Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2384/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.08.2018-ci il tarixli 2(103)8648/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov, iş № 2(004)-2158/2018) İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tə ləbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, M.A.Məmmədov və İ.Ş.Vəliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Cavabdeh 12 mart 1995-ci il tarixdə İddiaçı oğlu Rövşən Musayevlə rəsmi nikaha daxil olmaqla həmin vaxtdan iddiaçının yaşadığı N saylı mənzilinə köçmüş və iddiaçının oğlu ilə nikahdan bir uşağı olmuşdur. 04 iyun 2005-ci il tarixdə İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 04 mart 2010-cu il tarixli qətnaməsi ilə cavabdehin mənzilə istifadə hüququ tanınmışdır. 2018-ci i lin yanvar ayında İddiaçı cavabdehə kompensasiya ödənilməklə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmış, iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı qətnamənin onun mülkiyyət hüququnun pozulmaqla çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə kassasiya şikayəti vermişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materialların ı araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə və R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsaslanıb kompensasiya ödənilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini mümkün saysa da, təklif olunan kompensasiyanın məbləğinin yetərli olmaması səbəbindən hesab etmişdir ki, iddianın rədd edilməsi əsaslıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində müəyyən olunmuş kompensasiyanın ödənilməsi barədə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən kompensasiya kimi təklif olunan 600 0 (altı min) manat cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə hazırkı mənzildə ona məxsus olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə, müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 09 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2384/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2384/2019
03.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver