Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2394/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı ilk,Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliklərin icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə ilkin, Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı kompensasiya ödənilməsinə dair qarşılıqlı iddia tələblərinə üzrə mülki iş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-238/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC ilə İddiaçı1 və İddiaçı3 arasında 30 sentyabr 2017-ci il tarixdə, İddiaçı2 arasında 3 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ayrı-ayrı üç müqavilə imzalanmışdır. Müqavilələrə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hündürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli, sahələri 83 kv.m olan 2 otaqlı mənzil verməyi, mənzilləri təhvil verənədək yaşayışlarını t əmin etmək məqsədi ilə kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə 1500 manat ödəməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 nömrəli Notariat kontorunda İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 2 otaqlı tam təmirli mənzilin İddiaçı1 t əhvil verilməsi və Cavabdeh MMC-dən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi olmaqla, cəmi 4.510 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı1 verilməsi; Bakı şəhəri 21 nömrəli Notariat kontorunda İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında yerləşən İddiaçı3 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 otaqlı tam təmirli mənzilin İddiaçı3 təhvil verilməsi və Cavabdeh MMCdən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödən ilməli olan 500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat hissəsi olmaqla, cəmi 4.510 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı3 verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış 3 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 2 otaqlı tam təmirli mənzilin İddiaçı2 təhvil verilməsi və Cavabdeh MMC-dən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat hissəsi olmaqla, cəmi 4.510 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İlkin iddia belə əsaslandırılmışdır ki, müqavilə üzrə ödənişlər 2017-ci ilin oktyabr ayının əvvəlindən fasilələrlə ödənilsə də (cəmi 26 ay), 2019-cu ilin dekabr ayından cavabdeh müqavilədə qeyd olunan, sahəsi 83 kv.m. olan 2 otaqlı mənzilləri vermir, yaşayış üçün razılaşdırılan 500 manat kirayə haqqını da 9 aydır kı, ödəmir. Hər bir iddiaçıya cavabdehin 4500 manat borcu yaranıb. Bundan əlavə, binanın komendantı iddiaçılara bildirmişdir ki, Cavabdeh MMC-nin rəhbəri Şahin Qasımov sahəsi 83 kvadrat metrlik bütün mənzilləri 90 kvadrat metr adı ilə müştərilərə satıb və hazırda iddiaçılara verilməli olan sahəli mənzillərdən boş qalanı yoxdur. Beləliklə, a ydın görünür ki, cavabdeh müqavilələr üzrə iddiaçıların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. İddiaçılar müqavilələrdə qeyd olunan 2 otaqlı, 83 kv.m mənzillərinin iddiaçılara təhvil verilməsi və eyn zamanda kirayə haqlarının ödənilməsi barədə dəfələrlə şifahi və yazılı şəkildə cavabdehin rəhbərinə xahişlə müraciət etsələr də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bildirmişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, iddiaçıların etimadından istifadə edərək onları aldadır, artıq gəlir əldə etməyə çalışır. 4. "Poleks” MMC qarşılıqlı iddia verərək, tərəflər arasında bağlanmış müqavilə üzrə 83 kv.m sahə ilə faktiki təşkil edən 79 kv.m sahə arasında olan 4 kv.m fərq üçün hər kvadrat metr 1200 manatdan hesabla nmaqla iddiaçılara kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa və Azərbaycan Respublikası əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Seriya RX № 1123090, Seriya RX № 1123089, Seriya RX № ******* saylı Çıxarışa əsasən iddiaçılar (hər üçü) ünvan 4 ünvan olmaqla, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi 36 kv.m, ümumi sahəsi 100,4 olan, 3 otaqdan ibarət bir mənzildə 1/3 hissə üzrə paylara malik olmuşlar. Başqa sözlə, ümumi sahəsi 100.4 kv.m olan, 3 otaq dan ibarət bir mənzildə iddiaçıların hər birinin 33,4 kv.m sahəsi olmuşdur. Lakin iddia ərizəsindən görünür ki, cavabdeh iddiaçıların mülkiyyət hüquqlarını pozaraq, onların etimadından istifadə edərək, xüsusi rifahı naminə artıq gəlir əldə etmək məqsədi ilə onları aldadaraq hər birinə ümumi sahəsi 83 kv.m olan iki otaqdan ibarət, 3 ayrı-ayrı mənzil təklif etmişdir. Cavabdeh uzun müddət təmirsiz istismar olunmuş, fiziki aşınmalara məruz qalmış mülkiyyətçilərə məxsus evləri sökərək qanunla iddiaçılara düşən bir mənzildən ibarət 121,2 kv.m (100,4 kv.m + 20,8 (20%) = 121.2) sahənin əvəzinə iddiaçılara 83 kv.m, 2 otaqdan ibarət 3 ayrı- ayrı mənzil (ümumi sahəsi 249 kv.m) təklif etmişdir. Ekspertizanın nəticələrindən görünür ki, təklif olunan mənzıllər faktiki olaraq 83 kv.m deyil, 79 kv.m təşki l etmişdir. Bu hal binanın ümumi ilkin layihəsi üzrə bağlanmış müqavilələr ilə tikintidən sonra divar arakəsmələri və digər texniki sahələr səbəbindən yaranmış itkilərlə əlaqədar baş vermişdir. Buna görə də bu hal kompensasiya ödənilməklə aradan qaldırıla bilər və heç bir halda iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması anlamını ortaya çıxartmır. Nəzərə almaq lazımdır ki, iddiaçılara Nazirlər Kabinetinin müvafiq qərarına əsasən qanunla müəyyən edilmiş 1 mənzildən ibarət ümumi sahəsi 120 kv.m sahə əvəzinə 2 otaqdan ibarət, hər mənzilin sahəsi 79 kv.m olmaqla üç ayrı-ayrı mənzil (ümumi 237 kv.m) təqdim edilmişdir. Bu da mütənasiblik prinsiplərinə əsasən mülkiyyətin dəyərinə ağlabatan dərəcədə uyğundur.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı, 9 avqust 2021 -ci il tarixli qətnaməsi ilə (hakim- Gültəkin Əsədova) ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ümumi sahəsi 100.4 kv.m olan ev 34, mənzil 36 iddiaçılar İddiaçı1 adına 1/3 hissədə, İddiaçı2 adına 1/3 hissədə və İddiaçı3 adına 1/3 hissədə xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Pilot layihəyə əsasən cavabdeh "Poleks” MMC ilə iddiaçılar İddiaçı1 və İddiaçı3 arasında 30 sentyabr 2017-ci il tarixində, İddiaçı2 arasında isə 3 oktyabr 2017-ci il tarixində qarşılıqlı razılaşma yolu ilə Bakı şəhəri 21 saylı notariat kontorunda müqavilələr imzalanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçıların mülkiyyətində ola n mənzilləri söküb, yerində tikilən hündürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli, sahələri 83 kv.m olan 2 otaqlı mənzillər verir, mənzillər iddiaçılara təhvil verənədək kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə 1500 manat ödəməlidir.
8. Birinci instansiya məhkəməsi mülkiyyət hüququ, müqavilə və öhdəlik münasibətləri ilə bağlı qanunvericiliyin normalarına istinad edərək göstərmişdir ki, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağ lanmış sayılır. Müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. Hazırkı işdə tərəflər şərtlərlə razılaşdıqdan sonra öz iradə ifadələrini bildirməklə müqavilə imzalamışlar. Cavabdeh MMC müqavilə şərtlərinə əsasən iddiaçılara sökülmüş mülkiyyətlərinin əvəzinə hər birinə 2 otaqlı, təmirli 83 kv.m mənzil verməyi öhdəsinə götürüb. Həmçinin müqavilə şərtlərindən biri də Əmlak mülkiyyətçisi"-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə 1500AZN manat ödənilməsidir ki, həmin məbləğ dekabr 2019-cu ildən ödənilmir. Cavabdeh tərəf kirayə haqlarının verilməməsinə səbəb kimi mənzillərin 2019-cu ilin de kabrında iddiaçılara təklif olunması, iddiaçıların bundan imtina etməsi ilə izah etmişdir. İddiaçılar isə mənzillərin sahəsinin məhz müqavilə şərtinə uyğun 83 kv.m deyil, 79-78 olması səbəbinən təhvil almaqdan imtina etmişlər.
9. Məhkəmə ekspert rəylərinə əsasən iddiaçılara verilmiş mənzillərin müvafiq olaraq 79.0 kv.m., 78.81 kv.m. və 78,96 kv.m. olması, eyni zamanda 2-ci blok 14-cü mərtəbədə yerləşən iki otaqlı mənzilin ümumi sahəsinin eskiz layihədə 2-ci blok, 3-14-cü mərtəbələrin planında göstərilmiş 83,4 kv.m sahəli, 2 otaqlı mənzilə uyğun olmasını nəzərə alaraq, qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh tərəfindən pozulmuş, inşa olunmuş binada 83 kv.m mənzillər olduğu halda, iddiaçılara daha sahəli – 78-79 kv.metlik mənzillər təklif olunmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzillər vaxtında iddiaçılara təhvil verilmədiyindən onlar kirayələrdə yaşamağa məcbur olmuşlar, bununla da bağlı kirayə haqları dekabr 2019-cu ildən kəsilməklə, cavabdeh müqavilə şərtlərini pozmuşdur. Buna görə də cavabdeh şirkət onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 385.1, 386.1, 390.1, 390.5, 405.1, 421.2, 422.1, 422.2, 422.4, 424.1, 424.3, 425.1, 427.3, 442, 445.2.1, 448.1 və 448.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh MMC apellyasiya şikayət i verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti qarşılıqlı iddianın dəlillərinə uyğun məzmunda əsaslandırılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) 17 noyabr 2021-ci il tarixli, 2(103)-11057/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılara təklif olunan mənzillər öz texniki parametrlərinə görə müqavilələrdə göstərilən şər tlərə uyğun gəlmirlər. Məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd edilməlidir ki, hazırda ilkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi üzrə araşdırılma aparılmasına lüzum yoxdur. Belə ki, iddia tələbləri bir-biri ilə bağlıdır. İddiaçıların tələbi təmin olunmasa idi, bu zaman qarşılıqlı iddia üzrə əlavə araşdırmaya ehtiyac olardı. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmi n edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzillərin hesablanması faktiki sahə ilə bu qaydalara uyğun hesablamalar arasında 4-5 kv.metr fərq (azalma) yaradır. Bu, balkon, dəhliz, sanitar qovşağın və digər köməkçi sahələrin azalma əmsalları ilə hesablanmasından irəli gəlir. Ekspertizanın həmin qaydalara uyğun hesabladığı 2-ci blok, 14-cü mərtəbədə yerləşən 2 otaqlı mənzilin faktiki sahəsi 89 kv.metr olmaqla başqa şəxslərə satılmışdır. İstər iddiaçı, istərsə də, məhkəmə FHN-in göndərdiyi layihə əsas ında həmin binada 83 kv.metr mənzil olması qənaətinə gəliblər. Lakin cavabdeh tərəf bununla bağlı məhkəmədə dəfələrlə məsələ qaldıraraq həmin layihənin ilkin layihə olması və sonradan tikinti getdikcə texniki parametrlərin dəyişərək sahələrdə itki olmasını demiş, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən layihənin axırıncı (qüvvədə olan) variantı təqdim edilmiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Yaşayış kompleksi 2019-cu ildə təhvil verilmiş, elə həmin ildə də istismara qəbul edilmişdir. Yəni iddiaçılar üçün nəzərdə tutulmuş evlərdən savayı, başqa boş mənzil yoxdur, iddiaçılara çatışmayan sahəyə görə kompensasiya təklif edilib, lakin onlar kompensasiyanı qəbul etmirlər. Bu hal iddiaçıların hüquqlarından sui-istifadə etməsi deməkdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kol legiyasının 2(102)-1839/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən görünür ki, birinci instansiya məhkəməsi ekspert rəylərinə əsasən iddiaçılara verilən mənzillərin 79.0 kv.m., 78.81 kv.m. və 78,96 kv.m. olması, eyni zamanda 2-ci blok 14-cü mərtəbədə yerləşən iki otaqlı mənzilin ümumi sahəsinin eskiz layihədə 2-ci blok, 3-14-cü mərtəbələrin planında göstərilmiş 83,4 kv.m sahəli, 2 otaqlı mənzilə uyğun olmasını nəzərə alaraq iddianı təmin etmişdir. Apellyasiy a instansiyası məhkəməsi də bununla razılaşmışdır.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməmişdir.
21. Əvvəla, cavabdehin binanın ilkin layihəsindən fərqli olaraq son layihədə müəyyən texniki parametrlərin dəyişməsi barədə dəlillərinə qiymət verilməmişdir. Bu dəlillərin əsaslı olub-olmamasına həmin dəlillər üzrə işin faktiki hallarını müəyyən etməklə qiymət verilməli olduğu halda, məhkəmələr bunu etməmişlər. Buna görə də qeyd edilən dəlil üzrə məhkəmələrin gəldiyi nəticənin əsaslılığına kollegiya qiymət verə bilmir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçıların hər birinə onların mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzil verilməsi nəticəsinə gəlsə də, həmin mənzillərin hansı mərtəbədə olmasına aydınlıq gətirməmişdir.
22. Həmçinin məhkəmələr cavabdeh tərəfindən inşa edilən yaşayış kompleksində faktiki boş olan 3 ədəd 83 kv.m. sahəli mənzillərin olub-olmamasını araşdırmadan iddianı təmin etməklə, qətnamənin gələcəkdə icrasının mümkünlüyünə şübhələr yaratmışdır. Halbuki məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (MPM, 15.2-ci maddə).
23. Prosessual qanunverciliyin tələ binə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (MPM, 88 və218.1).
24. İşə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi qeyd edilən prosessual hüquq normalarının tələblərinə əməl etməmişlər.
25. Həmçinin kirayə haqqının ödənilməsi tələbi də iddiaçılara mənzil təqdim edilməsi tələbi ilə bağlı olduğu üçün bu hissədə gəlinən nəticə də düzgün olmamışdır. Buna gö rə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməlidir.
26. Məhkəmə kollegiyası yuxarıda göstərilən əsaslarla ilk iddianın təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsi nəticəsinə gəldiyi üçün, hesab etmişdir ki, qətnamə qarşılıqlı iddianın rədd edilən hissəsində də ləğv edilməlidir. Çünki qarşılıqlı iddia öz məzmununa görə ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmağa yönəlmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Apellyasiya icraatında kollegiya mülki iş üzrə mübahisə predmeti olan mənzilin kv.m-nin real satış (bazar) qiyməti barədə mütəxəssis rəyinin alınması üçün qərardad qəbul etmiş və "xxxx" MMC-nin 2 avqust 2022-ci il tarixli qiymətləndirmə rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34 ünvanında yerləşən binada hesablanmış bir kv.m-nin bazar dəyəri 1850-1900 manat təşkil etdiyi müəyyən edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4161/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsinə qeyd olunan mövqeyə uyğun izahat verilməsi təklif etmişdir. Cavabdeh nümayəndəsi izahatında qeyd etmişdir ki, Cavabdehndən asılı olmayan səbəblərdən ilkin layihə dən fərqli olaraq son layihədə müəyyən texniki parametrlərin dəyişilmişdir. Nəticədə çoxmənzilli yaşayış binasında 83 kv.m-lik mənzillərin olması qeyd edilsə də, həmin mənzillərin sahəsi əslində daha çox olmuşdur. Lakin həmin sahədə olan mənzillər də ayrı-ayrı şəxslərə satıldığından və MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasında başqa mənzil qalmadığından, iddiaçılara təklif olunanlardan başqa mənzillərin təhvil verilməsi qeyri-mümkündür.
30. Təkrar apellyasiya icraatı zamanı aparılmış araşdırmadan da müəyyən edilmişdir ki, iddiaçılara təklif olunan mənzillər öz texniki parametrlərinə görə müqavilələrdə göstərilən şərtlərə uyğun gəlmir. Belə ki, xx.xx.2020-ci il tarixli 10/3209 nömrəli ekspert rəyinə əsasən, ünvan 5 ünvanda “Poleks" MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada İddiaçı1 verilmiş mənzilin ümumi sahəsi 79.0 kv.m., İddiaçı3 verilmiş mənzilin ümumi sahəsi 78.81 kv.m., İddiaçı2 verilmiş mənzilin ümumi sahəsi 78,96 kv.m. təşkil edir. Həmçinin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi vermiş olduğu izahatında 83 kv.m-lik mənzillərin sahəsinin əslində daha çox olduğunu və həmin mənzillərin ayrı-ayrı şəxslərə satıldığını qeyd etsə də, bu hala dair (iddiaçı tərəfin yazılı və şifahi vəsatət təqdim etməsinə baxmayaraq) hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh MMC tərəfindən pozulmuş, inşa olunmuş binada 83 kv.m mənzillər olduğu halda iddiaçılara daha az kv.m olan 78-79 kv.metlik mənzillər təklif olunduğundan, iddiaçılar hazırkı iddia ilə məh kəməyə müraciət etməkdə haqlı olmuşlar.
31. Kasasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq məhkəmə kollegiyası iddiaçıların hər birinə verilməli olan mənzillərin hansı mərtəbədə olmasına aydınlıq gətirilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsinə izahat verilməsi təklif edilmiş və nümayəndə həm şifahi, həm də yazılı izahat təqdim edərək bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən İddiaçı1 verilməli olan mənzili çoxmənzilli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində, İddiaçı3 verilməli olan mənzil 3-cü blok, 3-cü mərtəbədə, İddiaçı2 verilməli olan mənzili isə 3-cü blok, 14-cü mərtəbədə yerləşdiyini qeyd etmişdir.
32. Kassasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarında qeyd etmişdir ki, iddiaçıların hər birinə onların mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzil verilməsi nəticəsinə gəlsə də, həmin mənzillərin hansı mərtəbədə olmasına məhkəmələr tərəfindən aydınlıq gətirilməmişdir.
33. Kollegiya qeyd etmişdir ki, iş materiallarına əsasən xx.xx.2020-ci il tarixli 10/2750 nömrəli və xx.xx.2020-ci il tarixli 10/3209 nömrəli ekspert rəyləri üzrə ekspert araşdırması məhz İddiaçı1 təklif edilən mənzili çoxmənzilli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində, İddiaçı3 təklif edilən mənzil 3-cü blok, 3-cü mərtəbədə, İddiaçı2 təklif edilən mənzil 3-cü blok, 14-cü mərtəbədə yerləşən mənzillər üzərində aparılmışdır.
34. Göründüyü kimi, hazırda cavabdeh tərəfindən təq dim edilən mənzillə ekspert rəyləri üzrə ekspert araşdırması aparılan mənzillər eynidir. Ona görə də, kollegiya hesab etmişdir ki həmin hal üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur.
35. Beləliklə məhkəmə araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh MMC tərəfindən pozulmuş, inşa olunmuş binada 83 kv.m mənzillər olduğu halda iddiaçılara daha az kv. olan 78-79 kv.metlik mənzillər təklif olunmuşdur. Bu da iddiaçılarn haqlı narazılığına səbəb olmuşdur. Mənzillər vaxtında iddiaçılara təhvil verilmədiyindən onlar kirayələrdə yaşamağa məcbur olmuşlar, bununla bağlı kirayə haqları dekabr 2019-cu ildən kəsilmişdir. Cavabdeh tərəf, kirayə haqlarının verilməməsinə səbəb olaraq qeyd etmişdir ki, dekabr 2019-cu il tarixdə iddiaçılara mənzi lləri təhvil almaq təklif olunsa da, onlar imtina etmişlər. İddiaçılar isə mənzillərin sahəsinin məhz müqavilə şətrinə uyğun 83 kv.m deyil 79 -78 olması səbəbindən təhvil almaqdan imtina etmişlər.
36. Məhkəmə kollegiyası mübahisənin ədalətli həlli baxımından ilkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) nümayəndəsi Nümayəndə2 təklifi nəzərə alaraq müqavilə üzrə verilməli olan mənzil sahəsinin (83X3=249) hər kvadratının əvəzi olaraq pul məbləğinin iddiaçılara ödənilməsini ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə təklif edilsə də, birmənalı şəkildə imtina edilmişdir.
37. Kollegiya qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, ilkin iddia üzrə iddiaçılar tərəfindən tələb olunan mənzil məhz Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürmüş olduğu ö hdəliyin yerinə yetirilməsindən ibarətdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən 83 kv.m-lik mənzillərin ayrı-ayrı şəxslərə satılması təsdiq olunmuş olsa belə, həmçinin ilkin layihədən fərqli olaraq son layihədə müəyyən texniki parametrlərin dəyişdirilməsi halında belə ilkin iddia üzrə cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirilməsindən imtina üçün əsas ola bilməz.
38. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd etmişdir ki, hazırda ilkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi üzrə araşdırılma aparılmasına lüzum yoxdur. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır. Belə ki, iddia tələbləri bir-biri il ə bağlıdır. İddiaçıların tələbi təmin olunmasa idi, bu zaman qarşılıqlı iddia üzrə əlavə araşdırmaya ehtiyac olardı. d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
39. Cavabdeh MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən İddiaçı1 verilməli olan mənzili çoxmənzilli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində, İddiaçı3 verilməli olan mənzil 3-cü blok, 3-cü mərtəbədə, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, İddiaçı2 verilməli olan mənzili isə 3-cü blok, 14-cü mərtəbədə yerləşir və həmin mənzillərin sahələri müvafiq olaraq 79.0 kv.m, 7 8.81 kv.m və 78.96 kv.m təşkil edir. MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasında başqa mənzilin qalmaması səbəbi ilə iddiaçılara təklif olunanlardan başqa mənzillərin təhvil verilməsi mümkün deyil və qarşılıqlı iddia yaranmış kvadrat fərqinin kompensasiyasına yönəldiyindən, mübahisələndirilən məhkəmə qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Beləliklə Məhkəmə binanın ilkin layihəsindən fərqli olaraq, son layihədə texniki parametrlərin dəyişməsini, ilkin iddia üzrə iddiaçıya təklif olunan mənzillərdən başqa mənzillərin olmadığını nəzərə almamış, Mülki Məcəllənin 452-ci maddəsinin düzgün tətbiq edilməməsi nəticəsində əsassız qətnamə qəbul etmişdir. Qarşılıqlı iddiaçı tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən çoxmənzilli binada 83 kv.m mə nzillərin qalmaması dəfələrlə bildirilmiş, həmçinin müvafiq sübutlar təqdim olunmuş lakin məhkəmə tərəfindən bunlara məhəl qoyulmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçılara müqavilə şərtlərinə uyğun olaraq, sahəsi 83 kv.m olan mənzillərin verilməsi barədə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamış, bununla da, MPM-nin 15-ci maddəsinin diqqətdən kənarda qoymuşdur. Məhkəmə tərəfindən yol verilmiş bu cür hərəkətlər qanunun aliliyinə də xələl gətirilməsinə səbəb olmuşdur. Apellyasiya məhkəməsi hazırda şikayət verilən qətnaməsində kassasiya məhkəməsinin göstərişlərini nəzərə aldığını qeyd etməsinə baxmayaraq işin həllində tətbiq edərkən bunun sadəcə görüntü xarakteri olması, qarşılıqlı iddianın rədd olunması ilə kassasiya məhkəməsinin göstərişlərinin nəzərə alınmaması aydın görünür.
41. Ali Məhkəmənin 27 mart 2023-cü il tarixli, 2(102)-821/2023 nömrəli (hakimlər- Zaur Əliyev (məruzəçi), Vidadi Məmmədov və Ələsgər Əliyev) qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir.
42. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi öhdəlik hüququnun ümumi normalarına istinad etsə də, tələbin qanuni əsasını konkret olaraq göstərməmiş, müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamamış, iddianın əsaslılığı üzrə bu qaydada hüquqi dəyərləndirmə aparmamışdır.
43. Məhkəmə qeyd etmişdir ki, tərəflər alqı-satqı və podrat müqaviləsi üzrə əsas öhdəlikləri əhatə edən qarışıq müqavilə bağlamışlar. İşdə ilkin iddiaçıların öhdəliklərinin icrası ilə əlaqədar mübahisə yoxdur. Fikir ayrılığı "Poleks” MMC-nin müqavilədə şərtləşdirilmiş həcmdə olan mənzilləri ilkin iddiaçılara verməməsi ilə bağlıdır. Tərəflərin bağladıqları əqdlərdəki “müqavilənin predmeti” bölməsində ilkin iddiaçılara veriləcək mənzillərin otaq sayı və kvadratı qeyd olunmuşdur. Halbuki, tikinti şirkəti tərəfindən inşa edilməklə sifarişçiyə verilməli olan mənzillərlə bağlı razılaşmalarda müvafiq qaydada təsdiqlənmiş layihə üzrə yaşayış binasının müstəqil tərkib hissəsini fərdiləşdirən rekvizitlərin (blok, mərtəbə, nömrə, layihə üzrə yerləşmə yeri, otaq sayı, yardımçı sahələr, ümumi kvadrat, on un hesablanma qaydası və s.) dəqiq və aydın şəkildə göstərilməsi bu xarakterli mübahisələrin yaranmaması üçün mühüm əhəmiyyət kəsb edir.
44. Baxılan iş üzrə tərəflər imzaladıqları müqavilələrdə yeni tikilən binada ilkin iddiaçılara veriləcək iki otaqlı mənzillərin sahəsini 83 kv.m. olaraq razılaşdırmışlar. "Poleks” MMC-nin təqdim etdiyi mənzillər isə 78-79 kv.m.-dir. Cəmiyyət bu addımını belə əsaslandırır ki, ondan asılı olmayan səbəblərdən binanın ilkin layihəsindən fərqli olaraq son layihədə müəyyən texniki parametrlər dəyişilmişdir. Nəticədə binadakı 83 kv.m-lik mənzillərin olması qeyd edilsə də, həmin mənzillərin sahəsi əslində daha çox olmuşdur. Həmin sahədə olan mənzillər ayrı-ayrı şəxslərə satılmışdır və ilkin iddiaçılara təklif olunanlardan başqa mənzillərin təhvil verilməsi qeyr i-mümkündür. Belə olan halda iddiaçılar bildirirlər ki, tikinti şirkəti müqavilə öhdəliyini lazımınca icra etmir.
45. Kollegiya qeyd etmişdir ki, hazırkı işdə "Poleks” MMC-nin ilkin iddiaçılar qarşısında üzərinə götürdüyü (83 kv.m.-dən ibarət iki otaqlı mənzilləri təqdim etmək) öhdəliyini olduğu kimi icra etməsinin obyektiv baxımdan mümkünlüyü müəyyən edildikdə bu hal ilkin iddianın təmin olunması üçün əsasdır. Belə olan halda, ilkin iddiaçılara verilməsi qət edilən mənzillərin yerləşdiyi blok, mərtəbəsi, nömrəsi və digər fərdiləşdirici əlamətləri məhkəmə aktının nəticə hissəsində dəqiqliklə göstərilməlidir. Bununla belə, müqavilə öhdəliyinin icrası və buna müvafiq olaraq iddianın təmin edilməsi obyektiv səbəbdən mümkün olmadıqda, məhkəmə işin hüquqi vəziyyətini tərəflərlə müzakirə etməli, mövcud hüquqi müdafiə imkanları ilkin iddiaçılara izah olunmalıdır.
46. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.2.1, 324.2, 385.1, 386.1, 390.4, 425.1, 442, 452.1, 527.1, 762.2, 762.3, 765, 766-cı maddələrin tələblərinə uyğun əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
47. Apellyasiya instansiyası məhkəməsinin 1 avqust 2023-cü il tarixli, 2(103)3702/2023 nömrəli qərardadına əsasən 1 otaqlı 71 kv.m və 2 otaqlı 83 kv.m kimi qeyd olunan mənzillərin mövcud olub–olmamasının, həmin mənzillərin tikinti norma və standartlarına uyğun olub – olmamasının, inşa edilmiş binada mənzillərin 1 kv.m dəyəri nə qədər təşkil etməsinin digər halların müəyyən olunması məqsədilə kompleks məhkəmə tikinti – texniki və məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 48. 25 ok tyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6691-9/6760 nömrəli ekspert rəyindən qeyd olunmuşdur ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 İdarəsinin Məhkəmə sorğusuna təqdim etdiyi (və məhz bu layihə ilə istismara icazə verilmiş) layihə ilə Cavabdeh MMC-nin inşa etdiyi binanın 2 və 3-cü bloklarında layihə üzrə 1 otaqlı 71,5 kv.m və 2 otaqlı 83,4 kv.m kimi qeyd olunan mənzillər mövcud olduğu, lakin layihədə 1 otaqlı, 71,5 kv.m göstərilən mənzilin faktiki olaraq 2 yaşayış otağı və yardımçı tikililərdən ibarət olmaqla ümumi sahəsinin 79 kv.m olduğu, layihədə ümumi sahəsi 83,4 kv.m göstərilən mənzilin faktiki olaraq 2 yaşayış otağı və yardımçı tikililərindən ibarət olmaqla ümumi sahəsinin 83,65 kv.m olduğu müəyyən edilir. Cavabdeh MMC-nin inşa etdiyi binanın 2 və 3-cü b loklarında layihədə 1 otaqlı 71,5 kv.m göstərilən mənzilin faktiki olaraq 2 yaşayış otağı və yardımçı tikililərdən ibarət olmaqla ümumi sahəsinin 79 kv.m olan mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiası tərəfindən 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında 3 nömrəli qərarının 9-cu maddəsinin (Sanitariya – epidemioloji tələblərin təmin edilməsi) 9.6-cı bəndinin tələblərinə uyğun olmadığı, layihədə ümumi sahəsi 83,4 kv.m göstərilən mənzilin faktiki olaraq 2 yaşayış otağı və yardımçı tikililərdən ibarət olmaqla ümumi sahəsinin 83,65 kv.m olan mənziin isə həmin qərarın tələblərinə uyğun olduğu müəyyən edilir. ünvan 6 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilmiş binada mənzillə rin 1 kv.m dəyərinin təqribən 2300 manat, 71 kv.m qeyd olunan mənzilin dəyərinin təqribən 163000 manat, 83 kv.m kimi qeyd olunan mənzilin dəyərinin təqribən 191000 manat olduğu müəyyən edilir.
49. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-238/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən yaşayış sahələrinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzillərin təhvil verilməsi və qarşılıqlı iddia üzrə hissələrdə ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılaraq, ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 14cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil İddiaçı1 təhvil verilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 3cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli 4 saylı mənzil İddiaçı3 təhvil verilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 14cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. ola n 2 otaqlı tam təmirli, 48 saylı mənzil İddiaçı2 təhvil verilməsi, 30 sentyabr 2017-ci il tarixli müqavilələrə əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 təhvil verilməli olan 83 kv.m. mənzillərin əvəzində təhvil verilən 79 kv.m. mənzillərin sahələri arasında olan 4 kv.m. görə hər kv.m. üçün 2300 manat hesablanmaqla Cavabdeh tərəfindən müvafiq olaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinə 9200 manat məbləğində pulun ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir
50. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
51. Müqavilələrdə veriləcək mənzillərin otaq sayı və kvadratı qeyd olunsa da, digər rekvizitlər (blok, mərtəb ə, nömrə və s.) əksini tapmamışdır. Tərəflər arasında iddiaçılara veriləcək mənzillərin sahəsi 83 kv.m razılaşdırılsa da, cavabdeh tərəfindən təqdim olunan mənzillərin sahəsi 79 kv.m təşkil edir. Cavabdeh digər ölçüdə mənzil təhvil verməsini onunla əsaslandırır ki, layihədə müəyyən texniki parametrlər dəyişilmiş, nəticədə binadakı 83 kv.m-lik mənzillərin sahəsi əslində daha çox olmuş, bu mənzillər ayrı-ayrı şəxslərə satılmışdır və iddiaçılara təklif olunanlardan başqa mənzillərin təhvil verilməsi qeyrimümkündür 52. "Poleks” MMC tərəfindən təqdim olunmuş müqavilələrlə, həmçinin, sorğuların cavabı ilə müəyyən olunmuşdur ki, inşa olunan binada 83 kv.m.-dən ibarət iki otaqlı boş mənzillər mövcud deyildir və MMC-nin həmin mənzillərə hüquqi baxımdan sərəncam vermək imkanı yoxdur. Belə ki, həmin mənzillərə dair digər şəxslərlə bağlanmış müqavilələr qüvvədədir, mənzillərin əksəriyyətinə reyestrdən çıxarışlar mövcuddur və bu halların əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçılar bu barədə etirazlarını onunla əsaslandırır ki, mənzillərin bəziləri onlar ilə müqavilə bağlandıqdan sonra digər şəxslərə satılmışdır. Lakin yuxarıda qeyd olunduğu kimi müqavilələr qüvvədə olduğundan bu xüsusat digər şəxslərə məxsus, həmin ölçüdə olan mənzillərin iddiaçılara verilməsi üçün əsas ola bilməz
53. Kassasiya instansiyası məhkəməsinin digər bir göstərişi ondan ibarət olmuşdur ki, əvvəllər işə baxmış məhkəmələr Cavabdeh MMC tərəfindən inşa edilən yaşayış kompleksində 3 ədəd 83 m2 sahəli mənzillərin iddiaçılara verilməsi nəticəsinə gəlsə də, həmin mənzillərin hansı m ərtəbədə olmasına aydınlıq gətirilməmiş, beləliklə, qətnamənin gələcəkdə icrasının mümkünlüyünə şübhələr yaratmışdır.
54. Məhz bu xüsusatın dəqiqləşdirilməsi üçün Cavabdeh MMC yazılı formada məhkəməyə müraciət edərək İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən təhvil verilməli olan, 48 saylı təmirli mənzil Cavabdeh MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində, İddiaçı3 ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən təhvil verilməli olan, 4 saylı təmirli mənzil yaşayış binasının 3-cü bloku, 3-cü mərtəbəsində, İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən təhvil verilməli olan, 48 saylı təmirli mənzil yaşayış binas ının 3-ci bloku, 14-cü mərtəbəsində yerləşir. Ekspert rəyində ümumi sahəsinin 79 kv.m olan mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş “Yaşayış binaları Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında 3 nömrəli qərarının 9-cu maddəsinin (Sanitariya – epidemioloji tələblərin təmin edilməsi) 9.6-cı bəndinin tələblərinə uyğun olmadığı qeyd olunsa da, Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla təsdiq olunur ki, həmin ölçüdə olan mənzillər üzərində müxətlif şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 55. "Poleks” MMC iddiaçılarla bağladığı müqavilələrdən i rəli gələn öhdəliyini, yəni 83 kv.m.-dən ibarət, iki otaqlı mənzilləri təqdim etmək öhdəliyini icra etməmiş, aradakı fərqli qarşılıqlı iddiasında göstərdiyi məbləğlərin ödənilməsi ilə kompensasiya etmək istəyir. İlkin iddiaçılar isə öhdəliyin məhz müqavilədə göstərilən şərtlərə uyğun icrasını tələb edirlər. Lakin yuxarıda qeyd olunanlarla müəyyən edilmişdir ki, öhdəliyinin icrası obyektiv baxımdan mümkün deyildir. Buna görə də məhkəmə tərəfindən işin hüquqi vəziyyəti, mövcud hüquqi müdafiə imkanları tərəflərlə müzakirə olunmuşdur. Öhdəliyin müqavilədə göstərildiyi formada icrası mümkün olmadığından digər hüquqi müdafiə imkanlar bundan ibarət ola bilər ki, ya təhvil verilməli olan mənzillərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilsin, ya da qarşılıqlı iddiaya uyğun olaraq sahəsi 79 kv. m olan mənzillər təhvil verilərək kompensasiya ödənilsin. 1-ci variantla (təhvil verilməli olan mənzillərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməsi) bağlı "Poleks” MMC-nin hər hansı bir iddiası və ya yazılı müraciəti mövcud olmadığından məhkəmə tərəfindən bu istiqamətdə hər hansı bir nəticəyə gəlinməsi mümkün deyildir.
56. Sahəsi 79 kv.m olan mənzillərin təhvil verilərək əlavə olaraq kompensasiya ödənilməsi ilə bağlı məhkəmə kollegiyası onu qeyd etmişdir ki, mübahisənin bu qaydada həlli Mülki Məcəllənin 452, 765 və 766-cı maddələrin tələblərinə də uyğundur. Belə ki, həmin normaların məzmununa əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası ü çün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
57. Kompensasiyanın məbləği ilə bağlı da tərəflər arasında fikir ayrılıqları mövcuddur. Belə ki, qarşılıqlı iddiada tərəflər arasında bağlanmış müqavilə üzrə 83 kv.m sahə ilə 79 kv.m sahə arasında olan 4 kv.m fərq üçün hər kvadrat metr 1200 manatdan hesablanması xahiş olunsa da, sonradan "Poleks” MMC tərəfindən məhkəməyə müraciət olunara q bu məbləğin 2000 manatdan hesablanması ilə razı olduğunu bildirmişdir. Cavabdeh isə mənzilin 1 kv.m üçün 2800 manat ödənilməli olduğunu hesab edir və bu barədə fikrini onunla əsaslandırır ki, məhkəmənin sorğusuna əsasən təqdim olunmuş alqı – satqı müqaviləsində eyni binada olan sahəsi 48,2 kv.m olan mənzil 135000 manat satılmışdır
58. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənzilin 1 kv.m üçün nə iddiaçının təklif etdiyi 2000 manat, nə də cavabdehin tələb etdiyi 2800 manat əsas götürülə bilməz. Cavabdehin mənzilin 1 kv.m 2800 manat qiymətləndirilməsi ilə bağlı istinad etdiyi müqaviləyə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin müqavilədə mənzilin 1 kv.m 2800 manat nəzərdə tutulması həmin binada yerləşən bütün mənzillərin həmin qiymətə olması kimi qiymətləndirilə bilməz. Bel ə ki, yüksək qiymət mənzilin təmiri, mənzil bazarında aşağı sahəli mənzillərin yuxarı sahəli mənzillərə nisbətən daha baha olması və s. amillərlə şərtləndirilə bilər. Buna görə də məhkəmə kollegiyası bu nüansla bağlı daha mötəbər sübut olaraq ekspert rəyini qəbul etmiş və hesab etmişdir ki, qiymətləndirmə məhz bu rəy əsas götürülməklə aparılmalıdır.
59. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.1, 14.2.1, 324.2, 385.1, 386.1, 390.1, 390.4, 425.1, 442, 443.1, 452.1, 452.2, 762.2, 762.3, 766-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə t ərəfindən işə baxılarkən cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin lazımınca yerinə yetirilməməsi açıqaydın göründüyü halda, məhkəmə tərəfindən işin bu hallarına düzgün qiymət verilməmiş və bunun nəticəsində də iddiaçının hüquqları bərpa olunmamışdır. Bununla da məhkəmə tərəfindən Mülki Məcəllənin 1, 385, 425-ci maddələrinin tələbləri pozulmuşdur.
29. Məhkəmə qətnaməsi ilə ayrı icranı qəbul etmək bir vəzifə kimi iddiaçının üzərinə qoyulmuşdur. Bu isə qanunvericilik baxımından yolverilməzdir. Məhkəmə tərəfindən işə baxılarkən bu nəzərə alınmamış və bununla da Mülki Məcəllənin 435-ci maddəsinin tələbləri pozulmuşdur.
30. Məhkəmə tərəfindən təyin edilmiş Məhkəmə-tikinti ekspertizasının rəyindən də açıq-aydın görünür ki, iddiaçıya təklif olunan mənzildə yaşayış normalarına və tələblər inə uyğun deyildir. Yəni birmənalı olaraq həmin bu mənzil təhlükəsizlik qaydalarına və tikinti normalarına cavab verməməklə normal yaşayış şəraitinə malik deyildir. Buradan da belə çıxır ki, iddiaçıya təklif olunan mənzil qüsurlarla və keyfiyyətsiz şəkildə ona təqdim olunub. Bu isə birmənalı şəkildə cavabdehin iddiaçı ilə bağladığı müqavilə üzrə öhdəliklərinin icra edilməməsi deməkdir. Məhkəmə tərəfindən işin bu halları düzgün araşdırılmamış və bununla da Mülki Məcəllənin 442-ci maddəsinin tələbləri pozulmuşdur.
31. İddiaçı hesab etmişdir ki, cavabdeh açıq-aydın şəkildə onun mülkiyyətində olan mənzilin onun tərəfindən artıq sökülməsindən sui-istifadə edərək iddiaçıya müqavilə üzrə nəzərdə tutulmuş mənzili deyil, özü istədiyi mənzili verməyə və iddiaçının onu qəbul etməyə məcbur edir. Çox m araqlıdır ki, məhkəmə də onun bu cəhdinin qarşısını almaq əvəzinə onun qanunsuz əməllərinə qanuni don geyindirmək istəyir.
32. Məhkəmə baxışı zamanı məhkəmə tərəfindən iki dəfə məhkəmə tikinti ekspertizası təyin edilmişdir. İddiaçı hesab etmişdir ki, ekspert rəyləri də bu qanunlara uyğun araşdırılaraq onlara müvafiq qiymət verilməlidir. İşin hallarından da görünür ki, məhkəmə tərəfindən iddiaya baxılarkən qərarların tələblərinin yerinə yetirilməsi araşdırılmamış və həqiqətən də iddiaçıya təklif olunan mənzilin sahəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2013-cü il tarixli 7 saylı Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin həcminin hesablanması Qaydaları”na uyğun olaraq 79 kv.m olubolmaması aydınlaşdırılmamışdır. b)Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
35. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
36. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
37. Maddə 324.4. Müq avilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
40. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu mü qavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
41. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
42. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
43. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyi bsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
45. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
46. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
47. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir
48. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb ed ə bilər
49. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
50. Maddə 556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.
51. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
52. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə göt ürür.
53. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
54. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
55. Maddə
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
56. M addə
766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
60. Maddə 217.1. Məhkəmənin qətna məsi qanuni və əsaslı olmalıdır.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədlər
65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Apellyasiya instansiyası məhkəməsinin aktı İddiaçı1 kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
69. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 kassasiy a şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
70. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvin ə əsas vermir.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2024-cü il tarixli 2(103)238/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.