Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2383/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(004)4370/2016 saylı qətnaməsi ilə (hakim E.Şamayev) ərizə təmin edilərək, Ərizəçi 17 iyun 1991-ci il tarixdən 01 iyul 1991-ci il tarixədək “xxxx ” X6 mühasib vəzifəsində, 01 iyul 1991ci il tarixdən 01 iyul 1995-ci il tarixədək “xxxx” X6 baş mühasib vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3720/2017 saylı 14 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Əliyev, T.Səmədov və İ.Şirinov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(004)-4370/2016 saylı qətnaməsinin ləğv edilməsi, Ərizəçi Əli qızının hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8680/2017 saylı 14 dekabr 2017-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov, M.Əhmədova və Ə.Rüstəmov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3720/2017 saylı, 14 apr el 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2407/2018 saylı, 10 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova, A.Hüseynov və İ.Xəlilov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4370/2016 saylı 23 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək Ərizəçi 17 iyun 1991-ci il tarixdən 01 iyul 1991-ci il tarixədək “xxxx” X6 mühasib vəzifəsində, 01 iyul 1991-ci il tarixdən 17 mart 1993-cü il tarixədək “xxxx” X6 baş mühasib vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5421/2018 saylı 31 avqust 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov, A.İsgəndərov və Ə.Əhmədov) Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 2(103)-2407/2018 saylı, 10 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11555/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov, E.Nəbiyev və A.İmanov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4370/2016 saylı, 23 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, ərizənin qismən təmin edilməsi, Ərizəçi 17 iyun 1991-ci il tarixdən 01 iyul 1991-ci il tarixədək “xxxx” X6 mühasib vəzifəsində, 01 iyul 1991-ci il tarixdən 17 mart 1993-cü i tarixədək isə həmin müəssisədə baş mühasib vəzifəsində işləməsi faktının müəyyən edilməsi, qalan hissədə ərizənin təmin edilməməsi qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafi ə Fondunun Yasamal rayon şöbəsikassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11555/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi Əli qızı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizə ilə və ərizəyə əlavə ilə (maraqlı şəxs: Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi) məhkəməyə müraciət edərək, 17 iyun 1991-ci il tarixdən 01 iyul 1995-ci il tarixədək “xxxx” X6 (keçmiş fərdi paltar tikişi və təmiri 1 nömrəli Fabrik) baş mühasib vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 25 noyabr 1982- ci il tarixdə Fərdi paltar tikişi və təmiri 1 nömrəli Fabrikə qəbuledici vəzifəsinə təyin olunmuşdur. Fabrik 15.03.1990-cı ildə ləğv edilərək 44 nömrəli Atelye Oktyabr ƏMX HBB tərkibinə verilmişdir. Ərizəçi 17 iyul 1991-ci il tarixdə həmin Atelyedə mühasib vəzifəsində işləmişdir.17 iyun 1991-ci il tarixdə həmin müəssisə “xxxx” X9 adlandırılmış və ərizəçi həmin Müəssisədə 01 iyul 1995-ci il tarixədək mühasib və baş mühasib vəzifələrində işləmişdir. 01 iyul 1995-ci il tarixdə ərizəçi öz arzusu ilə işdən azad olunmuşdur. Ərizəçi əmək kitabçasını əvvəl itirdiyindən həmin kitabçada işdən azad edilməsi barədə qeyd edilməmişdir. Bundan sonra Əmək Kitabçası tapılsa da, müəssisə ləğv edildiyindən əmək kitabçasında işdən azad edilməsi barədə qeyd edilməmişdir. Ərizəçi pensiya hüququndan istifadə etm ək istəsə də, bu mümkün olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)11555/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Ərizəçi məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətinə əsasən o, 25 noyabr 1982-ci il tarixdə Fərdi paltar tikişi və təmiri Fabrikinin 44 saylı atelyesinə sifarişlərin qəbuledicisi vəzifəsinə işə qəbul edilmiş, 02 yanvar 1987-ci ildə həmin atelyedə mühasib vəzifəsinə keçirilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 07 dekabr 1989-cu il tarixli 491 №-li qərarı, Azərbaycan SSR ƏMXN 03 yanvar 1990-cı il tarixli və 2 №-li Bakı şəhəri ƏMXBİİ-nin 06 mart 1990-cı il 10 №-li əmrlərinə əsasən Fərdi paltar tikişi və təmiri 1 №-li fa briki ləğv olunduğuna görə 44 №-li atelye 15 mart 1990-cı il tarixdə Oktyabr ƏMXRİİ-yə verilmiş və 16 mart 1990-cı il tarixdə həmin atelyeyə mühasib vəzifəsinə işə qəbul olunmuşdur. 17 iyun 1991-ci il tarixdə 44 saylı atelye yaradılan “xxxx” X8 verildiyi üçün Ərizəçi həmin müəssisəyə mühasib vəzifəsinə qəbul edilmiş, 01 iyul 1991-ci il tarixdə baş mühasib vəzifəsinə köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 09 fevral 2016-cı il tarixli məktubuna əsasən “Fərdi paltar tikişi və təmiri 1 nömrəli fabrikin” (“xxxx” X7) arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. “xxxx” X7 İmza və möhür nümunələri kartasına əsasən həmin müəssisənin mühasibi Ərizəçi olmuşdur. İşdə olan Azərbayc an Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 21 may 2016cı il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən təhvil alınmış qeydiyyat qovluqlarının siyahısında “xxxx” X8 məxsus qeydiyyat qovluğu aşkar edilməmişdir. İşdə olan “xxxx” ASC-nin 13 iyun 2016-cı il tarixli məktubuna əsasən “xxxx” X7 hesabı bankdaxili axtarış sistemi üzrə aşkar edilməmişdir. İşdə olan Ərizəçi Əli qızının banka daxil olması üçün verilmiş 17.03.1993-cü il tarixli xidməti vəsiqədə göstərilmişdir ki, o, “xxxx” X7 baş mühasibidir. Məhkəmə kollegiyası hesab edir ki, 17 iyun 1991-ci il tarixdən 01 iyul 1991-ci il tarixədək “xxxx” X6 mühasib vəzifəsində, 01 iyul 1991-ci il tarixdən 17 mart 1993-cü il tarixədək i sə baş mühasib vəzifəsində işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Ərizəçinin 17 mart 1993-cü il tarixdən 01 iyul 1995-ci il tarixədək “xxxx” X6 baş mühasib vəzifəsində işləməsi faktı isə müəyyən edilə bilməz. Belə ki, bu faktı təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Belə ki, şahid X4 özünün 1990-cı ildən 1994-cü ilə kimi “xxxx” X6 dərzi işləməsi hər hansı sübutla təsdiq olunmur. Digər şahid Sona Məmmədovanın əmək kitabçasında isə onun yalnız 01 dekabr 1992-ci ilədək “xxxx” X6 işlədiyi müəyyən olunur. Bu baxımdan kollegiya hesab edir ki, həmin şahidlərin ifadələri əsasında qeyd olunan fakt müəyyən edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin “xxxx” X6 məhz 17.03.1993-cü il tarix ə qədər işləməsi faktı xidməti vəsiqə əsasında müəyyən edilmişdir. Çünki həmin vəsiqə ilə təsdiq olunur ki, o, ən azı vəsiqənin verildiyi tarixə, yəni 17.03.1993-cü il tarixə qədər sözügedən müəssisədə işləmişdir. İşdən göründüyü kimi ərizəçinin adına verilmiş 17.03.1993-cü il tarixli xidməti vəsiqənin əsli təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına dair qeyd edilir ki, həmin qaydalar əmək pensiyalarının təyin edilməsi məsələlərini tənzimləyir. Hazırkı ərizəyə isə Mülki Prosessual Məcəllənin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” adlı 31-ci fəslinə uyğun baxılır və həmin fəsilə aid maddələrdə ərizənin təmin edilməsini qeyri-mümkün edən müddəalar nəzərdə tutulmamışdır. 01 yanvar 2016-cı ilədək qüvvədə olmuş “Vətəndaşların Pensiya Təminatı” haqqında qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən sənəd əmək kitabçasıdır. Əmək Fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüq uq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2383/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2383/2019
11.04.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver