Məhkəmə qərarları › İş №2(102)-239/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-239/2023

01.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-239/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilmə barədə əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-954/2022 nömrəli iş üzrə 16 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Babayev X2 Bələdiyyəsi sədrinin 29 noyabr 2001-ci il tarixli 21 №-li əmrnə əsasən icra aparatında maliyyə şöbəsinin müdiri vəzifəsinə 3 ay sınaq müddəti ilə təyin edilmişdr.

2. İddiaçı 06 aprel 2015-ci il tarixli Əmək müqaviləsinə əsasən Mingəçevir bələdiyyəsinin sədri ilə bağlanmış əmək müqaviləsi ilə İddiaçı müddətli əmək müqaviləsi ilə Mingəçevir vergi və ödənişli şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. 3. 05.01.2017-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən İddiaçı bələdiyyənin “maliyyə, vergi və ödənişlər” şöbənin müdiri vəzifəsinə qəbul edilmşdir.

4. İşdə olan Mingəçevir bələdiyyəsinin sədri ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsi ilə İddiaçı bələdiyyənin “Proqnoz və uçot” şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

5. Mingəçevir bələdiyyənin sədrinin 42/k №-li 13 oktyabr 2021-ci il tarixli ştat vahidlərinin ixtisar edilməsi haqqında əmrinə əsasən xx.xx.2022-ci il tarixdən bələdiyyənin yerli struktur tərkibi təsdiq edilsin, bələdiyyənin “proqnoz və uçot” şöbəsində 1 ştat vahidi şöbə müdiri vəzifəsində işləyən İddiaçı, 1 ştat vahidi kompüter üzrə iş icraçısı işləyən X8, 1 ştat vahidi kompüter üzrə operator vəzifəsində işləyən X4 tutduqları ştat vahidləri ixtisar edilsin.

6. Mingəçevir bələdiyyəsinin İddiaçı göndərdiyi 15 oktyabr 2021-ci il tarixli ştatların ixtisar edilməsi barədə xəbərdarlıqda göstərilmişdir ki, Mingəçevir bələdiyyəsinin 42/k №-li xx.xx.2021-c i il tarixli əmri il ə ştatınız ixtisara düşdüyünə görə Sizinlə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir.

7. İşə əlavə olunmuş Mingəçevir bələdiyyəsinin sədrinin 49/k №-li 29 dekabr 2021-ci il tarixli əmrinə əsasən bələdiyyənin “Proqnoz və uçot” şöbəsinin müdiri İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Bələdiyyəsinin sədrinin 49/k №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ali təhsilli iqtisadçıdır. xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Mingəçevir Bələdiyyəsində vergi xidmətinin rəhbəri olmuş, həmin tarixdən sonra da “Proqnoz və uçot” şöbəsinin müdiri işləmişdir. Mingəçevir bələdiyyəsinin 49/k №-li xx.xx.2021-ci il tarixli əmri ilə o və iki nəfər işçiləri ştatların ixtisara salınması adı ilə işdən azad edilmiş və bununla da bələdiyyənin uçot sistemi ləğv olunmuşdur. Mingəçevir Bələdiyyəsinin “Proqnoz və uçot” şöbəsi 30 mindən çox vergi ödəyicisinin uçotunu aparır. Bələdiyyənin fəaliyyətinin əsas hissəsi vergi ödəyicilərinin, vergilərin uçotundan ibarətdir. “Proqnoz və uçot” şöbəsinin fəaliyyətinin əsas hissəsi də vergi ödəyicilərinə kodların verilməsi, bildi riş və məktubların hazırlanması, daxil olmuş vəsaitlərin qeydiyyatı BAMS-a məlumatların işlənməsi və sair ibarətdir. Belə bir şöbəni ləğv etmək qanuna ziddir, yol verilməzdir. Bələdiyyə sədri ixtisar aparmazdan əvvəl ixtisaslı və peşəkar kadrlardan ibarət komissiya təşkil etməli idi. Həmin komissiya işdə saxlanmağa üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənədi bələdiyyə iclasının müzakirəsinə verməli və bundan sonra qərar verilməli idi. Bundan əlavə ştatların ixtisarı üçün ”X11 daimi komissiyası”nın arayışı, bələdiyyənin həmkarlar ittifaqı təşkilatının protokolu əsas sayıla bilməz. Ona görə ki, “Yeli büdcə məsələləri” daimi komissiyasının bir baza şöbənin ixtisarı məsələsini iclasın gündəliyinə çıxarmağa hüququ yoxdur. Bundan əlavə ştatların ixtisar olunması barədə müvafiq qərar qəbul edilməsi üçün həmkarlar ittifaqı təşkilatına müraciət olunmuşdur. “Bələdiyyələrin vergi xidməti orqanı” haqqında əsasnaməyə görə bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsləri bələdiyyə sədrinin təqdimatı ilə bələdiyyə iclasında təyin olunur və vəzifədən azad edilir. Bundan əlavə həmkarlar ittifaqı təşkilatının ştatların ixtisar olunması barədə qərar qəbul etmək hüququ yoxdur. Həmkarlar ittifaqı təşkilatı öz səlahiyyətləri daxilində ştatların ixtisarı zamanı işçilərin hüquq və mənafeylərini qorumalıdır. Mingəçevir bələdiyyəsinin sədrinin ştatların ixtisarı barədə əmri bələdiyyənin işinin optimallaşdırılması üçün deyil, şəxsən ona qarşı qərəzidir.

10. Cavabdehin nümayəndəsi, vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Mingəçevir Bələdiyyəsin də idarəetməni təkmilləşdimək, artıq xərclərin qarşısını almaq, bələdiyyənin iş fəaliyyətini optimallaşdırmaq, bu məqsədlə lazımi islahatlar aparmaq məqsədilə işçilərin sayının və ya ştatların ixtisar edilməsi zərurətinin yaranması barədə bələdiyyənin “X11” daimi komissiyası bələdiyyənin 3 ştat vahidindən ibarət “Proqnoz və uçot” şöbəsinin ixtisar olunmasına dair bələdiyyənin ümumi iclasının gündəliyinə daxil edilməsi barədə rəsmi olaraq təklif etmişdir. “X11” daimi komissiyasının təklifinə bələdiyyənin 07 oktyabr 2021-ci il tarixli iclasında baxılaraq, bələdiyyə üzvlərinin rəyi nəzərə alınmaqla “Mingəçevir bələdiyyəsində struktur dəyişiklikləri haqqında” qərar qəbul edilmişdir. Bundan sonra Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci və 2-ci hissəsinə müvafiq olaraq bələdiyyənin sədri tərəfin dən Mingəçevir Bələdiyyəsi həmkarlar ittifaqı təşkilatına 08 oktyabr 2021-ci il tarixdə təqdimatla müraciət olunmuşdur. Bələdiyyənin həmkarlar ittifaqı təşkilatı 12 oktyabr 2021-ci il tarixli iclasında təqdimata baxaraq, “Proqnoz və uçot” şöbəsi ştat vahidlərinin ixtisar edilməsi, həmin şöbənin müdiri İddiaçı, kompüter üzrə iş icraçısı X8 və kompüter operatoru X9 ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Həmkarlar İttifaqı təşkilatının qərarı təqdim edildikdən sonra bələdiyyənin “Proqnoz və uçot” şöbəsinin ixtisar edilməsi ilə əlaqədar bələdiyyənin xx.xx.2022-ci il tarixdən yeni struktur tərkibinin təsdiq edilməsi, tutduğu ştatların ixtisar ediləcək işçilərlə bağlı əmək qanunvericiliyi ilə müəyyən edilmiş təd birlərin həyata keçirilməsi haqqında bələdiyyə sədri 13 oktyabr 2021-ci il tarixli əmr vermişdir. Tutduğu ştatları ixtisar olunacaq işçilərə, o cümlədən iddiaçıya ştatın ixtisarı barədə 15 oktyabr 2021-ci il tarixdə yazılı xəbərdarlıq edilmişdir. Lakin iddiaçıya xəbərdarlıq elan edilsə də o, xəbərdarlığı imzalayıb götürməkdən imtina etmişdir. İddiaçı yazılı xəbərdarlığı qəbul etməkdən imtina etsə də 2022-ci ilin noyabr və dekabr aylarında iş axtarmaq üçün hər həftənin 1 günü olmaqla 4 dəfə işdə olmuşdur. Xəbərdarlıq müddəti bitdikdən sonra Mingəçevir Bələdiyyəsinin 28 dekabr 2021-ci il tarixli əmri ilə İddiaçı və şöbənin digər 2 nəfər işçiləri ilə əmək müqaviləsinə 05 yanvar 2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı izahatı nda bildirdi ki, qərəzli olaraq bələdiyyə sədri onun rəhbərlik etdiyi şöbəni ixtisara salmış, şöbədə işləyən işçilərlə əmək müqaviləsinə xitam verilmişdir. Bildirir ki, zərurətlə əlaqədar bələdiyyənin “Proqnoz və uçot” şöbəsindən başqa, bələdiyyənin 19/3 №li xx.xx.2021-ci il tarixli əmri ilə “Vergi və ödənişlər” şöbəsinin 4 ştat nəzarətçi vəzifələri, bələdiyyənin “ümumi” şöbəsinin 1 sürücü ştatı və 1 xadimə ştatı ixtisar edilmişdir. Hesab edir ki, iddia əsassızdır, ona görə də iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh Mingəçevir bələdiyyəsinin nümayəndəsi X1 da məhkəmə iclasında iddianı qəbul etməyərək eyni məzmunlu izahat verərək bildirdi ki, iddiaçının işlədiyi şöbənin ləğvi, işçilərin sayının azaldılmasında hər hansı bir qərəzçilik yoxdur. Məqsəd əlavə xərclərin qarşısını almaqdı. Bələdiyyə özünü idarə orqanıdır. Əldə etdiyi gəlirlə həm öz işini qurur, həm də işçi qüvvəsini saxlayır. Hazırda texnologiyanın inkişafı nəticəsində həmin şöbənin gördüyü işləri bir nəfər işçi görə bilir.

11. Məhkəmə iclasında Mingəçevir bələdiyyəsinin ilk həmkarlar ittifaqı təşkilatı X3 məhkəmə iclasında bildirmişdir ki, Mingəçevir bələdiyyəsinin ilk həmkarlar təşkilatına bələdiyyənin sədrinin ştatların ixtisarı, işçilərin sayının azaldılması barədə xx.xx.2021-ci il tarixdə təqdimatı daxil olmuşdur. Təqdimata Mingəçevir bələdiyyəsinin həmkarlar ittifaqı təşkilatının xx.xx.2021-ci il tarixli iclasında baxılmış, bələdiyyənin büdcəsində çətinliklər olması, maliyyə vəsaitinin zəifliyi nəzərə alınaraq ştatların ixtisarı qanuna müvafiq hesab edilmişdir. Həmin şöbələrdən biri də “Proqnoz və uçot” şöbəsi hesab edilmişdir ki, şöbə daxilindəki ştat vahidlərinin ixtisarına etiraz edilməmişdir. Onu da bildirir ki, tutduqları ştatlar ixtisar ediləcək işçilər də həmkarlar təşkilatının iclasına dəvət olunmuş, həmin işçilərdən X8 və X9 iclasda iştirak etmiş, iddiaçı iclasa gəlməmişdir.

12. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-990/2022 nömrəli iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyinin həmin tələblərinə riayət edilmiş, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verməmişdən əvvəl bələdiyyənin həmkarlar təşkilatına yazılı təqdimatla müraciət e dərək, ixtisar olunması nəzərdə tutulan ştatların ixtisar edilməsi, işçilərin sayının azaldılmasına razılıq verməsi bildirilmiş, həmkarlar təşkilatı da öz qərarını işəgötürənə, cavabdehə təqdim etmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin tələbləri pozulmamışdır.

14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12.1 “a”, c”, 68.2, 70“b”, 71.3, 80.1, 80.2, 300-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, əgər ixtisarların aparılmasına ehtiyac var idisə, bu real olmalı, qanunauyğun aparılmalı idi. AR ƏM-nin 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə, 12-ci maddəsinin 1 -ci hissəsinin “c” bəndinə və 68-ci maddəsinin 1 -ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Lakin Bələdiyyə sədri əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi 1) Bələdiyyə İclasının xx.xx.2021-ci il tarixli 20/2-saylı qərarını, 2) Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli 2 saylı protokolunu və 3) Mingəçevir Bələdiyyəsi sədrinin xx.xx.2021-ci il tarixli 42/K saylı əmrini göstərmişdir ki, Həmkarlar Təşkilatının razılığından başqa, digər 2 sənəd ARƏM-ilə müəyyən edilmiş əsas və qaydalara aid deyil. Əmrin verilməsi üçün əsas sayıla bilməz. Bələdiyyə sədri əmək müqaviləsinə AR ƏM-nin 70 “b” bəndi ilə xitam verərkən, 71.3-cü maddəyə əsasən bunun zəruriliyini əsasl andırmalı olduğu halda belə bir əsaslandırma aparmamışdır. Qanuni əsaslandırma belə olardı ki, 1-ci növbədə ixtisar komissiyası yaradılmalı idi. Həmin komissiya AR ƏM-nin 65.1-maddəsinə əsaslanaraq, işçilərin tutduqları vəzifəyə uyğun olmalarını aşkar etməli və 78-ci maddəyə uyğun olaraq, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli təhlilinin nəticələri barədə rəsmi sənədi Bələdiyyə İclasının müzakirəsinə çıxarmalı idi. O zaman araşdırmalarla müəyyən olardı ki, onun şöbəsindən başqa, Bələdiyyədə bir il əvvəl yaradılmış 3 şöbə var. Bunlardan hansının Bələdiyyə üçün vacib şöbə olduğu təhlil edilməmiş, heç bir müqayisə aparılmamışdır. İşçilərin peşəkarlığı və təhsili nəzərə alınmamışdır. Belə bir müqayisə aparılsaydı məlum olardı ki, o, ali təhsilli iqtisadçıdır. Bələdiyyədən əvvəl, 10 il Dövlət Vergi Xidmətində baş dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. 3-cü dərəcəli vergi xidməti müşaviridir. 21 il Bələdiyyənin Vergi Xidmətinin rəhbəri olmuşdur. Ondan başqa Mingəçevir Bələdiyyəsində vergi üzrə mütəxəssis yoxdur. Bələdiyyə kollegial orqan olduğu üçün, şöbələrin yaradılması və ləğv edilməsi eləcə də işçilərin ixtisarı Bələdiyyə iclasının qərarı ilə həyata keçirilir. Ona görə də Bələdiyyə İclası, ARƏM ilə müəyyən edilmiş bu qaydalarla aparılmış müqayisəli təhlilin nəticəsi üzrə ixtisarlara qərar verməli idi. İndiki halda isə heç bir müqayisə aparılmadan Bələdiyyə sədrinin sifarişi yerinə yetirilmişdir. Göründüyü kimi Bələdiyyə Sədri ARƏM ilə müəyyən edilmiş əsas və qaydalara əməl etmədən, qeyri qanuni ixtisarlar aparmışdır. İxtisarların təşəbbüskarı kimi göstərilən “X11” daimi komisiyasının arayışında, ixtisarlara ehtiyac olduğu bildirilir. Bundan sonra “ixtisar komisiyası” yaradılması təklifi verməli olduğu halda iclasa göstəriş verir ki, “Proqnoz və Uçot” şöbəsi ləğv edilsin. Bu da onun səlahiyyətləri xaricindədir. Ümumiyyətlə heç kəsin ixtiyarı yoxdur ki, konkret olaraq, hansısa ştatın ləğvinə göstəriş versin. Hansı şöbənin və neçə nəfərin ixtisar olunacağını “ixtisar komisiyası”-nın təhlili arayışından sonra Bələdiyyə İclası AR ƏM-də göstərilmiş əsas və qaydalarla qərar verə bilər. “X11” daimi komisiyası yox!

17. Bələdiyyə sədri əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas gətirdiyi “Bələdiyyə İclasının xx.xx.2021-ci il tarixli 20/2-saylı qərarı əmrin verilməsinə əsas sayıla bilməz.” Doğrudur Bələdiyyələr kollegial orqan old uğu üçün şöbənin ləğvi və işçilərin ixtisarı zamanı Bələdiyyə İclasının qərarı mütləqdir. Lakin onun ştatının ixtisarına və şöbənin ləğvinə Bələdiyyə İclası belə bir qərar verməmişdir. Bu qərarla ştatların ixtisar olunması barədə müvafiq qərar qəbul olunması üçün Həmkarlar Təşkilatına müraciət olunub. Həmkarlar Təşkilatının isə belə bir hüququ və səlahiyyəti yoxdur. Bələdiyyə qulluğu haqqında AR Q-nun 5-ci maddəsinə uyğun olaraq, Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən Bələdiyyə Sədrini təyin edir. Aydındır ki, onlar işdən Bələdiyyənin İclasının qərarı ilə azad edilir. ARQ-nu ilə təsdiq edilmiş.(xx.xx.2003) Bələdiyyələrin “Vergi xidmət orqanı haqqında” əsasnamənin 4.2 maddəs inə əsasən Bələdiyyənin Vergi Xidmət Orqanın vəzifəli şəxsləri Bələdiyyə sədrinin təqdimatı ilə Bələdiyyə İclası tərəfindən işə təyin edilir və vəzifədən azad olunur. Ona münasibətdə Bələdiyyə sədri tərəfindən belə təqdimat verilməmiş və Bələdiyyə İclası müvafiq qərar qəbul etməmişdir.

18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-954/2022 nömrəli iş üzrə 16 avqust 2022-ci il tarixli, qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən edili r ki, iddiaçı Mingəçevir bələdiyyəsində “Proqnoz və uçot” şöbəsinin müdiri vəzifəsində işləmişdir. Şöbə ləğv edildiyinə, ştatlar ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavadeh iddaiçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini bələdiyyənin özünü idarə orqanı olması, əldə etdiyi gəlirlə həm öz işini qurması, həm də işçi qüvvəsini saxlaması, əlavə xərclərin qarşısının alınması, texnologiyanın inkişafı ilə əlaqədar artıq işçi qüvvəsinin saxlanılmasına zərurət olmaması ilə əsaslandırılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin mətninə, 77-ci maddəsinin 1-ci hissəsinə, 78-ci maddəsinin 1-ci hissəsinə istinad edərək hesab etmişdir ki, işəgötürən tərəfin dən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verməmişdən əvvəl bələdiyyənin həmkarlar təşkilatına yazılı təqdimatla müraciət edərək, ixtisar olunması nəzərdə tutulan ştatların ixtisar edilməsi, işçilərin sayının azaldılmasına razılıq verməsi bildirilmiş, həmkarlar təşkilatı da öz qərarını işəgötürənə və cavabdehə təqdim etmişdir.

21. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Mübahisənin konkret halında özünü idarə orqanı olmaqla, əldə e tdiyi gəlirlə həm öz işini qurması, həm də işçi qüvvəsini saxlaması, əlavə xərclərin qarşısının alınması, texnologiyanın inkişafı ilə əlaqədar artıq işçi qüvvəsinin saxlanılmasına zərurətin olmaması işəgötürənə verilmiş hüquqdur və özünü müdafiə etmək üçün nəzərdə tutulmuşdur.Məhkəmə kollegiyası, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət 22. verilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməs inin gəldiyi nəticə və əsaslandırma ilə razılaşara Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 22.İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Kassator 21 il bələdiyyənin Vergi Xidmətinin rəhbəri olduğunu göstərərək hesab etmişdir ki, cavabdeh işəgötürən Mingəçevir Bələdiyyəsi onun ştatının ləğvi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11,12,68,71,78,80-ci maddələrini və "Bələdiyyə Vergi Xidməti orqanı haqqında” Əsasnamənin 4.2-ci maddəs ini kobud surətdə pozmuşdur.

24. Cavabdeh isə, kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə

3. Əmək müqaviləsi işəgötürənlə işçinin hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir.

26. Maddə 11 “ə” bəndi. İşəgötürənin müəyyən edilmiş əsas hüquqları arasında bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququnun olması da göstərilmişdir.

27. Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti müəyyən olunmuşdur ki, həmin maddənin “c” bən dinə əsasən Əmək müqavilələrini bu məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifəsi müəyyən edilmişdir.

28. Maddə

42. Əmək müqaviləsi sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz

29. Maddə 68.2-ci hissəsinin “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir

30. Maddə 70 “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

31. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

32. Maddə 77.

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdar edilməlidir.

33. Maddə 78.

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səvi yyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

34. Maddə 80 1-ci bəndi. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 35. 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir

36. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

37. Maddə 300.1. Əgər işə götürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini vəşin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya b u maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Mülki Prosessual Məcəllə

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şika yətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiytası məhkəməsinin mövqeyi.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir, həmin dəlillər apelyasiya instansiyası məhkəməsi qəbu l etdiyi qətnaməni əsaslandırarkən onlara hüquqi qiymət verilmişdir.Məhkəmə kollegiyası da bu qərarın 19-21-ci bəndlərində göstərilən həmin hüquqi dəyərləndirmə ilə razılaşır və əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.

51. Kassator 21 il bələdiyyənin Vergi Xidmətinin rəhbəri olduğunu göstərərək hesab etmişdir ki, cavabdeh işəgötürən Mingəçevir Bələdiyyəsi onun ştatının ləğvi ilə bağlı qanunvericilik aktlarının müvafiq müddəalarını kobud surətdə pozmuşdur.Kollegiya bununla əlaqədar qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən araşdırılaraq iş materiallarına əlavə edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, kassator Mingəçevir Bələdiyyəsinin “Vergi xidməti”nin rəhbəri vəzifəsindən deyil, “Proqnoz və uçot” şöbəsinin müdiri vəzifəsindən azad olunması haqqında əmri müb ahisələndirmişdir.

52. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal mülahizələrdən ibarətdir və iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

53. Kollegiya qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

54. İşin faktiki hallarını o byektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

56. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası Qərar verdi: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-954/2022 nömrəli 16 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar