Məhkəmə qərarları › İş №2(102)-2386/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2386/2019

08.04.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2386/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili X2, Cavabdeh Sığorta ASC-nin vəkili Vəkil iştirakları ilə. Cavabdeh Sığorta ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi ilə (hak im: E.Ə.Mehdiyev;2(006)-1060/18) iddiaçı Sedimalıyev İmiyəddin Həsənalı oğlunun Cavabdeh Sığorta şirkətinə və 3-cü şəxs “X9 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “istehslatda əmək xəsarəti ilə əlaqədar ödənilən aylıq ödəncin artırılması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə(hakim: V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənova və N.Ş.Cəfərov 2(103)8674/2018) İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia təmin edilərək, İddiaçı ödənilən sığorta ödənişi məbləğinin 01.01.2017-ci il tarixdən 15 faiz artırmalı olduğu müəyyən e dilərək artıma müvafiq ödənişlərin həyata keçirilməsi vəzifəsinin Cavabdeh Sığorta şirkətinə həvalə edilməsi, Cavabdeh Sığorta şirkətindən İddiaçı xeyrinə 15 manat, dövlət büdcəsinə isə birinci instansiya məhkəməsindən baxılması ilə əlaqədar 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh Sığorta şirkətinə və 3-cü şəxs «X9 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X9 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində quyuların yeraltı təmiri üzrə operator peşəsində işlədiyi dövrdə 16 may 2015-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 50 faizini itirərək 2-ci dərəcəli əlil olması ilə bağlı Cavabdeh Sığorta şirkəti tərəfindən ona verilən orta aylıq əmək haqqı məbləğinin 50 faizini təşkil edən 624,53 manat məbləğində aylıq sığorta ödənişinin «X9 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində 01.01.2017-ci il tarixdə işçilərin tarif (vəzifə) maaşlarının 15 faizi kütləvi artımına mütənasib olaraq artırılaraq həmin tarixdən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışkar ki, o, «X9 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində quyuların yeraltı təmiri üzrə operator peşəsində işləyərkən 16 may 2015-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış və əmək qabiliyyətini 50 faiz itirməsi ilə əlaqədar ona 2-ci dərəcəli əlillik təyin olunmuşdur. «X9 Kompani S.A.» Şirkətinin Azərbaycan R espublikasındakı Nümayəndəliyi ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsinə əsasən ona Cavabdeh Sığorta şirkəti tərəfindən orta aylıq əmək haqqı məbləğinin 50 faizini təşkil edən 624,53 manat məbləğində aylıq ödəniş verilir. 01.01.2017-ci il tarixdə “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artımı olmuş, işçilərin əmək haqqı 15 faiz artırılmışdır. O, işçilərin əmək haqqının 15 faiz artımı ilə əlaqədar Cavabdeh Sığorta şirkətinə müraciət edərək ona verilən aylıq ödənişin həmin artıma mütənasib olaraq artırılmasını xahiş etmiş, lakin sığorta şirkəti bundan imtina etmişdir. Halbuki, «İsteh salat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericilklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi pe şə (vəzifə) üzrə tarif maaşının kütləvi artımından sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Göründüyü kimi Cavabdeh Sığorta şirkəti ona verilən aylıq ödənişin həmin artıma mütənasib olaraq artırılmasından qanunsuz olaraq imtina etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Sığorta şirkəti kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 60, 70-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsininpozulması ilə çıxarılm ış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh Sığorta ASC-nin vəkili Vəkil apellyasiya şikatətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəməkollegiyasınıniclasında təmin edilməməsini xahiş etdilər. iddiaçı X1 və vəkili X3 apellyasiya şikatətinin Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, 3-cü şəxs üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Res publikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, görünür ki, iddiaçı «X9 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində quyuların yeraltı təmiri üzrə operator peşəsində işləyərkən 16 may 2015-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış və əmək qabiliyyətini 50 faiz itirməsi ilə əlaqədar ona 2-ci dərəcəli əlillik təyin olunmuşdur. «X9 Kompa ni S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsinə əsasən ona Cavabdeh Sığorta şirkəti tərəfindən orta aylıq əmək haqqı məbləğinin 50 faizini təşkil edən 624,53 manat məbləğində aylıq ödəniş verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Qaydaların 3.5-ci bəndinə əsasə n istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericilklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımından sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. İş materiallarının 40-cı vərəqinə əlavə edilmiş «X9 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 16.02.2018-ci il tarixli məktubundan görünür ki, hakim tərəfindən 15.01.2018 -ci il tarixdə Nümayəndəliyə sorğu göndərilmiş, lakin həmin sorğu iş materiallarına əlavə edilməmişdir. Cavab məktubunun məzmunundan aydın olur ki, hakim «X9 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən istehsalatda xəsarət almış və bununla əlaqədar peşə qabiliyyətini itirmiş işçilərin aylıq sığorta ödənişi məbləğinin artırılıb-artırılmadığına dair məlumat istəmiş, Nümayəndəlik sığorta ödənişləri müəssisə tərəfindən ödənilmədiyi üçün bu barədə məlumatları olmadığını bildirmişdir. Göründüyü kimi, hakimin «X9 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış sorğusunda sual düzgün qoyulmadığından mübahisənin obyektiv həlli üçün zəruri olan məlumat əldə edilməmişdir. İddiaçının vəsatəti əsasında apellyasiya instansiya məhkəmə si tərəfindən verilmiş sorğuya «X9 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 26.09.2018-ci il tarixli cavab məktubundan görünür ki, müəssisədə 01.01.2017-ci il tarixdən etibarən 15 % olmaqla, 01.05.2018-ci il tarixdən 20 % olmaqla işçilərin əmək haqqına kütləvi artım edilmişdir. Bu artımlar iddiaçının vaxtilə işlədiyi “Quyuların yeraltı təmiri üzrə operator” vəzifəsinə də şamil edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən məktubla iddiaçının işlədiyi müəssisədə 01.01.2017-ci il tarixdən etibarən işçilərin əmək haqlarında kütləvi artım olduğu təsdiq edildiyindən «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 3.5-ci bəndinə əsasən iddiaçıya ödənilməli olan aylıq ödəncin məbləği həmin tarixdən artırılmalı olduğu halda cavabdeh bu artıma müvafiq sığorta ödənişinin artırılmasından əsassız imtina etmişdir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməli, Nəsimi rayon Məhkəməsinin 2 (006)-1060/2018 saylı, 08 may 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək iddiaçı İddiaçı ödənilən sığorta ödənişinin məbləğinin 01.01.2017-ci il tarixdən 15 faiz artırılmalı olduğu müəyyən edilərək artıma müvafiq ödənişlərin həyata keçi rilməsi vəzifəsi Cavabdeh Sığorta şirkətinə həvalə edilməlidir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar