Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2395/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:(torpaq sahəsinin zəbtdən azad edilməsi, özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsində evin bir hissəsinin sökülməsi, torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2453/2025 nömrəli, 13 may 2025-ci il tarixli qətnaməsindən İddia çı tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsi 222D ünvanında yerləşən 0,0467 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. 2. 16.09.2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş torpaq icarə hüququnun alqısatqı müqaviləsinə əsasən, satıcı X2 ünvan 1 ünvanında yerləşən 0,0897 ha torpaq sahəsindən 0,023 ha hissəni alıcı Cavabdeh mülkiyyətinə vermişdir. Müqavilə bağlanarkən torpaq sahəsinin üzərində icarə hüququ olmuşdur. 3. 22.02.2021-ci il tarixli notarial qaydada təsdiqlənmiş torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən, satıcı X1 rayonu, Zeytun küçəsi 222D ünvanında yerləşən 0,0467 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə vermişdir. Bu hüquq xx.xx.2020-ci il tarixli çıxarışla təsdiq olunmuşdur.
4. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,023 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
5. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Xətai Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyinə əsasən Xətai rayonu, Zeytun küçəsində yerləşən 222D saylı sahənin çıxarışa əsasən ölçüsü 467 kv metr olsa da, faktiki olaraq 416,2 kv metrdir. Həmin sahənin 50,8 kv metr hissəsi Cavabdeh adına reyestr çıxarışı ilə qeydiyyata alınmış əraziyə – onun mişar daşı hasara aldığı sahənin tərkibinə daxilinə düşür. Mübahisəli sahənin koordinatlarını əks etdirən izahlı sxem məktuba əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən zəbt etdiyi 0,00508 ha hissəsində inşa etdiyi evin bir hissəsinin sökülərək, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Muxtar Cəmilli iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 4 ünvanda yerləşən t orpaq sahəsi onun icarəsindədir. Həmin torpaq sahəsi 0,0467 ha-dan ibarətdir. Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə təsdiqlənmiş torpağın alqı-satqı müqaviləsinə əsasən icarəsinə verilmişdir. Həmin torpaq sahəsi xx.xx.2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində adına hüquqi qeydiyyatdan keçmişdir. Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsinin 0,00508 ha hissəsini zəbt etmiş, evin bir hissəsi onun torpaq sahəsinə düşmüş və məhkəmə gedə-gedə də tikinti aparmış, bilə-bilə ki ora ona məxsusdur, yenə də onlar tikintini davam etdirmiş, hasar çəkmişdir. Əvvəl balaca hasar idi, oranı alanda həmin hasar orda olmuş, alqı-satqıya gedəndə görmüşdür ki, mübahisəli ərazi onun ərazisi imiş, yəni bu halı 2021-ci ildə evi alandan sonra müəyyən etmişdir. Texniki p asportla ölçəndə yerin əskik olmasını dəqiqləşdirmiş, alandan əvvəl ona ərazini ümumi göstərmişlər, sonra reyestr xidmətinə müraciət etmiş, ona cizgi-plan verilmişdir, həmin sənədlə də iddia etmişdir ki, torpaq kənd təsərrüfatı təyinatlıdır, lakin həmin məqsədlə istifadə etmir, ora 467 kv metrdir, 123 min manat pul vermiş, icarə hüququnun alqı-satqısı olub, həmin sahənin dəyərini də versələr razı olar, 13380 manat pul edir, cavabdehlərdən dəfələrlə zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də o, bu günə kimi qanuni tələbi icra etməmişdir. Cavabdehin bu hərəkətini qanunsuz və əsassız hesab edir. Bu hal onun hüququnu kobud şəkildə pozubdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, həmin sahəni iddiaçıdan əvvəl almışlar, əgər zəbt etsə idi, ondan sonra edərdilər. İki ildir ki, oranı tikməyə başlayıblar, hasar ümumi idi, onlar tikib həmin hasarı, qalanını da iddiaçı hörüb, ilk əvvəl həmin sahə barədə tərəflər arasında razılıq olub, sonradan qonşular arasında problem olub deyə iddiaçı məhkəməyə müraciət edib. Həmin vaxt orada sahələri ayıran hasar da tikilib, hər iki tərəfin razılığı ilə reyestr xidmətindən nümayəndə gəlib, iddiaçının istifadəsində olan sahə və onun istifadəsində olan sahənin sərhədlərini birlikdə razılaşdırıblar, onlar hətta notariusa belə razılıq üçün getməyə razılaşmışlar, sonradan proses alınmayıb, yarımçıq qalıb, həmin sahənin pulunu ödəyib alıblar, sonra da mülkiyyətə dair çıxarış alıblar, həmin sahə ona məxsusdur, idd ia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir.
9. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/4388 saylı, xx.xx.2024-cü il tarixli tikinti-texniki obyektlərinin tədqiqi ekspertizası üzrə ekspertin rəyinə əsasən, ünvan 5 ünvanında yerləşən “222 D” saylı sahə **********76 reyestr nömrəli çıxarışa əsasən 467 kv metr olsa da, faktiki olaraq hasardaxili 416,2 kv metr təşkil edir. İddiaçı adına **********76 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin 50,8 kv metr hissəsi Cavabdeh adına **********77 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin hasar daxilindədir (50,8 kv metr üst-üstə düşmə mövcuddur).
10. Xətai Rayon Məhkəməsinin 2(011)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 6 ünvanda yerləşən torpaq sahəsi nin 50,8 kv metr zəbt edilmiş hissəsində inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi, onun həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, Cavabdeh məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manatın tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Şəhriyar Əliyev).
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış torpağın icarə hüquqlarının alqı-satqısı müqavilələri və mülkiyyətə dair təqdim olunmuş çıxarışlar əsasında ünvan 1 ünvanında yerləşən 0,0467 ha sahənin İddiaçı, 222C ünvanında yerləşən 0,023 ha sahənin isə Cavabdeh qanuni istifadəsində olduğu müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətind ə olan sahənin 50,8 kv metr hissəsi faktiki olaraq cavabdehin - Cavabdeh istifadəsindədir və həmin hissə cavabdehin torpaq sahəsinin mişar daş hasarı daxilində yerləşir. Məhkəmə qeyd etmişdir ki, bu fakt iddiaçının mülkiyyət hüquqlarının faktiki həyata keçirilməsinə maneə yaradır.
12. Məhkəmə ekspert rəyini iş üzrə təqdim edilmiş digər sübutlarla müqayisəli şəkildə araşdıraraq həmin rəyi sübut kimi qəbul etmiş və belə qənaətə gəlmişdir ki, cavabdehin 50,8 kv metr sahəsindən istifadəsi qanuni əsaslara malik deyildir. İddiaçının mülkiyyət hüququ qanuni sənədlərlə təsdiqləndiyindən və həmin sahədən tam istifadə etmək imkanından məhrum olduğundan, iddia tələbi əsaslı hesab olunmalı və təmin edilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, 50,8 kv metr sahədə inşa olunmuş tikili cavabdehin hesab ına sökülməli, o, həmin sahədən çıxarılmalı və torpaq sahəsi İddiaçı təhvil verilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2, 152.7, 157.8, 158.4, 164 və 165.1ci, Torpaq Məcəlləsinin 5, 48, 50 və 55-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1, 115, 119.1 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə Xətai Rayon Məhkəməsində işə baxılan zaman cavabdeh tərəfindən iş materiallarına əlavə edilməsi üçün sübut qismində xx.xx.2021-ci il tarixli bölgü sxemi təqdim edilmişdir. Belə ki, həmin bölgü sxemi həmin tarixdə iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 15 saylı notariat ofisində təsdiqlənmişdir. Bölgü sxeminə əsasən İddiaçı 416,2 kv metr ərazinin onun istifadəsində olmasını təsdiq edərək imza etmişdir. Həmin bölgü sxemdə iddiaçı “razıyam, şikayətim, etirazım və əlavəm yoxdur” qeyd edilmiş və iddiaçı tərəfindən təsdiqlənmişdir. Buna baxmayaraq hakim tərəfindən həmin razılaşma sənədinə qətnamədə toxunulmamış və qiymət verilməmişdir. Bundan başqa məhkəmədə həmin bölgü-sxemlə bağlı cavabdeh tərəfindən izahat da verilmişdir. Rayon məhkəməsi həmin xüsusata da əhəmiyyət verməmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edil məsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir.
16. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş edərək bildirmişlər ki, torpaq sahəsini birinci onlar almışlar, 6 ay sonra iddiaçı tərəf almışdır. İddiaçı həmin sahənin onlarda olması ilə razılaşmış, bununla bağlı notariat qaydasında təsdiq olunmuş sənəd mövcuddur, həmin razılaşmadan sonra onlar torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa etmişlər və köçüb həmin evdə yaşayırlar, aralarında başqa məsələlərə görə münaqişə yaranmış, bu səbəbdən də iddiaçı onlardan qisas alır, onlar iddiaçıya əvvəl 1500 manat təklif etmişlər, iddiaçı razı olmamışdır, iddiaçının istədiyi məbləğ isə real deyildir.
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (atası) M. Cəmilli apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmiş, notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli bölgü sxemi ilə bağlı bildirmişdir ki, o torpağı alandan sonra ölçmə aparanda bilmişdir ki, cavabdeh onun torpağının bir hissəsini zəbt etmişdir, bundan sonra mütəxəssislərin iştirakı ilə ölçü işləri aparılmış və təsdiq olunmuşdur ki, cavabdeh onun sahəsinə girmişdir. Bundan sonra cavabdeh xahiş etmişdir ki, onun ev tikməsi üçün bu sahə ona vacib lazımdır, həmin notarial razılaşmanın məqsədi əslində alqı-satqı olmuş, o, torpağının əvəzli qaydada cavabdehə keçməsinə razılaşmış, lakin cavabdeh hər dəfə pulun ödənilməsindən yayınmış, o da doğrudur ki, cavabdeh həmin sahədə ikimərtəbəli villa tikib, ailəsi ilə orada yaşayır, nəticə etibarı ilə o, cavabdehin t ikdiyi evin sökülməsini istəmir, lakin cavabdeh onun pulunu vermir, rayon məhkəməsində də hakim onlara bunu təklif etmişdi, cavabdehin təklif etdiyi məbləğ ağlabatan deyil, o, 13800 manat ödənilməsini istəyir, əks halda evin sökülməsi və torpağın boşaldılmasını tələb edir.
18. Məhkəmə iclasında üçüncü şəxs R.Nəzərov həmin torpaq sahəsinin qanuni əsaslarla X3 icarəsində olduğunu, həmin torpağı etibarnamə ilə tərəflərə özünün satdığını bildirmiş və qeyd etmişdir ki, satarkən hər iki tərəfə hazırda mübahisə edilən sahənin məhz iddiaçıya məxsus olmasını izah etmişdir, cavabdeh bilmişdir ki, mübahisəli sahə onun deyildir. Sonradan hər iki tərəf razı olmuşdur ki, cavabdehin tutduğu sahə onda qalsın, lakin bunu müqabilində onun iddiaçıya hansı məbləğdə pul verməyi öhdəsinə götürməsi barədə məluma tı yoxdur.
19. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2453/2025 saylı, 13 may 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin olunmuş, Xətai Rayon Məhkəməsinin 2(011)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunmuş və iddia tələbinin rədd edilmişdir (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov).
20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında razılaşdırılmış Bakı şəhəri, 15 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli bölgü sxemindən məlum olur ki, İddiaçı 416,2 kv metr ərazinin Cavabdeh istifadəsində olmasını təsdiq edərək imza etmişdir. Həmin bölgü sxemdə iddiaçı tərəfindən “razıyam, şikayətim, e tirazım və əlavəm yoxdur” qeyd edilmiş və iddiaçı tərəfindən təsdiqlənmişdir. Bununla da müəyyən olunmuşdur ki, tərəflər öz aralarında iddiaçıya məxsus torpaq sahəsinin 50,8 kv metr hissəsinin cavabdehin istifadəsində olmasını, qalmasını razılaşdırmış, bundan sonra həmin torpaq sahələrində cavabdeh ikimərtəbəli müasir fərdi yaşayış evi (villa) inşa edərək ailəsi ilə orada yaşayırlar. Lakin məhkəmə iclasında iddiaçı tərəf həmin bölgü sxemi razılaşdırdıqlarını, lakin torpağını əvəzsiz deyil, əvəzli olaraq cavabdehə verdiyini və hazırda 13800 manat tələb etdiyini bildirmişdir. Cavabdeh ziddiyyətli izahat vermiş, əvvəl iddiaçının torpaq sahəsinin ona əvəzsiz güzəşt edildiyini, lakin sonra həmin sahəyə görə 1500 manat qarşı tərəfə təklif etdiyini bildirmişdir.
21. İddiaçı nə qədər ki, həmin t orpaq sahəsinin cavabdehdə qalmasına dair notariat qaydasında razılaşmanı təsdiq etmiş, lakin torpağı əvəzsiz olaraq cavabdehin istifadəsinə vermədiyini bildirmişdir, eləcə də boşaldılması tələb edilən torpaq sahəsində cavabdeh tərəfindən müasir tipli yaşayış evi inşa edilmiş və orada yaşayış var, ona görə də hazırkı iddia tələbi təmin edilməməlidir. Çünki məhkəmə araşdırması ilə həmin torpaq sahəsinin iddiaçının bildirdiyi kimi cavabdeh tərəfindən zəbt olunması yox, əksinə, tərəflərin öz aralarında notarial müqavilə ilə hazırkı bölgünü razılaşdırdıqları müəyyən edilmişdir. Bu səbəbdən torpaq sahəsinin zəbt olunması halı təsdiq edilməmiş və iddia tələbi təmin edilməmişdir. İddiaçıya isə notarial razılaşmaya əsasən bölgü çərçivəsində cavabdehdən sahənin dəyərini ümumi qaydada tələb etmək hü ququ izah olunmalıdır. Bu əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1, 2 və 3-cü hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.7, 158.4, 164.1, 164.2, 165.1, 172.3, 172.4, 173.1, 173.2, 173.3, 389.1, 389.2, 389.3, 389.4, 390.1, 399.1 və 405.1-ci, MPM-nin 14.2, 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 384.0, 384.0.2, 385.1, 385.1.1 və 385.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkili Vəkil3 Südeyib oğlu) kassasiya ş ikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasını barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 15 saylı notariat kontorunda təsdiq olunmuş bölgü sxemi əsasında razılaşma əldə olunmuşdur. Lakin apellyasiya məhkəməsi bölgü sxemini yanlış təfsir edərək iddiaçının 416,2 kv metr sahənin cavabdehin istifadəsinə verilməsini təsdiqlədiyini əsas götürmüşdür. Halbuki bölgü sxemində iddiaçı tərəfindən yalnız 50,8 kv metr sahənin əvəzli şəkildə cavabdehin istifadəsinə verilməsi təsdiq olunmuş, bu barədə “razıyam, şikayətim, etirazım və əlavəm yoxdur” qeyd edilmişdir. Bölgü sxemində razılaşdırılmış sahəyə görə cavabdeh tərəfindən razılaşdırılmış ödəniş həyata keçirilməmiş və cavabdeh alqı-satqı müqaviləsinin bağlanmasından yayınmışdır. Bu səbəbdən, bölgü sxemində əks olunan öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. Qeyd olunmalıdır ki, həmin bölgü sxemi Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmamış və nəticə etibarilə hüquqi qüvvəyə minməmişdir. Cavabdehin hazırda zəbt etdiyi 50,8 kv metr torpaq sahəsi onun mülkiyyətində olmuş və bu sahədə cavabdeh tərəfindən inşa edilmiş evin bir hissəsinin sökülərək torpaq sahəsinin ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin apellyasiya instansiyası bu faktları nəzərə almadan və cavabdehin müqavilə öhdəliklərini pozduğunu qiymətləndirmədən iddianı əsassız rədd etmişdir.
25. İddiaçı həmçinin qeyd etmişdi r ki, mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ-İV hissələri ilə təminat altına alınmışdır. Bu hüquq heç kəsin məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilməsini nəzərdə tutmur və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin daşınar və daşınmaz əmlaka mülkiyyət hüququ vardır və bu hüquqların pozulması demokratik, hüquqi dövlət prinsiplərinə ziddir. Mülkiyyət hüququ həm də “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunur. Avropa Məhkəməsinin “Broniovski Polşaya qarşı” və “Akimova Azərbaycana qarşı” işlərində verdiyi qərarlarda vurğulandığı kimi, “mülkiyyət” anlayışı yalnız maddi əşyalarla deyil, həm də hüquqi maraq və öhdəliklərlə bağlı ola bilər. Bu baxımdan, iddiaçının qe yd olunan torpaq sahəsinə dair hüquqi marağı və mülkiyyət hüququ beynəlxalq standartlarla da qorunmalıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
29. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
30. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
31. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
32. Maddə 16 5.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
33. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.
34. Maddə 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binala r haqqında qaydalar tətbiq edilir.
35. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.
36. Maddə 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər.
37. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.
38. Maddə 389.1. Mülki hüquq və vəz ifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
39. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
40. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.
41. Maddə 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın.
42. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
43. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
44. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
55. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan 58,2 kv metr torpaq sahəsini hasara alması və orada tikinti aparması iddiaçının razılığı ilə olmuşdur, hətta bu barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi vardır. Bu vəziyyətdə İddiaçı c avabdehin 0,00508 ha hissəsində inşa etdiyi evin bir hissəsinin sökülməsi və torpaq sahəsinin ona təhvil verilməsi tələbini irəli sürməsi hüquqdan sui-istifadə dəyərləndirilməlidir.
56. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol veri lməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2453/2025 nömrəli iş üzrə 13 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.