Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2390/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)12858/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və X7 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim R.Həsənov) xx.xx.2019-cu il tarixli, 2(007)-1941/2019 nömrəli qə tnaməsi ilə iddiaçılar İddiaçı1 və X4 Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, Z.Əliyev, R.Eyvazov) xx.xx.2019-cu il tarixli, 2(103)-12858/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1941/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçılar İddiaçı1 və X7 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1 və X7 Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı1, X7 və onların vəkili Əliyev Mehman Əlizaman oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh mərhum X1 son iradəsinin həyata keçməsinə qəsdən maneçilik törətmiş, cinayət xarakterli saxtakarlığa əl ataraq vərəsəlik əsasında ona düşən məcburi payın miqdarını artırmışdır. Cavabdeh atasının sağlığında ona qarşı ləyaqətsiz hərəkətlər etmiş, onunla daimi münaqişədə olmuş, övladlıq borcunu yerinə yetirməmiş, məhz bu səbəbdən də X3 bütün əmlakını bacısı X6 vəsiyyət etmişdir. Cavabdeh isə saxtakarlıq etməklə miras əmlakda a rtıq pay əldə etmiş, tələsik onu satmışdır. Məhkəmə qoyulan suallara bilərəkdən əhəmiyyət verməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12858/2019 nömrəli qətnaməsinin ləğv edilərək Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı1, onun və digər iddiaçı X4 vəkili Əliyev Mehman Əlizaman oğlu və cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesa b edir. Cavabdeh məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12858/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçı X7 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsa slandırmışdır ki, Mülki Məcəllənin 1137, 1139, 1176, Mülki Prosessual Məcəllənin 372,385, 386, 388, 390-cı maddələrinə əsasən mübahisə edilən daşınmaz əmlak (üzrə hüquqlar) müvafiq olaraq dövlət qeydiyyatına alınmadığından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. İddiaçılar apelyasiya şikayətində qeyd etmişlər ki, “yalnız Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1255/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qanuni qüvvəsini almış və icraya yönəldilmiş qətnaməsindən sonra həqiqət qələbə çalmışdır”. Diqqətə çatdırılmalıdır ki, məhz həmin iş üzrə (qətnamədə qeyd edilmişdir ki) cavabdehin vərəsəlikdən məhrum edilməsi iddiası digər iddialarla baxış predmeti olmuş və həmin hissədə apelyasiya şikayətindən imtina edilərək apelyasiya icraatına xitam verilmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri iddia ərizəsi və apelyasiya şikayəti ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yal nız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və X7 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12858/2019 nömrəli qətnaməsi dəyişikli k edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2390/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2390/2020
16.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver