Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2382/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsinin azad edilməsi və torpaqdan istifadə edilməməsi müddətinə görə ziyanın ödənilməsi” tələbinə dair mülki i ş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-30/2024 nömrəli iş üzrə 4 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Aqrar İslahat Komissiyasının 3 mart 1998-ci il tarixli 04 nömrəli qərarı ilə Lənkəran rayonu, Pərakənd kəndində yerləşən 0.46 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Cavabdeh, X13, X17, X18, X10, X7 mülkiyyətinə verilmişdir. Bununla bağlı JN seriyalı 172 nömrəli Kod 80203016 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.
2. Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0.4873 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına xx.xx.2019-cu il tarixdə ******** ** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır, hüquq sahibləri İddiaçı1, X3, X8, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızıdır. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 2 oktyabr 2019-cu il tarixli Çıxarış verilmişdir.
3. X3 18 aprel 2018-ci tarixdə, X8 28 fevral 2011-ci tarixdə vəfat etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (bundan sonra – iddiaçılar) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Parakənd kəndi ərazisində 0.4873 hektar torpaq sahəsinin cavabdehin qanunsuz istifadə və sahibliyindən azad edilərək onlara təhkim edilməklə təhvil verilməsi, z iyana görə cavabdehdən 20000 manat pulun, 30.40 manat dövlət rüsumunun və mütəxəssis rəyinin verilməsi üçün FAME PRO MMC-yə ödənilmiş 300 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Lənkəran rayonunda torpaq islahatı keçiriləndə Aqrar İslahat Komissiyasının qərarına əsasən ailə üzvlərinin (5 nəfər) mülkiyyətlərinə Lənkəran rayonu, Parakənd kəndi ərazisində 0.4873 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Hüquqların X11 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış da verilmişdir. X3 və X8 valideynləridir, onlar vəfat etmişlər. İndiyə kimi mülkiyyətlərində olan 0.4873 hektar pay torpaq sa həsini istifadə edə bilməmişlər. Belə ki, 1998-ci ildən Cavabdeh tərəfindən 0.4873 hektar pay torpaq sahəsi zəbt edilərək qanunsuz istifadə edilmişdir. Torpaq sahəsi mülkiyyətlərinə verilən anda 80 ədəd mandarin ağacları olmuş və həmin ağacların xeyrini də Cavabdeh götürmüşdür. Onlar dəfələrlə torpaq sahəsinin Cavabdeh tərəfindən buraxılmasını tələb etsələr də, o, torpaq sahəsini buraxmaq istəməmişdir. Mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlı aidiyyəti təşkilatlara müraciətlər edilmiş, lakin Cavabdeh onlara məxsus zəbt etmiş olduğu torpaq sahəsindən çıxmamışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2020-ci il tarixli 10/383 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən qeyd olunm uşdur ki, iddiaçılar İddiaçı1, X1, X4, İddiaçı2, X2 ümumi birgə mülkiyyətində olan və Lənkəran rayonunun Parakənd kəndində yerləşən 0.4873 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh tərəfindən torpaq sahəsinin 0.40 ha hissəsi istifadə olunmuşdur. Qeyd olunan torpaq sahəsi başqa şəxslər tərəfindən istifadə edilməmişdir. Həmin torpaq sahəsində Cavabdeh, yaxud digər şəxslər tərəfindən inşa edilməmişdir. İddiaçı1, X1, X4, İddiaçı2, X2 faktiki istifadə etdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1, X1, X5, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının ümumi birgə mülkiyyətində olan və Lənkəran rayonunun Parakənd kəndində yerləşən 0.4873 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə dü şdüyünü müəyyənləşdirmək üçün torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir.
7. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-323/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1, X1, X4, İddiaçı2, X2 ümumi birgə mülkiyyətində olan və Lənkəran rayonunun Parakənd kəndində yerləşən 0.4873 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun və mütəxəssis rəyi üçün ödənilmiş 300 manat pulun Cavabdeh tutulub İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza tədqi qatının dəyəri olan cəmi 50 manat ekspertiza xərcinin Cavabdeh tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı1, X1, X4, İddiaçı2, X2 ümumi birgə mülkiyyətində olan və Lənkəran rayonunun Parakənd kəndində yerləşən 0.4873 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatları, ekspert və mütəxəssis rəyi, eləcə də iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur.Həmçinin iddiaçılar onlara vurulmuş ziyana görə 20000 manat ödənilməsini tələb etsələr də, vurulmuş ziyan məbləği barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublika sı Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ, İİ və İİİ hissəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 117.1, 119.1, 217.4-cü maddələrinə, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları kifayət qədər araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. İş üzrə məhkəmənin sübut kimi qəbul etdiyi ekspert rəyi özəl olan "xxxx" MMC-nin mütəxəssislərinin rəyinə əsaslanmaqla verilmişdir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsi bütün rayon məhkəmələrinə göndərdiyi məktubda bunun sübut növü kimi qəbul edilməsinin yolverilməz olduğu qeyd edilmişdir. Buna baxmayaraq məhkəmə özəl olan "xxxx" MMC-nin ekspert rəyi əsasında qətnamə qəbul edərək id dia tələbini təmin etmişdir. Eyni zamanda həmin mütəxəssis rəyi bir-birinə ziddiyyət təşkil etmişdir.
12. Apellyasiya baxışında iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2024-cü il tarixli, 3-16-16/210/606 nömrəli rəyinə görə: Qərardadın birinci və dördüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-92/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların X11 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********55 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı1, X1, X5, İddiaçı2, İddi açı3 Əbdülhəsən qızının ümumi birgə mülkiyyətində olan və Lənkəran rayonunun Parakənd kəndində yerləşən 0.4873 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunması və bunun da faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olunmuşdur. Eyni zamanda həmin konturda yerləşən Hüquqların Döviət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********55 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı1, X1, X5, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının ümumi birgə mülkiyyətində olan və Lənkəran rayonunun Parakənd kəndi ərazisi ndə yerləşən 0.4441 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin də koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1 və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsinin koordinatları müəyyən olunmuş və ölçüsünün 0.87 ha olması məlum olmuşdur; Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-92/2023 saylı mütəxəssis rəyinə əsasən, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülk iyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. İddiaçılar İddiaçı1 və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan sözügedən 0.4873 ha və 0.4441 ha (faktiki 0.87 ha) torpaq sahələrinin 0.57 ha hissəsi Lənkəran rayonu, Parakənd kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində düzgün təsvir edilməyərək, Cavabdeh və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapmışdır. İddiaçılar İddiaçı1 və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan sözügedən 0.4873 ha və 0.4441 ha (faktiki 0,87 ha) torpaq sahələrinin 0,57 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində düzgün təsvir edilməyərək, Cavabde h və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir olunması müəyyən olunmuş və cavabdeh tərəfindən həmin 0,57 ha torpaq sahəsinə iddia olunması tədqiqat zamanı müşahidə edilmişdir. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından görünmüşdür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1, X1, X5, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının ümumi birgə mülkiyyətinə verilmiş, Lənkəran rayonunun Parakənd kəndində yerləşən, “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən 0.4873 ha torpaq sahəsinin bir hissəsi Cavabdeh faktiki istifadəsində olan 0,42 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələl əri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-92/2023 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsi üzərində hər hansı bir tikilinin olması müəyyən edilməmişdir; Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-92/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-172 nömrəli (Kod ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə Cavabdeh, X13, X17, X18, X14, X7 mülkiyyətinə verilmiş, Lənkəran ra yonu, Parakənd kəndində yerləşən 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmış, lakin ölçüsü (ölçüsü 0.98 ha təsvir edilmiş) və sərhədləri hüquqmüəyyənedici sənəddə göstərilənlərdən çox təsvir edilmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-30/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X19 və X15) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-323/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması və ekspert rəyinin verilməsi ilə əlaqədar olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasi ya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir.
15. Məhkəmə Kollegiyası ekspert rəyini sübut mənbəyi kimi qəbul edərək hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh ekspert rəyinin əsassız olduğunu qeyd etsə də, yenidən ekspertiza keçirilmiş və təkrarən eyni nəticəyə gəlinmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1, X1, X5, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının ümumi birgə mülkiyyətinə verilmiş, Lənkəran rayonunun Parakənd kəndində yerləşən, “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən 0.4873 ha torpaq sahəsinin bir hissəsi Cavabdeh faktiki istifadəsində olan 0,42 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmişdir. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıların “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0.4873 ha torpaq sahəsinin bir hissəsi, yəni 0.42 ha hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilindədir. Belə olan halda cavabdeh iddiaçıların mülkiyyətində olan və faktiki olaraq cavabdeh tərəfindən istifadə edilən 0,42 ha torpaq sahəsindən çıxarılmalıdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, 84, 111-ci, Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 385.2, 392.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil Nümayəndə ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Lənkəran rayonu, Parakənd kəndi ərizisində yerləşən 0,4873 hektar torpaq sahəsi Cavabdeh məxsusdur. Mübahisəli Lənkəran rayonu, Parakənd kəndi ərizisində yerləşən 0,4873 hektar torpaq sahəsi 1992-ci ildən Cavabdeh istifadəsindədir.1998-ci ildə isə həmin torpaq sahəsi Aqrar İslahat Komiss iyası tərəfindən Cavabdeh verilmişdir və bu günə kimi Cavabdeh 17 nəfərdən ibarət ailə üzvləri həmin bağla dolanırlar. Əgər mübahisəli Lənkəran rayonu, Parakənd kəndi ərizisində yerləşən 0,4873 hektar torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Əbdülhəsən qızına məxsus idisə, niyə mərhum X6 həmin torpaq sahəsini sağ ikən tələb etmirdi? Lənkəran rayonu, Parakənd kəndi ərizisində yerləşən 0,4873 hektar torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Əbdülhəsən qızına heç bir aidiyyatı yoxdur və bir sözlə iddiaçıları iddia tələbi irəli sürməkdə subyetiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Mübahisəli Lənkəran rayonu, Parakənd kəndi ərizisində yerləşən 0,4873 hektar torpaq sahəsinə kim sahiblik edirsə, həmin torpaq sahəsi ona məxsusdur. Apellyasiya instansi ya məhkəməsin bu halı nəzərə almamış və AzərbaycanRespublikası Konistitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarının tələblərini kobud şəkildə pozaraq qətnamə qəbul etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Əbdülhəsən qızı iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Apelyasiya instansiya məhkəməsi bu halı nəzərə almamış AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci madəsinin tələblərini kobud şəkildə pozaraq qətnamə qəbul etmişdir.
20. Birinci instansiya məhkəməsi mülki işə baxarkən, hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, düzgün olmayan əsassız, qanunsuz qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası Cavabdeh məhkəmədə iştirakını təmin etməmiş, onun xəstəli yini nəzərə alıb, məhkəməni başqa vaxta keçirilməsi barədə olan xahişinə əhəmiyyət verməmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2024-cü il tarixli rəyini mübahisələndirməkdən çəkinmişdir
21. Tətbiq edilməli olan hüquq normalarının seçimində yanlışlığa yol verildiyi üçün, habelə tərəflərin hansı hüquqi münasibətdə olmaları, habelə tətbiq edilməli hüquq normaları düzgün seçilmədiyindən, sübutların qiymətləndirilməsində də yanlışlığa yol verilmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçılar kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-30/2024 nömrəli iş üzrə 4 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
25. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
26. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorun ur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
27. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına t utulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanun un tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyasının Cavabdeh məhkəmədə iştirakını təmin etmədiyi, onun xəstəliyini nəzərə alıb, məhkəməni başqa vaxta keçirilməsi barədə olan xahişinə əhəmiyyət vermədiyi barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, cavabdehin iş materiallarında olan ərizəsi (iş v. 263-264) ilə təsdiq edilir ki, xəstə olduğuna görə xx.xx.2024-cü il tar ixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etsə də məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.Apellyasiya instansiyası məhkəməsində 04 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokolu ilə (iş v. 268-270) təsdiq edilir ki, Cavabdeh ərizəsi müzakirə olunmuş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.Ona grə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbi pozulmamışdır.Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsində işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsinin işə baxılmasına mane olmadığı, lakin işdə iştirak edən şəxslərin üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəm ə işin baxılmasını təxirə sala biləcəyi göstərilmişdir.Yəni, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxs üzürlü səbəblərdən gəlmədiyi hallarda belə məhkəmə iclasının təxirə salınması məhkəmənin vəzifəsi deyil, hüququdur.
42. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə əsasən müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1, X1, X5, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının ümumi birgə mülkiyyətinə verilmiş, Lənkəran rayonunun Parakənd kəndində yerləşən, “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən 0.4873 ha torpaq sahəsinin bir hissəsi Cavabdeh faktiki istifadəsində olan 0,42 ha torpaq sahəsinin hüdudları daxilində yerləşirdir.
43. Kollegiy a bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “04” aprel 2024-cü il tarixli 2(106)-30/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.