Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2390/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz inşa edilmiş tikilinin sökülməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpağın istifadəyə qaytarılması və torpaqdan istifadəyə görə maneələrin aradan qaldırılması tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsind ən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları: 1. ünvan 1 ünvanında yeləşən 0,10 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh həmin torpaq sahəsində qanunsuz tikili inşa etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,10 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində aparılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi, torpaqdan istifadə etməsinə maneələrin aradan qaldırıması haqqında qətnamə çıxarılması nı xahiş etmişdir.
3. İddia tələbi işin hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi ona atası Aydın Şamilovdan miras qalmış və həmin torpaq sahəsinə onun mülkiyyət hüquqları xx.xx.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsinə baş çəkərkən qonşuluqda yaşayan Cavabdeh göstərişi ilə adını bilmədiyi şəxslərin onun torpağını zəbt edərək hasar çəkməyə başladığını görmüş və dərhal 102 xidmətinə şikayət etmişdir. Mingəçevir şəhər Polis şöbəsinin təhqiqat bölməsinin əməkdaşları torpaq sahəsinə baxış zamanı müəyyən etmişlər ki, həqiqətən, onun torpaq sahəsində tikinti işləri aparılır. Daha sonra toplanmış material istintaq bölməsinə verilmiş və bir müddət tikinti işləri dayanmışdır. Sonradan ona məlum olmayan səbəbdən istintaq araşdırmasız yekunlaşmış və təqsirkar şəxslərin barəsində cinayət işi başlanmamışdır. Daha sonra o, cavabdehin tikinti işlərini yenidən davam etdirdiyini və təxminən 2 sot torpaq sahəsini zəbt edərək hasara aldığını müəyyən etmişdir.
4. Cavabdeh X4 verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsində oğlu X10 2013-cü ildən yaşayır. X1 etibarnamə əsasında oğluna Mingəçevir şəhəri, Boz dağ küçəsi, 2-ci döngədə yerləşən 0,04 hektar torpaq sahəsini 23.000 ABŞ dollara satmışdır. Mərhum əri həmin torpaq sahəsində 15.000 manat xərc çəkməklə 1 otaqlı mətbəx və hamam tikdirmiş, tikinti işləri 2013-cü ildə bitmişdir. İddiaçını onlar heç vaxt o ərazidə görməmişlər. İddiaçının qardaşı Fərid 2015-ci ildə onun yaşadığı əraziyə gələrək torpağı ona satmağı təklif etmişdir. 2021-ci ilin noyabr ayında onu polis şöbəsinə dəvət edib bildirmişlər ki, İddiaçı ona aid torpaq sahəsini zəbt edərək orada tikinti işləri apardığı üçün onlardan şikayət etmişdir. Lakin o, polis şöbəsinə heç bir tikinti işi aparmadığını və ümumiyyətlə orada yaşamadığını bildirmişdir. Ona məlum olmuşdur ki, iddiaçı 2020-ci ildə atasından qalan miras torpağa dair çıxarış almışdır. Lakin çıxarışda hansısa səbəbdən 0,10 sot torpaq sahəsi qeyd edilmişdir. Halbuki, Yevlax rayon sabiq Tərəvəzçilik sovxozunun xx.xx.1994-cii il tarixli 01 saylı qərarı ilə Tərəvəzçilik sovxozu ərazisində yaşayan və işləyən vətəndaşların həyatyanı torpaq sahələrinin sənədləşməsi barədə iddiaçının atası X5 0,08 hektar həyatyanı torpaq sahəsi verilmişdir. Eyni tarixli qərarla oğlu torpaq sahəsi aldığı X9 0,32 hektar torpaq sahəsi ayrılmışdır. Bu səbbədən, iddia tələbini əsassız hesab edir.
5. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-674/2022 saylı, 18 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli, 10/2539 nömrəli rəyi ilə mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,10 hektar torpaq sahəsinin 0,0139 hektar hissəsində cavabdeh tərəfindən inşa olunmuş tikilinin sökülməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.
7. Mingəçevir Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(051)-674/2022 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, İddiaçı məx sus, ünvan 4 ünvanında yerləşən və Cavabdeh tərəfindən zəbt olunmuş 0,10 hektar torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsində aparılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi, cavabdeh tərəfindən torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən torpaq sahəsinin iddiaçıya məxsus olduğunu və bu torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı, DƏDRX-ın 17 saylı Ərazi İdarəsinin texniki pasportu, torpaq sahəsinin planı və ölçüsünü təqdim etməklə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu tam süb uta yetirmişdir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,10 hektar torpaq sahəsinin 0,0139 hektar hissəsində cavabdeh tərəfindən inşa olunmuş tikilinin sökülməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, baxılan iş üzrə torpaq sahəsinin mülkiyyətçisinin torpaq sahəsinə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin torpaq sahəsindən istifadə hüququna razılıq verməyə borclu olsun.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə və Azərbaycan Re spublikasının Konstitusiya Məhkəməsi Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarına, Akimovanın Azərbayçan Respublikasına qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(051)-674/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər saxta olduğu halda həmin sənədlər qəbul edilmişdir. İddaçının tələbinə görə ünvan 4 ünvanda yerləşən 10 hektar torpağın 0,0139 hektar torpağı onlar zəbt etmişdir. O, Boz dağı küçəsi 2-ci döng ədə oğlu X7 X6 4 hektar torpaq almışdır. Həmin ərazidə satılan, istifadə olunan torpaqların heç birinin sənədi yoxdur. O da 2013-cü ildə aldığı, qarşılığında 2300 dollar pul ödədiyi torpağı etibarnamə ilə almışdır. Həmin ildə də orada oğlu üçün ev tikdirmişdir. Ona torpağı Tərəvəzçilik sovxozunun bələdiyyəsi Nurəddin tapmışdır. O, 4 hektar torpağı Fizuli Əhmədovdan alanda yanında sovxozun bələdiyyəsi Nurəddin müəllim və Mənzil istismar sahəsinin mühəndisi olmuşdur. Onlar şahid kimi məhkəməyə gəlmişlər. Hakim şahidləri dindirməmiş, saxta sənədlərlə qərar qəbul etmişdir. Yevlax rayonunda yerləşən arxivdən alınan sənəddə göstərilir ki, Tərəvəzçilik sovxozunun direktoru Sevda xanım imzası ilə xx.xx.1994-cü il tarixli qərarına əsasən bir neçə nəfər, o cümlədən iddiaçının atası X5 8 hektar həyət yanı torpaq sahəsi verilmişdir. Həmin vaxt ona 4 hektar torpaq satan X9 da 0,32 hektar torpaq sahəsi verilmişdir. İddiaçının atası Aydının adına 0,8 hektar torpaq sahəsi olduğu halda 10 hektar torpağa necə sənəd əldə etdiyi hakim tərəfindən araşdırılmamış, 3 şahid dindirilməmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(051)-674/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi dövlət reyestrindən çıxarış və plan və ölçü sənədi rəsmi təsdiq edilmiş sənədlər olmaqla, cavabdeh həmin sənədlərin saxta olduğuna da ir iddiasını sübut etməli olduğu halda, bunu edə bilməmişdir. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin oğlu Əvəz Niftəliyev və ya özü tərəfindən X6 Mingəçevir şəhəri, Boz dağ küçəsi 2-ci döngədə yerləşən 0,04 hektar torpaq sahəsini 2013-cü ildə 2.300 ABŞ dollarına etibarnamə yolu ilə almasına dair göstərdikləri mülki işin materialları ilə təsdiq edilməmişdir. X8 X7 29 oktyabr 2013-cü ild ə verdiyi etibarnamədə isə mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı bir qeyd aşkar edilməmişdir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, onun üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəldiyindən, həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmədiyindən bu cür əmlak barəsində hər hansı formada bağlanmış müqavilələr etibarsız sayılır. Hazırki vəziyyətdə cavabdeh məhkəməyə onun mülkiyyətində olmasını iddia etdiyi daşınmaz əmlakla bağlı hər hansı bir müqavilə təqdim edə bilməmişdir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ü nvan 1 ünvanında yerləşən 0,10 hektar torpaq sahəsinin 0,0139 hektar hissəsində heç bir hüquqi əsas olmadan Cavabdeh tərəfindən hasar inşa edilmişdir ki, həmin hasarın da cavabdeh tərəfindən inşa edilməsi və sökülməsinin mümkünlüyü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli,10/2539 nömrəli rəyi ilə müəyyən edilmişdir. Həmin hissə cavabdehin qanunsuz sahibliyində və istifadəsində olmaqla iddiaçıya məxsus 0,10 hektar torpaq sahəsində yerləşdiyindən iddia tələbinin yuxarıda göstərilən məzmunda təmin olunması işin faktiki halları ilə uyğundur.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 146.1, 146.2, 146.3, 149.2, 157.2, 158.1 və 158.2-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağala rovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarına, Akimovanın Azərbaycan Respublikasına qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyi Milli Arxiv İdarəsinin arayışında açıq-aydın şəkildə qeyd edilir ki, iddiaçıya məxsus olan torpaq sahəsi 0,08 hektar müəyyən edilmişdir. Həmin sənəddə müvafiq torpaq sahəsinin Yevlax rayon sabiq tərəvəzçilik sovxozunun xx.xx.1994-cü il tarixli qərarı ilə ayrılması da təsdiq olunur. Lakin nə Mingəçevir Şəhər Məhkəməsi, nə də Şəki Apellyasiya Məhkəməsi bu iş üçün xüsusi əhəmiyyət kəsb edən müvafiq sübuta qiymət verməmiş, heç bu halı araşdırmamışdır. Halbuki, sözügedən sənədi Şəki Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Hesab edir ki, onun 10 ildən artıq qanuni istifadəsində olan və heç bir hüquqi və ya fiziki şəxs tərəfindən mübahisələndirilməyən torpaq sahəsi tam qanuni və hüquqi əsaslarla ona məxsusdur. Belə ki, 2013-cü ildə alqı-satqı yolu ilə 2.300 ABŞ dolları ödəniş etməklə X6 0,04 hektar torpaq sahəsini almışdır. X2 buna dair ona etibarnamə də vermişdir. Bu halı təsdiq edən kifayət qədər sübutu həm Mingəçevir Şəhər Məhkəməsinə, hə m də Şəki Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Lakin hər iki məhkəmə həmin sübutları nəzərə almamışdır. Bundan əlavə, məhkəmə ekspert rəyində qeyd edilən və iş üçün xüsusi önəm kəsb edən suallara aydınlıq gətirməmişdir, bunun üçün təkrar ekspertiza keçirilməli idi. Ən azından kimin torpaq sahəsinin kimin tərəfindən zəbt edilməsi və ümumiyyətlə belə bir halın olub-olmaması sualına cavab verilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır.
24. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
25. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
26. Maddə 180.4.Tikinti məqsədləri üçün a yrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
27. Maddə 560.2.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarı
28. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istif adə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Akimovanın Azərbayçan Respublikasına qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli Qərarı 29. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin mahiyyəti 3 hissədən ibarətdir: 1) əmlakdan dinc qaydada istifadə etmək hüququ; 2) müəyyən müstəsna hallarda əmlakdan məhrum etmə hallarının mövcudluğu; 3) üzv dövlətlər əm lak hüququnun müdafiəsi üçün tədbirlər görməlidir. Odur ki, məhkəmə Akimovanın mənzilindən məcburi köçkünün çıxarılması haqqında məhkəmə qərarının Ağdam şəhəri işğaldan azad edilənədək təxirə salmasını fiziki şəxsin əmlak hüquqlarına, Azərbaycan Respublikasının qanunlarının pozulması ilə həyata keçirilmiş müdaxilə kimi qiymət vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və d əlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fa ktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uy ğun müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası gəlinən nəticə ilə tam razılaşır.
41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində hazırda iddiaçının mülkiyyət hüququnun olması işin mübahisəsiz halıdır. İddiaçının mülkiyyətində olan torpağın hazırda mübahisələndirilən hissəsi üzərində cavabdehin hər hansı (istifadə və sahiblik) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.
42. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, istifadə və ya sahiblik hüquqları qanunla müəyyən olunmuş qaydada dövlət reyestrin də qeydə alındığından, onun bu hüquqlarının pozulmasını iddia etməyə subyektiv hüququ vardır və məhkəmə torpaq sahəsinin zəbt olunmuş hissəsindən azad olunması və onun üzərində tikilən hasar tikilisinin sökülməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli, 2(107)-254/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.