Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2390/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının vəkili Xnun, cavabdehin vəkili Vəkil və Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli 2(103)-12985/2018 nömrəli qərardadından Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cava bdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı 17.06.2017-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 26 sentyabr 2018-cı il tarixli qətnaməsi ilə iddiaçının övladı 17.06.2017-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Korpus 3 ünvanında yerləşən qanunsuz tikili olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Abiddin Hüseynov, Azad İmanov, Vahid Sadıqov) 2(103)-12985/2018 saylı, 18.12.2018-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6262/2018 saylı iş üzrə 26 sentyabr 2018-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12985 /2018 saylı iş üzrə 18 dekabr 2018-ci il tarixli qərardadını ləğv edilərək mülki işi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb olunaraq işə mahiyyəti üzrə yenidən baxılması və ətraflı araşdırma aparılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına qaytarılmasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, barışıq sazişində olan “6 ay müddətinə ödənilməli olan 7000 manat” şərtini cavabdeh hüquqi savadı olmadığ ından düzgün başa düşməmiş, sözügedən məbləği 6 il müddətində ödəməli olduğunu anlamış, ailə qurduqdan sonra iddiaçı ilə mübahisəli evdə sadəcə 4 gün qaldıqdan sonra Lerik rayonunun Kələxanı kəndində yerləşən dövlət sərhəd xidmətinin komendaturasına yerləşərək 11 ay müddət ərzində orada yaşamışlar. İddiaçının köçürülməsini tələb etdiyi yaşayış evinin yerləşdiyi 100kv.m torpaq sahəsi Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən uzaq qohumları X4 ayrılmışdır. Lakin həmin şəxs işə cəlb edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən cavabdehin Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçının vəkili X kassasiya şikayətinə etiraz edərək, iş üzrə Bakı Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli qərardadının dəyişiklik edilmədən saxlanılmasını xahiş etdi. İddiaçıya və cavabdehə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, işə apellyasiya qaydasında baxılan zaman tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək iddiaçı ilə cavabdeh arasında razılıq əldə edildiyindən barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişinin şərtlərinə əsasən:
1. Cavabdeh öhdəsinə götürür ki, İddiaçı 7000 manat kompensasiya ödəyəcək; 2. k ompensasiyanın 3500 manatı ilk 3 ay ərzində, qalan 3500 manatı isə, sonrakı 3 ay ərzində ödəniləcək; 3. kompensasiyanın tam ödənilməsi müqabilində İddiaçı öz iddiasından imtina etməyi öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün təsdiq edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26.09.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəflər arasında barışıq sazişini təsdiq edərkən prosessual hüquq normalarının pozuntusuna yol verməmiş, barışıq sazişi qanuna zidd olmamış, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmamışdır. Belə ki, Azərbaycan Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.3-cü maddəsinə əsasən Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. -191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tə rəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. İş materiallarından görünür ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilərək imzalanmış barışıq sazişi məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən həmin barışıq sazişi elan edilərək, tərəflərin barışıq s azişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş və bu barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilmişdir. Bu isə onu göstərir ki, cavabdeh kassasiya şikayətinin barışıq sazişinin şərtlərinin düzgün başa düşməməsi barədə dəlilləri həqiqəti əks etdirmir. Kassatorun mübahisə predmeti olan sənədsiz evin yerləşdiyi torpaq sahəsinin başqa şəxsə məxsus olması və həmin şəxsin işə cəlb edilməli olması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, barışıq sazişinin şərtləri o halda qeyd edilən şəxsin hüquq və qanunla qorunan mənafelərinə toxuna bilərdi ki, həmin barışıq sazişinə əsasən iddiaçı həmin evə köçürülsün. Lakin təsdiq edilmiş barışıq sazi şinə əsasən həmin evdə faktiki yaşayan cavabdeh iddiaçının həmin evə köçürülməsi barədə iddiasından imtina etməsi müqabilində ona 7000 manat kompensasiya ödəmək öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ödənilməli olan kompensasiya məbləği onun yaşayış sahəsinə mövcud hüququna xitam verilməsi üçün məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya məbləği deyil, sadəcə tərəflərin məhkəmə mübahisəsini bitirmək üçün öz aralarında müəyyən etdikləri məbləğ olduğundan cavabdehin kassasiya şikayətində mübahisənin mahiyyəti ilə bağlı qeyd edilən dəlilləri, yəni iddiaçının yaşayış sahəsinə istifadə hüququnun olmamasına, ona kompensasiya ödənilməsi üçün qanuni əsasların mövcud olmamasına istinad etməsi əsassızdir. Şərh edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12985/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.