Məhkəmə qərarları › İş №2(102)-2382/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2382/2019

15.04.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2382/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli 2(103)5594/2018 nömrəli qərardadından Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X1, X2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının B111 saylı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli 2(011)-1125/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(103)-5594/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər həmin qətnamədən kassasiya şikayəti vermiş və eyni zamanda kassasiya şikayətinin verilməsi müddətinin ötürülməmiş hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin 18.12.2 018-ci il tarixli 2(103)-5594/2018 nömrəli qərardadı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin ötürülməmiş hesab edilməsinə dair ərizə təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5594/2018 saylı mülki iş üzrə qəbul etdiyi 15 may 2018-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli 2(103)-5594/2018 nömrəli qərardadının ləğv edilərək ərizəyə yenidən baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya M əhkəməsinin 15 may 2018-ci il tarixli 2(103)-5594/2018 saylı qətnaməsini cavabdeh rəsmi olaraq almamışdır. Məhkəmə müdafiəsi hüququ şəxsə özü barəsində çıxarılmış məhkəmə aktı haqda məlumat əldə etmək hüququ verir, qərarı çıxarmış məhkəmənin isə həmin qərarı rəsmi qaydada şəxsə təqdim etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüquqi dövlət prinsipi həmçinin şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq əsaslandırmalı olduqlarını tələb edir. Göstərilənlər baxımından şəxsin barəsində çıxarılmış məhkəmə aktı haqqında bir fakt kimi məlumatlı olması ilə əsaslandırılmış formada həmin qərarı əldə etməsi arasında əhəmiyyətli fərqlər vardır. Qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini isə təsəvvür etmək mümkün deyildir. Çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə aktının rəsmi qaydada təqdim edilməsi tərəflərə əsaslandırılmış, yazılı məhkəmə qərarının (qətnamənin, qərardadın) verilməsini nəzərdə tutur. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ M ƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi 18.12.2018-ci il tarixli qərardadla Cavabdeh kassasiya şikayətini qeyri-mümkün hesab edərək geri qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci ma ddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(103)-5594/2018 saylı qətnaməsinin surəti 04 iyun 2018-ci il tarixdə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil rəsmi qaydada verilmişdir. Həmçinin qətnamənin surəti həmin tarixdə cavabdehlərin ünvanına göndərilmiş və həmin ünvanda rəsmi qaydada qəbul edilmişdir. Cavabdehlərin qətnamədən verdikləri kassasiya şikayəti isə 16 noyabr 2018-ci il tarixdə yəni 03 ay 12 gün sonra məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti m üəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Cavabdeh kassasiya şikayətində məhkəmə qətnaməsini rəsmi qaydada almadığını qeyd etsə də, iş materiallarının 118-ci səhifəsində olan xəbərnamədən görünür ki, cavabdehin ünvanına göndərilmiş qətnamə 04.06.2018-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul edilmişdir. Eyni zamanda, cavabdehin göstərilən ünvanda aşamadığı qəbul edilsə belə, cavabdehlərin səlahiyyətli nümayəndəsi tərəfindən qətnamə həmin tarixdə qəbul edildiyindən, kassasiya şikayəti vermə müddəti yenə də 04.06.2018-ci il tarixdən hesablanmaqla, kassasiya şikayəti vermə müddəti buraxılmışdır. Cavabdeh müddətin üzrlü səbəbdən buraxılması və müddətin bərpası barədə məhkəməyə mürac iət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlilləri iş materialları ilə təkzib edildiyindən həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin e dilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli 2(103)-5594/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar