqavilə tərəfi olmayan, yalnız mərhum Bahadur Qasımovun övladı olduğuna görə bu absurd iddia tələbi qismən təmin olunmuş və bu böyük pul məbləğdə pulun cavabdehə qaytarılması öhdəliyi qoyulmuşdur. Ümumiyyətlə cavabdehin həyata keçirtdiyi təmirdən 10 ilə yaxın vaxt keçmiş, bu illər ərzində yalnız özü bu təmirdən yararlanmış və məhz özü də ki, estetik zövq almışdır. Həmçinin tamamilə qanunsuz olaraq, 9 il öncə olunmuş təmiri daha effektiv göstərmək üçün həm məhkəməni, həm də eksperti aldadaraq bir sıra kosmetik işlər bilavasitə ekspertizadan öncə həyata keçirilmişdir. Təmir olunmuş otaqda olan kimyəvi tərkibli iy (yəni, rəng mənşəli qoxu) baxış zamanı açıq-aşkar mənzildə hiss olunmuşdur. Bundan başqa, təm ir 9 il bundan öncə olunsa da, ekspert indiki qiymətlərlə hesablama aparmışdır. Həmçinin, təmir işləri zamanı çəkilən usta xərcləri də nəzərə alınmaya bilər. Çünki hər hansı bir ustaya xidmət haqqının ödənilməsi haqqında cavabdeh tərəfindən bir qəbz belə məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən ekspert rəyində öz əksini tapmış mənzilin balkon hissəsinin, otaqların bir birindən ayırılması nəticəsində dəhlizin (korridor) süni şəkildə yaradılması faktına da məhkəmə tərəfindən diqqət yetirilməmişdir. Çünki bu dəyişikliklər nəticəsində mənzil daxili layihə əsaslı olaraq, cavabdeh tərəfindən qanunsuz dəyişdirilmişdir. İndi isə bu dəyişikliklərin əvvəlki vəziyyətə gətirilməsi üçün xeyli məbləğdə pul vəsaiti və vaxt tələb olunur. Amma məhkəmə işə tələsik baxaraq, dəyişkilklərin ləğvi üçün nə qədər pul vəsaitinin tələb olunduğunu araşdırmamış və bunun üçün də əlavə ekspertiza təyin etməmişdir. Halbuki, iddinın bir hissəsi məhz bu tələbdən ibarət idi. Qeyd olunmalıdır ki, mənzilin eyvanı sökülməsi, iddiaçının açıq havada asudə vaxtı keçirməsinə mənfi təsir göstərəcəkdir, çünki, səhhətilə əlaqəqdar o, hər dəfə aşağı düşə bilməyəcək və eyvanın süni şəkildə bağlandığından orada da təmiz hava qəbul etməsi mümkünsüz olacaqdır. Nəticədə, etibarilə, hər dəfə təbii havanın qəbul olunacağı ilə əlaqədar iddiaçı küçəyə çıxmaq məcbur olacaq. Ona görə də, cavabdeh tərəfindən aparılmış əsassız dəyişikliklər ləğv olunmalı və mənzilin texniki pasportunda olduğu kimi eyvan divarları bərpa olunmalı və mənzilin bu hissəsi əvvəlki vəziyyətə gətirilməlidir. Lakin bunun üçün xeyli məbləğdə pul vəsa iti tələb olunacağı nəzərə alındıqda bərpa işlərinin dəyəri müəyyən olunmalı və bu pul məhz cavabdehdən tutulmalıdır.
23. İkinci iş üzrə cavabdeh isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən ekspert rəyini əsas götürsə də, ekspertizanın rəyində göstərilən 8443 manat təmir xərci ilə razı deyildir. Ona görə ki, mənzildə Bahadur Qasımovun özünün razılığı ilə əsaslı təmir işlən aparılmış, uzun illər yığılıb qalmış zibillər mənzildən daşınmışdır. Məhkəməyə təqdim etdiyi 2020-ci ildə tikinti və təmir işlərinə dair smetaya əsasən mənzildə aparılmış əsaslı təmir işlərinin xərci tikinti materiallarının dəyəri 16704 manat, görüiən işlərin xərci 22286 manat olmaqla, cəmi 38990 manat təşkil edir. Göründüyü kimi, mənzilin təmirinə çəkdiyi xərci təsdiq edən mütəxəssis rəyi ilə (38990 manat) ekspert tərəfindən verilmiş rəy (8443 manat) arasında kəskin fərq olmasına baxmayaraq, məhkəmə bu hala aydınlıq gətirməmiş, hansısa səbəbdən ekspert rəyini əsas tutmuşdur. Halbuki, həmin ziddiyəti aradan qaldırmaq üçün məhkəmə ən azından komissyon ekpertiza təyin etməli idi.
24. Cavabdeh tərəfin sifarişi əsasında keçirilmiş ekspertiza üzrə “X2” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 309 saylı rəydə mənzildə aparılmış tikinti-təmir və quraşdırma işlərinə real bazar qiymətinə uyğun olaraq təqribən 27649 manat məbləğində (xidmət haqqı və tikinti materialları daxil olmaqla) vəsait xərcləndiyi müəyyən edilmişdir.
25. Apellyasiya icraatında iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması, mübahisəli halların dəqiqləşdirilməsi istiqamətində xüsusi bilik tələb edən sualların cavablandırılması məqsədilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
26. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1849 saylı ekspert rəyindən göstərilib ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilində əsaslı təmir-tikinti işləri aparılmamış, mənzildə yerinə yetirilmiş yenidənqurma və təmir-tikinti işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 9836 manat təşkil edir.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-637/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi) Fuad Babayev və Şərafət Məmmədova) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(004)-516/ 2021 saylı qətnaməsindən birinci iş üzrə İddiaçı qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci iş üzrə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(004)-516/2021 saylı qətnaməsi “Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8443 manatın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissəsində dəyişdirilmiş, həmin hissədə İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan müvafiq pul vəsaitinin məbləği 9836 (doqquz min səkkiz yüz otuz altı) manat müəyyən edilmişdir. Qətnamə apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
28. Məhkəmə kolleg iyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8443 manatın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissədə dəyişdirilməlidir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə əsasən hər iki iş üzrə iddiaların təmin olunmayan hissələrində (təmir xərci hissəsi istisna olunmaqla) birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. Çünki, tərəflər həmin hissələrdə iddia tələblərin əsa sı kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişdir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilə çəkilmiş təmir xərclərinin məbləğini düzgün müəyyən etməmişdir. Bu səbəbdən də cavabdehin apellyasiya şikayəti qeyd edilən hissədə qismən təmin olunmalı, qətnamə həmin hissədə dəyişdirilərək, mənzilin təmirinə görə tutulmalı olan pul vəsaitinin məbləği 9836 manat müəyyən edilməlidir. Tərəflər bunun əksini təsdiq edə və əsaslandıra bilməmişlər. Bununla yanaşı, cavabdeh vəsatət verərək kompleks ekspertizanın təyin olunmasını xahiş etsə də, vəsatəti əsaslandıra bilməmiş, eyni zamanda ekspertiza rəyinin əsassızlığı ilə bağlı dəlillərini təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə kollegiyası qeyd edilən hissədə yenidən eksper tizanın təyin olunmasını zəruri hesab etməmişdir.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının “mənzilə çəkilmiş xərclərinin ümumiyyətlə tutulmalı olmaması” barədə dəlilləri işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmadığından əsaslı sayıla bilməz.. İddiaçı apellyasiya şikayətində mənzildə təmir-tikinti işlərinin qanunsuz aparılmasını, mənzildə konstruktiv dəyişikliklərin aparılmasını və s. göstərmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh qanunsuz olaraq deyil, məhz renta müqaviləsinə, sonradan isə mülkiyyətçi hüquqlarına əsaslanaraq təmir-tikinti işlərini aparmışdır. Sonradan məhkəmə tərəfindən müqavilənin və mülkiyyət qeydinin ləğv olunması halı isə cavabdehi müvafiq yaxşılaşdırma xərclərini tələb etmək hüququndan məhrum etmir. Həmçinin işdə olan ekspert iza rəyindən görünür ki, mübahisəli mənzilin daxilində eyvan tikilisinin pəncərə altı divarının sökülməsi və dəhliz tikilisində əlavə divarın inşa olunması kimi konstruktiv dəyişikliklərin aparılması müəyyən olunmuş, lakin mənzilin yükdaşıyan divarlarında dəyişikliklər edilmədiyi və binanın yükdaşıyıcı sütunlarının sökülməsi və zədələnməsi kimi hallar müəyyən olunmamış, eləcə də mənzilin əsas yük daşıyıcı elementləri üzərində hər hansı bir dəyişiklik və yenidənqurma işləri aparılmamışdır.
32. İddiaçı apellyasiya şikayətində həmçinin göstərmişdir ki, qətnamədə tələblərin eyni vaxtda icra olunmasının qət edilməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən dəlillə də razılaşmayaraq bildimişdir ki, MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydasını müəyyən edə və onu q ətnamənin nəticə hissəsində göstərə bilər.
33. Bununla yanaşı, məhkəmə kollegiyası işin hallarını məcmu şəkildə nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi “qətnamənin mənzildən çıxarılma ilə təmir xərcinin əvəzinin ödənilməsi hissəsində eyni vaxtda icra edilməsini müəyyən etməklə qanunvericiliyin tələblərini pozmamış, əksinə ədalətli tarazlığın bərpasına nail olmuşdur.
34. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 386.1, 21, 157.6, 157.7, 1091.1, 1091.2, 1092.1, 1092.3, 1094-ci maddələrinə, MPM-in müvafiq maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olmuş hüquqi mövqeyə istinad etmişdir. Kassas iya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Birinci iş üzrə İddiaçı qəyyumu Qanuni nümayəndə kassasiya şikayəti verərək (vəkil X7) qətnamənin ləğv edilməsi və birinci iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti apelyasiya şikayətində göstərilən dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qarşı tərəfin təqdim etdiyi sənədlərdə göstərilənlərlərə dair heç bir araşdırma aparmadan həmin arqumentləri mötəbər sübut kimi qiymətləndirərək onları olduğu kimi qətnaməyə köçürmüşdür. Əslində isə cavabdeh tərəfin gətirdiyi dəlillər heç də həqiqəti əks etdirmir.
37. Birinci iş üzrə cavabdeh X12 oğlu kassasiya şikayəti verərək (vəkil X17) qətnamənin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağlanmış renta müqaviləsi üzrə öhdəliklər nə az, nə çox 8 il davam etmişdir. Göründüyü kimi, 8 il ərzində öhdəliklərin C. Aslanov tərəfindən icra olunması onun müqavilənin şərtlərinə düzgün əməl etməsinin bariz nümunəsidir. Belə ki, cavabdeh həmin 8 il ərzində özünü mərhum Bahadur Qasımova yaxşı tərəfdən göstərmiş və onunla uzun müddət bir evdə yaşamışdır. Cavabdehin mərhum Bahadur Qasımova olan xoşrəftarı onun gələcəkdə müqavilənin şərtlərinə uyğun olaraq mənzilin Bahadur Qasımovun vəfatından sonra onun olacağı anlamına gəlməkdədir və bu cavabdehdə mənəvi ruh yüksəkliyi yaratmışdır. Hal-hazırda isə onun mənəvi arzuları puç olmaqdadır və bu səbəbdən də m əhkəmə qarşısında 20.000 manat məbləğində mənəvi tələb qaldırmışdır. Lakin, çox təəssüf məhkəmə buna hüquqi qiymət verməmişdir. Həmin o müqavilədə göstərilən öhdəliklərdən biri də mənzilin təmiri ilə bağlı olan işlərin görülməsi idi. Cavabdeh tərəfindən də bu artıqlaması ilə yerinə yetirilmişdir. Hətta onun tərəfindən məhkəməyə 2020-ci ildə tikinti və təmir işlərinə dair smeta təqdim edilmişdir. Həmin smetada göstərilmişdir ki, sözügedən mənzildə aparılmış əsaslı təmir işləri üzrə tikinti materiallarının dəyəri 16704 manat, görülən işlərin xərci isə 22286 manat olmaqla, cəmi 38990 manat təşkil edir. Cavabdeh tərəfin sifarişi əsasında isə sonradan bir başqa ekspertiza keçirilmiş və aparılmış tikinti-təmir və quraşdırma işlərinə real bazar qiymətinə uyğun olaraq 27649 manat məbləğində (xidmə t haqqı və tikinti materialları daxil olmaqla) vəsait xərcləndiyi müəyyən edilmişdir. Göründüyü kimi çəkilən xərclər arasında böyük bir rəqəm fərqi yoxdur. Lakin, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin olunmuş və mənzildə əsaslı təmir-tikinti işlərinin aparılmadığı, yeri nə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 8443 manat olduğu müəyyən olunmuşdur. Apellyasiya məhkəməsi də öz növbəsində təkrar ekspertiza təyin edərək, birinci instansiya məhkəməsinin qətnaməsində məbləğin çox aşağı olduğunu hesab etmiş və bu səbəbdən mənzildə əsaslı təmir-tikinti işlərinin aparıldığını əsas gətirərək, bazar qiymətinə uyğun olaraq 9836 manat olduğu qənaətinə gəlmişdir. MPM-nin 81-ci maddəsində deyilir ki, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Əgər bu maddəyə dayanarsaq, cavabdeh tərəfindən məhkəməyə həm çəkilən xərclərlə bağlı smeta, həm də ekspert rəyi təqdim edilmişdir. Belə olan halda, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsində iki ayrı-ayrı ekspertizaların keçirilməsinə nə ehtiyac var idi? Bu onu deməyə əsas verir ki, məhkəmə bir tək Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyə istinad edir. Qətnamədə qeyd olunmuşdur ki, məhkəmə Cavabdeh mübahisəli mənzilin təmirinə - materiallarının alınmasına 16704 manat, görülən işlərin xərci kimi 22286 manat olmaqla, cəmi 38990 manat vəsait xərcləməsini ağlabatan hesab etmir və on un təqdim etdiyi smetanı mötəbər sübut kimi qəbul etmir. Lakin, hansı səbəblərə əsasən smetanı və digər ekspertiza rəyini mötəbər sübut kimi qəbul etməməsini açıqlamamışdır. Bu isə məhkəmə tərəfindən Cavabdeh hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh C. Aslanov məhkəməyə smeta və ekspert rəyi təqdim etməklə mənzilin təmirinə çəkilən xərcləri sübut etməyə yetərincə çalışmışdır. Lakin, məhkəmə buna hüquqi qiymət vermək əvəzinə əksinə smetada göstərilən xərcləri ağlabatan hesab etməmişdir. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Birinci iş üzrə İddiaçı kassasiya şikayətinə qarşı Cavabdeh və nümayəndəsi X9 tərəfindən etiraz daxil olmuşdur. Etiraz işin faktiki halları sadalanmaqla əsaslandırılmışdır.
40. Həmçinin İddiaç ı qəyyumu tərəfindən Cavabdeh kassasiya şikayətinin dəlillərinə dair yazılı mülahizə məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödən ilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
42. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan gö türdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
43. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
44. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əm lakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixo loji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: 46. -Qanunvericiliyin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və y a qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. 47. 2-ci bənd. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hü quqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Qətnamədən həm iddiaçı, həm də cavabdeh kassasiya şikayəti vermiş, iddiaçı kassasiya şikayətində qətnamənin ləğv edilərək iddiasının təmin edilməsini xahiş etdiyindən ona münasibətdə məhkəmə qətnaməsi yalnız iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Cavabdeh kassasiya şikayətində qətnamənin tam ləğvini xahiş etsə də, kassasiya şikayətinin dəlilləri yalnız onun iddiasının təmin edilməyən hissəsinə aid olduğundan məhkəmə aktı İddiaçı iddasının təmin edilməyən hissəsində və Cavabdeh iddiasının təmin edilməyən hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
59. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin İddiaçı mənzilin bərpası üçün tələb olunan 25.000 manat pul tələbinin və iddiaçı Cavabdeh mənzilin təmirinə çəkilən xərcin ödənilməsi tələbinin təmin edilməyən hissəsləri ilə bağlı iş üzrə gəldiyi nəticələr ilə razılaşaraq hesab edir ki, həmin hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
60. Hər iki kassasiya şikayətinin bu hissələrə dair dəlilləri apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğvinə əsas vermir.
61. Lakin məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçı X6 iddiasının əldən çıxmış faydaya görə 25.000 maddi ziyan və 10.000 manat mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, həmçinin maddi və prossesual hüquq normalarının tələblərinə zidd olduğu üçün əsaslı və qanuni sayıla bilməz.
62. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələr mübahisə predmeti olan mənzilə dair cavabdehin Cavabdeh qanuni əsaslarla, yəni xx.xx.2010-cu il tarixli ömürl ük renta müqaviləsi əsasında köçdüyünü, mənzilin bir otağı istisna olmaqla digər hissələrində təmir işləri apardığını, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X8 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “ömürlük renta müqaviləsi”nin ləğv edildiyini və qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh həmin mənzildə yaşamaqda davam etməsinin qanunsuz olduğunu və nəticədə İddiaçı mülkiyyət hüquqlarının pozulduğunu müəyyən etsələr də, iddiaçının buna görə tələb etdiyi 25.000 manat maddi ziyan tələbini və 10.000 manat mənəvi ziyan tələbini təmin etməmiş və bunu yalnız mülkiyyətçi İddiaçı qəyyumunun mənzilin təmirinə çəkilən xərcləri Cavabdeh Zülfüqar oğluna ödəməkdən imtina etdiyinə görə cavabdehin mənzili ha zırkı vaxta kimi boşaltmaması ilə əsaslandırmışdırlar.
63. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən də müəyyən edildiyi kimi cavabdehin mübahisəli mənzilə istifadə və sahibliyinin əsassız olmasını bildiyi və həmin mənzilə dair renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə qanuni qüvvəyə mindiyi andan həmin sahədən istifadəyə davam etməsi artıq qanunsuz olmuşdur.
64. Belə olduğu təqdirdə iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçinin, yəni iddiaçının özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya göt ürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
65. İddiaçı iddia ərizəsində cavabdehin mənzili uzun müddət boşaltmaması səbəbindən maddi ziyana məruz qaldığına, həmin mənzili digər şəxslərə ayda 500 manata kirayəyə verərək əldə etdiyi vəsaiti ehtiyaclarına xərcləmək imkanından məhrum olduğuna görə maddi ziyan və mənəvi ziyan tələb etmişdir.
66. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakında n məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”.
67. Məhkəmə kollegiyası bu tələblərin rədd edilməsi əsası kimi yalnız cavabdehin mənzildə apardığı təmir işlərinə cəkdiyi xərcin ona ödənilməməsinə istinad edilməsini əsaslı və qanuni hesab etmir. Belə ki, Mülki Məcəllənin 157.6 və 157.7-ci maddəsində nəzərdə tutulan vicdanlı sahibin əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ var, qanunvericilikdə bu tələb hüququnun vicdanlı alıcıya həmin əmlakı mülkiyyətçiyə geri qaytarmağı ləngitmək hüququ verməsi təsbit edilməmişdir.
68. Azərbaycan Respublikası mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxs lərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmçinin həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
69. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi İddiaçı mənzilin vaxtında geri qaytarılmamasına görə cavabdehin qanunsuz sahibliyində olduğu müddət üçün vurulmuş maddi və mənəvi ziyan tələblərini rədd edərkən yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə almamış, həmçinin mülki prosessual hüquq normalarının tələblərini pozaraq həmin tələbin rədd edilməsi barədə gəlinən nəticəni madd i hüquq normalarına istinad etməklə əsaslandırmamışdır.
70. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
71. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
72. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhk əmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
73. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən hissədə qeyd edilən tələblərə cavab vermir. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır.
74. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
75. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli və tam araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
76. Qətnamə digər mübahisələndirilən hissələrdə (İddiaçı iddiasının 25.000 manat mənzilin bərpasına görə maddi ziyan tələbinin təmin edilməməsi və iddiaçı Cavabdeh iddiasının təmin edilməməsi hissələrində) dəyişdirilmədən saxlanılmalıdır.
77. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli 2(103)637/2022 saylı qətnaməsi qismən, İddiaçı iddiasının 25.000 manat əldən çıxmış faydaya görə maddi ziyan və 10.000 manat mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə digər mübahisələndirilən hissələrdə (İddiaçı iddiasının 25.000 manat mənzilin bərpasına görə maddi ziyan tələbinin təmin edilməməsi və iddiaçı Cavabdeh iddiasının təmin edilməməsi hissələrində) dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.