Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-239/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “aktların ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2023-cü il tarixli, 2(103)3465/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublik ası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı ünvan 1 fərdi yaşayış evini 12 may 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsi ilə X1 almış və mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 fərdi yaşayış evinə **********000 abonent kodu üzrə X2 adına 30 aprel 2021-ci ildən 31 may 2022-ci ilədək “Təbii X6nın pozulması haqqında” cəmi 10 Akt tərtib edilmiş və həmin aktlarda abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətdən istifadə etməsi qeyd edilmişdir. Aktlar əsasında X2 adına 6353,28 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsi ndə icraat
3. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvan üzrə keçmiş abonent X4 tərəfindən istehlak olunmuş qazdan istifadəyə yaranmış 6353,28 manat borcun cavabdeh tərəfindən hesablanmasının və ondan tələb edilməsinin qadağan edilməsi, 30 aprel 2021-ci il, 30 sentyabr 2021-ci il, 29 oktyabr 2021-ci il, 30 noyabr 2021-ci il, 30 dekabr 2021-ci il, 31 yanvar 2022-ci il, 28 fevral 2022-ci il, 31 mart 2022-ci il, 29 aprel 2021-ci il və 31 may 2022-ci il tarixlərdə yazılmış aktlar üzrə borcun silinməsi, mənəvi ziyanla bağlı Cavabdeh İB-dən iddiaçının xeyrinə 100 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə qazdan istifadə olunması barədə keçmiş abonent X4 arasında müqavilə bağlanmışdır. İddiaçı X5 ilə 12 may 2022-ci il tarixdə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlamaqla evi almışdır. O, kommunal xidmətlərlə bağlı sayğacları adına keçirməklə bağlı rəsmiləşdirmə apararkən müəyyən olunmuşdur ki, 30 aprel 2021-ci il, 30 sentyabr 2021-ci il, 29 oktyabr 2021-ci il, 30 noyabr 2021-ci il, 30 dekabr 2021-ci il, 31 yanvar 2022-ci il, 28 fevral 2022-ci il, 31 mart 2022-ci il, 29 aprel 2021-ci il və 31 may 2022-ci il tarixlərdə abonentin təbii qazdan sayğacsız istifadə etməsi ilə bağlı aktlar tərtib edilmişdir. Tərtib edilmiş aktlar üzrə ümumi borc 6353,28 manat təşkil edir. Keçmiş abonent X4 və mülkiyyətçi X5 tərəfindən istehlak olunmuş qazdan istifadəyə yaranmış borcun iddiaçıdan tələb edilməsi qanunsuz və əsassızdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən əsassız olaraq aktların tərtib edilməsi nəticəsində mülkiyyətçi kimi iddiaçının və ailə üzvlərinin qazdan istifadə edə bilməmələri sarsıntılar keçirməklə üz-üzə qoymuşdur.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim T.Ə.Əsədova) 08 fevral 2023-cü il tarixli, 2(008)-1045/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvan üzrə keçmiş abonent X4 tərəfindən istehlak olunmuş qazdan istifadəyə yaranmış 6353,28 manat borcun Cavabdeh İB tərəfindən İddiaçı tələb edilməsinin qadağan edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh mübahisə predmeti olan “Təbii X6nın pozulması haqqında” aktları X2 adına tərtib etsə və aktlar əsasında onun adına borc hesablansa da, həmin borcu iddiaçıdan tələb edir. Həmçinin iş materiallarina əlavə edilmiş sənədlərlə müəyyən olunur k, iddiaçı ünvan 1 fərdi yaşayış evini 12 may 2022-ci il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının kənar xətdən istifadə etməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Odur ki, Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə X3 hesablanmış 6353,28 manat məbləğində borcun İddiaçı tələb edilməsi qadağan edilməlidir.
8. İddianın yazılmış aktlar üzrə borcun silinməsi hissəsinə gəldikdə məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, aktlar iddiaçı barəsində deyil, X4 barəsində tərtib edilmişdir.
9. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı özünün mənəvi zərər çəkməsini sübut edə bilmədiyindən, iddia mənəvi ziyanın tutulması hissəsində də rədd edilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1, 560.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin X6nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3, 3.1, 5.2-ci bəndləri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sa bunçu Rayon Məhkəməsinin (hakim T.Ə.Əsədova) 08 fevral 2023-cü il tarixli, 2(008)-1045/2023 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) 06 sentyabr 2023-cü il tarixli, 2(103)-3465/2023 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(008)-1045/2023 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya m əhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbi baxımından borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırkı iş üzrə iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır.
14. Belə ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, istehlakçı X2 qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Daha sonra isə İddiaçı ünvan 1 fərdi yaşayış evini 12 may 2022-ci il tarixdə alqı-satqı yolu ilə ə ldə etmiş, lakin alqı-satqı zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əvvəlki mülkiyyətçidən təbii qazdan istifadəyə görə borcunun olmaması barədə arayış tələb etməmişdir. Belə olan halda isə qanunvericiliklə müəyyən olunmuş öhdəliklərini yerinə yetirmədiyinə görə yeni mülkiyyətçi həmin borcu qəbul etmiş hesab olunur.
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilinə uyğun olaraq sayğacdan kənar qeyri-qanuni birləşmənin mövcud olub-olmadığını müəyyən etmək üçün 07 iyun 2023-cü il tarixli qərardad ilə məhkəmə-trasoloji ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticə sində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, X2 qaz sayğacından kənar xətlərin çəkilməsi sübut edilmədiyindən, Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə X3 hesablanmış 6353,28 manat məbləğində borcun İddiaçı tələb edilməsi qanuni hesab edilə bilməz.
17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasına dair qanunvericiliyin imperativ tələbinə riayət edilməsi də iş materialları ilə müəyyən edilməmişdir. Müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının ( nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdeh iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, istehlakçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür.
18. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının və əvvəlki istehlakçının, ümumiyyət lə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.
19. Göründüyü kimi, akta görə hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir. Cavabdehin istinad etdiyi aktlar istehlakçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 06 sentyabr 2023-cü il tarixli, 2(103)-3465/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097-ci, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddələri, Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın 6.4, 6.5-ci bəndləri, Mülki Prosessual Məcəllənin 76, 77, 88, 97.1, 101.7, 102, 217.1-ci maddələri düzgün tətbiq edilməmişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə et məsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X6nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir. İstehlakçı tərəfindən qanunsuz çəkilmiş qaz xətti hər dəfəsində Cavabdeh İB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən görülmüş qanuna müvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir. Daha sonra həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Apellyasiya məhkəməsi iş materiallarında olan ekspert rəyinə digər sübutlarla yanaşı qiymət verməmiş, sübutlar arasındakı ziddiyyətin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Bunun da nəticəsində səhv nəticəyə gəlməklə cavabdehin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmiş, sübutlar arasındakı ziddiyyətlərin aradan qaldırılması məqsədilə məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməli olduğu halda edilməmiş, prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmiş və qanunsuz qətnamə qəbul edilmişdir.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə u yğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
23. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayə t edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 6.5-6.7-ci bəndələrinə əs asən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madd əsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiy a instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə ətraflı hüquqi qiymət vermişdir.
31. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, həmin dəlillər cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktların əsaslı olmasına yönəldilmişdir. Halbuki, qeyd olunan aktlar iddiaçı tərəfindən mübahisələndirilsə də, birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməmişdir. Odur ki, X2 adına Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii X6nın pozulması haqqında” Aktların və həmin aktlar əsasında hesablanmış borcun əsaslılığı hazırki yoxlamadan kənardadır ki, bununla bağlı dəlillərə əlavə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
32. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi üzrə hesablanan borcun iddiaçıdan tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin borc hesablanan dövrdə tərəflərin arasında müqavilə münasibətlərinin olması və ya iddiaçı tərəfindən cavabdehə ziyan vurulması cavabdeh tərəfindən də iddia olunmur. Bu səbəbdən iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyin yaranması üçün əsas mövcud deyildir.
33. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2023-cü il tarixli, 2(103)-3465/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.