Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2389/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəbərpa (Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1891/2025 nömrəli iş üzrə 15 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 avqust 2025-ci il tarixdə Ali Məh kəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı 07 yanvar 2008-ci il tarixli 09 №-li əmrlə Şamaxı rayonu Telekommunikasiya qovşağı 1 saylı TXS-nə 5-ci dərəcəli rabitə montyoru işinə qəbul edilmiş, 03 may 2010-cu il tarixli 72 nömrəli əmrlə öz ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 21 iyun 2010cu il tarixli 950/k nömrəli əmrlə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Cavabdeh Şamaxı X12 QK avadanlıqlarının istismarı xidmətinə 4-cü dərəcəli xətti baxıcı vəzifəsinə təyin edilmiş, 16 iyul 2010-cu il tarixli 01/K nömrəli əmrlə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Şamaxı X15 QDX- nə 5-ci dərəcəli yeraltı qaz kəmərlərinə və avadanlıq larının istismarı üzrə çilingər peşəsinə keçirilmiş, 20 fevral 2015-ci il tarixli 82/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə xitam verilmişdir. 23 fevral 2015-ci il tarixli 246/k nömrəli əmrlə Ağsu X13 İdarəsi Şamaxı rayonu üzrə təmir-bərpa xidmətinə 5-ci dərəcəli yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş, 01 iyul 2021-ci il tarixdə SOCAR********************0081 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən (başqa işə keçirilmə ilə əlaqədar) əmək müqaviləsinə dəyişiklik edilməklə idarənin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinə 4-cü dərəcəli gözətçi peşəsinə keçirilmişdir.
2. Cavabdeh Ağsu Regional İstismar İdarəsi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli Ağsu X10 İdarəsinin Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Kürdəmir, Ucar, Göyçay rayonları üzrə) gözətçisinin peşə təlimatında əsas və vəzifə borcu və işin xüsusiyyətləri sırasında aşağıdakılar qeyd edilmişdir: 2.1. Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasının, siqnalizasiyanın, telefonun sazlığının, işıqlanmanın olmasının təmin edilməsi; 2.2. Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa (sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında) özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayə ndəsinə və polis şöbəsinin növbətçisinə xəbər verilməsi və polis nümayəndəsi gələnə qədər izin qorunmasının təmin edilməsi; 2.3. Obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verilməsi, yanğın söndürənlərə və polis şöbəsinin növbətçisinin xəbərdar edilməsi, yanğın söndürülməsi üçün tədbirlərin görülməsi; 2.4. Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işçilərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə təşkilatın ərazisinə və lazımı sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət edilməsi; 2.5. Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması; 2.6. Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsi; 2.7. Giriş-çıxış sahəsinin lazımı sanitariya vəziyyətində saxlanılması. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X16 tərəfindən verilmiş 02 may 2023-cü il tarixli 2902 nömrəli rəyə əsasən İddiaçı üzvi şəxsiyyət pozuntusu, uzunmüddətli kompensasiya halı F07.0 diaqnozu qoyulmuş, AR NK-nın 15 fevral 2003-cü il tarixli 23 saylı qərarına əsasən “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısı” nda təsdiq edilmiş işlər istisna olmaqla digər yüngül rejimli işlərdə işləyə bilməsi qeyd edilmişdir.
3. Cavabdeh X1 İstismarı İdarəsinin 03 iyul 2023-cü il tarixli, 14-2-2-12/3-1K-119/2023 nömrəli əmrinə əsasən Cavabdeh X1 İstismarı İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətində İV dərəcəli gözətçi vəzifəsində işləyən işçi İddiaçı 20 fevral 2015-ci il tarixli, 246 nömrəli əmək müqaviləsi nə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi əsası ilə xitam verilmişdir.
4. Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 03 iyul 2023-cü il tarixli və 02 oktyabr 2023-cü il tarixli çıxarışlara əsasən, İddiaçı 2-ci dərəcəli əlilliyi olmaqla, ona mərkəzi sinir sisteminin üzvi xəstəliyinin qalıqları psixopatobənzər davranışla diaqnozu qoyulmuşdur.
5. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X16 tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli 7740 nömrəli rəyə əsasən İddiaçı üzvi emosional labil pozunt u F06.6 diaqnozu qoyulmuş, işləməyə əks göstərişin olmadığı qeyd edilmişdir.
6. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X16 tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli 8367 nömrəli rəyə əsasən İddiaçı üzvi emosional labil pozuntu F06.6 diaqnozu qoyulmuş, yüngül işlərdə işləməsinə əks göstərişin olmadığı qeyd edilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(107)- 259/2024 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh Ağsu Regional İstismar İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh Ağsu Regional İs tismar İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətinin əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrdə göstərilənlərin həqiqəti əks etdirməməsi, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməli olması, iddiaçının hazırkı tələb üzrə iddia müddətini ötürməməsi, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi ilə bağlı istinad etdiyi halın əsassız olması, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin, 79-cu maddəsinin 3-cü bəndinin tələblərini kobud şəkildə pozması, birinci instansiya məhkəməsinin iddiaçının əmək hüququnu pozmasına dair dəlillərinə münasibət bildirərək qeyd etmişdi r ki, iddia tələbi həmin tələbə cavab verməli olmayan idarəyə qarşı yönəldildiyindən, iddiaya cavab verməli olan Cavabdeh isə cavabdeh olaraq işə cəlb edilmədiyindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə həmin dəlillərin mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirilməsi doğru hesab edilə bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Cavabdeh X1 istismarı İdarəsinin 14-2-2-12/3-1K119/2023 nömrəli 03 iyul 2023-cü il tarixli əmrinin ləğv edilməsi, Cavabdeh X1 istismarı İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin gözətçi vəzif əsinə bərpa edilməsi və 03 iyul 2023-cü il tarixindən etibarən boş dayanmasına görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər hesablanaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, 03 iyul 2023-cü il tarixli, 14- 2-2-12/3-1K119/2023 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1ci hissəsinin “c” bəndinə (əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyalarını yerinə yetirə bilməmək) əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Həmin əmr əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2 023-cü il tarixinə qədər cavabdeh təşkilatda müxtəlif işlərdə çalışmışdır. Çalışdığı bu illər ərzində əmək fəaliyyətində heç bir qüsur olmamış, rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrdə qeyd olunanlar isə həqiqəti əks etdirmir. Belə ki, Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X11 verdiyi 02 may 2023-cü il tarixli 2902 nömrəli Rəyə əsasən "Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısında təsdiq edilmiş işlər istisna olmaqla digər yüngül işlərdə işləyə bilməyi təsdiq olunmuşdur. Cavabdeh iddiaçının altı aydan artıq işləyə bilmədiyini əsas göstərsə də, bu həqiqəti əks etdirmir, çünki iddiaçı hər gün işdə olmaqla ə mək funksiyalarını icra etmiş və müvafiq olaraq əmək haqqını almışdır. Odur ki, əmrdə qeyd olunanların əsası yoxdur. İddiaçı hesab etmişdir ki, cavabdeh o, 2-ci qrup əlil olduğu üçün onu işdən çıxarmışdır. Cavabdeh iddiaçının razılığı olmadan onun əmək müqaviləsinə xitam vermişdir. İddiaçı işdən çıxarıldığı vaxtdan işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. İddiaçı cavabdehlə dəfələrlə əlaqə yaratsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək, onu işə bərpa etməkdən boyun qaçırmışdır. Həmçinin iddiaçı hesab etmişdir ki, cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə ona işdən çıxarıldığı günün sonrakı günündən yəni 04 iyul 2023-cü il tarixdən başlayaraq, işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur.
10. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, eti razını onunla əsaslandırmışdır ki, iddiaçı 03 iyul 2023-cü il tarixdə işdən azad olunmuşdur, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışda əmək qabiliyyətsiz olduğu qeyd edilmişdir, iddiaçı işlədiyi dövrdə heç bir nöqsanı olmamışdır, həmin diaqnoz 2012-ci ildə qoyulmuşdur. İddiaçı işdən azad edilməsinə dair 14-2-2-12/3-1K-119/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli əmri və özünə aid əmək kitabçasını elə həmin gün, yəni 03 iyul 2023cü il tarixdə almışdır. 27 iyul 2023-cü il tarixdə isə Mediasiya prosesinin tətbiqi barədə Ağsu X13 İdarəsinə təklif göndərmişdir. xx.xx.2023-cü il tarixdə Şəki 1 saylı X3 prosesinin keçirilməsi üçün müraciət etmiş və xx.xx.2023-cü il tarixə təyin edilmiş Mediasiya sessiyasında ona ilkin Mediasiya Prosesinin baş tutmamasına dair arayış təqdim edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdə işdən azad edilməsinə dair əmrini və əmək kitabçasını alması, həmin tarixdən sonrakı 24-cü günü mediasiyaya müraciət etdiyi və xx.xx.2023-cü il tarixdə ilkin Mediasiya Prosesinin baş tutmamasına dair arayışı əldə etməsini də nəzərə alınsa əgər, iddiaçının iddia ərizəsi artıq xx.xx.2023- cü il tarixdə aidiyyatı məhkəməyə daxil olmalı idi. Lakin iddia ərizəsi Ağsu rayon Məhkəməsinə xx.xx.2023-cü il tarxdə daxil olaraq qeydiyyata alınmışdır. Belə olduğu halda iddiaçının iddia müddətini 4 gün ötürmüş olduğu aydın şəkildə görünür. Bundan başqa iddiaçı X4 xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək “əmrin ləğvi və işə bərpa “tələbinə dair iddia ilə müraciət etmiş Xətai Rayon Məhkəməsinin 2(011)4870/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsi iddiaçıya qayıtmışdır. Təkrar olaraq xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Xətai Rayon Məhkəməsinə də müraciət edərkən iddia müddətini buraxmışdır. Nəzərə alınsa ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə müraciət edib Xətai Rayon Məhkəməsinin 2(011)- 4870/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsi iddiaçıya qayıtmışdır. Sonradan iddiaçı Xətai Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə təkrar müraciət etmişdir. Xətai Rayon Məhkəməsinə də müraciət edərkən 6 gün iddia müddətini buraxmışdır. Yuxarıda qeyd olunanlara əsasən hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə iddiaçı X2 tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır.
11. Bakı şəhəri Xət ai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 dekabr 2024-cü il tarixli, 2(011)- 5781/2024 nömrəli qətnaməsi ilə (hakim İlahə Abbsova) iddia təmin edilmişdir.
12. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh X1 İstismar İdarəsinin rəisinin 03 iyul 2023-cü il tarixli, 14-2-2=12/3- 1K119/2023 nömrəli əmri ilə eyni gün tanış olmuş, X14 1 saylı Mediasiya Təşkilatına 27 iyul 2023-cü il tarixdə müraciət etmişdir. Mediasiya Prosesinin tətbiqi barədə təklif 27 iyul 2023-cü il tarixdə Cavabdeh Ağsu Regional İstismar İdarəsinə göndərilmiş, X14 1 saylı Mediasiya Təşkilatı tərəfindən İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış 23 avqust 2024-cü il tarixdə verilmişdir. İddiaçı Cavabdeh Ağsu Regional İstismar İdarəsinə qarş ı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-259/2024 saylı 12 mart 2024-cü il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iddia tələbi həmin tələbə cavab verməli olmayan idarəyə qarşı yönəldildiyindən, iddiaya cavab verməli olan Cavabdeh isə cavabdeh olaraq işə cəlb edilmədiyindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə həmin dəlillərin mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirmələri doğru hesab edilə bilmədiyindən, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi t əmin edilməmişdir. İddiaçı sonradan əsl Cavabdehnə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, nəzərə alaraq ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur və iddiaçı X14 1 saylı Mediasiya Təşkilatına 27 iyul 2023-cü il tarixdə müraciət etmişdir, iddiaçı iddia müddətini ötürməmişdir, odur ki, iddia müddəti ötürülmədyindən iddiaya mahiyyəti üzrə baxılmalıdır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı 20 fevral 2015-ci il tarixdə bağlanmış 246 nömrəli əmək müqaviləsi və onun əsasında verilmiş 20 fevral 2015-ci il tarixli, 246K saylı əmrlə Şamaxı rayonu üzrə Təmir-Bərpa xidmətinin yeraltı q az kəmərlərinin istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingəri peşəsinə işə qəbul edilmişdir. İddiaçı 01 iyul 2021-ci il tarixdə SOCAR **********00070020B00081 nömrəli əmrlə Cavabdeh İB Ağsu X13 İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinə 4-cül dərəcəli gözətçi peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair müayinə olunan şəxs üzrə məlumatlarda iddiaçının İİ dərəcəli əlilliyi olması, diaqnoz Mərkəzi sinir sisteminin üzvü xəstəliyinin qalıqları, psixopatobənzər davranışla, əmək və sağlamlıq imkanlarının məhdudluğu, müddətsiz, əlillik səbəbi ümumi xəstəlik, əmək zəmanəti əmək qabiliyyətsiz kimi qeyd edilməsi nəzərə alınaraq, Cavabdeh X1 İstismar İdarəsin in rəisinin 03 iyul 2023-cü il tarixli, 14-2-2=12/3-1K-119/2023 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilməklə xitam verilmiş və sonuncu işdən azad edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının işlədiyi müddətdə həmişə işdə olduğunu və iş vəzifələrini qüsursuz yerinə yetirdiyini inkar etməmiş, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışda əmək qabiliyyətsiz qeyd olduğuna görə onunla əmək müqaviləsinin ləğv edildiyini bildirmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X16 tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli 8367 nömrəli rəydən görünür ki, İddiaçı üzvi emosional labil pozuntu F06.6 diaqnozu qoyulmuş, yüngül işlərdə işləməsinə əks göstərişin olmadığı qeyd edilmişdir. Göründüyü kimi İddiaçı işdə olduğu, əmək vəzifələrini icra etdiyi halda onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən işəgötürən tərəfindən qanunsuz olaraq ləğv edilmişdir. Halbuki qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi müəyyən edilməli idi, başqa sözlə, cavabdehin həmin normaya istinadən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi üçün işçinin əmək qabiliyyətsizliyi ilə əlaqədar olaraq altı ay əmək müqaviləsi üzrə öz əmək funksiyalarını icra edə bilməməsi sübut olunmalı idi. Hazırkı işdə isə belə mötəbər sübutlar mövcud olmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının əmək qanunvericiliyinin yuxarıda qeyd edilmiş normalarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı işdə olduğu, əmək vəzifələrini icra etdiyi halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi qanunsuz olduğundan iddia tələbi əsaslıdır, odur ki, iddia təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh X1 istismarı İdarəsinin 14- 2-2-12/3-1K119/2023 nömrəli 03 iyul 2023-cü il tarixli əmri əğv edilməli, İddiaçı Cavabdeh X1 istismarı İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətində İV dər əcəli gözətçi vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi iş buraxmaya görə işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 11, 46, 74, 76, 83, 292 və 296-cı, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 22.1, 22.2-ci, 22.3, 22.4, 22.5, 24.1, 24.2 və 24.4-cü maddələrinə, “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2003-cü il tarixli Qərarına, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 4.1 və 24.7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tətbiq etməmişdir. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallarda onunla bağlanmış əmək müqaviləsinə xitam verilir. 23 iyul 2023cü il tarixdə 14-2-2-12/3-1K-119/2023 saylı əmrlə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi – Sosial Komissiyasının sonuncu müayinəyə dair məlumat verilməsi haqqında arayışı olmuşdur. Həmin arayışda əmək qabiliyətsizdir qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli arayışda isə təkrar olaraq isə Kənar şəxslərinin nəzarəti altında xüsusi məsuliyyət tələbi olmayan peşələr üzrə işləyə bilər qeyd olunmuşdur. Lakin Xətai Rayon Məhkəməsi tərəfindən qeyd olunan hallar düzgün araşdırılmamış, cavabdehin təqdim etdiyi sənədlər araşdır ılmamışdır. İddiaçı barədə Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu muayinəyə dair məlumata əsasən müddətsiz əlillik təyin olunduğu müəyyən edilmişdir. Əmək Məcəlləsinin tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları adlı 74-cü maddəsinin “c” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən asılı olmayan hal kimi əmək müqaviləsinə xitam verilə bilər. Başqa sözlə, işçinin əmək qabiliyyətsizliyi və bununla əlaqədar əmək funksiyasını yerinə yetirə bilmədiyi ayrı-ayrılıqda araşdırılmalıdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1891/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.H.Qasımov (sədrlik edən və məruzəçi), G.T.Axundova və Z.A.Şirinov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh X1 İstismarı İdarəsinin 14-2-2-12/3- 1K-119/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh X1 istismarı İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətində İV dərəcəli gözətçi vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi qət edil mişdir.
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən əmr həm Əmək Məcəlləsinin, həm də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla verilmişdir.
18. Hazırkı iş üzrə iddia müddəti ilə bağlı cavabdehin arqumenti onunla əsaslandırılır ki, iddiaçı X4 xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək “əmrin ləğvi və işə bərpa “tələbinə dair iddia ilə müraciət etmiş Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsi iddiaçıya qayıtmışdır. Təkrar olaraq xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Xətai Rayon Məhkəməsinə də müraciət edərkən iddia müddətini buraxmışdır. Nəzərə alınsa ki, iddiaçı xx.xx.202 4-cü il tarixdə Xətai Rayon Məhkəməsinə müraciət edib Xətai Rayon Məhkəməsinin 2(011)4870/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsi iddiaçıya qayıtmışdır. Sonradan iddiaçı Xətai Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə təkrar müraciət etmişdir. Xətai Rayon Məhkəməsinə də müraciət edərkən 6 gün iddia müddətini buraxmışdır.
19. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddia müddətinin ötürülməməsi qənaətinə gəlsə də, bununla bağlı düzgün əsaslandırma aparmayaraq qeyd etmişdir ki, iddiaçı X14 1 saylı Mediasiya Təşkilatına 27 iyul 2023-cü il tarixdə müraciət etdiyindən iddia müddəti ötürülməmişdir. Lakin cavabdehin qətnamənin 30-cu bəndində qeyd olunan, yəni, hazırkı iddia ərizəsi məhkəməyə müraciət olunarkən iddia müddətin ötürülməsi barədə dəlillərinə hər hansı münasibət bildirilməmiş və bu istiqamətdə əsaslandırma aparılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tələbin əsl olmayan cavabdehə qarşı irəli sürülməsi əsası ilə əvvəlki iddianın rədd olunması apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları ilə təsdiqini tapır və hazırkı tələblə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilərkən müddət ötürülmüşdür.
20. Qeyd olunan xüsusatlarla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı əvvəl eyni tələblə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə tərəfindən iddia müddətin ötürülməsi əsası ilə rədd edilsə də, yuxarı instansiya məhkəmələri tərəfindən gəlinən mövqe ondan ibarət olmuşdur ki, tələb əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür, yəni, iddia əsassız olduğundan və ya müddətin keçməsi əsası ilə deyil, əsl olmayan tərəfə qarşı irəli sürüldüyünə görə rədd edilmişdir. Mülki Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddiaçı hazırkı tələblə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərkən Mülki Məcəllənin 382-ci maddəsində qeyd olunduğu kimi onun şəxsiyyəti (səhhəti və savadsızlığı) ilə bağlı hallar, yəni, tələbin əsl olmayan cavabdehə qarşı irəli sürülməsi, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanlarının nəzərdə tutulmamaması müddətin ötürülməsi üçün üzrlü səbəb hesab olunmalıdır. Həmçinin, qeyd edilməlidir ki, əmrin Cavabdeh İB tərəf indən deyil, Ağsu X10 İdarəsinin möhürü ilə təsdiq edilməsi, həmin idarənin rəisi tərəfindən imzalanması da iddiaçını həmin idarəyə qarşı iddia irəli sürməsini şərtləndirmişdir.
21. İddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən müddətlərin ötürülməsi barədə arqumentlərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi ilə 12 iyun 2024-cü il tarixdə müraciət olunarkən kassasiya instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilməmiş və buna görə işin icraatı dayandırılmış, 16 iyul 2024-cü il tarixdə yekun məhkəmə aktı çıxarılmış və bundan sonra 27 avqust 2024-cü il tarixdə iş üzrə icraat təzələnmişdir. Yəni, iddiaçı əvvəlki qətnamədən kassasiya şikayəti verdiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə yuxarıda göstərilən tarix də müraciət etmişdir. Buna görə də cavabdehin qeyd olunan əsasları iddia müddətinin buraxılması qənaətinə gəlməyə əsas vermir və məhkəmə iddia müddətinin üzrlü səbəbdən ötürülməsi qənaətinə gəlmişdir.
22. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.5, 45.1, 68.1, 68.2, 76.1, 76.2, 83.1, 83.2, 84.1,172.5, 296.1, 296.2 və 296.6-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.1, 379.1.6, 380.1, 380.2 və 382-ci maddələrinə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 21.3, 22.2, 22.4, 22.5, 24.1, 24.2 və 24.4-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti ver ərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçının şəxsiyyəti (səhhəti və savadsızlığı) ilə bağlı hallar, yəni, tələbin əsl olmayan cavabdehə qarşı irəli sürülməsi, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanlarının nəzərdə tutulmaması müddətin ötürülməsi üçün üzrlü səbəb hesab olunması barədə gəldiyi nəticə yanlışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəf savadsız şəxs hesab oluna bilməz. Belə ki o, 4 vərəqəlik iddia ərizəsi tərtib etmiş və zəruri sənədləri ona qoşma edərək məhkəməyə şəxsən ünvanlamışdır. Bu halda iddiaçı tərəf savadsız hesab edilə bilməz.
25. Bundan əlavə, iddiaçı tərəf istər Ağsu Rayon Məhkəməsinə, istərsə də Xətai Rayon Məhkəməsinə ilkin müraciətləri zamanı əmək qanunvericiliyi ilə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. İddiaçı tərəfindən Ağsu Rayon Məhkəməsinə işə bərpa tələbi ilə müraciət zamanı iddia müddətinin ötürülmüş olması Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)- 2378/2024 nömrəli qərarının 8-ci bəndi ilə təsdiq edilmişdir.
26. Həmçinin İddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinə işə bərpa tələbi ilə müraciət zamanı iddia müddətinin üzrlü olmayan səbəblərdən ötürülmüş olması belə izah edilə bilər ki, iddiaçı tərəf Ağsu Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə qəbul olunmuş xx.xx.2024-cü il tarixli Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında Azəriqaz İB-nin yerləşdiyi yer üzrə Xətai Rayon Məhkəməsi nə müraciət etməli olduğunu bilmişdir, belə olan halda iddiaçı tərəf 01 ay 24 gün sonra, yəni ki xx.xx.2024-cü il tarixində işə bərpa tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət edənə qədər Birliyin yerləşdiyi yer üzrə mediasiyaşurasına müraciət etməli idi. İddiaçı Mediasiya şurasına müraciət etmədən ilk dəfə xx.xx.2024-cü il tarixdə işə bərpa tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş olduğuüçün məhkəmənin xx.xx.2024-cü il tarixli 2(011)-4870/2024 nömrəli qərardadı ilə onun iddia ərizəsi və iddia ərizəsinə əlavə etmiş olduğu sənədlər ona geri qaytarılmışdır. Əlavə olaraq, iddiaçı tərəf işə bərpa tələbi ilə Birliyin yerləşdiyi yer üzrə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi ilə əlaqədar yalnız xx.xx.2024-cü il tarixində (Şəki Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədən 02 ay 04 gün sonra) Azəriqaz İB-yə Mediasiya təklifi göndərmişdir. Hərçəndki iddiaçı tərəf xx.xx.2024-cü il tarixində qəbul olunmuş Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında Azəriqaz İB-nin yerləşdiyi yer üzrə Xətai Rayon Məhkəməsinə müraciət etməli olduğunu artıq bilmişdir, bununla da iddiaçı tərəf işə bərpa tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət emək üçün qanunla müəyyən edilmiş 1 təqvim ayı müddətini ən azından həmin ərəfədə gözləməli və ötürməməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
28. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması;
1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;
29. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
30. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
31. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müv afiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
32. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
33. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
34. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
35. Maddə 2 96.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
36. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
37. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərba ycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
39. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
40. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
41. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.
42. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
43. Maddə
382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ə rzində baş verdikdə üzrlü sayıla bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
44. Maddə 10.1. Dövlət əlilliyi olan şəxslərə maksimum müstəqilliyə, fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub saxlamaq imkanı verir.
45. Maddə 21.3. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir.
46. Maddə 22.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxslər i işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir.
47. Maddə 22.4. Bu Qanunun 22.3-cü maddəsinə əsasən işə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir.
48. Maddə 22.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.
49. Maddə 24.1. İşəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilli yi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X5 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.
50. Maddə 24.2. Bu Qanunun 24.1-ci maddəsində göstərilən əlilliyi olan şəxslərin iş yerlərinin onların istifadəsi üçün uyğunlaşdırılması məqsədi ilə işəgötürən əlilliyi olan şəxslərin iş yerlərindən istifadə imkanlarını asanlaşdıran texniki avadanlıq və qurğuların alınması, mövcud olan texniki avadanlıq və qurğuların əlilliyi olan şəxslərin tələbatına uyğunlaşdırılması, ixtisaslaşmış vasitəçilərin xidmətləri ilə təmin edilməsi kimi ağlabatan tədbirlər həyata keçirir.
51. Maddə 24.4. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, bu Qanunun 24.1-ci maddəsində göstərilən işçi ilə əmək müqavilə sinin işəgötürən tərəfindən ləğv edilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
59. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instans iya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
60. Birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hüquq normaları düzgün tətbiq etmiş, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə, iddianın rədd olunması barədə qənaət gəlmiş, apellyasiy a məhkəməsi i də haqlı olaraq bu qənaətlə razılaşmışdır.
61. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə əmr həm Əmək Məcəlləsinin, həm də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla verilmişdir. İddiaçının iddia müddətini qısa müddətdə ötürməsi üzrlü səbəblərdən olmuşdur.
62. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
63. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə n ail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1891/2025 nömrəli iş üzrə 15 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.