Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2390/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlaklarda payın müəyyən edilməsi, həmin əmlakların dəyərinin paya görə ödənilməsi, əmlakın qapalı və açıq hərracda satışı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklarda payın müəyyən edilməsi, həmin əmlakların dəyərinin paya görə ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (103)-701/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmuş və nikahları 2021-ci ildə pozulmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə Elay adlı qızları anadan olmuşdur.
2. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “Toyota Camry” markalı **-MM-*** dövlət nömrə nişanlı avtomobil üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə bərabər payları müəyyən edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-244 6/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
4. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022ci il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 5. 21.06.2024-cü il tarixli ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş 2019cu il buraxılışlı, mühərrik tutumu 2494 kub sm, qara metallik rəngli, “Toyota Camry” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 42000 manat müəyyən olunmuşdur. Ekspertiza xərcləri 100 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək tərəflərin paylı mülkiyyətində olan “Toyota Camry" mar kalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobilin ekspert rəyində göstərilmiş məbləğin yarısını, yəni 21.000 manatın və bu məbləği indeksləşdirilməklə 6447 manatın cavabdehdən ayrıca almaqla, bu mümkün olmadıqda avtomobilin açıq hərracda satılaraq satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylara uyğun ½ hissədə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, həmin avtomobil əslində 68000 manata alınsa da, tərəflər arasında sözügedən əvvəlki məhkəmə araşdırmaları zamanı həmin avtomobilin 65000 manata alınması işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Hazırda avtomobil faktiki olaraq cavabdehin sahibliyində və istifadəsindədir. İddiaçı 1/2 payına uyğun olaraq cavabdehə həmin məbləğin yarısının ona verilməsini təklif etsə də, cavabdeh buna reaksiya verməmişdir.
8. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 göstərmişdir ki, “Toyota Camry” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2019-cu ildə 65000 manat qiymətə alınmışdır, lakin hazırda avtomobilin qiyməti az təşkil edir. Onlar iddiaçı tərəfindən avtomobilin qiymətinin yarısını ona verilməsi barədə bildirişi onlar almışlar, lakin bununla razı deyillər. İddianın rədd olunmasını məhkəmədən xahiş edir.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)1104/2024 saylı qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia qismən təmin edilərək, avtomobilin açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylarına uyğun 1/2 hissədə bölüşdürülməsi, iddiaçıdan 100 manat mə bləğində ekspertiza xərcinin tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı avtomobilin qiymətinin yarısının ona verilməsini cavabdehə təklif etmişdir. Lakin cavabdeh bu təklifə heç bir reaksiya verməmişdir. Bu səbəbdən iddianın avtomobilin açıq hərracda satılması və satışdan əldə edilmiş pulun tərəflər arasında paylarına uyğun ½ hissədə bölüşdürülməsi təmin olunmalıdır. Məhkəmədə müəyyən olunan faktlara və qanunvericiliyə əsasən indeksasiya ilə bağlı tutulmalı pul məbləğlərinin məhkəmə qətnaməsi yoxdur, bununla bağlı tərəf heç bir sübut təqdim etməmişdir.
11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4 və 220.6-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyas ı məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, avtomobilin ekspert rəyi ilə müəyyən edilmiş 42000 manat dəyərinin yarısının, yəni 21000 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə yəni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi avtomobilin açıq hərracdan satılması avtomobilin açıq hərraca çıxarılaraq satılması nəticəsi həm dəyərindən aşağı qiymətə satılmasına və satıldığı dəyərdən də 5 faiz hərrac və 7 faiz icra xərclərin ödənilməsi nəticəsində hər iki tərəf müəyyən məbləğdə zərərə düşəcəyini nəzərə almamışdır. Məhkəmə məlum nəticəyə gələrkən hər iki tərəfə münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-ci və Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 152.1-ci maddələrini nəzərə almamış, MPM-nin 14.1,76.1,77.1 və 88 maddələrinin tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmə onun ekspert rəyi ilə razılaşaraq avtomobilin dəyərinin iddiaçının payına düşən hissəsini ödəməyə razı olduğu halda həmin avtomobilin hərracdan satılaraq satışdan əldə edilmiş vəsaiti tərəflər arasında bölünməsinə dair gəldiyi nəticə hər iki tərəfin mənafeyinə uyğun olmadığını nəzərə almamışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Məhəmməd Rüstəmli) 2(103)701/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qətnaməsi qismən – avtomobil in açıq hərracda satılması hissəsində dəyişdirilmiş, “Toyota Camry" markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobil yalnız paylı mülkiyyətin iştirakçıları üçün keçirilən qapalı hərracda satılması, avtomobil həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti tərəflər arasında paylarına uyğun 1/2 hissədə bölüşdürülməsi, “Toyota Camry" markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobilin hərracdan ilkin satış qiyməti 42 000 manat müəyyən edilməsi qət edilmişdir.
15. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə mübahisə Mülki Məcəllənin 221-ci maddəsinin tələbinə uyğun həll olunmalıdır. Cavabdehin mübahisəli əmlak üzərində mülkiyyət hüququnu davam etdirmək niyyətində olduğunu nəzərə alaraq müəyyən ed ilməlidir ki, payçının mülkiyyət hüquqlarının qorunması məqsədilə avtomobil qapalı hərracda satılmalı, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır. Avtomobilin hərracdan ilkin satış qiyməti ekspert rəyinə uyğun olaraq 42000 manat müəyyən edilməlidir. Tərəflər ekspert rəyi ilə müəyyən edilən ilkin satış qiymətini mübahisələndirməmişlər.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 220.4 və 220.6-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (vəkil - Vəkil2) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, mübahisənin predmeti olan “Toyota Camry” markalı **-MM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili n ekspert rəyi ilə müəyyən edilmiş 42000 manat dəyərinin yarısı, yəni 21000 manat vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməsi haqda yəni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin mövqeyi paylı mülkiyyətçilərin hər birinin ayrı-ayrılıqda mənafeyinə uyğun hesab edilməməlidir. Belə ki, avtomobilin hər halda açıq hərracdan satıldığı təqdirdə paylı mülkiyyətçilər nəticədə 5 faiz hərrac və 7 faiz icra xərclərin ödəmək məcburiyyətində olacaqlar. Halbukı istər birinci, istərsə də apellyasiya instansiya məhkəmələrində cavabdeh tərəfi olaraq mübahisənin predmeti olan avtomobili hər iki tərəfin razılığı ilə ekspert tərəfindən qoyulmuş qiymətə, yəni 42000 manata satıb həmin vəsaiti aralarında bölməyi təklif etdiyi halda, iddiaçı isə israrla avtomobilin ilkin dəyərinin, yəni 65000 manatın yarısını və ya ekspert tərəfindən müəyyən edilmiş dəyərindən əlavə olaraq avtomobilin dəyəri indeksasiya edilərək ona avtomaşının dəyərinin yarısından əlavə 6447 manat ödənilməsini tələb etdiyindən, tərəflər arasında barışıq əldə etmək mümkün olmamışdır. Bu əsasla da hesab etmişdir ki, qətnamənin həmin hissədə dəyişdirilməsi, Toyota Camry” markalı **-MM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ekspert rəyi ilə müəyyən edilmiş 42000 manat dəyərinin yarısı, yəni 21000 manat vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməsi haqda yəni qərar qəbul edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Odur ki, ki, apellyasiya instansiya məhkəməsi məlum nəticəyə gələrkən hər iki tərəfə münasibətdə Azərbaycan Respublikası Konstitusiya nın 13 və 29-ci və Azərbaycan Respublikası MM-nin 152.1-ci maddələrini nəzərə almamış, Mülki Prosessual Məcəlləsinin 14.1,76.1,77.1 və 88-ci maddələrinin tələblərini düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
21. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədləri ndən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
30. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya insta nsiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
31. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəmə sinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
32. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin fak tiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2390/2025 nömrəli iş üzrə 18 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.