Məhkəmə qərarları › İş №2(102)-2382/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2382/2023

19.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2382/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı oğlunun cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və X1rşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X14 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-185/2023 saylı iş üzrə 9 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:

1. İddiaçı (bundan sonra – iddiaçı) 2019-cu il tarixdən X27 Qoruğunun mühafizə yegeri vəzifəsindən qanunsuz əməlləri ilə başlanılmış cinayət işinin istintaqının aparıldığı müddətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəinin “c” bəndinə (iş vaxtı bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə) uyğun olaraq işdən kənarlaşdırılmış dır.

2. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla X8 və Təhqiqat İdarəsinin 20 may 2020-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərarına əsasən təqsirləndirilən şəxslər İddiaçı, X15 və X12 torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququnu pozmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi sübuta yetirilmədiyindən və onların əməlində Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibi olmadığından barələrində başlanmış cinayət təqibinə hissəvi xitam verilmiş və İddiaçı, X15 və X12 hərəkətlərində ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə cinayətinin tərkib əlamətləri olduğundan onların əməli Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə tövsif edilməklə X5 barəsində ayrılmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilməsi qərara alınmışdır.

3. Balakən rayon prokurorluğunun 04 noyabr 2021-ci il tarixli “Cinayət işi üzrə icraat xitam verilməsi haqqında” qərarına əsasən, İddiaçı, X15 və X10 tərəfindən Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsində nəzərdə tutulan ağır cinayətin törədilməsi barədə xəbər verməmə cinayətlərinə görə həmin şəxslərin cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə bağlı ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir.

4. X27 X9 Komitəsinin 14 fevral 2022-ci il tarixli 01 saylı protokola əsasən, əmək funksiyasını lazımınca yerinə y etirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə X27 Qoruğunun Axkimal sahəsinin 02 saylı dolayının mühafizə yegeri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq bildirilmişdir.

5. Əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə X27 Qoruğunun mühafizə yegeri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə 01 mart 2022-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin rəisi Firuddin Əliyev tərəfindən onun barəsində verilmiş 01 mart 2022-ci il tarixli 052/ü saylı əmrin ləğv edilməsi, onun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin X27 Qoruğuna mühafizə yegeri vəzifəsinə işə bərpa olunması və 01 mart 2022-ci il tarixdən etibarən qətnamə çıxarılanadək məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Balakən rayonu Mahamalar kəndində yaşayır. 1999-cu ildən X27 Qoruğunun “Axkimal” sahəsinin 02 saylı dolayısında meşə gözətçisi (yegeri) vəzifəsində işləmişdir. İşlədiyi müddətdə mühafizə yegeri kimi cinayətkarlıq və digər hüquqpozmalara qarşı sərt mübarizə aparmışdır. İşlədiyi müddətdə dəfələrl ə təltif olunmuş, narkotik vasitələrin kultivasiyası ilə mübarizədə hər zaman öndə olmuşdur. Bununla bağlı çoxlu faktlar vermişdir. Axtarışda olan cinayət törədən şəxsin Qoruq ərazisində gizləndiyinə görə yaxalayaraq hüquq mühafizə orqanlarına təhvil vermişdir. İşini vicdanla və ləyaqətlə yerinə yetirmişdir. Əmək funksiyasında nəzərdə tutulmadığı halda belə cinayətkarlıq və digər hüquqpozmalarla bağlı mübarizə aparmışdır. 23 ilə yaxındır ki, bu sahədə çalışır. Heç vaxt işlədiyi müddətdə inzibati tənbeh almamışdır. Heç bir narkotik vasitə qəbul etməmiş, heç bir vaxt narkotik tərkibli bitkilər əkməmiş, ya da kiməsə əkməyə icazə verməmişdir. 2019-cu ilin may ayının əvvəllərində X27 Qoruğunun 1 saylı dolayında torpaq sahəsi özbaşına zəbt olunaraq orada narkotik tərkibli bitkilər əkilib becər dilməsi ilə bağlı məlumat daxil olmuş, həmin məlumatı dəqiqləşdirmək üçün iş yoldaşları Rasim Dibirov və Yaşar Nəsibovla birlikdə 2019-cu ilin may ayının ortalarında qeyd olunan əraziyə yollanıb oraya baxış keçirmiş, baxış zamanı həmin ərazidə iş yoldaşı, X27 X17 yegeri X18 rayonu Gərəkli kənd sakini Eldar adlı şəxslə birlikdə qeyd olunan yerdə 500 ədəddən artıq narkotik tərkibli əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə bitkilərinin becərdiklərinin şahidi olmuş, həmin vaxt iş yoldaşı Mehmana narkotik vasitə olan bitkini tez bir zamanda onun dolayısından çıxarıb məhv etməsə, bu barədə hüquq mühafizə orqanlarına məlumat verəcəyini bildirmiş, bir neçə gün sonra yenidən həmin əraziyə getdikdə orada əkilmiş çətənə bitkilərinin kökündən çıxarıldığı məlum olmuş, bununla da Mehm an və Eldarın hərəkətlərinin ictimai təhlükəliliyi aradan qalxdığından hadisə barədə başqa heç kimə məlumat verməmişdir.

8. Bundan başqa 2019-cu ilin iyun ayının əvvəllərində yegerlik etdiyi ərazidə xidmət apararkən Elvin Süleymanov, Rəsul İsmayılov və Elşən Hacıyev ilə iş yoldaşı Zülfüqar Xəlilovun narkotik vasitə olan çətənə bitkilərinin əkildiyini aşkar etmiş, iş yoldaşı olan Zülfüqar Xəlilova həmin ərazidə əkilən narkotikin məhv edilməsini tələb etmiş, o da bunu mütləq edəcəyini, lakin bu barədə heç yerə məlumat verməməsini xahiş etmişdir. Bir müddət sonra isə həmin ərazidə əkilən narkotik vasitələrin əkilməsində təqsirli olan şəxslər tutulmuşdur. Yuxarıda qeyd etdiyi cinayət işləri üzrə cinayətin açılmasında, təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasında meşə gözətçis i kimi fəal iştirak etmişdir. Lakin cinayət işləri üzrə onun da iştirakı istintaq orqanında şübhə doğurduğundan Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, təxminən yeddi aydan artıq müddətdə həbsdə saxlanılmışdır. Həmin cinayət işi üzrə ona Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamlar iş üzrə toplanmış sənədlərlə sübuta yetirilməmiş, buna görə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, barəsində başqa qətimkan tədbiri seçilmişdir. O cümlədən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi sübuta yetirilmədiyindən və əməlində Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarda hissəvi xitam verilmişdir. Barəsində isə Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin tərkib əlamətlərinin olması əsası ilə cinayət işi ayrılaraq Balakən rayon prokurorluğuna göndərilmişdir. Balakən rayon prokurorluğunun 04 noyabr 2021-ci il tarixli ********* nömrəli qərarı ilə barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Barəsində istintaq aparıldığına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 və Xüsusi Mühafizə olunan təbiət ərazilərinin İnkişafı Departamentinin 18 noyabr 2019-cu il tarixli 195/K nömrəli əmri ilə Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinin c) bəndinə əsasən işdən kənar edilmişdir. Həbsdən azad olunduqdan sonra müxtəlif vaxtlarda işə qayıtması ilə bağlı müdiriyyətə müraciətlər etmişdir. X27 Qoruğunun keçmiş direktoru Ramazan Çuxullayev ona 30 iyun 2021-ci il tarixli 193 nömrəli xəbərdarlıq məktubu göndərmiş və qeyd etmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumların fəaliyyətində səmərəliliyin yüksəldilməsi, fəaliyyət istiqamətləri üzrə xərc komponentlərinin optimallaşdırılması məqsədilə tutduğu ştat ixtisar ediləcəkdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xəbərdarlıq edilir ki, onunla bağlanmış əmək müqaviləsi Məcəllənin 70-cı maddəsinin "b" bəndinə əsasən ixtisar ediləcəkdir. Bundan sonra işə qayıtması ilə bağlı dəfələrlə cavabdeh orqanlara müraciət etsə də, heç bir nəticəsi olmamışdır. X27 Qoruğunun direktoru Cavanşir Hacıxanov ona 07 fevral 2022-ci il tarixli 31 nömrəli məktub ünvanlayaraq göstərmişdir ki, sizin 2021-ci il 24 dekabr tarixli 413 nömrəli məktubunuz aidiyyəti üzrə Bioloji Müxtəliİliyin Qorunması Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin birinci hissəsinin tələblərini nəzərə alaraq bildiririk ki, sizin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi məsələsinə X27 Qoruğunun idarə binasında xx.xx.2022ci il tarixdə saat 11:00-da keçiriləcək X3 iclasında baxılacaqdır. Həmin məktubun mahiyyəti qüsurlu olduğuna görə bunu dəqiqləşdirmə k üçün Qoruğun inzibati binasına gedərək məktubda yazılanları öyrənmək istəmişdir. Ona ünvanlanmış həmin məktubda qeyd edilmişdir ki, sizin 2021-ci il 24 dekabr tarixli 413 nömrəli məktubunuz aidiyyəti üzrə Bioloji Müxtəliİliyin Qorunması Xidmətində baxılmışdır. Lakin o, belə tarixli və nömrəli məktub yazmamışdır. Məktubda sonra qeyd edilmişdir ki, sizin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi məsələsinə X27 Qoruğunun idarə binasında baxılacaqdır. Onun müraciəti isə işə qayıtması ilə bağlı olmuşdur. O, belə bir nəticəyə gəlmişdir ki, X27 Qoruğunun rəhbərliyi heç bir halda onun işdə qalmağında maraqlı deyil və qərəzli olaraq onu işdən azad etdirmək istəyir. Belə ki, X27 Qoruğunun keçmiş direktoru Ramazan Çuxullayev ona 30 iyun 2021-ci il tarixl i 193 nömrəli xəbərdarlıq məktubu, eyni zamanda X27 Qoruğunun direktoru Cavanşir Hacıxanov ona ünvanladığı 07 fevral 2022-ci il tarixli 31 nömrəli məktubunda göstərilənlər bunu deməyə tam əsas verir. 14 fevral 2022-ci il tarixdə X27 Qoruğunun direktoru Cavanşir Hacıxanovun sifarişi ilə formal olaraq X27 X9nın iclası keçirilmiş, həmin iclasda iştirak edən iş yoldaşları iclasda onun işlədiyi müddətdə olan xidmətlərini nəzərə almaqla işə qayıtmasına etiraz etməmişlər. İclasın nəticəsi isə ona elan olunmamışdır. Sonradan vəkil sorğusu əsasında alınmış sənədlərdən aydın olur ki, həmin iclasda 5 nəfər heyət üzvü arasında səsvermə keçirilmiş və əmək funksiyalarını lazımınca yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70 -ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıqlarını bildirmişlər. Sonradan ona məlum olmuşdu ki, X27 Qoruğunun direktoru Cavanşir Hacıxanov X2 Xidmətinin rəisinə 2021-ci il 24 dekabr tarixli 413 nömrəli məktubla müraciət edərək cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini nəzərə alaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Eyni zamanda həmin məktubda Qoruğun direktoru onu ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Belə ki, həmin məktubda qeyd etmişdir ki, guya istintaq zamanı müəyyən edilmişdir ki, iddiaçı mühafizə etdiyi Axkimal sahəsinin 2 saylı dolayında təxminən 15x20 metr ərazidə 70-80 ədəd narkotik tərkibli çətənə bitkilərinin əkil diyini aşkar etmiş və həmin bitkilərə qulluq edərkən Gərəkli kənd sakinləri Elvin, Elşən, Rəsul və Elçini iş başında yaxalasa da, bu barədə Qoruğun rəhbərliyinə və hüquq mühafizə orqanlarına heç bir məlumat verməmiş və baş verənlərə göz yummasına görə Kamil Həsənov adlı şəxsdən 200 manat pul almışdır. Belə bir fakt doğru deyil və Balakən rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X7 04 noyabr 2021-ci il tarixli ********* nömrəli qərarında müəyyən edilməmişdir. O, baş verənlərə göz yummağına görə Kamil Həsənov adlı şəxsdən 200 manat pul almamışdır. Bu məsələ qoruğun direktorunun ona qarşı şəxsi və qərəzli mülahizələridir. Bu hərəkətlər onun şərəf və ləyaqətini ləkələmək, işgüzar nüfuzuna xələl gətirmək və onu işdən azad etdirmək məqsədi daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin rəisi Firuddin Əliyevin 01 mart 2022-ci il tarixli 052/ü saylı intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmri ilə əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə X27 Qoruğunun mühafizə yegeri olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə 01 mart 2022-ci il tarixdən xitam verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin rəisi Firuddin Əliyevin 01 mart 2022-ci il tarixli 052/ü saylı intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 62.4- cü, 70-ci maddəsinin ç bəndinin, 71.2-ci, 71.3-cü, 72-ci maddəsinin f bəndinin, 76.2-ci, 80.2-ci, 186 -cı, 187.1, 187.2, 187.3- cü, 189.4-cü, 300.1 -ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh orqan iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin əsaslarını təşkil edən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsinə gəlmişdir. Lakin işəgötürən və işçi arasında bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyaları nəzərdə tutulmadığından, iddiaçı əsassız olaraq əmək funksiyalarını yerinə yetirməməsi əsası ilə işdən azad edilmişdir. Balakən rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X7 04 noyabr 2021 -ci il tarixli ********* nömrəli qərarından da görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxslər X23 və X4 qabaqcadan əlbir olub qrup təşkil edərək tərkibində narkotik maddə olan narkotik bitkilərin əkildiyi yeri müəyyən etmiş və qısa müddət ərzində həmin bitkilərin məhv edilməsini onlardan tələb etmişdir. Həmin bitkilər qısa müddət ərzində onun mühafizəsində olan dolayıdan çıxarılmışdır. ********* saylı cinayət işi üzrə isə tərkibində narkotik maddə olan narkotik bitkilərin əkildiyi yeri müəyyən etmiş, oranı qanunsuz mühafizə edən şəxslərə qısa müddət ərzində həmin bitkilərin məhv edilməsini onlardan tələb etmişdir. Bir neçə gün sonra isə polis orqanında araşdırma aparılarkən həmin cinayətin açılmasında fəal iştirak edərək təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasına nail olmuşdur. Lakin işlədiyi X27 Qoruğunun rəhbərliyi onun hərəkətlərini qəbul etməmiş və hər vasitə ilə işinə xitam verməyə çalışmışdır. Qeyd etdiklərinə əsaslanaraq hesab edir ki, o, əmək f unksiyanı və ya əmək müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirmişdir. 14 fevral 2022-ci il tarixdə X27 Qoruğunun direktoru Cavanşir Hacıxanovun sifarişi ilə formal olaraq X27 X9nın iclasıkeçirilmiş, həmin iclasda iştirak edən iş yoldaşları iclasda onun işlədiyi müddətdə olan xidmətlərini nəzərə almaqla işə qayıtmağına etiraz etməmişlər. İclasın nəticəsi isə ona elan olunmamışdır. 01 mart 2022-ci il tarixli 052/ü saylı intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmrində şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan məlumatlar göstərilmişdir. X27 Qoruğunun müdiriyyəti hər vasitə ilə onunla bağlanmış müqaviləyə xitam verilməkdə maraqlı olmaqla qərəzli olaraq onu işdən çıxarılmasına can atmışlar. 15 aprel 2022-ci il tarixdə Zaqatala şəhərində mediator qismində təyin edilmiş X16 tərəfindən mediasiya sessiyası keçirilmiş, bu barədə tərəflərə əvvəlcədən məlumat verilmiş, lakin cavabdeh öz nümayəndəsi vasitəsi ilə təmsil olmaqdan imtina etmiş, buna görə də mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X20 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı mühafizə etdiyi X27 Qoruğunun Axkimal sahəsinin 02 saylı dolayında təxminən 15 x 20 metr ərazidə 70-80 ədəd narkotik tərkibli çətənə bitkilərinin əkildiyini aşkar etmiş və həmin bitkilərə qulluq edərkən Gərəkli kənd sakinləri Elvin, Elşən, Rəsul və Elçini iş başında yaxalasa da bu barədə Qoruğun rəhbərliyinə və hüquq müh afizə orqanlarına heç bir məlumat verməmişdir. X27 Qoruğunun ərazisində narkotik bitkilərinin əkilib yetiştirilməsi barədə əməliyyat məlumatı əsasında Balakən Rayon polis şöbəsi tərəfindən 2019-cu ilin sentyabr ayında əməliyyat axtarış tədbirləri aparılmış və nəticədə aşkar edilmiş faktlar üzrə cinayət işi açılmışdır. Qeyd edilən cinayət işindən hadisənin baş verdiyi X27 Qoruğunun Qaraçay və Axkimal sahələrin mühafizə yegerləri İddiaçı və digərləri barəsində cinayət təqibi üzrə icraat ayrılmış və Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçı barəsində cinayət işinin başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında X2 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin 2019-cu il 18 noyabr tarixli, 195/K nömrəli əmri ilə Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən işdən kənar edilmişdir. Balakən rayon prokurorunun 2021-ci il 04 noyabr tarixli Qərarı ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keşməsi ilə bağlı mühafizə yegeri olan İddiaçı və digərləri barəsində cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsini və qeyd edilən cinayət işi üzrə icraata bəraət verici əsaslar olmadan xitam verilməsini nəzərə alaraq, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin rəisi Firuddin Əliyev 01 mart 2022-ci il tarixli 052/a saylı əmri ilə X27 Qoruğunda mühafizə rejiminin gücləndirilməsi və negativ halların bir daha təkrarlanmaması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2 020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti haqqında Əsasnamə”nin 5.4.7-ci bəndinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə X27 Qoruğunun mühafizə yegeri olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə 01 mart 2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı tərəfin əsaslandığı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsində qeyd edilmiş müddətlər hazır ki münasibətlərə tətbiq oluna bilməz, belə ki, cinayət işi üzrə icraat aparılanda müddətlər ora daxil edilmir.

10. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 oktyabr 2022-ci il tarixli, e-2(033)-585/2022 nömrəli (hakim Vüqar Məmmədov) qətnaməsi ilə İddiaçı iddia tələbinin rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun və mediasiyaya dair xərcin iddiaçının özünə aid olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cinayət işləri üzrə cinayətin açılmasında, təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasında meşə gözətçisi kimi fəal iştirak etdiyini iddia etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilməsini qadağan etməklə yanaşı, cinayət işi üzrə icraatı bu müddətə daxil etməmişdir. Odur ki, işəgötürən 01 mart 2022-ci il tarixli əmri, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsi barədə 04 noyabr 2021-ci il tarixli qərarın qəbul edilməsindən 3 ay 24 gün sonra verərkən, intizam tənbehinin verilməsi müddətini pozmamışdır.

13. Birinci instansiya məhkəməsi onu da qeyd etməyi zəruri hesab etmişdir ki, X27 Qoruğu işəgötürən olmadığından və mübahisəli əmr onun tərəfindən verilmədiyindən iddia tələbi ona münasibətdə ümumiyyətlə əsassızdır.

14. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbinin “məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsi törəmə tələb olaraq iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunub-olunmamasından asılı olduğundan, iddiaçı isə iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhl ükəli əmələ yol verdiyindən, bu əməl qoruğu təyinatına uyğun idarə edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin mənafeyinə zidd olduğundan, sonuncu onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparıldığından, X27 Qoruğu iddiaya cavab verməli olmayan şəxs olduğundan iddia tələbi bütövlükdə rədd edilməlidir.

15. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.3, 42.2, 62.4, 70 “ç” bəndi, 71.2, 72 “f” bəndi, 80.1, 80.2 və 187.3-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azə rbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş et mişdir.

17. İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-185/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X21 (sədrlik edən və məruzəçi), X22 və X11) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiy a şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

19. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin iddiaçının işlədiyi müəssiənin rəhbərliyinin onun barəsində qərəzli olmasına dair dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, həmin dəlillər əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsindən və mülki işin materiallarından müəyyən edilir ki, iddiaçı sözügedən müəssisədə 23 ilə yaxındır ki, işləyir. Mühafizə etdiyi sahədə narkotik bitkilərinin əkilməsi aşkar edilənə qədər rəhbərliklə hər hansı bir münaqişəsinin olmadığını bildirir. İşdən görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçının müvəqqəti işdən kənarlaşdırılması cinayət faktının aşkar edilməsindən sonra baş vermişdir. Eyni zamanda cinayət işi üzrə icraata xitam verilənə qədər iddi açı ilə cavabdeh təşkilat arasında olan əmək müqaviləsinə xitam verilməmişdir. Yəni şikayət bu hissədə əsassızdır.

20. Apellyasiya şikayətinin digər dəlili ilə bağı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sonradan vəkil sorğusu əsasında alınmış sənədlərdən aydın olur ki, həmkarların iclasında 5 nəfər heyət üzvü arasında səsvermə keçirilmiş və əmək funksiyalarını lazımınca yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuma görə iddiaçı bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmşdir.

21. Şikayətin digər dəlili ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsində qanunvericilik intizam tənbehinin verilməsi qaydalarını müddətlərlə məhdudlaşdırmışdır. Belə ki, həmin maddənin 2-ci və 3-cü hissələrində intizam tənbehinin, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilməsi, intizam xətasının törədildiyi gündən isə altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilə bilməməsi qeyd edilmişdir. Hazırki işdən də görünür ki, intizam xətası 2019-cu ilin sentyabr ayında aşkar edilmiş, lakin işəgötürən qanunvericilikdə nəzərədə tutulmuş intizam tənbehi verilməsi müddətlərini nəzərə almadan işçi barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndində göstərilən intizam tənbehi verməklə işçi ilə bağlanmış əmək müqaviləsini ləğv etmişdir. İşəgötürən isə ən pis halda hüquq pozuntusunun aşkar edildiyi vaxtdan altı ay müddətində işçiyə intizam tənbehi verə bilərdi. Kollegiya şikayətin həmin dəlili ilə d ə razılaşmamışdır. Belə ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Cavabdeh təşkilat isə qanunvericiliyin bu müddəasını əsas tutaraq iddiaçını işdən kənarlaşdırmışdır. Bundan sonra 4 noyabr 2021-ci il tarixli ********* nömrəli qərar ilə iddiaçının barəsində olan cinayət işinin icraatına müddət keçdiyinə görə bəraətverici əsaslar olmadan xitam verilmiş, c avabdeh təşkilat olan işəgötürən 01 mart 2022-ci il tarixli əmri, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsi barədə 04 noyabr 2021-ci il tarixli qərarın qəbul edilməsindən 3 ay 24 gün sonra əmək müqaviləsinə xitam verərkən, intizam tənbehinin verilməsi müddətini pozmamışdır.

22. Beləliklə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

23. Apel lyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 3.3, 42.2, 70 “ç” bəndi, 71.2, 72 “f” bəndi, 80.1, 80.2 və 187.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 77.1, 372.1, 372.6, 372.7, 372.2 və 384-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006- cı il tarixli qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) kassasiya i nstansiya məhkəməsində icraat

24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. İddiaçı kassasiya şikayətini iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin nəticəsinə mühüm təsir göstərən halları obyektiv və tam araşdırılmamışdır. Bu hallardan yan keçməklə və iş materiallarında olan sübutları düzgün tədqiq etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

27. Maddə

3. İşəgötürən — tam fəa liyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.

28. Maddə 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

29. Maddə 70 “ç” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.

30. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol ver ilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

31. Maddə 72 “f” bəndi. İş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

32. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəal iyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir.

33. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

34. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş və zifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı

35. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006cı il tarixli qərarı

36. Mülki-Prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi d əlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıd ır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir.

47. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən q iymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-185/2023 nömrəli mülki iş üzrə 9 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar