Məhkəmə qərarları › İş №2(102)-2395/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2395/2024

23.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2395/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(106)395/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. JN-105 s aylı “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 3 saylı qərarına əsasən, Saatlı rayonu, Heydərabad kəndində yerləşən 8.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5, İddiaçı2, İddiaçı3, İddiaçı1, X7, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, X8, X6 və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmişdir.

2. Saatlı rayonu, Heydərabad kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş 06 sentyabr 2000-ci il tarixli izahata əsasən, X8 0.68 ha torpaq sahəsini Cavabdeh köhnə məzənnə ilə 400.000 manata satmışdır.

3. Saatlı rayonu, Heydərabad kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş 22 dekabr 2000-ci il tarixli izahata əsasən, İddiaçı3 0.68 ha torpaq sahəsini həmişəlik olaraq Cavabdeh köhnə məzənnə ilə 1.170.000 manata satmışdır.

4. X14 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun 27 fevral 2023-cü il tarixli rəyinə əsasən, 2000-ci ildən hal-hazıradək olan müddətdə torpaq sahəsində yetişdirilən bitkilər, görülmüş abadlaşdırma işləri və digər tədbirlər barədə məlumatlar olmadığından və 2022-ci ildə həmin torpaq sahəsinə əkilmiş bitkilərin vegetasiya dövrü başa çatdığı üçün gəlir və digər işlərlə bağlı xərcləri müəyyən etmək mümkün olmamışdır.

5. Saatlı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(055)-1564/2020 saylı qətnaməsi ilə Cavabdeh X3 və digərlərinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” barədə iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İ ddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, X4, Məmmədova (Əliyeva) Arzu Sahibəli qızı, X6 və İddiaçı7 (bundan sonra- iddiaçılar) Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək zəbt olunmuş torpaq sahəsinin qaytarılması, həmin torpaq sahəsindən cavabdehin çıxarılması və cavabdehdən dəymiş ziyana görə 140.318 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Saatlı rayon AİK-nın 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı ilə cavabdehlərin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 8.74 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən həmin torpaq sahəsi cavabdehlərin xüsusi mülkiyyətindədi r. Həmin torpaq sahəsinin 4.42 ha hissəsi təxminən 20 ildir ki, cavabdehin qanunsuz istifadəsidədir. Dəfələrlə cavabdehdən torpaq sahəsindən qanunsuz istifadəsini dayandırmasını tələb etsələr də nəticəsi olmamışdır. Onların hesablamalarına görə torpaq sahəsinin qanunsuz istifadəsi nəticəsində onlara 140.318 manat məbləğində ziyan dəymişdir.

8. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4.42 hektar torpaq sahəsinin real bazar dəyəri olan 15.000 manat pulun, sözügedən torpaq sahəsinin abadlaşdırılması üçün çəkdiyi 5.000 manat xərcin cavabdehlərdən tutulub ona ödənilməsi, həmçinin torpaq sahəsindən çıxarılma ilə zərərin ödənilməsinin eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçılara məx sus 8.74 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 4.42 ha hissəsi cavabdeh tərəfindən pul müqabilində satın alınmışdır. Hazırda cavabdeh torpaq sahəsindən çıxmağa razıdır. Lakin, cavabdeh ilk iddianın 140.318 manat dəymiş ziyanın ödənilməsi barədə hissəsini qəbul etmir. Eyni zamanda torpaq sahəsinin hazırkı bazar qiyməti 15.000 manat təşkil edib. Bununla yanaşı, cavabdeh həmin torpaq sahəsinin abadlaşdırılması üçün 5.000 manat vəsait xərcləmişdir. Odur ki, 4.42 hektar torpaq sahəsinin real bazar dəyəri olan 15.000 manat pul, sözügedən torpaq sahəsinin abadlaşdırılması üçün çəkilmiş 5.000 manat pul qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulub ona ödənilməlidir.

10. Saatlı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(055)-46/2023 saylı qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) ilk və qarşılıqlı iddia ərizələri qismən təmin olunaraq, ilk iddia üzrə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş 8.74 ha torpaq sahəsinin 4.42 ha hissəsindən cavabdeh tərəfindən qanunsuz istifadəsinin dayandırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 180 manat, İddiaçı3 234 manat və İddiaçı6 80 manat ümumilikdə 494 manat pulun tutulub qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi və qalan hissələrdə iddiaların təmin olunmaması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hal-hazırda mübahisə predmeti olan torpaq sahəsi ilkin iddiaçılar İddiaçı1 və onun digər ailə üzvlərinin mülkiyyətində olmuş və bu səbəbdən də iddia tələbində haqlı olmuşlar.

12. Məhkəmə həmçinin ilkin iddianın dəymiş ziyana gö rə 140.318 manat pul tələbinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, bu barədə mötəbər sübutlar olmadığından ilkin iddia qeyd olunan hissədə əsaslı hesab oluna bilməz.

13. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddiaçı 4.42 ha torpaq sahəsinin alınmasına görə real bazar dəyərinə əsaslanıb 15.000 manat, eləcə də torpaq sahəsinin abadlaşdırılması üçün 5.000, cəmi 20.000 manat pul tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmişdir. Lakin bununla yanaşı qeyd olunmalıdır ki, qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi “izahat”lar torpaq alğısatqısını təsdiq edən etibarlı əqd olmasa da, torpağa görə pul verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir.

14. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehlər qeyd olunan sənəd lərdəki imzaların onlara məxsus olduğunu, lakin torpaq sahəsini icarəyə verdiklərini, həmin sənədləri oxumadan imza etdiklərini göstərmişlər.

15. Məhkəmə qeyd etmişdir ki, sözügedən əqdlər mötəbər sübut kimi qəbul edilərək qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 hazırkı məzənnə ilə 180 manat (torpaq sahəsini mərhum X5 ilə birgə satdığına görə ikidə bir hissə), İddiaçı3 234 manat və İddiaçı6 80 manat alınıb qarşılıqlı iddiaçıya verilməlidir.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin 18 dekabr 2017-ci il tarixə bazar dəyəri 15.500 manat qiymətləndirilsə də, torpaq sahəsinin 22 il ərzində qarşılıqlı iddiaçıda olması, sonuncunun həmin torpaq sahəsini mütəmadi əkib-becərib gəlir götürməsi nəzərə alınaraq qarşılıqlı iddiaçının torpağı alarkən ödədiyi məblə ği tələb etməsi və iddianın bu qaydada təmin olunması daha ədalətli olardı.

17. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2, 213.6-cı maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın rədd edilmiş hissəsində ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4.42 ha hissəsini təxminən 23 il bundan əvvəl torpaq mülkiyyətçiləri ilə razılaşaraq dəyərini ödəməklə birdəfəlik satın almışdır. Həmin vaxt cavabdehlər torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də ona vermişlər. Bundan bir neçə il sonra isə torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün torpaq mülkiyyətçilərinə onunla birlikdə notariusa getmələrini bildirsə də torpaq mülkiyyətçiləri notariusa getməkdən yayındıqları üçün 2017-ci ildə torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün məhkəməyə müraciət etmişlər. Saatlı Rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli, 2(055)-1595/2017 saylı qiyabi qətnaməsi ilə torpaq sahəsinə dair DƏDRX-dən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hazırda həmin torpaq sahəs indən uzun illərdir ki, heç bir maneə olmadan istifadə edir. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər bu müddət ərzində torpaq sahəsinə dair ona hər hansı etiraz bildirməmiş, heç bir tələb irəli sürməmiş və bu müddət ərzində torpağın alğı-satqısına dair aktı etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Bundan əlavə cavabdehlərlə arasında olan hüquq münasibətləri 2000-ci ildə yaranmışdır. Torpaq sahəsini aldıqdan sonra torpağı münbitləşdirmək üçün küllü miqdarda xərc çəkmişdir. Onun adına olan çıxarış iddiaçılar tərəfindən ümumiyyətlə mübahisləndirilməmiş və hazırda qüvvədədir. DƏDRX-ti tərəfindən onun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edildikdən sonra iddiaçılar hazırkı iddianı qaldıra bil ərdirlər. Belə ki, hazırda qüvvədə olan çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsini cavabdehlərə qaytarması qanuni olmamışdır. Bundan başqa qarşılıqlı iddia tələbi ilə bağlı olan torpağın real bazar dəyərini və həmin torpağın abadlaşdırılmasına çəkdiyi xərcləri təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etsə də birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Qarşılıqlı iddia üzrə cavabdehlər hazırda torpağın bazar qiymətini, yəni 15.000 manat və həmin torpağın münbitləşdirilməsinə dair xərclədiyi 5.000 manat pulu ona verərlərsə torpaq sahəsini boşalda bilər.

20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 12 mart 2024-cü il tarixli, 2(106)-395/2024 saylı qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəç i), Tofiq Heydərov və Samir Mayılov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Saatlı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(055)-46/2023 saylı qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmiş, İddiaçı3 1.029,60 manat, İddiaçı6 352 manat, X2 vərəsələri olan cavabdehlərdən və İddiaçı2 birgə 1.144 manat (cəmi 2.525,60 manat) pulun tutulub qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd olunması və qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, torpaq sahəsindən çıxarılmaya dair hissədə qətnamə qanuni və əsaslı olduğundan, bu hissədə apellyasiya şikayətini təmin etmək üçün əsaslar yoxdur. Odur ki, bu hissədə qətnamə dəyişdirilməd ən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin istifadəsində olduğu müddətdə torpaq sahəsində müəyyən yaxşılaşdırmalar olsa belə, bunlar da istifadəçinin torpaq sahəsindən cari istismar və istifadə (əkilməsi, məhsul götürməsi və s.) ilə bağlı zəruri tədbirlər hesab oluna bilər. Bu cür zəruri tədbirlərə sərf olunan məsrəflər isə müvafiq torpaq sahəsindən müəyyən məhsul götürməyə yönəldilmiş işlərlə bağlıdır ki, torpağa sahiblik edən iddiaçı görülən işlərin müqabilində müəyyən məhsul da götürmüşdür. Belə məsrəflər nəticəsində torpaq istifadəçisinin yoxsullaşması, torpağın mülkiyyətçilərinin zənginləşməsi müəyyən edilməmişdir. Torpaq sahəsində qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əkin işləri ilə bağlı cari tədbirlər görülsə belə mülkiyyətçinin zənginləşm əsinə səbəb olan əsaslı yaxşılaşdırmaların olduğu müəyyən edilməmişdir.

23. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, torpaq sahəsinə görə qarşılıqlı iddia üzrə iddiaçının 2000-ci ildə ödədiyi pul vəsaitinin yalnız nominal dəyərinin dəyişməsini (denominasiyasını) nəzərə alaraq iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmamış və qeyd etmişdir ki, 2000-ci ildən sonra Azərbaycan manatının alıcılıq dəyəri müəyyən dəyişikliyə uğramış, infliyasiya və digər iqtisadi təsirlərə məruz qalmışdır. Dövlət Statistika Komitəsi tərəfindən infliyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi haqqında məlumat məhkəməyə təqdim edilmişdir. Həmin məlumata görə 2000-ci ildən sonra istehlak qiymətlərinin əvvəlki ilə nisbətən faizlə artımı müşa hidə edilmişdir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə 2023-cü ildə 2000-ci ilə nisbətən istehlak qiymətlərinin indeksi 435,4 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 4,4 dəfə artmışdır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin faktiki hallarına görə cavabdeh mübahisəli torpaq sahəsini satın almaq məqsədilə 2000-ci ildə mülkiyyətçilərdən İddiaçı3 1.170.000 manat (234 manat), Əliyeva (Məmmədova) Arzu Sahibəli qızına 400.000 manat (80 manat), X5 və İddiaçı2 1.300.000 manat (260 manat) pul ödəmişdir. Bu faktı tərəflər mübahisələndirməmişlər. Dövlət Statistika Komitəsinin təqdim etdiyi 2000-ci ilə nisbətən 2023-cü il üzrə istehlak qiymətləri indeksi nəzərə alınaraq həmin məbləğlər müvafiq olaraq, İddiaçı3 1029,60 manat, Əliyeva (Məmmədova) Arzu Sahibəli qızından 352 manat və X2 vərəsələri olan cavabdehlərdən və İddiaçı2 1.144 manat birgə tutulmalı olacaqdır.

25. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.6, 157.7, 452.2, 575.2, 1092.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 372, 382, 384.0.2, 393, 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (vəkil Nümayəndə4) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yaxşılaşdırılması üçün ümumilikdə 800 metrə yaxın su kanalı, zənəkeşlər çəkdirilmiş, torpaq sahəsini hamarlatdırılmış və münbitləşdirilməsi üçün digər işlər gördürülmüşdür. Bu yaxşılaşdırmaları isə torpaqdan ayırmaq mümkün olmadığından, yaxşılaşdırmaq üçün çəkilən məsrəflərin əvəzinin ödənilməsi ilkin iddiaçılardan tələb olunmuşdur. Torpaq sahəsinə sərf edilən zəruri məsrəfləri ilkin iddiaçılardan tələb olunsa da birinci və apellyasiya instansiyası məhkəmələri iddianı təmin etməmişlər. Hazırda mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına dövlət qeydiyyatına alınmışdır və reyestrdən çıxarışa əsasən onun mülkiyyətində olmuşdur.

28. Kassator, şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsin in 157.6, 157.7, 560.3.4, 711.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə, “İnsan Hüquq və X1” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakı ndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı həmin Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.

33. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məh kəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Cavabdeh hazırkı kassasiya şikayətində qətnaməni qarşılqılı iddianın tə min olunmayan hissəsində mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

42. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın- 4.4209 ha torpaq sahəsinin abadlaşdırılmasına çəklimiş xərclərə görə 5.000 manat pul tələbinin rədd olunması hissəsində gəldiyi nəticə ilə razılaşır və bu hissədə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Lakin, kassasiya instansiyası məhkəməsi, qarşılıqlı iddianın- 4.42 ha torpaq sahəsinin hazırkı real bazar dəyəri olaraq 15.000 manat pul tələbinə aid hissədə apelly asiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, bu hissədə məhkəmənin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun deyil.

44. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Saatlı rayonu, Heydərabad bələdiyyəsi tərəfindən təsdiq edilmiş 06 sentyabr 2000-ci il tarixli “izahata” əsasən, X8 0.68 ha torpaq sahəsini 400.000 manata (AZM) cavabdehə satıb. Həmçinin, Saatlı rayonu, Heydərabad bələdiyyəsi tərəfindən təsdiq edilmiş 22 dekbar 2000-ci il tarixli “izahata” əsasən, İddiaçı3 0,68 ha torpaq sahəsini 1.170.000 manata (AZM) cavabdehə satıb. Eyni zamanda Saatlı rayonu, Heydərabad kənd sakinləri X5, arvadı İddiaçı2 və cavabdeh tərəfindən imzalanmış “izahata” əsasən, X5 2.0 ha torpaq sahəsini arvadı İddiaçı2 razılığı ilə 1.300.000 man ata (AZM) cavabdehə satıb. Saatlı rayonu, Dədə Qorqud kənd sakini X7 tərəfindən imzalanmış 10 noyabr 2007-ci il tarixli “izahata” əsasən, X7 0,68 ha torpaq sahəsini 1.400.000 manata (AZM) cavabdehə satıb.

45. Həmçinin işin mübahisələndirilməyən digər hallarından, habelə qanuni qüvvəyə minmiş məhkəmə aktından görünür ki, iddiaçılara məxsus 8.74 ha torpaq sahəsinin 4.4209 ha hissəsinə cavabdehin mülkiyyət hüququ məhkəmənin qiyabi qətnaməsinə əsasən tanınsa da, sonradan həmin qətnamə ləğv edilərək, Cavabdeh “əqdin bağlanmış hesab edilməsi” barədə iddiası rədd edilib.

46. Hazırda cavabdeh, qeyd olunan 4.4209 ha torpaq sahəsini iddiaçılara qaytardığı üçün, sözügedən yazılı izahatlara əsaslanaraq həmin torpaq sahəsinin hazırkı real bazar dəyərinə uyğun olaraq onlardan 15.000 manat pul tələb ed ir və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə DƏDRX-nin 13 saylı Ərazi İdarəsinin 25 dekabr 2017-ci il tarixli “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə diar” arayışını və Saatlı rayonu, Dədə Qorqud bələdiyyəsinin 24 noyabr 2022-ci il tarixli arayışını təqdim edib.

47. Həmin arayışlardan isə görünür ki, Saatlı rayonu, Heydərabad kəndində yerləşən 4.4209 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 18 dekabr 2017-ci il tarixə bazar dəyəri 15.500 manat təşkil edir və yerləşdiyi yerdən və katiqoriyasından asılı olaraq həmin ərazidə torpaq sahəsinin hektarının alqı-satqı qiyməti 1.000 manatdan 5.000 manatadək civarındadır.

48. Göründüyü kimi torpaq sahəsinin alqı-satqısı qanunla müəyyən edilmiş qaydada və formada rəsmiləşdirilməyib və sonrad an torpaq sahəsi iddiaçılara (mülkiyyətçilərə) qaytarılıb. Lakin bütün bunlara baxmayaraq sözügedən torpaq sahələrinin alqı-satqısı üçün cavabdehdən 2000-ci ildə İddiaçı3 1.170.000 manat (AZM); Əliyeva (Məmmədova) Arzu Sahibəli qızı 400.000 manat; X5 və İddiaçı2 1.300.000 manat; 2007-ci ildə isə X7 1.400.000 manat pul alıb.

49. Birinci instansiya məhkəməsi qeyd olunan torpaq sahələrinə görə cavabdehin 2000ci ildə ödədiyi pul vəsaitinin nominal dəyərini və qiymətlər miqyasının dəyişməsini (denominasiyasını) nəzərə alaraq qarşılıqlı iddianı mübahisələndirilən hissədə qismən təmin edib. Apellyasiya instansiyası məhkəməsi isə bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, sözügedən pul məbləğlərinin verilməsi faktını və miqdarını (nominal olaraq) idd iaçılar mübahisələndirmir.

50. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, 2000-ci ildən sonra Azərbaycan manatının alıcılıq dəyəri müəyyən dəyişikliyə uğrayıb, infilyasiya və digər iqtisadi təsirlərə məruz qalıb. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə 2023-cü ildə 2000-ci ilə nisbətən istehlak qiymətləri indeksi 435,4 faiz təşkil edib, yəni qiymətlərin səviyyəsi 4,4 dəfə artıb. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməli, İddiaçı3 1029,60 manat, Əliyeva (Məmmədova) Arzu Sahibəli qızından 352 manat və X2 vərəsələri olan cavabdehlərdən və İddiaçı2 birgə 1144 manat tutulub Cavabdeh verilməlidir.

51. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi b u nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın- 4.4209 ha torpaq sahəsinin hazırkı real bazar dəyəri olaraq 15.000 manat pul tələbi ilə bağlı hissəsi üzrə lazımi araşdırma aparmayıb və cavabdehin bununla bağlı məhkəməyə təqdim etdiyi sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymət verməyib. Halbuki, sözügedən normanın mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qeymət verməlidir.

52. Kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, qarşılıqlı iddianın qanuni əsası kimi Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinin tələbləri nəzərdən keçirilə bilər.

53. Məlum olduğu kimi Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışından söhbət açılır. Bu anlayış həm də zərərin növlərini müəyyən edir və normada zərərin iki növü fərqləndirilir: real zərər və əldən çıxmış fayda. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar aiddir: pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər.

54. Əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edicəyi gəlirlər başa düşülür.

55. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və ya qarşısıalınmaz qüvvələrin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Bir qayda olaraq real zərərlə müqayisədə gələcəkdə çəkiləcək xərclərin zəruriliyini və məbləğini müəyyən etmək bəzi çətinliklər törədir. Lakin, ödənilməli olan zərərin məbləğinin müəyyən edilməsi üçün daha iki prinsipial müddəa Mülki Məcəllənin 443-cü maddəsində nəzərdə tutulub.

56. Belə ki, Mülki Məcəllənin 443.3-cü maddəsinə əsasən, Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda yoxdursa, zərər müəyyən edilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

57. Eyni zamanda, Mülki Məcəllənin 21.3-cü maddəsi zərərin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyən edilməsi qaydalarını müəyyən edir. Normanın mənasına görə, bu zaman zərərçəkəninin, qanunverciliklə nəzərdə tutulmuş h allarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

58. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 575.2-ci maddəsinə əsasən, satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı həmin Məcəllənin 452ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.

59. Həmin Məcəllənin 452.2-ci maddəsinin mənasına görə, fərdi-müəyyən əşyanı vermək üzrə öhdəlik icra edilmədikdə kreditor əşyanın ona verilməsini tələb etmək hüququndan imtina edərək, ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edi bilər.

60. İşə əlavə edilmiş yazılı sübutlardan görünür ki, cavabdeh mübahisəli 4.4209 ha torpaq sahəsini satın almaq üçün iddiaçılara 2000-2007-ci illərdə cəmi 4.270.000 manat (AZM) pul ödəyib.

61. Cavabdeh, hə min pul vəsaitinin nominal dəyərinin dəyişməsi nəzərə alınmaqla sözügedən pul vəsaiti hesabına 4.4209 ha torpaq sahəsi ala bilməyəcəyini göstərib, həmin torpaq sahəsinin hazırkı real bazar dəyərinə görə ilk iddiaçılardan 15.000 manat pul tələb edir.

62. Apellyasiya instansiyası məhkəməsi, 2000-ci ildən sonra Azərbaycan manatının alıcılıq dəyərinin müəyyən dəyişikliyə uğramasını, habelə infilyasiya və digər iqtisadi təsirlərə məruz qalmasını nəzərə alıb, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsaslanıb, qarşılıqlı iddianı cəmi 2.525,60 manat məbləğdə təmin edərkən gəldiyi nəticəni yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından tam, hərtərəfli və obyektiv araşdırmayıb və cavabdehin qarşılıqlı iddia ərizəsində ilk iddiaçılardan 4.4209 ha torpaq sahəsinin hazırki real bazar dəyərinə görə 15.000 manat tələb etməsini nəzərə almayıb.

63. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noy abr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub.

65. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(106)-395/2024 saylı qətnaməsi qismən - qarşılıqlı iddianın İddiaçı3 1.029,60 manat, Əliyeva (Məmmədova) Arzu Sahibəli qızından 352 manat, X2 vərəsələri olan cavabdehlərdən və İddiaçı2 birgə 1.144 manat, cəmi 2.525,60 manat pulun tutulub Cavabdeh verilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar