Məhkəmə qərarları › İş №2(102)-2384/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2384/2024

23.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2384/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və darvazanın cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yolun açılması tələbi, hüquqdan sui-istifadənin yolverilməzliyi, iddia tələbinə hüquqi qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)287/2024 nömrəli qətnaməsindən idd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Lənkəran rayonunun Şiləvar kəndində yerləşən 0,00435 ha torpaq sahəsi 14 oktyabr 2020-ci il tarixdən İddiaçı adına danışmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa olunmuşdur.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin 15 may 2023-cü il tarixli imtina bildirişinə əsasən faktiki yerində müayinənin keçirilməsi məqsədilə aidiyyəti mütəxəssisin ayrılmasına baxmayaraq tərəflər arasında mübahisə olduğunda n ölçü işləri aparmaq mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPH şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən onun Lənkəran rayonu, Şiləvar kəndində mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə, həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə baxış keçirməyə, onların iştirakı ilə fərdi yaşayış evinin yerində müayinə edilməsinə cavabdeh tərəfindən törədilən maneələrə və qanunsuz hərəkətlərə son qoyulması, həmin torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində inşa edilmiş dəmir darvazanın ca vabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa olunmasına dair Lənkəran RİH-nin Memarlıq və Tikinti şöbəsindən icazə almış və həmin torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi inşa etmişdir. Hazırda iddiaçı ayrılmış torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini dövlət qeydiyyatına aldırmaq istəyir. Bununla əlaqədar, iddiaçı sənədlərini toplayıb ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPH şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, İdarənin mütəxəssisləri 15 may 2023-cü il tarixdə iddiaçının inşa etdiyi fərdi yaşayış evinə baxış keçirmək və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib etmək istəmişlər. Lakin, cavabdeh tərəfindən qeyd edilən hərəkətlərin edilməsinə maneə yaradıldığından bütün bunları etmək mümkün olmamışdır. Ona görə, ərizəsinin icrası mümkün olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı inşa etdiyi fərdi yaşayış evini dövlət qeydiyyatına aldıra və həmin evə gedə bilmir. Cavabdeh iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinin üzərində inşa etdiyi 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə ümumi istifadə üçün buraxılmış gedişgəliş yolunu dəmir torlardan hazırlanmış darvaza ilə bağlamışdır.

5. Birinci instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövl ət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 14 avqust 2022-ci il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli ekspert rəylərinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməsi müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat n ömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun olmaması müəyyən olunmuşdur. Belə ki, sözügedən Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinə və mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı sözügedən torpaq sahəsinin yerləşdiyi çevrədə mövcud daşınmaz əmlak obyektlərinə gediş-gəliş yolunun mübahisə predmeti olan ərazidən deyil, LənkəranLerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində olması müəyyən olunmuşdur. İddiaçı tərəfindən mülkiyyətində olan 0,00435 ha torpaq sa həsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 36 metr olması müəyyən edilmişdir. Bunun 26 metr məsafədə olan başlanğıc hissəsi (cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə qədər olan hissəsi) mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu olması və hamının istifadəsi üçün açıq alması müəyyən olunmuşdur. Qalan son 10 metr hissəsi yəni əsas mübahisə predmeti olan (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) hissəsinin isə mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu k imi olmaması müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən həmin mübahisəli (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) torpaq sahəsinin bir hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinə, digər bir hissəsinin isə cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin əsas mübahisə predmeti olan hissəsinin (Cavabdeh tərəfindən tutulması iddia edilən hissəsinin) mövcud baza məlumatlarında gediş-gəliş yolu kimi nəzərdə tutulm aması müəyyən edilmişdir.

6. Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(049)-2274/2023 nömrəli qətnaməsi ilə (hakim M.Ş.Aslanov) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, 04 sentyabr 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə, mübahisə predmeti ərazinin mövcud baza məlumatlarında gediş-gəliş yolu kimi nəzərdə tutulmaması müəyyən edilmişdir. Göstərilən hal məhkəmə ekspertiza rəyi ilə yanaşı, tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə ilə də təsdiq edilmişdir.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsini n qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-287/2024 nömrəli qətnaməsi ilə (hakim S.İ.Mayılovun sədrliyi və məruzəsi ilə, hakimlər T.X.Heydərovdan və İ.Q.Əsədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(049)2274/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş əlavə məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş olsa da, 16 oktyabr 2023-cü ildə hakim Murad Aslanovun, iddiaçının, cavabdehin, cavabdehin vəkili Vəkil1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin nümayəndəsi Qiyas Quliyevin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş, yerində müayinə protokolu tərtib edilmiş, videoçəkiliş edilərək DVD diskə yazılmışdır. Apellyasiya məhkəməsinin iclasında tərəflərin də iştirakı ilə sözügedən DVD disk də tədqiq edilmiş, müəyyən edilmişdir ki, gediş-gəliş yolu kimi iddia edilən hissə cavabdehin mülkiyyətində olan torpaq sahəsinə gedir, həmin zaman mütəxəssis də qeyd edir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin arxa tərəfində olan həyət üçün isə yol Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətindən nəzərdə tutulmuş, iddia edilən yerdən iddiaçının mülkiyyətinə gedən hər hansı gediş-gəliş yolu nəzərdə tutulmamışdır.

12. Apellyasiya kollegiyası göstərmişdir ki, işdə olan mütəxəssis və ekspert rəyləri ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinə və mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. İddiaçı apellyasiya şikayətində müvafiq çıxarışla mülkiyyətində olan torpaq sahəsinin cizgi planı, yaxud yerləşmə sxemi tərtib olunarkən həmin torpaq sahəsinə gedişgəliş yolunun Lənkəran-Lerik avtomobil yolu istiqamətindən deyil, hazırda mübahisəli olmaqla Şiləvar kənd Bələdiyyəsinin mülkiyyətindəki ümumi istifadədə olan avtomobil yolundan nəzərdə tutulduğunu qeyd etsə də, bu hal iş materialları ilə təkzib edilir. Həmçinin, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, 0,00435 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərində həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdırsa belə bu, iddiaçının təqsiri deyildir. Bununla bağlı, apellyasiya kollegiyası bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmamış olması və iddiaçının bunda təqsirinin olmaması cavabdehin konstitusion müdafiə ilə təmin olunmuş xüsusi mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Həmçinin, bu zaman nəzərə alınmalıdır ki, cavabdeh öz etirazında da bildirmişdir ki, əvvəllər iddiaçının həyətyanı sahəsinə Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində gediş-gəliş mümkün olsa da, sonradan iddiaçı öz obyektini böyütmə k məqsədilə həmin yolu bağlamışdır.

13. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin digər dəlili ilə bağlı bildirmişdir ki, iddiaçının həyətyanı sahəsinə gediş-gəliş yolunun açılması məqsədilə satın alınması nəzərdə tutulan hər hansı bir ərazi üçün cavabdehin öz üzərinə öhdəlik götürübgötürməməsi onun sərbəst iradəsindən asılıdır və cavabdehin bu cür öhdəlikdən imtina etməsi onun öz mülkiyyətində olan torpaq sahəsindən iddiaçının həyətyanı sahəsinə, nəzərdə tutulmamış olsa belə, gediş-gəliş yolu kimi istifadə etmək üçün şərait yaratmalı olmasına əsas vermir. İddiaçı əvvəllər həmin yoldan istifadə etdiyini, lakin sonradan cavabdehin həmin yol üzərində dəmir tordan darvaza çəkərək yolu bağladığını qeyd etmişdir. Məhkəmə kollegiyası mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilənlərə əsasl anaraq bildirmişdir ki, iddiaçı tərəfindən onun mülkiyyətində olan əraziyə gediş-gəliş yolu kimi iddia edilən yolun təxmini ölçüsünün 36 metr olması və həmin yolun son 10 metr hissəsinin isə cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə düşdüyü müəyyən edilir. Belə olan halda mülkiyyətçi kimi cavabdeh özünə məxsus torpaq sahəsindən öz istədiyi şəkildə istifadə etmək imkanına malikdir və sənəd üzrə iddiaçının mülkiyyətində olan əraziyə gediş-gəliş yolu kimi nəzərdə tutulmamış bir yolun məhz onun ərazisindən keçməsinə icazə vermək və yaxud verməmək hüququna sahibdir.

14. Daha sonra, apellyasiya məhkəməsi qeyd etmişdir ki, 36 metr uzunluğunda yol iddiaçının mülkiyyətində olan əraziyə gediş-gəliş yolu kimi nəzərdə tutulmadığından, həmin başlanğıc hissədə yol cavabdeh tərəfində n zəbt olunmuş olsa belə, iddiaçının həmin halla bağlı hər hansı tələb irəli sürmək hüququ yoxdur. Belə ki, iddiaçının hüququnun mövcud olmamasının səbəbi həmin 36 metr uzunluğunda yolun onun mülkiyyətində olan əraziyə gediş-gəliş üçün nəzərdə tutulmamış olması və həmin yolun son 10 metr hissəsinin cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə düşərək, məhz cavabdehin mülkiyyətində olan əraziyə gediş-gəliş üçün nəzərdə tutulmasıdır.

15. Nəhayət, məhkəmə kollegiyası bildirmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə dair Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iş materiallarına əlavə edilmiş olsa da, hazırkı mübahisənin həlli üçün cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin tam olaraq müəyyən edilməsinə zərurət yoxdur. Bununla yanaşı, mütəxəssis və ekspert rəyləri ilə iddiaçı tərəfindən mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Məhz gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatlarının naturada müəyyən edilməsi nəticəsində onun son 10 metr hissəsinin cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə düşməsi müəyyən edilmişdir. İddiaçı həm də mütəxəssis rəyinin əsaslılığına ciddi şübhələrin olduğunu qeyd etsə də, həmin rəylə müəyyən edilənlərin əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası GPS ölçmə alətləri vasitəsi ilə kameral şəraitdə baza məlumatları və hüquqmüəyyənedici sənədlər əsasında aparılan araşdırmanın nəticəsi olaraq tər tib edilmiş mütəxəssis rəyini və həmin rəy əsasında verilmiş ekspert rəyini mötəbər sübut olaraq qəbul etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 170.2, 239.2, 240.1-ci, Torpaq Məcəlləsinin 4.1, 18.2, 20.1, 47.3, 55, 84.3, 111.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.2, 88, 107, 119.1, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-287/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərə findən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasının 6-cı, Mülki Məcəllənin 16.1, 152, 153.4, 157, 170, 243-cü, Torpaq Məcəlləsinin 54-cü, Mülki Prosessual Məcəllənin 9.1, 87.2, 88, 102.1, 103.1, 217-ci maddələrinin tələbləri pozulmuşdur.

19. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddiaçı fərdi yaşayış evi tikdikdə, evin qaz ilə təmin olunması məqsədi ilə “X3” QSC tərəfindən müvafiq sənədləşmə aparılmış, 06 mart 2023-cü il tarixdə bu müəssisə ilə iddiaçı arasında müqavilə bağlanmışdır. “X3” QSC-nin mütəxəssisləri tərəfindən evin qazlaşdırılması üçün sxem və plan tərtib olunmuşdur. Əlavə olaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən texniki şərtlər tərtib olunaraq iddia çının evinə qaz sayğacı quraşdırılmışdır. Eləcə də, evinə müvafiq sənədləşmə işləri aparıldıqdan sonra texniki təhlükəsizlik qaydalarına uyğun şəkildə elektrik xətti çəkilmişdir. Bütün bunlardan sonra cavabdeh özbaşınalıq edərək Şiləvar Bələdiyyəsinin mülkiyyətindəki ümumi istifadədə olan piyada və maşın yolundan istifadə etməsinə maneçilik törətməyə başlamış, 2023-cü ilin aprel ayında əvvəlcə xeyli dəmir metalı iddiaçının yeni tikdiyi evin ön tərəfinə yığmış, ardınca isə evin ön tərəfini dəmir hasarla bağlayaraq iddiaçının evinə girişi tam halda məhdudlaşdırmışdır. Bu barədə dəfələrlə cavabdehə bildirsə də, o, qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh tərəfindən süni şəkildə yaradılmış problemi razılıq yolu ilə həll etməyə çalışsa da, heç bir nəticəsi olmamışdır. İddiaçı cavabdeh lə əvvəllər söhbət edərək qarşılıqlı razılaşmışlar ki, həmin ərazidə satılan obyektin 3 metr hissəsini eyni miqdarda vəsait ödəyərək alsınlar və oradan yeni tikdiyi evin həyətinə yolun açılması mümkün olsun. Cavabdeh əvvəlcə bununla razılaşsa da, sonradan qərarını dəyişmiş və yolun açılması üçün hər hansı məbləğdə pul ödəməyəcəyini bildirmişdir. Yəni iddiaçı hətta bələdiyyənin mülkiyyətində olan ümumi gediş-gəliş yolundan istifadədən tam imtina etmişdir. Lakin cavabdeh fikrini dəyişdiyinə, eləcə də iddiaçı maddi imkanı olmadığına görə evinin həyətinə Lənkəran-Lerik yolunun sağ kənarında yerləşən obyektlərin birinin müəyyən hissəsini satın almaqla yol çəkilməsi mümkün olmamışdır. Torpaq sahəsini aldıqdan sonra Şiləvar Bələdiyyəsinin sabiq sədri həmin əraziyə gələrək cavabdehə hazırda iddian ın predmeti olan yolun ümumi gediş-gəliş yolu olduğunu və bu yoldan iddiaçının da istifadə edəcəyini izah etmişdir. Bu zaman cavabdeh bələdiyyə sədrinin fikrinə heç bir irad bildirməmiş və onunla tam razılaşmışdır. Mübahisəli ərazidə yerləşən qeyri-yaşayış obyektləri Lənkəran-Lerik yolunun başlanğıc hissəsinin yaxın sağ kənarında, tikdiyi yeni fərdi yaşayış evi isə həmin obyektlərin arxa tərəfində yerləşir. Bu ərazidə olan daşınmaz əmlak obyektlərinə gediş-gəliş yolunun mübahisə predmeti olan ərazidən olması praktiki cəhətdən mümkün belə deyildir. Yəni, gediş-gəliş yolu ilə bağlı yeni tikdiyi fərdi yaşayış evi ilə Lənkəran-Lerik yolunun yaxın sağ kənarında yerləşən qeyri-yaşayış obyektlərinin müqayisə edilməsi tamamilə mənasızdır. Mütəxəssis rəyi ilə bağlı iddiaçı bildirmişdir ki, gediş- gəliş yolu kimi hesab etdiyi ərazinin 10 metr hissəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, belə bir çıxarış mövcuddursa belə, həmin çıxarışda göstərilmiş, lakin ölçüsü məlum olmayan torpaq sahəsinin sərhədləri və döngə nöqtələri ilə sözügedən torpaq sahəsinin sənəd üzrə faktiki vəziyyətinin üst-üstə düşüb-düşmədiyi müəyyən edilməmişdir. İddiaçı ekspert rəyini əsassız hesab etdiyinə görə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair məhkəməyə 21 sentyabr 2023-cü il tarixli vəsatət vermiş, birinci instansiya məhkəməsi heç bir əsaslı səbəb göstərmədən vəsatəti təmin etməmişdir. Həmçinin iddiaçının bütün tələblərinə hüquqi qiymət verilməmişdir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 41 4.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Etiraz işin faktiki halları və işdə olan sübutlara əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmununa uyğun əsaslandırılmışdır. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda s ahib onlara son qoyulması üçün iddia verə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin m ülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olma q üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sü butlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tə rəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhk əmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü madd əsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin o lunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

30. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, hazırkı iddia iki tələbdən ibarət olmuşdur: a) iddiaçının mülkiyyətində olan torpaq sahəsinə, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPH şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirməyə, onların iştirakı ilə fərdi yaşayış evinin yerində müayinə edilməsinə cavabdeh tərəfindən törədilən maneələrə və qanunsuz hərəkətlərə son qoyulması və b) həmin torpaq sahəsinə və fərdi yaşayış evinə gedən yolunun üzərində inşa edilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi.

31. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən yalnız ikinci tələb üzrə araşdırma aparılaraq hüquqi qiymət verilmiş, birinci tələb üzrə hansı halların müəyyən olunması, həmin tələb üzrə hansı qanunun tətbiq edilməli olması və iddianın bu hissədə təmin olunub-olunmaması əsaslandırılmamışdır. Halbuki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin 15 may 2023-cü il tarixli bildirişində iddiaçının ərizəsinin təmin olunmamasının əsası kimi tərəflər arasında mübahisə olduğundan üçün İdarənin mütəxəssisləri tərəfindən ölçü işlərinin aparılmasının qeyri -mümkünlüyü göstərilmişdir. (Bax bənd 2)

32. Bununla da, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbləri pozulmuş, apellyasiya məhkəməsi isə həmin pozuntunu aradan qaldırmamışdır.

33. İddianın ikinci tələbini rədd edən məhkəmələr isə iş üzrə alınmış mütəxəssis və məhkəmə tikinti-texniki ekspertizasının rəylərinə istinad etmişlər.

34. Həmin rəylərə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə sənəd üzrə gedişgəliş yolunun olması müəyyən olunmamış, torpaq sahəsinə gediş-gəliş yolunun mübahisə predmeti olan ərazidən deyil, Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətindən olması, iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin 26 metr başlanğıc hissəsinin bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu olması və hamının is tifadəsi üçün açıq olması, son 10 metr hissəsinin isə cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinə, digər bir hissəsinin isə cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 97.1, 101.7, 103.1-ci maddələrinin mənasına görə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir.

36. Belə ki, qeyd olunmalıdır ki, iddiaçının torpaq sahəsinin sənədində gediş-gəliş yolunun olması göstərilməməsi özü-özlüyündə b elə yolun ümumiyyətlə olmaması və iddianın sübut olunmaması kimi qiymətləndirilə bilməz.

37. Hazırkı işdə olan mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının tələb etdiyi ərazidə ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolu mövcuddur. Lakin, həmin yolun sonu, yəni iddiaçının torpaq sahəsinə giriş hissəsi cavabdeh tərəfindən bağlanmışdır. Yəni, mübahisəli ərazidə ümumiyyətlə yolun olmamasına dair məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir.

38. Həmçinin, apellyasiya məhkəməsi işdə olan rəylərə istinad etməklə hesab etmişdir ki, iddiaçının tələb etdiyi yolun yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində və istifadəsindədir və sonuncu mülkiyyətçi kimi özünə məxsus torpaq sahəsindən iddiaçıya yol vermək və ya verməmək hüququna sahibdir.

39. Lakin, mütəxəssis rəyində və həmin rəyə əsaslan ekspert rəyində göstərilmişdir ki, mübahisə predmeti olan yolun 10 metr hissəsi qismən cavabdehin mülkiyyətində, qismən isə istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaqdır. Mütəxəssis rəyinə əlavə olunan yerquruluşu planına əsasən isə iddiaçının tələb etdiyi gediş-gəliş yolunun sağ tərəf həqiqətən cavabdehin mülkiyyətində olan torpaq sahəsinə düşsə də, sol tərəfi onun mülkiyyətində deyil.

40. Apellyasiya məhkəməsi isə yolun cavabdehin mülkiyyətində olmayan hissəsindən sonuncunun istifadəsinin qanuni olub-olmamasını, həmin sahədən iddiaçıya müstəqil yolun verilməsini mümkünlüyünü, əvvəllər bu ərazidən yolun keçib-keçməməsini araşdırmamışdır.

41. Bununla belə, kassasiya məhkəməsi həmçinin qeyd edir ki, cavabdeh tərəfin etirazına görə iddiaçının yolu tor paq sahəsinin başqa tərəfindən olmuş, iddiaçı özü həmin yolda tikili inşa edərək, cavabdehdən yeni yol tələb etmişdir.

42. Göründüyü kimi, hər iki tərəf qarşı tərəfin hüququndan sui-istifadə etməsinə istinad etmişdir. Lakin, apellyasiya məhkəməsi hazırkı iddiaya cavabdeh tərəfindən mülkiyyətində olmayan torpaq sahəsini zəbt edərək, faktiki istifadə etməklə, ya da ki, iddiaçı tərəfindən əvvəllər mövcud olmuş yolu bağlayıb, cavabdehdən yeni gediş-gəliş yolunun tələb etməklə, hüquqdan sui-istifadə hallarına yol verilmələri baxımından hüquqi qiymət verməmişdir.

43. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).

45. Kon stitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

46. Oxşar mövqe X2 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

47. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstər ən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

49. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə ala n məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

51. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

52. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hü quq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-287/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar