Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2389/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçının vəkili İsmayılov Səlimxan İsa oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli 2(103)-3423/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair” iddia ərizəsi Yasamal rayon Məhkəməsinə müraciət edərək, ünvanindən Cavabdeh2 və onun digər ailə üzvlərinin çıxarılması, daşınmaz əmlakın alıcıya zərər yetirmədən tam şəkildə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən Ayaz Məmmədov) 2(004)8848/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh2 (ailə üzvləri ilə birlikdə) Bakı şəhəri, Yasamal rayonu, məhəllə 577, S.Dadaşov küç., 72 saylı evin 444 saylı mənzilindən çıxarılması və həmin mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova- sədrlik edən və məruzəçi, Elnur Həsənov və Vüsalə Baxışova) 09 aprel 2019-cu il tarixli 2(103)-3423/2019 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8848/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxan zaman işin həqiqi hallar ını araşdırmamış, eyni zamanda öz qətnaməsi ilə işin həqiqi hallarını gizlətməyə çalışmışdır. Həmçinin işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər prosessual hüquq normalarına da riayət etməyərək, ciddi hüquq pozuntularına yol vermişdir. Məhkəmə işə birtərəfli baxmaqla işin həllinə səthi yanaşmış, sübutların araşdırması və toplanması qaydasına riayət etməmiş, bununla da obyektivsizliyə yol vermişdir. Prosessual hüquq normalarının kobud şəkildə pozulması və işə baxan hakimin işdə birbaşa qərəzli olmasını özündə təcəssüm etdirir. Beləliklə apellyasiya instansiya məhkəməsi işi tam hərtərəfli araşdırmamış, cavabdehlərin iştiraklarını təmin etməmiş, şahidləri dindirməmiş, çəkişmə prinsipini pozaraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili İsmayılov Səlimxan İsa oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 Abdulətif qızı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməməsinə dair heç bir sübut təqdim etmədiyindən vəsatəti təmin edilməmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı m addəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 12 iyul 2016-cı il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan satıcı Cavabdeh2 tərəfindən (etibarnamə əsasında əqd Cavabdeh1 Abdulətif qızı tərəfindən bağlanmışdır) alıcı İddiaçı 55000 manata satılmışdır. 12 iyul 2016-cı il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 55000 manat pul vəsaiti notariat kontorunun depozitinə ödənilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən isə ünvan İddiaçı xüsusi mülki yyətindədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməməklə satdığı mənzili İddiaçı təhvil vermədiyindən satıcının ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin alıcıya təhvil verilməsi barədə iddia tələbi əsaslıdır. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməmiş, qətnaməni yalnız əqdin nümayəndə qismində bağlamış Cavabdeh1 mübahisələndirmiş və apellyasiya məhkəməsi qətnamənin əsaslığının Cavabdeh1 münasibətdə yoxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən isə ünvan İd diaçı xüsusi mülkiyyətindədir və həmin şəxs Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə, həmçinin alqısatqı müqaviləsindən irəli gələn öhdəliklərin satıcı Cavabdeh2 tərəfindən icra edilməməsinə əsaslanaraq, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində Cavabdeh1 cavabdeh kimi göstərilsə də, onun həmin mənzildə yaşaması və mənzilə hər hansı hüququnun olması işdən görünmür və qətnamə ilə də mənzildən onun çıxarılması qət edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, həmin şəxsin təmsilçi kimi bağladığı əqdin formal olmasına istinad edərək qətnaməni mübahisələndirməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli 2(103)3423/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın
Məhkəmə qərarları › İş №2(102)-2389/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2389/2020
08.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver