Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2393/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəymiş maddi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 15 aprel tarixli 2(103)- 1467/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları
1. İddiaçı ilə istehlakçı Cavabdeh arasında xx.xx.2018-ci il tarixində 03-799 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə müqavilə bağlanmışdır.
2. Cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etməsi barədə İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair müvafiq tələbnamələrə əsasən, xx.xx.2019-cu il tarixli ******* nömrəli aktla 8532m3, xx.xx.2019-cu il tarixli ******* nömrəli aktla 1422m3, xx.xx.2019-cu il tarixli ******* nömrəli aktla 4266 m3, xx.xx.2019-cu il tarixli ******* nömrəli aktla 1422m3 və xx.xx.2019-cu il tarixli ******* nömrəli aktla 972 m3 həcmində dəymiş ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 19.792,11 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 150,58 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 20.342,69 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia işin faktiki hallarına istinad etməklə belə əsaslandırılmışdır ki, cavabdeh onunla bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”-nın tələblərinə əməl etmək) və “X1”-nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadə sinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində foto çəkilişlərlə lentə alınaraq aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında - 1. 2017-ci il üzrə 1 akt olmaqla cəmi 1.920 manat; 2. 2018-ci il üzrə 1 akt olmaqla cəmi 1.058,40 mana t; 3. 2019-cu il üzrə 8 akt olmaqla cəmi 2.163,60 manat; 4. 2020-ci il üzrə 7 akt olmaqla cəmi 1.958,40 manat; 5. 2021-ci il üzrə 2 akt olmaqla cəmi 1.274,40 manat; 6. 2022-ci il üzrə 5 akt olmaqla cəmi 6.311.52 manat; 7. 2023-cü il üzrə 5 akt olmaqla cəmi 3.481,92 manat, ümumilikdə isə 18.168,24 manat məbləğində maddi zərər dəyməsi müəyyən olunmuşdur. Sadalananlardan başqa, cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə iddiaçıya 1.623,87 manat məbləğində qaz sərfiyyatı borcu olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 19.792,11 manat təşkil etməkdədir. Həmçinin təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş də həyata keçirilməmişdir.
5. Azər baycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının 22 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə "X1"-nın 6.5, 6.5-1 və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla ("X1"-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2 m3 + 1.4 m3 +1.5 m3) x12saat x 30 gün=1.476 m3. Yay ayları üçün ayda (1.2 m3+1.5 m3) x12 saa t x 30 gün = 972 m3 2017-ci ildə tərtib edilmiş 1 akt üzrə: 1yay ayı x 972 m3 = 972 m3, 2018-ci ildə tərtib edilmiş 1 akt üzrə: 1yay ayı x 972 m3 = 972 m3, 2019-cu ildə tərtib edilmiş 8 akt üzrə: 5 qış ayı x 1.476 m3+ 3 yay ayı x 972m3 =10.296 m3 2020-ci ildə tərtib edilmiş 7 akt üzrə: 3 qış ayı x 1.476 m3+ 4 yay ayı x 972m3 = 8.316 m3 2021-ci ildə tərtib edilmiş 2 akt üzrə: 2 qış ayı x 1.476 m3 = 2.976 m3, 2022-ci ildə tərtib edilmiş 5 akt üzrə: 4 qış ayı x 1.476 m3+ 1 yay ayı x 972m3 = 6.876 m3 2023-cu ildə tərtib edilmiş 5 akt üzrə: 3 qış ayı x 1.476 m3+ 2 yay ayı x 972m3 = 6.372 m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 2016-2021-ci illərdə müvafiq Qərarlarında əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaq la itirilmiş qazın dəyəri illər üzrə aşağıdakı kimi olar: 2017 və 2018-ci illərdə hər il üzrə: 972 m3 x 0.10 manat = 97,2 manat. 2019-cu il üzrə: 2.200 m3 x 0.10 manat +(10.296-2.200)m3 x 0.20 manat 1.839 manat. 2020-ci il üzrə: 2.200 m3 x 0.10 manat + (8.316-2.200) m3 x 0.20 manat=1.443 manat. 2021-ci il üzrə: 2.200 m3 x 0.10 manat +(2.976-2.200) m3 x 0.20 manat= 375 manat. 2022-ci il üzrə: 1.200 m3 x 0.12 manat +1.300 m3 x 0.20 manat + 4.376 m3 x 0.25 manat 1.498 manat, 2023-ci il üzrə: 1.200 m3 x 0.12 manat +1.300 m3 x 0.20 manat + 3.872 m3 x 0.25 manat = 1.372 manat, cəmi 6.721 manat təşkil edər.
2. Cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyi, həmin dövr ərzində sayğacdan keçən qazın dəyərinin 1.623,87 manat təşkil etdiyi və iddiaçıya dəymiş zərərin məbləğinin 6.721 manat təşkil edə biləcəyi nəzərə alınarsa, cavabdehdən tələb edilən borc məbləği 1.623,87 manat+ 6.721 manat = 8.344,87 manat təşkil edər. Bundan başqa, cavabdehin evinə baxış keçirilərək 1 ədəd PQ-4 tipli qaz plitəsi, 1 ədəd dəmir soba, 1 ədəd qənaətli su qızdırıcısı qaz qurğularının quraşdırıldığı və istifadə edildiyi müəyyən olunmuşdur.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli e-2(003)1280/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən dəymiş maddi ziyana görə 3.851,4 manat və təbii qazdan istifadəyə görə yaranmış 1.623,87 manat borc olmaqla, cəmi 5.475,27 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 74,76 manat tutularaq iddiaçıya ödənilməsi və ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməklə iddianın qalan hissədə təmin olunmaması q ət edilmişdir (hakim Emin Rüstəmov).
7. Həmçinin məhkəmə verilmiş mütəxəssis rəyini iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək hesab edilmişdir ki, sayğacdan kənar təbii qazdan istifadəyə görə aktların yazıldığı zamanlarda- müvafiq 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək abonentin sərf məbləği sıfır olmuşdur. Təbii qazdan pik istifadə zamanının qış ayları hesab edilməsinə baxmayaraq, həmin aylarda abonentin sərf məbləği 0 kimi qeyd edilmiş, həmçinin 2020-ci ilin mart ayından 2022-ci ilin yanvar ayınadək sərf məbləği çox aşağı qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, əvvəlki dövrlərin orta gündəlik qaz sərfi və mütəxəssis rəyi nəzərə alınmaqla (2017 və 2018-ci illərə hər il üçün 97,2 manat, 2019-cu il üzrə 1.839 manat, 2020-ci il üzrə 1.443 manat, 2021- ci il üçün 375 manat), 3.851,4 manat məbləğində pul tələbi təmin olunmalıdır.
8. Məhkəmə mülki mübahisənin yaranması səbəbinin iddiaçı tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq hesab etmişdir ki, həmin akların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Belə ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıl dıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyəri yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır.
9. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, xx.xx.2022-ci il tarixindən sonra tərtib edilmiş aktlarların bir surəti inzibati xəta ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. Hazırkı halda talanması iddia edilən qazın məblə ği 5.000 manatdan aşağı (2.920,32, 734,40, 734,40, 734,40, 734,40, 734,40, 544,32) olduğundan iddiaçı inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aktların surətini Azərbayvan Respublikası Energetika Nazirliyinə göndərməli idi. O yalnız istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın qərarı ilə müəyyən edildikdən sonra dəymiş ziyanın ödənilməsini tələb edə bilərdi.
10. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmiş, həmçinin itirilmiş qazın cavabdehin təqsiri ucbatından baş verməsi iddiaçı Birlik tərəfindən sübut edilməmişdir. Eyni zamanda istehlakçı olan cavabdehin qazın talanmasında təqsirli olması məsəsləsi də inzibati xəta haqqında müvafiq orqanın qərarı ilə müəyyən olunmamışdır. Bu səbəblərdən məhkəmə hesab etmişdir ki, qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın cavabdehə görə hesablanması əsassızdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi isə qaz paylayıcısı, yəni iddiaçı daşıyır. Beləliklə, cavabdeh tərəfindən “X1“ haqqında normativ aktın tələbləri pozulmaqla, təbii qazdan istifadə edilməsi halları sübuta yetirilmədən sözügedən aktlar tərtib edildiyindən, məhkəmə hesab etmişdir ki, həmin aktlar əsassız olmuşdur.
11. Həmçinin məhkəmə tərəfindən vurğulanmışdır ki, “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin tələbləri baxımından istehlakçıya məlumat verməklə ildə bir dəfə (hər il noyabr ayının 1- dək) müayinə keçirmək və nəticələrinə dair akt tərtib edərək, bir surətini istehlakçıya təqdim etmək vəzifəsi daşıyan iddiaçının əməkdaşlarının 12 ay ərzində bu ünvan barədə məlumatsız olması qeyri-mümkündür. Həmin maddəyə bu məzmunlu dəyişiklik xx.xx.2022-ci il tarixdə edilmiş, xx.xx.2022-ci il tarixdə isə qüvvəyə minmişdir. Müddət etibarı ilə sözügedən aktlar həmin dəyişiklik qüvvəyə mindikdən təxminən 5 aya yaxın müddət keçdikdən sonra tərtib edilsə də, belə bir müayinə aktının mövcud olması müəyyən edilmir. Bu da öz növbəsində aktlar tərtib edilənədək belə bir müayinənin aparılmadığını təsdiq etməklə hesablamanın müddət etibarı ilə, ümumiyyətlə, 12 ay üzrə aparılmasını əsassız edir.
12. Məhkəmə “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsinə istinadən o halı da qeyd etmişdir ki, qaz paylayıcı tərəfindən qaz xətti ndə pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında qaz paylayıcısı tərəfindən 3 iş günündən gec olmayaraq təkrar müayinə aparılmalıdır. Belə bir müraciətin edilməsi üçün də ilk növbədə istehlakçının müayinənin keçirilməsi və aktın tərtib edilməsi (həmçinin qanunsuz qoşulma ilə bağlı aktın) barədə məlumatı olmalıdır. Aktın vaxtında istehlakçıya təqdim edilməməsi istehlakçını bu hüququndan da məhrum edir.
13. Qeyd olunanlara əsasən, cavabdehin abonent hesabına hesablanmış borc məbləği iddiaçı tərəfindən tərtib edilmiş aktlar əsasında olduğundan və həmin aktların tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
14. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 400 man at məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Birlik tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21.1 və 21.2-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1-76.2, 77.1, 101.7 və 119.1-ci; "X1"nın 4.8, 5.2, 6.1.2, 6.1.7, 6.5, 6.5-1, 6.5-2, 6.6 və 6.7-ci; "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-2, 11-ci maddəsinin 6-cı hissəsi, 13-cü maddəsinin 8-1-ci hissəsi, 20 və 21.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddiaçı Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talanması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Bir liyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 15 aprel tarixli 2(103)1467/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilmişdir (sədrlik edən və məruzəçi Səadət Səlimova, hakimlər Akif İsgəndərov və Məhəmməd Rüstəmli).
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmaqla əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdeh barəsində 2017-2023-cü illərdə cəmi 29 akt tərtib edildiyini bildirsə də, məhkəməyə yalnız xx.xx.2019-cu il tarixli ******* nömrə li, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-ci il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli aktları təqdim etmişdir.
20. Kollegiya qeyd etmişdir ki, aktların abonentin saldosunda qeyd olunması həmin aktların mövcud olması və cavabdeh barəsində tərtib olunması qənaətinə gəlmək üçün əsas ola bilməz. Belə ki, abonentin təbii qazdan qanunsuz istifadə etməsini aşkar edən qaz paylayıcısının aşkar etdiyi faktı hansı qaydada rəsmiləşdirməsi, hansı tədbirləri görməsi iddiaçının fəaliyyətini tənzimləyən normativ aktlarda dəqiq müəyyən edilmişdir.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60 və 63-cü; Mülki Məcəlləsinin 5.3, 14.2, 14.2.6, 21.1, 21.2, 1096.1 və 1096.2-ci; Mülki Prose ssual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 217.3, 217.4, 384.0.1, 385.2 və 402.1-ci; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3 və 13-cü; “Qaz təchizatı haqqında“ Azərbaycan Respublikası Qanununun 61, 11.6, 13.8 və 13.8-1-ci; "X1"-nın 1.3, 1.4, 4.2, 4.6, 4.7, 4.8 və 4.9-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr mülki işi tədqiq edərkən cavabdehin hansı dövrlərdə nə qədər təbii qaz istehlak etməsi, həmçinin iddianın təmin olunmuş hissəsinin işin həqiqi faktiki hallarına uyğun olub-olmamasını diqqətdən kənarda buraxmış və nəticə etibarilə iddiaçının hüquqlarının pozmuşlar. Əslində cavabdehin qeyriqanuni əldə etdiyi qaz iddiaçı Birliyin mülkiyyətindəki qaz olmuş, cavabdeh bu qazı müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qanunsuz əldə etdiyinə görə vicdansız sahib olmasına baxmayaraq, məhkəmələr tərəfindən bu hal araşdırılmamışdır.
24. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.5 və 1091.2-ci; Mülki Prosessual Məcəlləsinin 77 və 88-ci; "X1"-nın 6.5-ci maddəsinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxi l olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), hab elə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
31. Maddə 13, his sə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcıs ı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.
32. Maddə 13. 9-cu bənd. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti he sabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
33. Maddə
20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
34. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»
35. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəzi yyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
36. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlak çının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
37. Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
38. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respub likasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 46.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın rədd edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kassasiya kollegiyası bildirir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər o lduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
51. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 15 aprel tarixli 2(103)1467/2025 nömrəli qətnaməsi iddianın rədd edi lən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.