Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-239/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə 17.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4870/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki İddiaçı ilə Cavabdeh2 28.04.2012-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahdan tərəflərin 20.03.2013-cü il təvəllüdlü X və 05.02.2015-ci il təvəllüdlü X adlı uşaqları anadan olmuşdur. Sonradan tərəflər arasındakı münasibət pozulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5932/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 28 aprel 2012-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşaqların ananın himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 80 manat olmaqla, 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
2. Bakı şəhəri Bin əqədi rayonu İcra Hakmiyyəti Başçısnın Binəqədi qəsəbə üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29.10.2020-ci il tarixli, 1151 nömrəli arayışdan görünür ki, Cavabdeh1 öz ailə üzvləri, yoldaşı İddiaçı və iki azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, koprus 9-da yerləşən fərdi yaşayış qeydiyyatsız yaşayırlar. 3. "xxxx" MMC-nin 09.09.2018-ci il tarixli, 972 nömrəli əmlakın qiymətləndirilməsi nəticələri haqqında rəydən və 972 nömrəli Hesabatdan görünür ki, Cavabdeh2 müraciəti əsasında, Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evi 20.000 (iyimir min) manat məbləğində qiymətləndirilmişdir.
4. İş materiallarında olan aktdan və əlyazmadan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünv anında yerləşən fərdi yaşayış evini 08.09.2015ci il tarixdə X1 20.000 manata almışdır.
5. Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisinin alqı-satqı müqaviləsi X6 ilə bağlanmışdır.
6. İş materiallarında olan abonent saldosundan görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacı X3 adındadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürmə” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı ilə birlikdə 2018-c i ildən yaşadığı, cehiz əmlaklarının olduğu, alınmasına, təmirinə birgə pul qoyduqları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9-da yerləşən evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28.04.2012-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş və bu nikahdan 2013-cü il təvəllüdlü X və 2015-ci il təvəllüdlü X adlı uşaqları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra Cavabdeh1 qeydiyyatda olduğu və yaşadığı X kəndindəki evə gəlin köçmüş, cehiz əşyalarını həmin evə aparmışdır. 4 ay cavabdehlə birlikdə gəlin köçdüyü evdə yaşadıqdan sonra, iddiaçının işi ilə əlaqədar Bakı şəhərinə köçmüş və iddiaçının anasına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 1, ev 4-də yerləşən evin bir otağında yaşamağa başlamışlar. Onlar 6 il həmin mənzildə yaşadıqdan sonra, keçmiş qaynatası-Cavabdeh2 onlara təklif etmişdir ki, özlərinə ev almaq üçün əllərində olan pulu yığsınlar, qalan pulu isə o, düzəldəcək. Bir neçə gün sonra Cavabdeh2 onlara bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, koprus 9-da 20.000 manata ev tapıb. Onlar evə baxdıqdan sonra onu almağa razılaşmış və beləcə, həmin mənzilin pulundan 7000 manatı iddiaçı və Cavabdeh1, qalan pulu isə cavabdeh X ödəmişdir. Ev təmirsiz olduğundan Cavabdeh1 iddiaçıya toyda və yaxınları tərəfindən hədiyyə olunan qızıl-zinət əşyalarını satıb, evi təmir etdirməyi təklif etmiş, daha sonra ona daha yaxşı qızıl-zinət əşyaları alacağını bildirmişdir. Onlar həmin qızılları 6300 manat satmış, əlavə olaraq iddiaçının anası 3000 manat, qaynatası-Cavabdeh2 isə 2000 manat maddi köməklik göstərərək, evi tam təmir etmişlər. Ev təmir olunduqdan sonra iddiaçı Xaçmaz rayonunda yerləşən evdən cehiz əşyalarını gətirmək istəsə də, keçmiş qaynatası və qaynanası təzə evə təzə əmlak aparmasını təklif etmişlər. İddiaçı bunu anasına bildirdikdə, anası ailəsində söz-söhbət yaratmamağı, əşyaları kreditlə götürüb pulunu ödəməkdə köməklik göstərəcəyini bildirmişdir. Beləliklə, iddiaçı təzə evə Xaçmaz rayonunda olan evdən yalnız elektrik əşyalarını (televizor, soyuducu və s.) gətirmişdir. İddiaçının anası ilkin olaraq təzə evə 1000 manat dəyərində mətbəx mebeli hədiyyə etmiş, daha sonra iddiaçı anası ilə birlikdə yataq, qonaq otağı üçün əmlaklar-mebellər alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, koprus 9-da yerləşən evlərinə gətirmişlər. Alınan əşyaların pulunun əksər hissəsini iddiaçının anası və qardaşı, qalan hissəsini isə (təxminən 600 manat) iddiaçı ödəmişdir. Tərəflər yeni alınmış evdə bir müddət mehriban yaşasalar da, sonradan Cavabdeh1 tamamilə dəyişmiş, qazandığı puldan evə gətirməməyə, bütün günü əyləncə yerlərində əylənərək, özü üçün yaşamağa başlamış, ailənin bütün yükü iddiçının üzərində qalmışdır. Cavabdeh heç bir səbəb olmadan ailədə söz-söhbət salmağa başlamış, iddiaçını, uşaqlarını döyməyə, təhqir etməyə başlamış, ailə münasibətləri tamamilə dağılmışdır. 20.09.2020-ci ildə Cavabdeh1 anasının təhriki ilə iddiaçını döyərək, həmin gün onu iki övladı ilə birlikdə evdən qovmuş, çıxardılarkən heç bir əşya götürməyə icazə verməmişlər. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və tərəflər arasında olan nikah pozulmuşdur. Hazırda iddiaçı məcbur qaldığından övladları ilə birlikdə Binəqədi qəsəbəsində kirayə ev tutaraq orada yaşayır. İddiaçı hesab edir ki, o, övladları ilə birlikdə 2018-ci ildən yaşadığı, alınmasına, təmirinə birgə pul qoyduqları, cehiz əmlakının olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, koprus 9-da yerləşən evə köçürülməlidir. Həmçinin iddiaçı qeyd etmişdir ki, köçürülməsini istədiyi evin hüquqi sənədi yoxdur, özbaşına tikilidir. Həmin ev barəsində yalnız keçmiş qaynatası Cavabdeh2 Xu 2018-ci ildə SSS-tikililərin eskiz lahiyəsi MMC-dən əmlakın qiymətləndirilməsi barədə rəy alınmışdır. 9. 30.11.2020-ci il tarixdə Cavabdeh2 Cavabdeh1 və İddiaçı qarşı “evdən çıxarma” tələbinə dair q arşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, İddiaçı və onların azyaşlı övladları ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, koprus 9 ünvanında yerləşən fərdi yaşayış evindən özlərinə məxsus olan əşyalarla birlikdə çıxarılmaları barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.
10. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, koprus 9-da yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin ünvanda yerləşən torpaq sahəsini və üzərindəki 3 otaqlı fərdi yaşayış evini o, 08.09.2018-ci il tarixdə 20.000 manat almışdır. Bütün kommunal ödənişlər isə həyat yoldaşı X3 adına rəsmiləşdirilib. Oğlu Cavabdeh1 qaynanasının həyətində tikdirdiyi yaşayış evində qay nanası tərəfində yola verilmədiklərini görüb, müvəqqəti yaşamaları üçün mübahisəli mənzili oğluna vermişdir. Həmin evdə də onlar yola getməmiş və nəticədə nikahları pozulmuşdur. Hal-hazırda İddiaçı Cavabdeh2 tərəfindən X anasının həyətində tikdiyi evdə azyaşlı uşaqları ilə birlikdə qalır. Buna baxmayaraq mənzilə köçürmə tələbi ilə məhkəməyə müraciət etmişdir
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(001)1091/2021 nömrəli qətnaməsi ilə (hakim G.Abbasova) ilkin iddia tələbi təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan övladları 20.03.2013-cü il təvəllüdlü X7 və 05.02.2015-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, qarşılıqlı iddia tələbinin təmin ed ilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşa yıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabd ehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəyidi)bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzi ldən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar.
13. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Xüsusilə o hal nəzərə alınmalıdır ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyildir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının “evə köçürülmə barədə” iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. Cavabdehlər hesab edirsə ki, ev onların vəsaiti hesabına inşa olunub və onlara məxsusdur, belə halda həmin şəxslər müvafiq sənədləri təqdim etməklə ev üzərində hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüququ qeydə alındıqdan sonra həmin hüququn müdafiəsi üçün məhkəməyə müraciət etməlidirlər. Ona görə də hazırkı işdə evin “cavabdehlərə məxsus olan ev” kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur. Cavabdehlər qeyrimüəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək istəyirlər. Ona görə cavabdehlərin bu hərəkətinin qarşısı alınmalıdır. İddiaçının izahatından məlum olur ki, iddiaçı cavabdehlərlə münasibətlərinin gərginləşməsi səbəbindən evdən istifadə etməkdə maneələrlə qarşılaşır. İddiaçıya məxsus əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçı həmin evdə yaşamış və cavabdehlə b irgə təsərrüfat aparmışdır.
14. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa, onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norman ın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mə nzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4).İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tik ili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir.
15. İşin tədqiq olunan hallarından məlum olur ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflərin qanuni istifadəsində olmayıb və həmin torpaq sahəsində mövcud olan yaşayış evinin tikintisi üçün müvafiq icra hakimiyəti orqanının icazəsi yoxdur.
16. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edəbilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanva r 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçir məyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər.
17. Məhkəmə hesab etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdehlərin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir.
18. Məhkəmə qarşılıqlı iddia tələbi nə münasibətdə hesab etmişdir ki, hazırki halda cavabdehlərin qanunla müəyyən edilən qaydada müvafiq kompensasiya ödəmədən iddiaçının evdən çıxarılmasına dair qarşılıqlı iddia tələbləri əsaslı hesab edilə bilməz. Belə ki, İddiaçı cavabdehlərlə birgə yaşayış sahəsindən bərabər istifadə etmək hüququna malikdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, 27.2, 164.1, 164.2, 157.2, 157.4, 157.8, 228.1, 228.2, 228.5-ci, Ailə Məcəlləsinin 34.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4870/2021 nömrə li iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.
23. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Həmin normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni İddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və s.) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdeh1 vıə Cavabdeh2 ev üzərində qeydə alınan hüququ olmadığın dan onların İddiaçı qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Ona görə də qanun pozuntusunun nəticələri aradan qaldırılmalı, İddiaçı məhrum edildiyi evə uşaqları ilə birlikdə köçürülməlidir.
24. İddiaçı müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi mümkün deyil. Belə ki, müqavilənin bağlanması üçün o, oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyil. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, İddiaçı Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi mümkün deyildir, ona görə də hazırkı mübahisənin həllində həmin maddələrin göstərişləri tətbiq edilə bilməz.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiy a instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
34. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. (maddə 43) Mülki Məcəllə
35. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. (maddə 157.8)
36. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərind ən çəkinməlidir. (maddə 164.1)
37. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. (maddə 164.2) Mülki Prossesual Məcəllə
38. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
41. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmu şdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4870/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.